MarkBook

MarkBook Cəmiyyətimizdə görmək istədiyimiz dəyişikliyin bir parçası olmaq üçün çalışırıq.
(3)

MarkBook - MarkClub platformasının nəzdində yaradılmış bir onlayn kitab mağazasıdır. Məqsədimiz, sizin üçün Marketinq, Şəxsi İnkişaf, Biznes, Psixologiya sahələrinə aid kitabların, daha sərfəli qiymətə satışının təmin olunmasıdır.

Bu günün həqiqi universiteti bir kitabxanadır. Carlyle
28/07/2021

Bu günün həqiqi universiteti bir kitabxanadır.

Carlyle

Sosyal Medya Canavarı Olmak İstermisin? - Oğuzhan SaruhanSiz 26 - 31 İyul tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,9...
26/07/2021

Sosyal Medya Canavarı Olmak İstermisin? - Oğuzhan Saruhan

Siz 26 - 31 İyul tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,99 AZN əldə edə bilərsiniz.

Kitabların sayı məhduddur, Əldə etmək üçün bizə yazın 🙂

Ən böyük sərmayə, özünüzə etdiyiniz sərmayədir.Warren Buffett
21/07/2021

Ən böyük sərmayə, özünüzə etdiyiniz sərmayədir.

Warren Buffett

Yaratıcılık - John HegartySiz 14 - 20 İyun tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,99 AZN əldə edə bilərsiniz.Kitab...
19/07/2021

Yaratıcılık - John Hegarty

Siz 14 - 20 İyun tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,99 AZN əldə edə bilərsiniz.

Kitabların sayı məhduddur, Əldə etmək üçün bizə yazın 🙂

Pul qazanmaq üçün reklamı dayandırmaq, vaxt qazanmaq üçün saatı dayandırmaq kimidir.Henry Ford
14/07/2021

Pul qazanmaq üçün reklamı dayandırmaq, vaxt qazanmaq üçün saatı dayandırmaq kimidir.

Henry Ford

This is marketing - Seth GodinSiz 12 - 18 İyul tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,99 AZN əldə edə bilərsiniz.K...
12/07/2021

This is marketing - Seth Godin

Siz 12 - 18 İyul tarixlərində bu kitabı 12,00 AZN yox, cəmi 9,99 AZN əldə edə bilərsiniz.

Kitabların sayı məhduddur, Əldə etmək üçün bizə yazın 🙂

Müəllifin bu kitabı bütün digər kitablarında olan ilham ideyalarını özündə cəmləşdirir.Sharma bestseller olan digər kita...
11/07/2021

Müəllifin bu kitabı bütün digər kitablarında olan ilham ideyalarını özündə cəmləşdirir.
Sharma bestseller olan digər kitablarından sitatlar çəkərək oxucuya gündəlik virtual təqvim təklif edir. O, oxucuya gündəlik sitatlar verməklə onları gün ərzində bu ideya haqda düşünmək və bu məlumatlardan istifadə edərək, həyatını daha keyfiyyətli, daha məhsuldar keçirməyinə köməklik göstərir.
Kitab həyatımızda gündəlik rutinlərdən daha önəmli olan nüanslar haqda düşünməyə və onlara önəm verməyə çağırır.
Burada deyilənlərə əməl edilərsə, insan peşə həyatında daha çox uğur qazanar və şəxsi həyatda daha çox sevinc tapar.

Qiyməti: 12,00 AZN
Endirimlə: 10,99 AZN

Əlinizdə tutduğunuz bu kitab tədqiqat aləminə girişdir. Bu tədqiqat əsəri praktiki vəsait olub, metodologiya elminin nəz...
11/07/2021

