12/02/2024
Fevralın 18i Şahbuz rayonunun Ayrınc kəndi əhatəsində ecotour planımız var. Bizə qoşulmaq istəyən dostlar öncədən rezervasiya etməyiniz xahiş olunur. Yerlərimiz məhduddur.
Tur planı: Səhər saat 9 də Naxçıvan şəhərindən (avtovağzaldan) yola düşürük. Saat 10da Ayrınc kəndinin yaxınlığına çatırıq. Orada somavar çayı ilə səhər yeməyi yeyirik və 10 km -lik yürüyüş yolumuza başlayırıq. Yürüyüş yolumuzu bitirdikdən sonra nahar yeməyi yeyirik və isti çay içərək oyunlar oynayacayıq. Qarlı yolları və soyuğu nəzərə alaraq ona uyğun geyim və ləvazimatlar götürməyiniz xahiş olunur.
GEYİM və LƏVAZİMAT
Olması şərtdir :
Rahat və sürüşkən olmayan yürüş ayaqqabısı
Su (1L)
Bel çantası (30 L)
Olması məsləhətdir :
Yürüş çubuqları
Çərəz, meyvə qurusu və s.
Gün eynəyi
Kepka
Gün kremi
QEYD: Əgər vegetarian və ya veqansınızsa qeydiyyat zamanı bizə bildirməyiniz xahiş olunur.
QİYMƏT
30 AZN - bütün xərclər daxil (nəqliyyat, qidalanma və s.)
Vacib QEYD : Qeydiyyatdan əlaqə saxlayaraq keçməlisiniz.