Səyahətçi

Səyahətçi Səyahətçi (seyahetchi.az) - ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi!

🚬 Bu ölkədə kütləvi olaraq körpə uşaqlar da siqaret çəkir. Niyə?🇮🇩 Dünya ölkələrinin sağlam qidalanmaq və p*s vərdişlərd...
26/01/2025

🚬 Bu ölkədə kütləvi olaraq körpə uşaqlar da siqaret çəkir. Niyə?

🇮🇩 Dünya ölkələrinin sağlam qidalanmaq və p*s vərdişlərdən əl çəkmək uğrunda mübarizəni gücləndirdiyi bir zamanda İndoneziyada siqaret çəkən uşaqların sayı getdikcə artır. Rəsmi məlumatlara görə bu ölkədə 20 milyona yaxın 10 yaşına çatmamış uşaq siqaret tüstülədir. Yəni, uşaqlar ibtidai sinifdə oxumağa başlayanda artıq siqaret aludəçisi olurlar. Ən acınacaqlısı isə odur ki, siqaret firmaları öz məhsullarının reklamında da azyaşlılardan istifadə edirlər. Bu ölkə dünyada siqaret istehsalı üzrə 5-ci yerdə qərar tutur.

⛔ Ölkədə, xüsusilə 5-12 yaş arasında olan uşaqların siqaret reklamlarına çəkilməsi, azyaşlıların tütün məhsullarının təbliğatında istifadə edilməsi rəsmən qadağan edilməyib. Ümumdünya Səhiyyə Təşkilatının İndoneziya hökumətinə dəfələrlə xəbərdarlıq və tövsiyələr etməsinə baxmayaraq, ölkə rəhbərliyi bu sahədə ciddi tədbirlər görməyə tələsmir.

💰 İş ondadır ki, uşaqların reklam etdiyi tütün məhsulları digərlərinə nisbətdə daha çox satılır və il ərzində tütün mafiyasına milyonlarla dollar qazanc gətirir. Siqaret firmaları tütün aludəçiliyi olan uşaqları işə götürür, müxtəlif şou və lotereya oyunları təşkil edərək, valideynləri və uşaqları tütün biznesinə cəlb edirlər. Tütün məmulatları məktəblərin yaxınığındakı köşklərdə açıq satılır. Məktəblilər dərsə gedərkən və dərsdən çıxarkən siqaret tüstülədirlər.

😱 Bəzi uşaqlar hətta məktəb avtobuslarında da siqaret çəkirlər. Siqaret çəkmək nəqliyyat vasitələrində rəsmi olaraq qadağan olunsa da, demək olar ki, heç kim buna nəzarət etmir və uşaqlara irad bildirən də olmur. Fermerlər azyaşlı uşaqları tütün plantasiyalarında işlətməkdən çəkinmirlər. Siqaret çəkən, tütün yığan uşaqlarda ürəkbulanmasına, huşun itirilməsinə, tənəffüs orqanlarının probleminə və xərçəng xəstəliyinə tez-tez rast gəlinir.

🎞️ İndoneziyada siqaret bumu 19-cu əsrin sonlarından etibarən yayılmağa başlayan kretek - tütün, mixək və müxtəlif aromatik maddələrin qarışığıdır - istehsalından sonra daha da artıb. Kretek vaxtilə “yoxsulların siqareti” adlanırdı, indi isə cəmiyyətin orta və hətta yuxarı təbəqəsi arasında da sürətlə yayılmaqdadır.

💬 Ölkənin internet məkanında tez-tez bu məzmunda reklamlar səslənir: “Yusuf Hadi 4 yaşında siqaret çəkməyə başlayıb. O, gündə iki qutuya qədər siqaret çəkə bilir”. Yaxud, “Məhəmməd 5 yaşından siqaretə başlayıb, valideynləri ona siqaret almayanda çox əsəbi olur”.