Əlinizdə tutduğunuz bu kitab tədqiqat aləminə girişdir. Bu tədqiqat əsəri praktiki vəsait olub, metodologiya elminin nəzəriyyəsini öyrənmək, müxtəlif sahələr – sosial, siyasi və iqtisadi elmlər, habelə biznes araşdırmaları üzrə müstəqil surətdə və komanda şəklində tədqiqat aparmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Kitabda tədqiqat prosesinin bütün mərhələləri barədə məlumatlar öz əksini tapır. Araşdırmanın başlıca məqsədi tədqiqat aparmaqda maraqlı olan şəxslərə bu proses barədə yığcam, lakin dolğun və müfəssəl məlumatlar, dəqiq istiqamət verməkdir. Xüsusilə də gənc tədqiqatçılar və ali təhsil müəssisələrində təhsil alanlar üçün
nəzərdə tutulan bu əsərdə müxtəlif tədqiqat metodlarının və strategiyalarının təsviri, hər bir metodun üstün və zəif cəhətləri barədə mülahizələr öz əksini tapıb. Hər bir metodun daha yaxşı başa düşülməsi üçün onların real dünyada tətbiqinə dair çoxsaylı konkret nümunələr də verilib.

Qiyməti: 9,99 AZN

Pulitserovski mükafatı laureatı Çarlz Dahiqq oxucular qarşısında vərdişlərin necə formalaşması və niyə mövcud olması, hə...
10/07/2021

Pulitserovski mükafatı laureatı Çarlz Dahiqq oxucular qarşısında vərdişlərin necə formalaşması və niyə mövcud olması, həmçinin onları necə dəyişmək haqda son elmi tapıntıların maraqlı dünyasını açır.
“Starbucks” öz müştərilərini necə cəlb edir?
Özünü qələbə qazanmağa proqramlaşdıra bilərsənmi?
Bir nəfərin vərdişləri ümumi məqsədə çatmağa təsir göstərirmi? Elmi məlumatları maraqlı misallarla – iri şirkətlərin, uğurlu idman komandalarının və hətta vətəndaş hüquqlarının müdafiəsi hərəkatlarının tarixçələri ilə zənginləşdirən Dahiqq bizi insan təbiəti və onun həqiqətən sərhədsiz imkanları barədə qənaətə gətirib çıxarır.
Hər şey: idmanla məşğul olmaq və artıq çəki ilə mübarizə aparmaq, peşəkar faydalılıq və maliyyə uğurları vərdişin gücündən asılıdır. Vərdişlərimizi dəyişməklə öz həyatımızı və bizi əhatə edən dünyanı dəyişə bilərik!

Qiyməti: 9,99 AZN

“Rayan Holidey zəmanəmizin çətin sualları üzərində baş sındıran oxuculara bir daha meydan oxuyur”.Dr. Dryu Pinski, “D...
10/07/2021

“Rayan Holidey zəmanəmizin çətin sualları üzərində baş sındıran oxuculara bir daha meydan oxuyur”.
Dr. Dryu Pinski, “Dr. Dryu xətdədir” və HLN tok-şoularının aparıcısı

O, perspektiv gənc dühaların karyerasını alt-üst edir. O, taleyin üzünü döndərir və şirkətləri yerlə-yeksan edir. O, uğursuzluğu dözülməz edir və mübarizəni utanca çevirir. Onun adı?
Onun adı eqodur – ambisiyanın, uğurun və dirçəlişin düşməni.

Bütün böyük filosoflar, incəsənətin ən uzunömürlü və saya-hesaba gəlməyən əsərləri bütün mədəniyyətlərdə və bütün dövrlərdə onun barədə xəbərdarlıq ediblər.

Bu kitabın səhifələrində biz onunla mübarizə aparırıq, o bizi dağıtmamışdan əvvəl onu darmadağın etməyə çalışırıq.

Qiyməti: 9,99 AZN

“Zero Limit” bu vaxtadək yazılmış ən çox təsir gücünə malik kitablardan biridir.Bu kifayət qədər cəsarətli bəyanat ola b...
09/07/2021

“Zero Limit” bu vaxtadək yazılmış ən çox təsir gücünə malik kitablardan biridir.
Bu kifayət qədər cəsarətli bəyanat ola bilər. Lakin kitab təkcə öz kiçik dünyanızı deyil, bütün dünyanı dəyişdirməyə gücü çatan “Ho’oponopono” adlanan qədim Havay müalicə üsulundan bəhs edir. Kitab həyatınızda baş verənlərin əsl səbəbini aşkar edir və sizə “mənfi enerjini” təmizləyərək Tanrıya necə daha yaxın olmağın yolunu göstərir.
Bəli, bu üsul çox güclüdür!
“Zero Limit” əqli cəhətdən qüsurlu cinayətkarları gözlə görmədən müalicə edən İhaleakala Hyu Lin adlı sirli Havay psixoloqunun valehedici hekayətidir. O, Ho’oponopono üsulu ilə işçi heyəti daxil olmaqla bütün xəstələri müalicə etmiş oldu!

