Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 864 km2-dir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın ü
zərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı Ä.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər. Ördubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom, alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsirəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasm baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində yaşamış ayetollah Məhəmməd Əli Qələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı bir neçə cildli kitab bütün şərq aləmində məşhurdur. Ordubad torpağinin yetirmələri olan qırmızı diplomat İbrahim Əbilov Türkiyədə səfir işlədiyi illərdə Mustafa Kamal Paşa Atatürklə yaxmdan dostluq etmişdir. 1923-cü ilde Türkiyədə vəfat etmiş İ.Əbilovu M.K.Atatürk mumyalatdıraraq türk bayrağma bükdürüb türk əsgərinin müşayiəti ilə Azərbaycana yola salmışdır. Ordubad torpağımn daha bir yetirməsi olan general Novraz Rizayev ilk təhsilini Ordubadda almışdır. Roman janrının banilərindən olan məşhur Məmməd Səid Ordubadi, dünya şöhrətli alim, kimya elmi sahəsində yüksək kəşflər edən, 1941-45-ci illər müharibəsində hərbi sənayenin inkişafmda misilsiz xidmətlər göstəmiş Yusif Məmmədəliyev kimi ordubadlı alimlərin adları Azərbaycan adı ilə birgə çəkilməkdədir. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir. Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür... Ordubad dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Gəmiqaya Ordubad rayonu ərazisində - Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yal-çın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanm hər yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi - 3904 m) Gəmiqaya adı vermişlər. Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir: 1. "Ambaras" (İbrahim Əbilov və Babək küçəleri) 2. "Kürdatal" (Əkbər Ağayev və M.Füzuli küçələri) 3. "Üçtürləngə"(Üçtürləngə küçəsi) 4. "Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri) 5. "Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri) Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi". Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir. Ordubadm yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur. Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularmdan mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir. Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir
Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis", "Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana, XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri,XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin tarixi yadigarlandır. Ordubad şəhərində 3 muzey fəaliyyət göstərir: 1. M.S.Ordubadinin ev muzeyi - 1972-ci ildə yaranıb, 700-dən çox eksponatı var. 2. Akademik Y.Məmmədəliyevin ev muzeyi-1975-ci ildə yaranıb, 1800 eksponatı var. 3. Ordubad rayon Tarix-diyarşünaslıq muzeyi-1980-ci ilin dekabrmda yaranıb, 3500-ə qədər eksponat və fraqmentləri vardır. Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində başqa obyektlər tikilsə də "Malik İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır. Ordubadlıların elm sahəsində xidmətləri böyük olmuşdur. Ordubaddan 365 nəfərdən çox alim çıxmışdır ki, onlardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü professor İsmayıl İbrahimov, akademik Müzəffər Abutalıbov, akademik Həsən Abdullayev, akademik Rəhim Rəhimov, professor Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib Məmmədov, AMEA-nm müxbir üzvü professor Sabit Kərimov, Əliqulu Ağalarov, Adil Ağalarov, H.Məmmədəliyev, S.Məmmədəliyeva, Azər Şəmsəddinski, professor Bahadur Baxşıyev, Həbib Məmmədəliyev, Qüdrət Axundov, İmran Mehdiyev, professor Çingiz Rəhimov, Nazim Rüstəmov, Nurməmməd Rəhimov, Oqtay Fərəcov, tarixçi professor İsmayıl Musayev, respublikamızı beynəlxalq təşkilatlarda layiqincə təmsil edən Ramiz Abutalıbov, tanınmış şərqşünaslar - Malik Mahmudov, Əbülfəz Əliyev, Əliyar Səfərli, Mehri Məmmədova, kimya elmləri namizədi Dilşad Yusifova, xalq artisti Kazım Ziya, yazıçı, jurnalist Əvəz Sadıq, Əjdər Xanbabayev, yazıçı Əkrəm Əylisli, ilk türkoloq alim Fərhad Zeynalov, əməkdar müəllimi Əkbər Məftun, və ümumiyyətlə 150-dən çox elmlər doktoru, professor, 220-dən çox elmlər namizədləri və xarici ölkə universitetlərinin elmi adını alan ordubadlı alimlər Azərbaycanm fəxridirlər. Adını çəə bilmədiklərimdən üzr istəyirəm. Ordubadlılar elmlə ciddi çalışdıqları kimi digər sahələrdə xüsusilə əkin-biçin işlərində zəhmətsevərdirlər. . Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbı, badamı, şalağı, lumu, ərik, ağ ərik, növrəste, bal yarım ərik, şaftalı, nazlı, güştü, hulu, səlamu, şərəlli, tərəlli, qərəlli, tüklü şaftalı, tüksüz şaftalı və s. Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınmışdır. Ordubadlı mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.