CampSİZ

CampSİZ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CampSİZ, Eco tour agency, Baku.
(17)

Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hün...
16/06/2024

Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Tarixi tam olaraq araşdırılmasa da kənddə olan qəbirstanlıqlardan aydın olur ki, kəndin tarixi qədimdir. Kənddə fərqli tarixləri özündə birləşdirən 12 qəbirstanlıq vardır. Kəndin ən qədim məskəni Ute məhəlləsində yerləşən, 10 hektar ərazini əhatə edən dərinliyi 30, uzunluğu isə 40 sm olan daş oyuqlar hələ orta əsrlərdə buranın yaşayış məskəni olduğunu sübut edir. Kəndin mərkəzi yüksəkliyi 550 metrdir.
Əhalinin əsas məşğuliyyəti arıçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıqdır.

🇬🇧 For English, please, scroll down ⬇️

Marşrut növü: Bir günlük (hiking)
Uzunluğu: Gediş–gəliş 7 km
Müddəti: 5-6 saat
Başlanğıc yüksəkliyi: 350 m
Son yüksəkliyi: 757 m
Çətinlik dərəcəsi: Asan
Yaş: 7+

✅ Turun proqramı:
06:40 - 12:00 Bakı - Astara
12:00 - 15:00 Dustaqxana şəlaləsi
15:00 - 16:00 Ballıqaya
16:00 -17:00 Çay fasiləsi
17:00 - 18:00 Sım şəlaləsi
18:00 - 19:00 Avtobusa geri dönüş
19:00 - 23:00 Sım kəndi - Astara - Bakı

✅ Son qeydiyyat tarixi: 22 iyun 18:00
✅ Tur tarixi: 23 iyun

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

🇬🇧 English version

Necessary equipment:
- Backpack (20-35 l)
- Hiking shoes
- Walking pants and jacket (preferably waterproof)
- hat
- water and food (sandwich, etc.)

It is advisable to have the following:
- hiking poles
- flask
(equipment can be rented as a request.)

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).
(+994) 77-304-34-54 (call and WhatsApp)


Növbəti səfərimiz Şabran rayonunun Zeyvə kəndi yaxınlığında yerləşən Əmbil gölünədir. Sıx meşələrin, yaşıl ormanların qo...
11/06/2024

Növbəti səfərimiz Şabran rayonunun Zeyvə kəndi yaxınlığında yerləşən Əmbil gölünədir. Sıx meşələrin, yaşıl ormanların qoynunda yerləşən bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Kənddən bir qədər aralıda Əmbil gölü yerləşir. Əmbil gölü dəniz səviyyəsindən 1000m yüksəklikdə dağların üzərində yerləşir. Gölə gedən yol hərkəsin gedə biləcəyi yoldur.

🇬🇧For English please scroll down ⬇️

⏳Qeydiyyat üçün son tarix: 17 iyun 19:00
📆Tur tarixi: 18 iyun 2024

🏞️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz .

Əlaqə:
(+994)77-304-34-54 (zəng və whatsapp)


Tokiəxil şəlaləsi yürüşündən 😍
10/06/2024

Tokiəxil şəlaləsi yürüşündən 😍

Kuzun-Laza 🍀
07/06/2024

Kuzun-Laza 🍀

Qaranohur gölü İsmayıllı rayonunu Talıstan kəndi yaxınlığında Şahdağ Milli Parkının ərazisində yerləşən dağ gölüdür. Yük...
06/06/2024

Qaranohur gölü İsmayıllı rayonunu Talıstan kəndi yaxınlığında Şahdağ Milli Parkının ərazisində yerləşən dağ gölüdür. Yüksəkliyi 1540 metrdir. Gölə Talıstan və Diyallı kəndindən cığır var.
Qaranohur hər fəsildə olduğu kimi baharda da füsunkar gözəlliyə sahib olur. Göl kənarında p*knik və düşərgə
üçün Şahdağ Milli Parkı tərəfindən yaradılmış şərait vardır.

🇬🇧For English, please, scroll down ⬇️

Marşrut növü: Bir günlük (hiking)
Çətinlik dərəcəsi: Orta
Uzunluğu: Gediş–gəliş 9 km
Müddəti: 4-6 saat
Başlanğıc yüksəkliyi: 900 m
Son yüksəkliyi: 1540 m

⏳Son qeydiyyat tarixi : 15 iyun 19:00
🗓️Turun tarixi: 17 iyun 2024

🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsApp)

🇬🇧 English version

Lake Garanohur is located in Shahdag National Park, near Talistan village, Ismayilli district is a mountain lake. Its height is 1540 meters. There is a path to the lake from Talistan and Diyalli village. Garanohur has a charming beauty in spring as well as in every season. Lakeside picnic and camping there are conditions created by Shahdag National Park for