Qiyməti: 8,99 AZN

Alver, alıb-satmaq bizim ruhumuzdadır. Bəlkə də ruhumuza hopub. Tarixi də çox qədimdir. Gözə görünən və görünməyən...
09/07/2021

Alver, alıb-satmaq bizim ruhumuzdadır. Bəlkə də ruhumuza hopub. Tarixi də çox qədimdir. Gözə görünən və görünməyən çox şeyləri alıb-satmaq olur, bunu etmişik. Bu baxımdan satış bizim üçün çox ciddi problem olmamalıdır. Amma olur. Bəs səbəb nədir?... İşə gecikən işçini cərimələmək nə dərəcədə doğru və effektlidir?... Reklamlarda yalan payı nə qədər olur?... Müştərilər hər addımda yalnız mənfəət güdən, ilk fürsətdə bütün xərcini malın, xidmətin üstünə əlavə edən alverçi təfəkkürlü şirkətləri əsasən nəyə görə sevmir?... Yaxşı işçi arzusunda olan şirkətlər onları cəlb etmək üçün ilk növbədə neyləməlidir?... Biznesdə savadlı olmaq yaxşıdır, yoxsa bacarıqlı?... Maaşından narazı olanlar, daha çox qazanmaq istəyənlər bu vacib məsələni həll etmək üçün ilk növbədə hansı addımı atmalıdır: müdirin yanına getməlidir, yoxsa işdən?...

Bu və digər suallara hazırda əlinizdə tutduğunuz kitabda ətraflı və konkret cavablar tapa biləcəksiniz. Azərbaycanın biznes, marketinq və reklam dünyasının bu gününü özündə əks etdirən bu kitabda ölkəmizin aparıcı şirkətlərində çalışan 42 peşəkar mütəxəssisin 115 yazısı yer alır. Müasir marketinq, biznes və menecment praktikasından bəhs edən “Bu günün marketinqi 3” kitabı biznes sferasında çalışan menecerlər, rəhbərlər, mütəxəssislər, bizneslə maraqlanan şəxslər, eləcə də tələbələr üçün faydalı məlumatlarla zəngindir. Kitabdakı praktik misallarla zəngin yazılarda siz yerli bazarın xüsusiyyətlərinə dair faydalı biliklər əldə edə və biznesiniz üçün faydalana bilərsiniz.

Qiyməti: 8,99 AZN

40 yaşından sonra həyatını kökündən dəyişən və inanılmaz uğur qazanan yazıçı və biznes treneri Cen Sinseronun “Sən pul q...
08/07/2021

40 yaşından sonra həyatını kökündən dəyişən və inanılmaz uğur qazanan yazıçı və biznes treneri Cen Sinseronun “Sən pul qazanmaqda əjdahasan” kitabı dünyanın 20-dən çox dilinə tərcümə edilib. Bu kitabda müəllif düşüncə tərzinin və vərdişlərin köməyilə həyatı yaxşılığa doğru dəyişməyin mümkünlüyündən bəhs edir və oxucunu güclü motivasiyaya kökləyir.

Bu kitabın sayəsində siz: var-dövlətə sağlam münasibət bəsləmək və buna nail olmaq; normal gəlir əldə etməyi əngəlləyən gizli inamları müəyyən etmək; pulu enerji axını kimi qəbul etməyə və onu idarə etməyin sirlərini öyrənməyə başlamaq; emosiyaları qazanc vasitələrindən birinə çevirmək; kainat üçün aydın sorğular hazırlamaq vərdişinə yiyələnmək; ürəyinizin çağırışına qulaq asmağı və bunun pul axını üçün əsas yaratmağı öyrənmək; qətiyyətli hərəkətə keçmək; pulun əriməməsi, çoxalması üçün nə edəcəyinizi anlamaq; gəlirinizi bir neçə dəfə artırmağa və hərəkətə gətirməyə imkan verən “inam sıçrayışı” etmək imkanı qazanacaqsınız.

