Dəyərli müraciətçimiz Şəhla xanıma xoş sözlərinə görə minnətdaram. İstirahət vaxtı zamanından ayırıb bizim üçün bu video çəkib göndərdiyinə görə çox çox təşəkkür edirəm. 🙂
#viza #visa #vizadesteyi #vizadəstəyi #səyahət #gəzəyənlər #travel #baku #azerbaijan
Dəyərli müraciətçimiz @saleh__279 Saleh bəyə xoş sözlərinə görə minnətdaram. İstirahət vaxtı zamanından ayırıb bizim üçün bu video çəkib göndərdiyinə görə çox çox təşəkkür edirəm. 🙂
#viza #visa #vizadesteyi #vizadəstəyi #səyahət #gəzəyənlər #travel #baku #azerbaijan
Mexico - USA border
Trump hökümətinin dövründə “Title 42” adlı qəbul etdiyi qərarı 11 maydan etibardən qüvvədən düşəcək. Bu qərarın qüvvədən düşməsi ilə sərhəddə miqrantların çoxalmasının qarşısını almaq məqsədilə Biden höküməti miqrantlarla bağlı qərar qəbul edib.
Əgər Amerikaya cənub sərhəddindən - yəni Meksikadan vizasız gəlməyi planlaşdırırsınızsa bu qərar sizin üçün tətbiq ediləcək. Turist, təhsil və digər vizalarla Amerikaya daxil olanlar üçün bu qərar tətbiq edilməyəcək. Bu qərar viza ilə səyahət etdiyiniz halda miqrantlığa müraciət etməyə imkan verəcək.
Bu qərarə əsasən əgər şəxs Amerikaya tranzit ölkədən keçərək gəlirsə onun miqrantlığa müraciəti yalnız 3 halda baxılacaq.
1) “Parole” deyilən xüsusi icazə ilə Amerikaya səyahət etdiyiniz halda
2) Amerika sərhəddinə gəlmədən öncə “CBP ONE” mobil tətbiqetməsində görüş üçün gün və saatı təyin etdiyiniz halda
3) Və son olaraq tranzit keçəcəyiniz ölkədə miqrantlığa müraciət edib imtina aldığınız halda Amerikaya miqrantlığa müraciət edə biləcəksiniz. Yəni ilk olaraq Meksikada miqrantlığa müraciət edib imtina aldığınız halda Amerikaya miqrantlığa müraciət edə biləcəksiniz.
Bunların heç biri sizdə yoxdursa dərhəl sərhəddən uzaqlaşdırılacaqsınız.
Bu qərarın qüvvəyə mindiyi andan etibarən 2 il müddətində qüvvədə olacağı nəzərdə tutulub. Bu qərar 2 il ərzində ləğv də edilə bilər və ya uzadıla da bilər.
#viza #visa #vizadesteyi #vizadəstəyi #səyahət #gəzəyənlər #travel #baku #azerbaijan
Nulla Osta
“Nulla Osta” icazəsi müəyyən növ sorğular üçün tələb olunur və xarici vətəndaşlara İtaliyada 90 gündən çox yaşamağa və işləməyə icazə verir.
Müəyyən növ yaşayış icazələri üçün müraciət edərkən “Nulla Osta” sənədi İmmiqrasiya Polisi Departamentinə təqdim edilməlidir.
Nulla Osta aşağıdakı hallarda tələb olunacaq:
1. İtaliyada toy (Matrimonio)
İtaliya Mülki Məcəlləsinin 116-cı maddəsinə əsasən, Nulla Osta, hər bir həyat yoldaşının mənşə ölkəsinə görə İtaliyada xarici vətəndaşların nikahına heç bir maneənin olmadığını bildirən bir sənəddir.
Yəni tərəflərdən biri və ya hər iki qeyri-İtaliya vətəndaşı olduğu halda belə bu şəxslər İtaliyada evlənə bilər. Bunun üçün də Nulla Osta tələb olunur.
2. Ailə Birləşməsi (Ricongiungimento Familiare)
Əgər siz Aİ üzvü olmayan ölkənin vətəndaşısınızsa və sizin Carta di Soggiorno (oturum kartı) və ya etibarlı Permesso di Soggiorno (oturum icazəsi) ən azı bir il ərzində siz Ricongiungimento Familiare (ailə birləşməsi) üçün müraciət edə bilərsiniz.
3. İtaliyada Rəsmi Məşğulluq (Carta Blu)
İtaliyada Mavi Kart (Carta Blu) yüksək ixtisaslı işçilərə İtaliyada əmək müqaviləsi ilə işləməyə imkan verir. İtaliyadakı Mavi Kart üçüncü ölkədən Aİ-yə immiqrasiya edən yüksək ixtisaslı işçilərin sayını artırmaq məqsədi daşıyır. Bundan əlavə, onların qəbul prosedurlarını sadələşdirmək məqsədi daşıyır.
4. Öz-özünə məşğulluq (Lavoro Autonomo)
Öz-özünə məşğulluq (Lavoro Autonomo) Avropa İttifaqına üzv olmayan ölkələrdən olan və öz-özünə işləyən şəxslərə ev sahibliyi edən Universitetdən ödənişli akademik fəaliyyət üçün İtaliyaya daxil olmaq və qalmaq imkanı verən viza növüdür. Elmi araşdırma (Ricerca scientifica) da bura daxildir.
