15/04/2019
14.06.2019 – 28.06.2019
Milan – Strasburq-Parij- -Brüssel-Amsterdam- (Volendam) -Frankfurt-Mayn -Münhen -Verona-Venesiya –Milan
Turun proqramı:
1-ci gün. Milan
Hava limanında şirkət nümayəndəsi tərəfindən qarşılanma. Mehmanxanada yerləşmə. Asudə vaxt. Mehmanxanada gecələmə.
2-ci gün. Milan
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Mehmanxanada gecələmə.
3-cü gün
Mehmanxanada səhər yeməyi. Rusdilli bələdçi ilə şəhərin tarixi mərkəzi üzrə təsviri ekskursiya-Kafedral məbəd, Sforsesko qəsri, məşhur La-Skala teatrı, II Viktor Emanuelin dünyaca məşhur ticarət qalereyası. Asudə vaxt. Fakültativ olaraq İzola Bella adasında yerləşən Borromeo sarayı ilə birgə İtaliyanın ən gözəl və məşhur göllərindən biri Madjoreyə ekskursiya. Mehmanxanada gecələmə.
4-cü gün. Strasburq
Mehmanxanada səhər yeməyi. Strasburqa gediş.”Birləşmiş Avropa paytaxtı”- inanılmaz gözəl və mükəmməl qorunub saxlanılmış qədim şəhər Strasburqun tarixi mərkəzi, Reynə axan İl çayı vasitəsi ilə əmələ gətirdiyi adada yerləşir. Mehmanxanada yerləşmə. Asudə vaxt. Gecələmə.
5-ci gün. Paris
Mehmanxanada səhər yeməyi. Parisə gediş. Şəhər üzrə avtobusla ekskursiya, siz burada Luvr, Bastiliya meydanı, Opera, Notre Dam və Parisin digər abidələrini görə biləcəksiniz. Asudə vaxt. Fakültativ olaraq Notre Dame və Latın kvartalına ekskursiya. Mehmanxanada yerləşmə. Fakültativ olaraq “Paris Gecələri” ekskursiyası. Mehmanxanada gecələmə.
6-cı gün.Paris
Mehmanxanada səhər yeməyi. Asudə vaxt, istəyə uyğun olaraq günün birinici yarısında Monmantr və Versal sarayına fakültativ ekskursiya. Günün ikinci yarısında isə dünyaca məşhur Luvr muzeyinə fakültativ ekskursiya. Bundan başqa fakültativ olaraq Mulen Ruj kabaresində və ya Lidoda gece şousu təklif edilir. Mehmanxanada gecələmə.
7-ci gün.Brüssel
Mehmanxanada səhər yeməyi. Brüsselə gediş. Brüssel-Flandriyanın fransızdilli əhalisinin yerləşdiyi və işğalçılara etirazın tarixi simvolu olan adadır. Şəhər ürək şəklindədir. Ümumi ekskursiya zamanı siz Avropanın ən gözəl meydanlarından olan Qran Plyas, Brüsselin simvoluna çevrilən Manneken P*s, Brüsselin daha bir simvolu sayılan məşhur Atomium, müqəddəs Sablon kilsəsi kimi abidələri görə biləcəksiniz. Amsterdam ətrafı mehmanxanada yerləşmə. Mehmanxanada gecələmə.
8-ci gün. Amsterdam
Mehmanxanada səhər yeməyi.Amsterdama səyahət. Şəhər üzrə ekskursiya. Almaz fabrikinə səfər. Əlavə olaraq Amsterdam kanalları üzrə qayıqla fakültativ ekskursiya. Mehmanxanada yerləşmə. Gecələmə.