Qiyməti: 7,99 AZN

Yaxşı hazırlanmış biznes planı ideyanıza entuziazm qatır və sizin uğur qazanmaq şansınızı çoxaldır - istər şirkətiniz da...
08/07/2021

Yaxşı hazırlanmış biznes planı ideyanıza entuziazm qatır və sizin uğur qazanmaq şansınızı çoxaldır - istər şirkətiniz daxilində yeni təşəbbüs irəli sürəndə, istərsə də tamamilə yeni bir şirkət qurmağa başlayanda. "Biznes planlarının hazırlanması" kitabı bu işin əsaslarını sizə qısaca şəkildə açıb göstərir.

Bu kitabdan:
ideyanızı aydın şəkildə təqdim etməyi;
əsaslı maliyyə planları hazırlamağı;
layihə risklərini, habelə qazanclarını;
dinləyicilərinizin qayğılarını öncədən görməyi və buna uyğun çıxış etməyi öyrənəcəksiniz.

Qiyməti: 4,20 AZN

«Varlıq və heçlik» Jean-Paul Sartre-nin ən ünlü əsəridir və ek­zis­ten­sializm fəlsəfəsinin başlıca sənədi sayılır. Bu t...
07/07/2021

«Varlıq və heçlik» Jean-Paul Sartre-nin ən ünlü əsəridir və ek­zis­ten­sializm fəlsəfəsinin başlıca sənədi sayılır. Bu traktatında fransız filosofu insan dünyası ilə bağlı bir çox ideyalarını açır. Azərbaycan oxucusu «Varlıq və heçlik» əsərini oxuduqca dilimizin lüğətindən bildiyi «heç nə», «heçlik», «varlıq», «şüur», «seçim», «öz kimliyini seç­mək və ya qurmaq» kimi sözlər, deyimlər onun öncələr bilmədiyi mənalarla dolacaq və ona görə də dolğunlaşacaq.
Beləcə, Azərbaycan oxucusu biləcək ki, insan varlığı nəsnə­lərin var­lığından nə ilə fərqlənir. Biləcək ki, azadlıq varlıqla, şüurla necə bağlıdır.


Qiyməti: 15,00 AZN
Endirimlə: 13,99 AZN

İşləmək üçün təlimat kitabçasına ehtiyacı olan hər məhsul, xarabdır.Elon Musk
07/07/2021

İşləmək üçün təlimat kitabçasına ehtiyacı olan hər məhsul, xarabdır.

Elon Musk

Google-un iki yüksək vəzifəli meneceri – Baş İcraçı direktoru Erik Şmidt və İstehsalın Baş vitse-prezidenti Conatan Roze...
06/07/2021

Google-un iki yüksək vəzifəli meneceri – Baş İcraçı direktoru Erik Şmidt və İstehsalın Baş vitse-prezidenti Conatan Rozenberq tərəfindən yazılmış bu kitab, dünyanın hər yerində ən çox satılan kitabları geridə qoydu. Google-ın dəyərləri və korporativ mədəniyyəti ilə dünyada lider bir təşkilata çevrilməsinin hekayəsidir.

Qiyməti: 13,00 AZN
Endirimlə: 11,99 AZN

Robert Kiyosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yolla...
06/07/2021

Robert Kiyosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.
Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.
“Varlı ata, kasıb ata” kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün çox faydalıdır.

Qiyməti: 7,49 AZN

Bu maraqlı kitab Qərb fəlsəfəsinin dahi mütəfəkkirlərinin dünya və bu dünyada necə yaşamalı olduğumuza dair əsas ideyala...
05/07/2021

Bu maraqlı kitab Qərb fəlsəfəsinin dahi mütəfəkkirlərinin dünya və bu dünyada necə yaşamalı olduğumuza dair əsas ideyalarını araşdırır.

Qırx qısa hissədə Naygel Uarburton bizi fəlsəfə tarixinin əsas ideyaları ilə xronoloji ardıcıllıqla tanış edir. O, azad düşünmək imkanından məhrum olmaq əvəzinə, zəhərlənib ölməyi seçən Sokratdan tutmuş, günümüzdə də qüvvədə olan qeyri-etik fəlsəfi suallar verən Piter Singerə qədər bütün filosoflar haqda maraqlı və qısa hekayələr təqdim edir.

