Gədəbəy (Gedebey)

Gədəbəy (Gedebey) Number of population of district is 89.300, district center is Gedebey city, its population is 8.500 people. Distance between district center and Baku is 462km.

GEDEBEY DISTRICT is situated in Small Caucasus Mountains, as well in high mountains (height of Goshabulag peak is 3549m, Gojadag peak is 3317m) and mountains with middle height. Different levels of territory above sea make climate changeable. Climate, specific to tundra, of mountainous area partly transfers into dry climate accompanied with hot summer. Road from Shemkir or Govlar station of Tovuz

leads to Gedebey. Tovuz route is more beautiful but cars pass this way hardly: jeeps are recommended here. There is good circumstance within Gedebey district for fishing in Shemkir River. There is special fishing farm near GALAKEND village. Flora and fauna of Gedebey district is rich and various. 'GIZILAGAJ' reserve is located within this district. A number of nature objects that are included in list of objects preserved by state as 'Nature monuments of Azerbaijan' - SHAMLIG, GAMISH, GODEKDERE, GOVDU forests are here. It also includes KECHI-KECHI, JUYUR, AYI, JERGE springs as well NARZAN, GIZILJA, MORMOR, CHALDASH mineral water springs. Ancient cultural monuments that entered Azerbaijani history under name of KHOJALY-GEDEBEY CULTURE - Cyclopean buildings belonging to Bronze age, as well 'GEDEBEY TREASURES' - domestic appliances and ancient jewelry jugs, silver coins belonging to XVI century - reign of Shah Tahmasib were discovered here. These coins were used in from Tebriz (current Iran) to Shirvan and G***a. Historical-architectural buildings that are safe within district include TAGLY KORPU (XIX c), GULLE in GALA village (XVI c), GIZ GALASI in SOYUDLU village (or Namerd Gala - IX c), Christian temples of early middle ages in NOVOSARATOVKA, SOYUDLU, CHANAKHCHI and KILEVI villages. Reps of old Russian tribe called "dukhobor' live in SARATOVKA village. They have protected their material and moral culture so far. Folk arts such as wood carving, carpet-weaving, sock and glove-weaving from color wool, processing of sheep leather are wide-spread in this region. Territory of Azerbaijan was paid attention by some of popular western owners. For instance, THE BROTHERS NOBEL became rich due to Baku oil. Germany's 'SIEMENS' company built two copper-smelting plants in Gedebey in later XIX century. 25% of all the copper smelt in Russia of czar was carried out at these plants. The brothers Siemens took interest in history of this extra-ordinary land and organized implementation of archeological excavations in this region. According to results of those excavations scientific work titled 'GALAEKN' was written..............................................................................................................
http://www.tourism.az/?menu=9&submenu=93&lang=eng..............................................................................................................