Route type: One day (hiking)
Difficulty level: Medium
Length: 9 km round trip
Duration: 4-6 hours
Starting altitude: 900 m
Final height: 1540 m

⏳Last registration date: June 15, 19:00
🗓️Tour date: June 17, 2024

For more information, please contact us via DM or given numbers ( Whatsapp is also possible)
(+994) 77-304-34-54 (call and whatsApp)

Bahar bizi ola biləcək ən gözəl formada qarşıladı. 🌿🌼🫶🏼
02/06/2024

Bahar bizi ola biləcək ən gözəl formada qarşıladı. 🌿🌼🫶🏼

9 iyun Tokiəxil şəlaləsi turunda bizə qoşulun😍Tokiəxil şəlaləsi Lerikin Vizəzəmin kəndində yerləşir, şəlaləyə gedən yol ...
30/05/2024

9 iyun Tokiəxil şəlaləsi turunda bizə qoşulun😍

Tokiəxil şəlaləsi Lerikin Vizəzəmin kəndində yerləşir, şəlaləyə gedən yol kanyondan keçir. Yolun böyük hissəsi çay boyunca davam edir. Tokiəxil şəlaləsi görünüşü olduqca gözəl olan şəlalələrdən biridir. Hiking təcrübəsi olmayan təbiət sevərlərə başlamaq üçün ən uyğun marşrutlardan biridir.

⏳ Son qeydiyyat tarixi: 8 iyun 2023 18:00
📆Turun tarixi: 9 iyun
🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77 304 34 54 (zəng və whatsapp)

⛰️ Kəpəz dağı - Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub ...
27/05/2024

⛰️ Kəpəz dağı - Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub yamacı nisbətən meyilli, şimal yamacı dik və uçurumludur. Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlmişdir.

✅ Fəaliyyət növü: Zirvə yürüşü
Zirvə yüksəkliyi: 3066 m
Düşərgə yüksəkliyi: 1000 m
Toğana - düşərgə yolu: 30 km (2 saat)
Yürüşə başlama nöqtəsi – Kəpəz zirvə yolu: 3 km (3-4 saat)

⏳ Son qeydiyyat tarixi: 10 iyun 2024-ci ildir.
✅ Tur tarixi: 15-16 iyun

🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77 304 34 54 (zəng və whatsapp)

⛰️ Kəpəz dağı - Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub ...
25/05/2024

⛰️ Kəpəz dağı - Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub yamacı nisbətən meyilli, şimal yamacı dik və uçurumludur. Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlmişdir.

✅ Fəaliyyət növü: Zirvə yürüşü
Zirvə yüksəkliyi: 3066 m
Düşərgə yüksəkliyi: 1000 m
Toğana - düşərgə yolu: 30 km (2 saat)
Yürüşə başlama nöqtəsi – Kəpəz zirvə yolu: 3 km (3-4 saat)

⏳ Son qeydiyyat tarixi: 12 iyun 2024-ci ildir.
✅ Tur tarixi: 15-16 iyun

🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77 304 34 54 (zəng və whatsapp)

Kuzun və Laza kəndlərini birləşdirən tarixi cığır biz dağçılar üçündə çox önəmli və maraqlıdır. Əvvəlki illərdə Azərbayc...
23/05/2024

Kuzun və Laza kəndlərini birləşdirən tarixi cığır biz dağçılar üçündə çox önəmli və maraqlıdır. Əvvəlki illərdə Azərbaycanın ən yüksək dağlarına yürüş edən dağçılar bu cığırı istifadə ediblər. Xınalıq və Laza kəndinə maşın yolu olmadığı üçün dağçılar Kuzun – Laza – Şahyaylaq marşrutunu istifadə etməyə üstünlük veriblər.
Yürüşümüzə Kuzun kəndində 1270 m yüksəklikdən başlayacağıq. Qusar çayın sol sahili ilə yürüşümüzə davam edəcəyik. Yürüş zamanı Qızılqaya, Şahdağ silsilələrinin və Qusar çayın üzərinə yerləşən Şəlalənin gözəl mənzərəsinə yürüşümüzü davam edəcəyik. Laza kəndinə yetişdikdən sonra kənd ərazinə yaxın şəlaləyədə səfər edəcəyik. Yürüşümüz kənd evində çay fasiləsi ilə tamamlanacaq.