Uarburton, sadəcə, fəlsəfəni əlçatan etməklə kifayətlənmir, həmçinin Sokrat ənənələrinə uyğun şəkildə düşünməyi, etiraz etməyi, əsaslandırmağı və nəticə çıxarmağı təklif edir. “Fəlsəfənin qısa tarixi” fəlsəfi dərketmə istiqamətində araşdırmalara geniş nəzər salır və hər kəsə müzakirəyə qatılmağı təklif edir.

Qiyməti: 10,00 AZN
Endirimlə: 9,49 AZN

Oxuculara təqdim olunan bu kitabda M.Ə.Rəsulzadənin 1923- 1931-ci illərdə Türkiyədə nəşr edilmiş “Yeni Qafqasiya”, “Azər...
05/07/2021

Oxuculara təqdim olunan bu kitabda M.Ə.Rəsulzadənin 1923- 1931-ci illərdə Türkiyədə nəşr edilmiş “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd” jurnallarındakı və “Bildiriş” qəzetindəki yazıları toplanılıb. Onun 1934-cü ildə İstanbulda nəşr edilmiş “Azərbaycan Yurd Bilgisi” jurnalındakı “Milli Azərbaycan hərəkatının xarakteri” məqaləsi də bu cildə daxil edilib. Kitabda Azərbaycanın tarixi, müstəqillik mübarizəsi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məlumatlar vardır. Eyni zamanda, müəllif bu əsərlərində sovet rejiminin işğalçı mahiyyətini, xalqları əsarətdə saxlayan, onları azadlıqdan məhrum edən siyasətini kəskin tənqid edir. Kitabdan tədqiqatçılar, tarixçilər, siyasətçilər, diplomatlar, mətbuat təmsilçiləri ciddi faydalana bilərlər.

Qiyməti: 15,49 AZN
Endirimlə: 14,99 AZN

Kurcala - Seth GodinSiz 5 - 11 İyul tarixlərində bu kitabı 10,00 AZN yox, cəmi 8,99 AZN əldə edə bilərsiniz.Kitabların s...
05/07/2021

Kurcala - Seth Godin

Siz 5 - 11 İyul tarixlərində bu kitabı 10,00 AZN yox, cəmi 8,99 AZN əldə edə bilərsiniz.

Kitabların sayı məhduddur, Əldə etmək üçün bizə yazın 🙂

Hər vaxtınız xeyir, əziz izləyicilər.  "Pulsuz Kitab" layihəmizi yenidən təqdim edirik. Əvvəlkindən fərqli olaraq kitabl...
02/07/2021

Hər vaxtınız xeyir, əziz izləyicilər.

"Pulsuz Kitab" layihəmizi yenidən təqdim edirik. Əvvəlkindən fərqli olaraq kitablar artıq vebsaytda deyil, telegram kanalımızda paylaşılacaq. Sizlərdə asanlıqla yükləyə biləcəksiniz. İlk olaraq "Brian Tracy - Bəhanələrə Yox" kitabı ilə başlayırıq.

Daxili intizam xüsusiyyətinə yiyələndikdən sonra siz, tə­bi­ət qüvvəsi kimi qarşısıalınmaz olacaqsınız. Bir daha inkişaf etmədiyinizə görə bəhanələr gətir­məyəcəksiniz. Cəmisi bir neçə ay ərzində adi insan­ların bütün ömürləri boyu əldə etdiyindən daha çox nailiyyət əldə edəcəksiniz.

Kitabın pdf versiyasını pulsuz əldə etmək üçün rəy hissəsinə 💜 atmağınız kifayətdir.

Pdf versiyasını İstədiyiniz kitabları rəydə qeyd edin.

Hər şeyi etməyə çalışmayın. Bir şeyi yaxşı etməyə çalışın.Steve Jobs
30/06/2021

Hər şeyi etməyə çalışmayın. Bir şeyi yaxşı etməyə çalışın.