Rayonun əhalisinin sayı 89.300 nəfər, rayon mərkəzi - Gədəbəy şəhəri, onun əhalisinin sayı 8.500 nəfərdir. GƏDƏBƏY RAYONU Kiçik Qafqaz dağlarında, o cümlədən yüksək dağlıq (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir) və orta yüksəkliyə malik dağlarda yerləşir. Burada ərazinin dəniz səviyyəsindən yüuksəkliyinin müxtəlif olması iqlim şəraitinin də müxtəlif olmasını şərtləndirir. Dağlıq ərazidəki tundraya xas olan iqlim tədricən qızmar yay fəsli ilə müşahidə olunan quru iqlimə keçir. Rayon mərkəzinin Bakıdan məsəfəsi 462 km-dir. Gədəbəyə ya Şəmkirdən, ya da Tovuzun Qovlar stansiyasından getmək olar. Tovuz yolu daha mənzərili olsa da, minik maşınlarının bu yolu keçməsi çətindir: burada "basarkeçər" avtombillər lazımdır. Gədəbəy rayonunun ərazisində Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. QALAKƏND kəndinin yaxınlığında isə məxsusi balıq ovu təsərrüfatı yerləşir. Gədəbəy rayonunun bitki və heyvanat aləmi zəngin və müxtəlifdir. "QIZILAĞAC" qoruğu bu rayonun ərazisində yerləşir. "Azərbaycanın təbiət abidələri" kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt - ŞAMLIQ, QAMIŞ, GÖDƏKDƏRƏ, QOVDU meşələri də buradadır. KEÇİ-KEÇİ, CÜYÜR, AYI, CƏRGƏ bulaqları, eləcə də NARZAN, QIZILCA, MORMOR, ÇALDAŞ mineral su bulaqları bu qəbildəndir. Burada Azərbaycan tarixinə XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də "GƏDƏBƏY XƏZİNƏLƏRİ" - ev müxəlləfatı və daşqaş saxlamaq üçün nəzərdə tutulan qədim küzələr, XVI əsrə - Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul silkələri tapılmışdır. Bu pullar Təbrizdən (indiki İran) başlamış Şirvana və Gəncəyə qədər geniş ərazidə tədavüldə olmuşdur. Rayon ərzvaisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq TAĞLI KÖRPÜNÜ (XIX əsr), QALA kəndindəki QÜLLƏNİ (XVI əsr), SÖYÜDLÜ kəndindəki QIZ QALASINI (və ya Namərd qala - IX əsr), NOVOSARATOVKA, SÖYÜDLÜ, ÇANAXÇI və KİLƏVİ kəndlərində erkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar. SARATOVKA kəndində rusların "duxobor" deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar. Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir. Azərbaycanın ərazisi qərbdəki bəzi məşhur sahibkarların diqqət mərkəzində olmuşdur. Məsələn, NOBEL QARDAŞLARI Bakı nefti hesabına varlanmışlar. Almaniyanın "SİMENS" firması isə XIX əsrin axırlarında Gədəbəydə iki misəritmə zavodu tikmişdir. Çar Rusiyasında əridilən bütün misin dörddə bir hissəsi bu zavodlarda alınırdı. Simens qardaşları bu qeyri-adi diyarın tarixi ilə ciddi maraqlandılar və bu regionda arxeoloji qazıntılar aparılmasını təşkil etdilər. Həmin tədqiqatların nəticələrinə əsasən "QALAKƏND" adlı elmi əsər yazılmışdır.................................................................................................................
http://www.tourism.az/?menu=9&submenu=93&lang=aze................................................................................................................

10/12/2016

Dostlar, Ingilis dili ile maraqlananar ucun.

Community

Gozel mashindi, hamiya gismet olsun.
18/02/2016

Gozel mashindi, hamiya gismet olsun.

Porsche 911 GT3 - maximal performans Mobil 1 mühərrik yağları istifadə etməklə nail olunur!

06/02/2016

Aston Martin, Bentley, Porsche, Mercedes-Benz kimi neheng shirketlerin sechimi - Mobil 1 yaglaridi, bes sizin sechiminiz?

Mobil yağlarının Azərbaycanda rəsmi distributoru

13/10/2014

Veten yetishdirir!!!