✈️ Gəzməli - görməli yerlər, səyahət sirləri üçün səhifəmizi izlə

🇪🇺 Avropanın turistlər üçün ən cəlbedici 3 şəhəri📝 Böyük Britaniyada dərc edilən "Time Out" jurnalı Avropada turistlər ü...
13/01/2025

🇪🇺 Avropanın turistlər üçün ən cəlbedici 3 şəhəri

📝 Böyük Britaniyada dərc edilən "Time Out" jurnalı Avropada turistlər üçün ən cəlbedici hesab oluna biləcək 3 şəhərin adını açıqlayıb.

🇳🇱 Siyahıya Niderland ın Rotterdam şəhəri başçılıq edir.
😍 Müəllif qeyd edir ki, Niderlandın mədəni ürəyi hesab edilən Rotterdam sürətlə Amsterdamla rəqabət aparan yeni turizm məkanına çevrilir.

🇭🇺 2-ci sırada Macarıstan ın Budapeşt şəhəri qərarlaşıb.
😍 Belə ki, şəhərin müxtəlif maraqlı festivallara ev sahibliyi etməsi, memarlığı, müxtəlif konseptdə olan restoranları Macarıstanın paytaxtını turistlər üçün cəlbedici məkana çevirir.

🇮🇪 3-cü sırada isə İrlandiya nın cənub-qərbində yerləşən Kork şəhəridir.
😍 Paytaxt Dublinlə müqayisədə şəhərin daha sakit olması, müxtəlif sənət festivallarına ev sahibliyi etməsi, incəsənət qalereyalarının çox olması Korku Avropanın bir çox şəhərləri ilə müqayisədə daha maraqlı edir.

✈️ Gəzməli - görməli yerlər, səyahət sirləri üçün səhifəmizi izlə.

🇬🇧 Böyük Britaniyanın aparıcı səyahət jurnalı “Wanderlust” Azərbaycanı 2025-ci ilin səyahət etmək üçün ən yaxşı 25 istiq...
04/01/2025

🇬🇧 Böyük Britaniyanın aparıcı səyahət jurnalı “Wanderlust” Azərbaycanı 2025-ci ilin səyahət etmək üçün ən yaxşı 25 istiqaməti siyahısına daxil edib.

📢 Siyahıya, ziyarətçiləri ənənəvi marşrutlardan kənarlaşdırmaq və turist sıxlığının çox olduğu yerlərdən uzaqlaşdırmaq məqsədilə seçilmiş az tanınan məkanlar daxildir. “Bu məkanlar maraqlı, cəsarətli və məsuliyyətli səyahətçilər üçün həqiqətən xüsusi təcrübə təklif edir”.

🌍 “Wanderlust”un 25 istiqaməti:
🇦🇪 Əbu-Dabi, BƏƏ
🇨🇦 Alberta, Kanada
🇧🇲 Bermuda
🇨🇴 Kolumbiya
🇨🇷 Corcovado National Park, Kosta-Rika
🇭🇷 Dubrovnik, Xorvatiya
🇸🇻 Florida, Tennessee və Şimali Karolina; El Salvador
🇺🇸 ABŞ
🇦🇲 Almaniya
🇯🇵 Yaponiya
🇲🇾 Malaziya
🇺🇸 Mississippi, ABŞ
🇳🇦 Namibia
🇺🇸 Nyu York, ABŞ
🇶🇦 Qətər
🇧🇷 Rio de Janeiro, Braziliya
🇸🇦 Riyad, Səudiyyə Ərəbistanı
🇷🇼 Rvanda
🇦🇹 Salzburg və Vyana, Avstriya
🇸🇬 Sinqapur
🇸🇮 Small-town, Sloveniya
🇦🇺 Uluṟu-Kata Tjuṯa National Park, Avstraliya
🇺🇿 Özbəkistan
🇱🇹 Vilnus, Litva

✈️ Gəzməli - görməli yerlər, səyahət sirləri üçün kanalımıza qoşul:
https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🇹🇷 İstanbul aeroportu Avropanın ən bahalı hava limanıdır!🇮🇹 İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırması:🍔 İst...
04/01/2025

🇹🇷 İstanbul aeroportu Avropanın ən bahalı hava limanıdır!