Steve Jobs

Bu, tarixin ən uğurlu siyasi partnyorluğu idi - o, yaradıcı və uzaqgörən olduğu qədər də ehtiraslı və alovlu idi. Böyük ...
28/06/2021

Bu, tarixin ən uğurlu siyasi partnyorluğu idi - o, yaradıcı və uzaqgörən olduğu qədər də ehtiraslı və alovlu idi. Böyük Yekaterina ehtirası və imperiya iddiaları ilə ad çıxarmış bir qadın idi. Son dərəcə parlaq və həddən artıq istedadlı bir insan olan knyaz Potyomkin isə onun həyatının məhəbbəti və idarəetməni taxt-tacda onunla birgə həyata keçirən insan idi.
Onlar birlikdə Ukrayna və Krımı tutdular və dövrümüzdəki Rusiya imperiyasının sərhədlərini müəyyən etdilər. Onların münasibətləri o qədər coşğun idi ki, danışıb hakimiyyəti bölüşməyə razılaşdılar və Potyomkin öz bacısı qızları, Yekaterina isə gənc sevgililəri ilə sərbəst şəkildə sevgi münasibətləri yaşamağa başladı. Lakin bu "əkiz ruhlar"ın bir-birinə olan sevgisi heç vaxt bitmədi.
Saymon Sebaq Montefiorenin onların bir-birlərinə yazdığı sevgi məktublarından çıxış edərək və yeni geniş tədqiqatlar aparmaqla qələmə aldığı heyrətamiz və böyük rəğbətlə qarşılanan bu bioqrafik əsəri imperiyanın bu iki partnyorunu dövrlərinin azmanları kimi layiq olduqları yerə qoyur.

Qiymət: 19,60 AZN deyil 17,99 AZN

"BRİTANİYA və İRLANDİYANIN TARİXİ" Britaniya adalarının ilk insan məskənlərindən tutmuş müasir günümüzə qədərki dövrünü,...
28/06/2021

"BRİTANİYA və İRLANDİYANIN TARİXİ" Britaniya adalarının ilk insan məskənlərindən tutmuş müasir günümüzə qədərki dövrünü, müxtəlif hadisələrlə zəngin tarixini əks etdirir. Bu kitab romalıların işğalı, vikinqlərin hücumları, vətəndaş müharibələri və eramızın qlobal münaqişələri də daxil olmaqla Britaniyanın müharibələrdən yıpranmış keçmişini canlandırır. Kitabda həmçinin Orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş viktorian dövrü sənayesinə və imperiyasına qədərki zəngin bir irs araşdırılır. Mötəbər mənbələrdən əldə edilmiş məlumatlarla zəngin olan bu kitab Britaniya tarixinin həlledici hadisələrinin möhtəşəm illüstrasiyalı salnaməsidir.

Qiymət: 36,40 AZN deyil 33,99 AZN

28/06/2021

Kitab oxumaq sizə nə qazandırıb?

Həsən Həsənovun oxuculara təqdim olunan "Birinci respublikaya aparan yolda" kitabı Azərbaycan və bütün müsəlman dünyası ...
27/06/2021

Həsən Həsənovun oxuculara təqdim olunan "Birinci respublikaya aparan yolda" kitabı Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirir. Müəllif bu çətin və əzablı yolun mərhələlərini dəqiqlik və ardıcıllıqla təsvir edir. Kitabdan aydın görünür ki, "müstəqillik" şüarı birbaşa yaranmayıb, "mədəni", "mədəni-milli", "milli-ərazi" muxtariyyət ideyalarından müstəqil respublika üsuli-idarəsinə qədər inkişaf edərək müəyyən təkamül yolu keçib.
Kitabda Rusiyada mütləqiyyətin devrilməsindən sonrakı proseslərdə, xüsusilə də xalqların milli-azadlıq hərəkatı ilə bağlı hadisələrdə Azərbaycanın vacib rol oynadığı əsaslı şəkildə izah olunur. Müxtəlif mənbələrdən alınmış bir çox yeni faktlar göstərilir. Müəllif eyni zamanda müxtəlif tarixi hadisələrin şərhində tamamilə gözlənilməz yanaşma nümayiş etdirir.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qiymət: 10,00 AZN deyil, 9,49 AZN

En Son Ne Zaman Yeni Bir Şey Yaptınız?“İnsan, gerçeğe giden yolda iki hata yapabilir. Yolu tamamlamamak ve yola koyulmam...
27/06/2021

En Son Ne Zaman Yeni Bir Şey Yaptınız?