9-cu gün (Volendam-Zaanse-Sxans)
Mehmanxanada səhər yeməyi. Volendam və Zaanse Sxans şəhərlərinə fakültativ ekskursiya. Zaan sahillərini beş dəyirman əhatə edir. Zaanse Sxans-açıq səma altında etnoqrafik muzeydir. Burada əhali əsrlərin adətlərinə əsaslanaraq yaşayır, milli geyimlər geyinir və ənənəvi yolla pendir hazirlayır. Mükəmməl qorunmuş binalar 17-18-ci illərin Holland həyatının bariz nümunəsidir. Bugün Volendam etnoqrafik turistik mərkəz, “əsl Holladiyanın” simvolu kimi məşhurdur. Hər il buraya 2 milyondan çox turist gəlir, onlar pəncərələri sərgi kimi bəzədilmiş kiçik milli evləri,qədim kilsələri,romantik küçələri, gözəl kanalları,körpüləri və məşhur limanları görməyə gəlirlər. Frankfurta gediş. Mehmanxanada yerləşmə. Asudə vaxt. Gecələmə.
10-cu gün. Frankfurt-Münhen
Mehmanxanada səhər yeməyi. Bələdçi ilə şəhərin tarixi mərkəzinə səyahət. Münhenə gediş. Şəhərin tarixi mərkəzinə bələdçi ilə səfər. Asudə vaxt. Mehmanxanada yerləşmə. Gecələmə.
11-ci gün “Noyşvanştayn qəsri”-Verona
Mehmanxanada səhər yeməyi. Fyussen şəhərinə gediş. Şəhərdə asudə vaxt. Noyşvanştayn qəsrinə fakültativ səyahət. Möhtəşəm Noyşvanştayn qəsri haqqında qarlı Alp dağlarının yüksəkliklərində yerləşən gerçəkliyə çevrilən fantaziya, nağıllar qəsri kimi danışırlar. Qəsr sanki sümükdən hazırlanıb və reallıqdan çox xəyala bənzəyir. Bu indiyə kimi insan tərəfindən yaradılmış ən qeyri-adi tikilidir. Qəsr təkcə tarixi ilə deyil, həm də Wolt Disneyin “Yatmış gözəl” cizgi filmindəki qəsrin prototipi olması ilə məşhurdur. Veronaya köçmə. Mehmanxanada yerləşmə. Asudə vaxt. Mehmanxanada gecələmə.
12-ci gün. Verona-Venesiya
Mehmanxanada səhər yeməyi. Veronanın mərkəzində asudə vaxt. Fakültativ olaraq Venesiyaya ekskursiya təşkil edilir. Milana gediş. Milanda mehmanxanada yerləşmə. Asudə vaxt. Mehmanxanada gecələmə.
13-cü gün.Milan
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Gecələmə.
14-cü gün.Milan
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Gecələmə.
15-ci gün.Milan (Cümə)
Mehmanxanada səhər yeməyi. Hava limanına transfer.
Qiymətə daxildir:
3* mehmanxanalarda gecələmə
Səhər yeməyi əsasında qidalanma
Aviauçuş: Bakı-Milan-Bakı birbaşa
Hava limanı -mehmanxana -hava limanı qrup transfer
Rusdilli bələdçi ilə proqram üzrə transfer xidməti
Rusdilli bələdçi ilə ekskursiyalar: Paris(2 saat), Brüssel( 2 saat),Amsterdam(2 saat),Milan(2 saat)
Qrup nümayəndəsi ilə gəzintilər: Frankfurt na Mayne, Münhen
Əlavə ödənilir:
Sığorta
Muzeylərə giriş biletləri
Madjore gölunə səyahət
Saraya giriş bileti və botanika bağı
Versal sarayına ekskursiya
Mulen Ruj və ya Lido kabaresində gecə şousu və şam yeməyi (qiymət seçilmiş proqramdan asılıdır)
Volendam+Zaanse Sxans-a ekskursiya
Noyşvanştayn qəsrinə ekskursiya
Luvra bələdçi ilə ekskursiya 40 evro+giriş bileti
Notr Dam və Latın kvartalına ekskursiya
Paris gecələri ekskursiyası
Monmantra ekskursiya
Venesiyaya ekskursiya
Venesiyada böyük kanal
Amsterdam kanallarında qayıq
Parisdə Sena çayı boyu qayıq
Bütün tur zamanı qulaqcıqlar
QİYMƏT
1165 EURO
ƏLAVƏ MƏLUMAT
*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib