21/02/2023
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi təşkilatçılığı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 17-20 fevral 2023 tarixində həyata keçirilən “Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsində Gəncə Destinasiya Menecmenti Təşkilatınin təşəbbüsü ilə yaradılan Qərb regionu üzrə "Yerli Ekspertlər Şəbəkəsi"nin eksperti olaraq təlimçi qismində iştirak etdim.
Layihənin məqsədi regionun turizm potensialını nəzərə alaraq bölgənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və həyata keçirilməsi prosesində gənclərin rolunun artırılması təşəbbüslərini dəstəkləmək və Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ etməkdir.
Dörd gün ərzində keçirilən təlimlərə Gəncə şəhərində və ətraf bölgələrdə yaşayan turizm sahəsi üzrə təhsil alan və ya sahə ilə maraqlanan 18 nəfər gənc cəlb olunub.
Təlimlər zamanı gənclər Turistlərin qarşılanması, yerləşdirilməsi; lazımi və praktiki məlumatların əldə olunması üçün istiqamətlərin müəyyən olunması; Bələdçilik xüsusiyyətlərinin aşılanması; Tur boyunca qonaqları müşayət etmək; Ekskursiya proqramlarının hazırlanması və inkişafı; Muzeylərə, təbiət qoruqlarına və turistləri maraqlandıran digər obyektlərə ekskursiyaların təşkil olunması; Görməli yerlər haqqında nağıl etmə üsullarının inkişafı mövzuları ilə bağlı məlumatlar verilmişdir. Sonuncu gün təlim iştirakçıları ilə birgə Şah Abbas Karvansarayı, Şah Abbas məscidi, Çökək hamam, Cavad xan türbəsi, AXC binası, Xan Bağı, Nizami məqbərəsi, İmamzadə kompleksinə səfər etmiş və iştirakçılar praktiki olaraq öyrəndiklərini tətbiq etmişlər.
Sonda Təlim Kursunda uğurla iştirak edən gənclər sertifikat və müxtəlif hədiyyələrlə təltif olunmuşlar.
̇nkişafməqsədləri