Yurdumun Lezzeti

Yurdumun Lezzeti Yeri qida "Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı" layihəsi.

Layihə Avropa İttiqfaqının maliyyə dəstəyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir. Zaqatala, Qax, Balakən rayonlarını əhatə edən layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır. Layihə müddətində 7 dəyər zənciri üzrə 23 ist

ehsal qrupu yaradılıb ki, onların hər birində kiçik istehsalçılar cəmləşib. Qrupların istehsal istiqamətləri dəyər zənciri üzrə seçilmiş məhsullar: bal, arıçılıq məhsulları, meyvə qurudulması, mürəbbə istehsalı, bəkməz, qoz-fındıq məshulları və qurudulmuş ət məhsullarıdır. Seçilmiş dəyər zənciri iştirakçılarına öz istehsal sahələrini genişləndirmək və eyni zamanda istehsal prosesini bazarın tələblərinə uyğun qurmalarını təçin etmək məqsədilə layihə tərəfindən zəruri avadanlıq və alətlərlə təchiz edilmişlər. Layihənin digər istiqamətlərindən biri də bölgənin turizm potensialını öyrənmək və bu bölgədə aqro turizmə dəstək olmaqdır ki, Qax, Zaqatala və Balakən rayonlarının hər birində aqro turizm mərkəzi müəyyən edilib, təsərrüfat rəhbərləri və işçilər kənd turizmi, satış, qonaqlama xidməti mövzusunda təlimlərə cəlb olunub.

Təşkil etdiyimiz “Yerli Qida Həftələri” tədbirinin açılış mərasimindən yaddaqalan görüntüləri sizə təqdim edirik. Tədbir...
17/01/2023

Təşkil etdiyimiz “Yerli Qida Həftələri” tədbirinin açılış mərasimindən yaddaqalan görüntüləri sizə təqdim edirik. Tədbirdə yerli yeməklərin təqdimatı və dequstasiyası, Azərbaycanın Şimal-Qərb bölgəsindən xörəklərin hazırlanması üzrə ustad dərsi keçirilib və iştirakçılara yerli yeməklərdən nahar təqdim edilib.
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın şimal-qərb regionunda dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı” layihəsi çərçivəsində təşkil olunub.

Xurmanın faydalarını biləndən sonra onu daha çox sevəcəksən! 🥰 Tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımında...
10/01/2023

Xurmanın faydalarını biləndən sonra onu daha çox sevəcəksən! 🥰 Tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir deyə səni uzun müddət tox tutur. Bəkməzi isə qan azlığına təsir edir, həzm sistemini rahatlaşdırır, dəmir, kalium və A vitamininin qaynağıdır. Yurdumun Ləzzəti ilə xurmanın faydalarından yararlanmağı unutma. ❤️

Ləzzətli fasilə vermək istəyirsənsə, ehiyacın olan çay və Yurdumun Ləzzəti-ndən dadlı Niquzi-lərdir! 🥰
09/01/2023

Ləzzətli fasilə vermək istəyirsənsə, ehiyacın olan çay və Yurdumun Ləzzəti-ndən dadlı Niquzi-lərdir! 🥰

Ağız yaraları, aftalar, herpes, mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı propolisdən necə istifadə etməli olduğunu bi...
08/01/2023

Ağız yaraları, aftalar, herpes, mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı propolisdən necə istifadə etməli olduğunu bilirsənmi? Bu məhsulu bal, qatıq, bəkməz kimi qidalarla qarışdıraraq qəbul edə bilərsən. Eyni zamanda süd, su, meyvə şirəsi, qəhvə və çayla da bu mümkündür. 😊

Qax mətbəxindən dadı damaqda qalacaq bir reseptimiz var: Qaxac ətdən sürhüllü! ❤️Bunun üçün sənə lazımdır:400 qram un;30...
07/01/2023

Qax mətbəxindən dadı damaqda qalacaq bir reseptimiz var: Qaxac ətdən sürhüllü! ❤️
Bunun üçün sənə lazımdır:
400 qram un;
300 qram Yurdumun Ləzzəti qaxac əti;
120 qram quru dolma;
70 qram alça turşusu.
Duz, istiot əlavə edib qaxac əti və quru dolmaları qaynat. Un, su və duz ilə orta bərklikdə xəmir yoğur. 5-10 dəqiqə mayalanandan sonra öncə lent, daha sonra isə dörbucaq şəklində kəs və xırda xəmirləri şəhadət barmağın ilə sıxıb çək. Yapışmasın deyə un səp və qaynayan suya azca duz töküb xəmirləri əlavə et, 5-6 dəqiqə qaynat. Son olaraq xəmirləri öncədən qaynatdığın quru dolma, qaxac əti və suyu ilə boşqaba yığ, alça turşusu əlavə et. Nuş olsun! 😋

Bu mürəbbəni dadanlar ləzzzətindən doymur! 😍 Qoz mürəbbəsinin təbbi dadı Yurdumun Ləzzəti ilə səni gözləyir.
06/01/2023

Bu mürəbbəni dadanlar ləzzzətindən doymur! 😍 Qoz mürəbbəsinin təbbi dadı Yurdumun Ləzzəti ilə səni gözləyir.

Address

Qax

Telephone

+994707030016

Website

Alerts

Be the first to know and let us send you an email when Yurdumun Lezzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share