🇮🇹 İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırması:

🍔 İstanbul aeroportu yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava limanları arasında birinci yeri tutub.

✈️ Aeroportda:
🍶 yarım litr su 6€
🥐 kruassan, sendviç 16,5€
☕ kapuçino 9€ satılır.

🍶 Müqayisə üçün
🇩🇪 Berlində 5,9€
🇩🇪 Frankfurtda 4,75€
🇬🇧 Londonda isə 4,5€

💬 İstanbul aeroportunun operatoru İGA bu qiymətlərin beynəlxalq standartlara uyğun olduğunu bildirib. Məlumatda vurğulanıb ki, şirkət xüsusilə Dubay, Amsterdam və London aeroportları ilə rəqabətə yönəlib.

✈️ Gəzməli - görməli yerlər, səyahət sirləri üçün kanalımıza qoşul: https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

✈️Ən uzun uçuş nə qədər sürür? - Bu təyyarələrin salonu fərqli olurUzun məsafəli uçuşların əksəriyyəti 6-15 saat arasınd...
02/01/2025

✈️Ən uzun uçuş nə qədər sürür? - Bu təyyarələrin salonu fərqli olur

Uzun məsafəli uçuşların əksəriyyəti 6-15 saat arasında davam edir, lakin "super uzun məsafəli" kateqoriyasına aid olan bir reys var.

Söhbət Nyu-Yorkun Con Kennedi hava limanı ilə Sinqapurun Çanqi hava limanı arasında 19 saatlıq birbaşa uçuşdan gedir. Səyahətçilər 15.000 kilometrdən çox heyrətamiz səyahət üçün Sinqapur Hava Yollarına məxsus Airbus A350 təyyarəsinə minirlər.

Uçuş 18 saat 50 dəqiqə davam edir. Sinqapurdan Nyu-Yorka dönüş isə cəmi 10 dəqiqə qısa sürür. Məkanı və rentabelliyi maksimuma çatdırmaq üçün təyyarə müntəzəm uçuşlara nisbətən daha az sərnişin daşıyır və ekonom sinifdən məhrumdur.

Salonun böyük hissəsi biznes sinif oturacaqlarına ayrılıb, təyyarənin arxa hissəsində isə standart ekonom sinifdən daha çox komfort və rahatlıq təklif edən premium ekonom bölmə var.

Sərnişinlərin rahatlığı üçün əlavə ayaq yeri, masaj xüsusiyyəti daşıyan ayaqaltılar, tənzimlənən başlıqlar, səs-küyün qarşısını alan qulaqlıqlar və Wi-Fi daxildir. Bu təyyarə Biznes Class sərnişinlərin məxfiliyi və rahatlığı nəzərə alınmaqla dizayn edilib, rahat səyahət üçün çarpayılar qoyulub.

🥳 Gəzməli - görməli yerlər, səyahət sirləri üçün kanalımıza qoşul:

📌 https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🇩🇰 Kopenhagendə gəziləcək ən gözəl yerlər🛶 Nyhavn😍 Bu rəngli liman məhəlləsi XVIII əsrə aid binaları, kafe və restoranla...
15/12/2024

🇩🇰 Kopenhagendə gəziləcək ən gözəl yerlər

🛶 Nyhavn
😍 Bu rəngli liman məhəlləsi XVIII əsrə aid binaları, kafe və restoranları ilə Kopenhagenin simvoluna çevrilib. Kanala baxan skandinaviya evləri şəhərin tarixi ruhunu hiss etməyə imkan yaradır.

🌳 Tivoli
1843-cü ildə açılmış dünyanın ən qədim əyləncə parklarından biri olan Tivoli, hər yaşda ziyarətçilərə nostalji dolu anlar bəxş edir. Əyləncə attraksionlarından başqa, burada musiqi festivalları və teatr tamaşaları da keçirilir.

🏰 Rosenborg
Danimarka kral ailəsinin qızıl dövrünü əks etdirən bu möhtəşəm sarayda kral tacları və zərgərlik kolleksiyaları saxlanılır. Sarayın yanında yerləşən bağlar isə gəzmək üçün ideal bir yerdir.

🖼️ Louisiana
Kopenhagendən bir qədər kənarda yerləşən bu muzey, dünya səviyyəli müasir sənət əsərlərini nümayiş etdirir. Təbii gözəlliyi və dənizə açılan möhtəşəm mənzərəsi ilə həm sənət, həm də təbiətsevərlər üçün cəlbedicidir.

🏯 Amalienborg
Danimarka kral ailəsinin rəsmi iqamətgahı olan bu sarayda hər gün saat 12:00-da keçirilən gözətçi dəyişmə mərasimini izləyə bilərsiniz. Saray muzeyi də ziyarətçilərə kral ailəsinin tarixini öyrənmək imkanı verir.

🪙 Torvehallerne
Bu məşhur qapalı bazarda Kopenhagendə yetişdirilən yerli məhsulları və şimal mətbəxinin dadlı nümunələrini dadmaq mümkündür. Xüsusilə təzə dəniz məhsulları və yerli desertləri sınamaq məsləhətdir.

⛵ Christianshavn
Kopenhagenin unikal dəniz atmosferini hiss etmək üçün Christianshavn bölgəsində qayıq turuna çıxın. Bu dar kanallar boyunca həm müasir, həm də tarixi binaları seyr edə bilərsiniz.

⛪ Bakıda mütləq görməli olduğunuz məşhur 5 muzey🎈 Hansında olmusunuz?🇦🇿 Milli Azərbaycan Tarix Muzeyi✅ Azərbaycanın ən q...
03/12/2024

⛪ Bakıda mütləq görməli olduğunuz məşhur 5 muzey

🎈 Hansında olmusunuz?

🇦🇿 Milli Azərbaycan Tarix Muzeyi
✅ Azərbaycanın ən qədim və ən çox ziyarət edilən muzeyidir

🇦🇿 Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
✅ Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yaradılmış muzeydir.

🇦🇿 İstiqlal Muzeyi
✅ Muzeyin əsas məqsədi qədim zamanlardan bu günlərədək öz müstəqilliyi uğrunda Azərbaycan xalqının mübarizəsini işıqlandırmaqdır.

🇦🇿 Ədəbiyyat Muzeyi
✅ Muzeydə 3 mindən artıq əlyazma, nadir kitab, illüstrasiya, portret, heykəl, miniatür, yazıçıların xatirələri və digər ekspozisiyalar toplanıb.

🇦🇿 Müasir İncəsənət Muzeyi
✅ Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların əsərləri toplanıb.

🥳 Muzeylər, gəzməli yerlər, səyahət sirləri üçün səhifəmizi izlə!

⛪ Mütləq görməli olduğunuz dünyaca məşhur 5 muzey🎈 Hansında olmusunuz?🇫🇷 Luvr muzeyi✅ Dünyanın ən böyük və ən çox ziyarə...
02/12/2024

⛪ Mütləq görməli olduğunuz dünyaca məşhur 5 muzey

🎈 Hansında olmusunuz?

🇫🇷 Luvr muzeyi
✅ Dünyanın ən böyük və ən çox ziyarət edilən muzeyidir

🇬🇧 Britaniya muzeyi
✅ 8 milyondan çox eksponat nümayiş olunur

🇺🇸 Metropoliten muzeyi
✅ Dünyada ən böyük İslam kolleksiyaları bu muzeydədir

🇮🇹 Vatikan muzeyi
✅ Əsrlər boyu papaların topladığı əsərlər zamanda səyahətə yol açır

🇷🇺 Ermitaj muzeyi
✅ Demək olar ki, bütün ölkələrə məxsus eksponatlar nümayiş olunur.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🇦🇿 Qubada səyahət üçün 5 turizm marşrutu🥳 Paytaxt Bakı ilə məsafənin yaxınlığı və geniş turizm imkanları bu bölgəni daha...
26/11/2024

🇦🇿 Qubada səyahət üçün 5 turizm marşrutu

🥳 Paytaxt Bakı ilə məsafənin yaxınlığı və geniş turizm imkanları bu bölgəni daha cəlbedici edir.

