02/03/2023
ProMeteni çox gec tanımışam. Yəni mən onu tanıyanda artıq H.O.S.T yox idi, Mete daha çox film post productionı ilə məşğul olan peşəkar idi. PicMus deyilən bir məkanda hamıya bacardığı qədər dəstək olub Mete. Bizim montaj üçün vasitəmiz olmayan vaxtlarda heç bir təmənnasız bizə öz kompüterlərindən birini də ayırmışdı. İlk videolarımızı da elə orda yığıb, səsini orda işləmişik. Hilal Baydarovla elə orda tanış olmuşam. Metegilin ofisi hamımız üçün yığılma nöqtəsi idi. Bütün elədiklərinə görə çox sağol, Mete!
11 mart Elektra Events Hallda Mete yenə reper kimi qarşımızda olacaq. İnanıram ki, möhtəşəm bir konsert keçəcək. Uğurlar, PRoMete!
Biletlər: https://iticket.az/en/events/concerts/promete23/86102