“İnsan, gerçeğe giden yolda iki hata yapabilir. Yolu tamamlamamak ve yola koyulmamak.”

– Siddhartha Gautama Buda

Bu kitap bir manifesto: Seth Godin sizi harekete geçmeye çağırıyor!

İş yetmez. Fabrika yetmez. Ticaret yetmez. Eskiden yeterliydi ancak artık öyle değil. Dünya çok hızlı değişiyor. İnisiyatif kıvılcımınız yoksa etrafınızda olup bitenlere tepki vermekten fazlasını yapamazsınız.

Hepimiz ömrümüzü başarısızlıktan kaçınarak geçiriyoruz. Yerimizden kıpırdamak, değişmek, yeni bir şeylere başlamak hepimizi korkutuyor.

Peki, size neleri yapamayacağınızı söyleyen herkesin yeryüzünden silindiğini hayal edin. Böyle bir dünyada yaşasaydınız, ne yapardınız?

Şimdi gidin ve onu yapın.

Başarısızlıktan korkma. İlk adımı sen at! Bir yerden başla! Kurcala!

Ön sifariş etmək üçün rəy bölməsinə 💜 atmağınız kifayətdir.

Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. B...
27/06/2021

Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb.
Burada oxucular Azərbaycan Cümhuriyyətinin hökumət və parlament üzvlərinin, eləcə də bolşevik işğalı nəticəsində qürbətdə yaşamağa məcbur olan digər ictimai-siyasi xadimlərin mühacirət həyatı ilə bağlı yeni məlumatlarla, Məhəmmədəmin Rəsulzadə, Məhəmmədsadıq Aran, Əhməd Həmdi Qaraağazadə, Xəlil bəy Xasməhəmməd, Miryaqub Mirmehdizadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məhəmmədzadə, Xosrov Sultanzadə, Məhəmməd Altunbay və başqaları haqqında maraqlı məqalələrlə tanış olacaqlar.
İstanbulda yerləşən, Cümhuriyyət xadimlərinin əksəriyyətinin dəfn olunduğu Fəriköy İslam məzarlığı haqda məlumatlar, orada dəfn edilən azərbaycanlı mühacirlərin siyahısı, onlar barədə unikal bilgilər ilk dəfə işıq üzü görür. Kitabda müəllifin mühacirlərin ailə üzvlərindən aldığı müsahibələr də yer alır. Təqdim olunan fotoşəkillərin əksəriyyəti müəllifin şəxsi kolleksiyasındandır.

Qiymət: 8,39 AZN

Kitabın əsas mövzusunu Avropa Hun Xaqanlığının (370-460) tarixi təşkil edir. Hunların böyük xaqanı Attilanın həyatı, fəa...
26/06/2021

Kitabın əsas mövzusunu Avropa Hun Xaqanlığının (370-460) tarixi təşkil edir. Hunların böyük xaqanı Attilanın həyatı, fəaliyyəti, apardığı müharibələr, Avropa xalqlarının və kilsənin ona münasibəti müqayisəli şəkildə araşdırılaraq, böyük sərkərdənin dünya tarixindəki yeri və rolu ətraflı təhlil edilib.
Hunların mənşəyi, tarix səhnəsinə çıxması Böyük Hun Xaqanlığı, hun köçləri və dövlətləri, onların siyasi, mədəni kimliyi ilə yanaşı, əsərdə Qafqaz Hun Xaqanlığı, Siyenbi, Tabqaç, Sabir və Avar dövlətlərinin tarixi də əks olunub. Azərbaycan və Şərqi Anadoluda 600 il mövcud olmuş Qarahunlar dövləti tarixşünaslıq elmində ilk dəfə bu monoqrafiyada tədqiqat obyektinə çevrilib, Azərbaycan tarixində mühüm rol oynamış albanlar, sullar, bayandurlar haqqında Çin mənbələrində yer alan tarixi faktlara özünəməxsus şəkildə işıq salınıb.

Qiymət: 9,79 AZN

Address


Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00

Telephone

+994559641316

Website

Alerts

Be the first to know and let us send you an email when MarkBook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share