Tədqiqat nulla osta əldə etmək üçün
Şengen vizanın katqoriyaları
Keçən dəfə sizinlə bölüşdüyüm postda Şengen vizasının tarixçəsindən danışmışdım. Bu dəfə isə sizə Şengen vizanın kateqoriyaları və növləri haqqında danışmaq istəyirəm.
1) Vahid Şengen vizası (Uniform Schengen Visas (USV)):
Səyahət məqsədindən asılı olaraq həm “A”, həm də “C” kateqoriyaları mövcuddur.
“A” kateqoriyalı Şengen vizası - Şengen Ölkə Ərazisinə daxil olmadan Şengen Ölkəsi Hava Limanı beynəlxalq ərazisindən səyahət etmək imkanı verən Hava Limanı Tranzit Vizasını təmsil edir. Şengen zonasına aid olmayan bir ölkədən digərinə səyahət edirsinizsə və Şengen ölkəsinin hava limanından birləşdirici reyslə istifadə edirsinizsə bu halda sizin üçün hava limanının tranzit vizası məcburidir.
“C” kateqoriyalı Şengen vizası - vizanın etibarlılığından asılı olaraq müəyyən müddət ərzində Şengen Ölkəsində (Şengen Bölgəsi) qalmaq imkanı verən Qısamüddətli vizanı təmsil edir. Bu kateqoriyalı vizanın səyahət məqsədindən aslı olaraq 3 növü var:
Tək girişli ( Single entry) - müəyyən müddət ərzində yalnız bir dəfə Şengen ölkəsinə (Şengen ərazisi) daxil olmaq imkanı verir. Şengen zonasını tərk etdikdən sonra Şengen zonasında qalmaq üçün icazə verilən müddət hələ bitməmiş olsa belə, vizanın müddəti başa çatır.
İki girişli ( Double entry) – sizə Şengen zonasına iki dəfə girməyə icazə verilir, - yəni vizanın icazə verdiyi müddətdə Şengen zonasına daxil ola, çıxa və yenidən daxil ola bilərsiniz. Şengen zonasını ikinci dəfə tərk etdiyiniz zaman vizanın müddəti başa çatır.
Çox girişli ( Multiple entry) - Şengen zonasına say olaraq istədiyiniz kimi daxil olmaq və çıxmaq imkanı verir. Bununla belə, bu viza sahibinə Şengen üzvü olan ölkə ilə Şengen olmayan ölkə arasındakı sərhədi keçdiyi gündən başlayaraq hər altı ayda ma
Şengen vizasının tarixi
Bu gün sizinlə demək olar ki, hamınızın haqqında eşitdiyi amma çoxlarının tam anlamı ilə nə olduğunu və necə, nə vaxt yarandığını bilmədiyi Şengen vizası haqqında məlumat bölüşəcəyəm.
Gəlin başlayaq yaranmasından.
1985-ci il 14 iyun tarixində 5 ölkənin Belçika, Niderland, Lüksemburq, Fransa və Qərbi Almaniyanın arasında Şengen müqaviləsi imzalandı.
Şengen müqaviləsi adlandırılmasına səbəb isə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi Lüksemburqun Şengen şəhərdində imzalanmasına görə idi.
1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir.
Anlaşmanın ikincisi isə Moselle çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur.
İtaliya isə 1990-ci ilin 27 noyabrında imzalamasına rəğmən ilk tətbiqə 1997-ci ilin 26 oktyabrında başlamışdır.
Daha sonra isə digər ölkələr də ardıcıllıqla bu siyahısya qoşulmuşdur.
Hazırda Şengen vizası ilə 33 ölkəyə səyahət etmək mümkündür. Lakin bu ölkələrdən 26-i Şengen vizası vermə hüququna malikdir. (Müraciət edilən ölkədən aslı olaraq bu ölkələrin də bəzilərinin vizasını digər ölkənin verməsi hüququna malik olanlar da var)
Bu ölkələrə: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İslandiya, İtaliya, İspaniya, İsveç, İsveçrə, Litva, Lixtenşteyn, Latviya, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya , Yunanıstan aiddir.
Bolqarıstan, Ruminya, Xorvatiya, Cənubi Kipr, Vatikan, San Marino və Monako Şengen vizası verə bilmir, lakin bu ölkələrə pasportunuzda Şengen vizanız varsa səyahət edə bilər
Viza dəstəyi
Sizə təhsil, turist, iş, biznes, müalicə, maşın və s növ vizalar üçün dəstək göstərəcəyəm. Bununla yanaşı qeyd edim ki, səhifədə cari viza prosedurları- yəni ölkələrə viza müraciətləri zamanı nələrin tələb olunduğu, nəyi necə etmənin müsbət nəticə almağa köməkliyi və s ilə bağlı məlumatlar bölüşəcəyəm.
Artıq asanlıqla şengen vizası əldə edə, Avropada işlə təmin oluna, Amerika, Kanada kimi ölkələrin vizasını alıb səyahət edə biləcəksiniz.