📍 Quba-Xınalıq - 55 km
✅ Xınalıq kəndi
✅ Cümə məscidi
✅ Günbəzli hamam (Çuxur hamam)
✅ Quba Tarix-Diyarşünaslıq Muzeyi
✅ Tağlı körpü
✅ Qırmızı qəsəbə
✅ Quba Soyqırımı Memorial Kompleksi
✅ Qəçrəş meşəsi
✅ Minarə (Küsnətqazma kəndi)
✅ Qrız körpüsü
✅ Xınalıq Tarix-Etnoqrafiya Muzeyi
✅ Xınalıq Atəşgahı (xüsusi icazə ilə)

📍 Quba-Xanagah - 25 km
✅ Xanagah kəndi
✅ Şahdağ Milli Parkı
✅ Xanagah şəlalələri
✅ Çahacuk kanyonu
✅ Girdah şəlaləsi
✅ Söhüb qalası
✅ Yeddilər dağı
✅ Yeddilər qalası
✅ Qaraçay kanyonu
✅ A.Bakıxanovun ev-muzeyi
✅ Cümə məscidi (Püstəqasım kəndi)
✅ Xanəgah qəbiristanlığı

📍 Quba-Qrız - 40 km
✅ Qrız kəndi
✅ Qrız şəlaləsi

📍 Quba-Afurca - 35 km
✅ Afurca şəlaləsi
✅ Təngəaltı kəndi
✅ Birinci Nügədi kənd məscidi
✅ Çənlibel gölü
✅ Təngəaltı kanyonu (Təngə dərəsi kanyonu)
✅ Qaçaq Mayıl mağarası

📍 Quba-Qırmızı qəsəbə - 5 km
✅ Qırmızı qəsəbə

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🎄🇦🇿 Bakıdan Yeni ili qarşılamaq üçün 7 möhtəşəm istiqamət🥳 Yeni ili fərqli bir yerdə qarşılamaq istəyirsiniz? Bakıdan as...
24/11/2024

🎄🇦🇿 Bakıdan Yeni ili qarşılamaq üçün 7 möhtəşəm istiqamət

🥳 Yeni ili fərqli bir yerdə qarşılamaq istəyirsiniz? Bakıdan asanlıqla səyahət edə biləcəyiniz bu 7 istiqamət sizin üçün əla seçim ola bilər!

😍 Qəbələ – Qarla örtülü dağlar və sakit təbiət Yeni il atmosferini hiss etmək üçün ideal mühit yaradır.

😍 Şəki – Tarixi memarlıq və dadlı Şəki paxlavası Yeni il süfrəsini tamamlayır.

😍 Qusar (Şahdağ) – Azərbaycanın ən populyar xizək mərkəzi. Əyləncə və qış idmanları üçün əla seçimdir.

😍 Quba – Xınalıq kəndinin qışı unikal mənzərələr və yerli ənənələrlə doludur.

😍 İsmayıllı – Sakit təbiət qoynunda Yeni ili keçirmək istəyənlər üçün əla seçimdir.

😍 Lənkəran – Xəzər dənizi sahilində fərqli və isti bir Yeni il gecəsi yaşayın.

😍 Naxçıvan – Tarixi yerləri gəzin və Yeni ili möcüzəli bir atmosferdə qarşılayın.

🎅🏻 Sizin bu il üçün seçiminiz hansı olacaq?
Şərhlərdə paylaşın!

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🤩 Axır ki, bu mümkün oldu!📢 Artıq sərnişinlər AZAL-ın rəsmi saytında “Rezervasiyanın idarə edilməsi”, mobil tətbiqində i...
22/10/2024

🤩 Axır ki, bu mümkün oldu!