Abbasov Əbülhəsən Fərhad oğlu
Abbasov Əbülhəsən Fərhad oğlu 12 fevral 1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində oxumuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Təyinatla Azərbaycanın Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş və 3 il burada baş laborant vəzifəsində çalışmışdır.
1975-1978-ci illərdə AMEA -nın Kibernetika İnstitutunda baş laborant işləyib.
1978-1984-cü illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
1984-1992-ci illərdə Azərbaycan İnşaat-mühəndislər İnstitutunun fəlsəfə kafedrasında müəllim, 1986-cı ildə isə dosent olub.
1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi (ərazi idarəetmə şöbəsi) vəzifəsini icra edib.
1994-1996-cı illərdə Bakı Ali Ümumqoşun Hərbi Məktəbində Sikl rəisi və professor olub.
1996-cı ildən indiyə qədər AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatları İnstitutunun «Sosial-fəlsəfə» şöbəsinin müdiridir. 1982-ci ilin fevral ayında Tiblisi Dövlət Universitetində «Sistemlik-bütövlük problematikasının kateqoriya və prinsiplərinin nisbəti» mövzusunda namizədlik dissertisiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi dərəcəsinə layiq görülmüşdür. 1997-ci ilin fevral ayında iki ixtisas üzrə (09.00.01-dialektika və idrak nəzəriyyəsi, 09.00.11-sosial fəlsəfə) Bakı Dövlət Universitetində «Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti və inkişafı problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 18 sentyabr 1998-ci il tarixdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistitunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülmüşdür. 23 may 2002-ci ildə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 1987-ci il məhsuldar elmi pedaqoji fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub.
150-dən artıq elmi əsərlərin, o cümlədən 9 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. 1998-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun sertifikatını almışdır. Nümunəvi və məhsuldar fəaliyyətinə müqabil olaraq dəfələrlə mükafatlandırılmış, ona təşəkkür elan olunmuşdur. Bir çox respublika, ümumittifaq və beynəlxalq səviyyəli konfrans və formlarda iştirak etmiş, 30-dan artıq elmi əsərin elmi redaktoru olmuşdur. 20-ə yaxın aspirant və dissertantın elmi rəhbərliyini, 5 doktorantın elmi məsləhətçisi rolunu həyata keçirmişdir.
Respublikada sosial fəlsəfə, idrak nəzəriyyəsi, politologiya, təbitəşünaslığın fəlsəfi problemləri kimi sahələrin inkişafında, yeni qeyri-ənənəvi metodologiyaların, xüsusən də mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetik paradiqmanın inkişafında xidmətləri danılmazdır. Ə.F.Abbasovun 1991-ci ildə rus dilində çap edilmiş fundamental «Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəbliyin və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili» əsəri keçmiş SSRİ-də sinergetika üzrə yazılmış ilk monoqrafiyadır ki, bu gün də elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. ОNUN tərəfindən işlənilmiş «tənqidi sinergetik təfəkkür konsepsiyası», «yeni (post qeyri-plastik) metodoloji pardiqma», «optimum fəlsəfəsi» müasir tədqiqatçıların xüsusi marağına səbəb olmuşdur. 2005-ci ildə nəşr olunmuş «Demokratiya» adlı əsəri ilin ən mühim elmi nailiyyəti kimi Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutun Elmi Şurası tərəfindən qiymətləndirilmişdir.
Bundan başqa, Ə.F.Abbasovun «vətəndaş cəmiyyəti»nə, «hüquqi dövlət»ə, idarəetmənin fəlsəfi problemlərinə dair bir çox əsərləri vardır ki, mütəxəssislər onlara tez-tez müraciət edirlər. Bu xüsusda, onun keçid dövrünün mahiyyəti ilə bağlı araşdırmaları tədqiqatçıların, dövlət və siyasi xadimlərin diqqətini cəlb etməkdədir. Şübhəsiz ki, Ə.Abbasovun yaradıcılığında «idarəetmənin sinergetik fəlsəfəsi» mühüm yer tutmaqdadır. Cəmiyyətin təşkili və idarə olunmasında onun bu elmi fəaliyyət sahəsi xüsusi maraq doğurur və yüksək qiymətləndirilir. Ə.Abbasov Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Azərbaycan Sosioloqlar birliyi idarə heyətinin, Fəlsəfə və sosial-siyasi elmlər üzrə Problem (Koordinasiya) Şurasının üzvüdür. O, həmçinin, «Fəlsəfə və Həyat» məcmuəsinin baş redaktoru, «Elmi əsərlər» və «Fəlsəfə» jurnallarının redaksiya heyyəti üzvü kimi fəaliyyət göstərir. Uzun illər müxtəlif ixtisaslar üzrə Dissertasiya (Müdafiə) Şuralarının üzvü olmuşdur.

Address

Gedebey City
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy (Gedebey) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gədəbəy (Gedebey):

Share

Category


Other Tour Agencies in Baku

Show All