📢 Artıq sərnişinlər AZAL-ın rəsmi saytında “Rezervasiyanın idarə edilməsi”, mobil tətbiqində isə "Rezervasiya" bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.

🥳 Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir.

✅ Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir.

😍 Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 https://whatsapp.com/channel/0029VafO0D6IiRovTTDP0N08

🥳 Kəndlərdəki qonaq evləri avadanlıqlarla təmin edilir.📢 Turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin...
02/10/2024

🥳 Kəndlərdəki qonaq evləri avadanlıqlarla təmin edilir.

📢 Turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə "Turistik Kənd" layihəsinə start verilib.

🎯 Layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.

✅ İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin "Aqroturizm" zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

🇦🇿 "Turistik Kənd" layihəsi ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədilə həyata keçirilir.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 t.me/seyahetchi

🥳 Sentyabrın 7-8-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.📢 Meysəri kəndində yerləşən “Shirvan Wines” üzüm və şər...
26/08/2024

🥳 Sentyabrın 7-8-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

📢 Meysəri kəndində yerləşən “Shirvan Wines” üzüm və şərab kompleksində 23 şərab brendi, ustad dərsləri, sərgilər və əyləncələr təqdim olunacaq.

🍷 Qonaqlar məhsulların dadına baxa və satın ala, işgüzar əlaqələr qura və şou proqramdan həzz ala biləcəklər.

🚌✅ Saat 11:30-da Heydər Əliyev Mərkəzindən nəqliyyat təşkil olunacaq.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 t.me/seyahetchi

📍

🇦🇿🇵🇰 Azərbaycandan Pakistana viza pulsuz olacaq!🗞 Pakistanın informasiya naziri Ataulla Tarar:📢 Azərbaycan da daxil olma...
18/08/2024

🇦🇿🇵🇰 Azərbaycandan Pakistana viza pulsuz olacaq!

🗞 Pakistanın informasiya naziri Ataulla Tarar:

📢 Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

💰 Bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 t.me/seyahetchi

📍

🇦🇿 Təbriklər, Qarabağ!!! ♥️⚽ 2 — 7🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:📌 t.me/seyahetch...
13/08/2024

🇦🇿 Təbriklər, Qarabağ!!! ♥️

⚽ 2 — 7

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 t.me/seyahetchi

📍

🍷🎷 Bakıda ləzzətli içkilərdən həzz ala və canlı musiqi ilə dincələ biləcəyiniz 6 estetik məkanı kəşf edin:🍷 Galateya🍷 Be...
13/08/2024

🍷🎷 Bakıda ləzzətli içkilərdən həzz ala və canlı musiqi ilə dincələ biləcəyiniz 6 estetik məkanı kəşf edin:

🍷 Galateya
🍷 Best Place Baku
🍷 Museum Inn
🍷 Balagan Baku
🍷 Vasilchuki Baku
🍷 Hill Restaurant

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 https://www.t.me/seyahetchi

📍

Su təchizatındakı problemlər səbəbindən İtaliyanın Kapri adasına turistlər buraxılmırlar.Bu əmri şəhər meri Paolo Falko ...
08/08/2024

Su təchizatındakı problemlər səbəbindən İtaliyanın Kapri adasına turistlər buraxılmırlar.

Bu əmri şəhər meri Paolo Falko adada suyun kəsilməsindən sonra verib.

O qeyd edib ki, tətil mövsümündə hər gün adaya gələn minlərlə insan üçün əsas xidmətlərə zəmanət verilə bilməz:

"Yalnız qonaqpərvərliyə zəmanət vermək üçün kifayət qədər su ehtiyatı olan bir hoteldə rezervasiya edən turistlər Kapriyə buraxılacaqlar".

Yeni tələblər bərələrin Kapriyə yola düşmək üçün limanlarda növbə yaratmasına səbəb olub.

Artıq adaya doğru üzən gəmilərlə dəniz idarələri əlaqə saxlayıblar və onlara çıxış limanlarına qayıtmaq əmri verilib.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:

📌 t.me/seyahetchi

Türkiyənin ən məşhur içkisi olan çay yığımının unudulmaz təcrübəsinə qərq olun.Türkiyənin harasında olursunuzsa olun, bö...
07/08/2024

Türkiyənin ən məşhur içkisi olan çay yığımının unudulmaz təcrübəsinə qərq olun.

Türkiyənin harasında olursunuzsa olun, böyük ehtimalla bir fincan türk çayı ilə qarşılaşacaqsınız. Çay türk mədəniyyətində o qədər geniş yayılmışdır ki, çaysız bir gün belə keçirmək demək olar ki, mümkün deyil. Səhər yeməyindən axşam yeməyinə qədər çay türk həyatının ayrılmaz hissəsidir. Lakin, Türkiyə təkcə çayın böyük istehlakçısı deyil; Ölkə həm də hər il 1,5 milyon ton çay istehsal edən qlobal çay mərkəzidir. Çay o qədər mühüm və köklü mədəni komponentdir ki, Türkiyə və Azərbaycanın birgə müraciəti ilə türk çayı 2022-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilib.

Türkiyədə çay ildə üç dəfə yığılır: may-iyun, iyul-avqust və sentyabr-oktyabr aylarında. Türkiyənin Şərqi Qara dəniz vilayətlərində mədəniyyətin əvəzsiz bir parçasıdır. Bu gün Türkiyə çayının 70%-i Rizə vilayətində istehsal olunur, ondan sonra Şərqi Qara dəniz sahili Artvin, Trabzon və Ordu vilayətləri və Giresunun müəyyən bölgələri gəlir. Bölgədə bəzən "yaşıl qızıl" olaraq da adlandırılan Rizə çayı dünyanın "ən təbii çayı" kimi də tanınır; Bu, böyüyən yarpaqlara qar yağan yeganə ərazidir. Çay Türkiyənin coğrafi məhsulları arasındadır və onun parlaq qırmızı rəngini tamamlayan qeyri-adi ətir və dada malikdir.

Pokut, Ayder və Anzer kimi təzə zümrüd yaşılı Şərq Qara dəniz yaylalarında təbiətlə tanış olmaq üçün Rizəyə səyahət edən ziyarətçilər əyalətin plantasiyalarında çay yığımını da müşahidə edə və ya iştirak edə bilərlər. Populyar fəaliyyət çay qayçısından istifadə edərək məhsul yığımında iştirak etmək və daha sonra ənənəvi geyimdə şəkil çəkdirməkdir. Rizəyə gedərkən başqa bir Rizə məhsulu simitlə bir fincan Rizə çayı içə bilərsiniz. Getməzdən öncə özünüz, dostlarınız və ailəniz üçün çay da ala bilərsiniz.

Türkiyə çay istehsalına çox ciddi bir məsələ kimi yanaşır və bunu içkinin diqqətlə hazırlanmasından anlaya bilərsiniz. Adətən, çay mis və ya digər metallardan hazırlanmış çaydanda dəmlənir. Aşağı çaydanda su qaynadılır, sonra çay yarpaqları ilə birlikdə yuxarı çaydana əlavə edilir. Üst çaydandakı çay alt çaydandakı qaynarın suyun istisi ilə yavaş-yavaş dəmlənir.

Dəmlənmiş çay adətən kiçik, şüşə armudu stəkanlarda verilir. Əvvəlcə yuxarıdakı çaydandan tünd çay süzülür, aşağı çaydandan qaynar su içənin istəyinə uyğun olaraq əlavə olunur. Şəkər tez-tez çay stəkanlarının yanında verilir ki, bu da öz formasına və materialına görə çayın temperaturunu qoruyur, eyni zamanda rəngini açır.

🗺️ Ölkəmizi və dünyanı qarış-qarış gəzən səyahətçilərin yol bələdçisi:
📌 t.me/seyahetchi

Address


Alerts

Be the first to know and let us send you an email when Səyahətçi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Səyahətçi:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share