🇬🇧 For English, please, scroll down ⬇️

⏳ Son qeydiyyat tarixi: 01 iyun 2024 18:00
📆Turun tarixi: 02 iyun

Marşrutun uzunluğu( Gediş): 7 km
Çətinlik dərəcəsi: Asan
Mövsüm: 4 fəsil
Müddəti: 4 saat
Marşrutun başlanma yüksəkliyi: 1270 m
Marşrutun bitmə yüksəkliyi: 1660 m

✅ Turun proqramı:
06:40 – Görüş (Nizami m/st, Xarici İşlər nazirliyinin yanı)
07:00 -10:30 – Bakı-Qusar-Kuzun kəndi
10:30-15:30 – Kuzun kəndindən Laza kəndi istiqamətində yürüş.
15:30-17:30 – Laza kəndində çay fasiləsi və istirahət zamanı
18:30-22:00 – Laza – Qusar – Bakı

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).
Contact:
(+994) 77-304-34-54 (call and Whatsapp)


CampSiz Yardımlıda 🫶🏼
20/05/2024

CampSiz Yardımlıda 🫶🏼

Heydər və Atatürk zirvələri turundan 💪🏼🤩
16/05/2024

Heydər və Atatürk zirvələri turundan 💪🏼🤩

Nisəqala kəndinin yaxınlığında yerləşən kanyon adını həmin kənddən alıb. Öz gözəlliyi ilə Yardımlının son dövrlərdə ən ç...
10/05/2024

Nisəqala kəndinin yaxınlığında yerləşən kanyon adını həmin kənddən alıb. Öz gözəlliyi ilə Yardımlının son dövrlərdə ən çox ziyarət edilən məkanına çevrilmiş kanyona getmək üçün bizə qoşulun. 😊

🇬🇧 For English, please, scroll down ⬇️

⏳ Son qeydiyyat tarixi: 18 may 2024 18:00
📆Turun tarixi: 19 may

Marşrutun uzunluğu( Gediş): 5 km
Çətinlik dərəcəsi: Asan
Mövsüm: 4 fəsil
Müddəti: 4 saat

✅ Turun proqramı:
06:40 – Görüş (Nizami m/st Xarici İşlər nazirliyinin yanı)
07:00 -11:30 – Bakı-Yardımlı-Nisəqala kəndi
11:30-15:30 – Nisəqala kanyon yürüşü.
15:30-17:30 – Nisəqala kəndində çay fasiləsi və istirahət zamanı
18:30-22:00 – Yardımlı – Bakı

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).
Contact:
(+994) 77-304-34-54 (call and Whatsapp)


10/05/2024
Bazardüzü zirvəsiAzərbaycan Respublikasının ən yüksək nöqtəsi, yüksəkliyi 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafq...
09/05/2024

Bazardüzü zirvəsi
Azərbaycan Respublikasının ən yüksək nöqtəsi, yüksəkliyi 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Azərbaycan ərazisindən Qusar, Quba, Qəbələ və Oğuz rayonlarından zirvəyə dırmanmaq mümkündür.

🇬🇧For English, please, scroll down⬇️

⏳ Son qeydiyyat və ödəniş tarixi: 12 iyun 2024
📆 Tarix: 28-29-30 iyun 2024

🏞️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧English version

Bazarduzu peak
The highest point of the Republic of Azerbaijan, its height is 4466 meters. It is located in the Main Caucasus range of the Greater Caucasus Mountains, on the border with the Russian Federation, in the territory of the Gusar region. From the territory of Azerbaijan, it is possible to climb the peak from Gusar, Guba, Gabala and Oguz regions.
Victory Peak

⏳Last registration and payment date: 12 June 2024
📆Date: 28-29-30 June 2024

For more information, please contact us via DM or given numbers ( Whatsapp is also possible)

Contact:
(+994) 77-304-34-54 (call and whatsapp)

Babadağ - Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan İsmayıllı ray...
08/05/2024

Babadağ - Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan İsmayıllı rayonunun ən yüksək zirvəsidir. Yüksəkliyi 3629 metrdir. Daha çox ziyarətgah kimi tanınır. Girdiman çayın mənbəyi Babadağdan başlayır.

🇬🇧For Englis, please, scroll down ⬇️

⏳ Son qeydiyyat tarixi: 31 may 2024
📆Turun tarixi: 8-9 iyun

🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsApp)

🇬🇧 English version:
Babadag is the highest peak of Ismayilli district, located in the territory of Guba and Ismayilli districts, in the southeast of the Great Caucasus mountains. Its height is 3629 meters. It is more commonly known as a shrine. The source of Girdiman river starts from Babadag.

⏳ Last registration date: 31 May 2024
📆Tour date: 8-9 June

For more information, please contact us via DM or given numbers ( Whatsapp is also possible)
(+994) 77-304-34-54 (call and whatsApp)

campsiz

Bazar günü baş tutmuş Qələbin şəlalələri turumuz 🤩🫠💚
07/05/2024

Bazar günü baş tutmuş Qələbin şəlalələri turumuz 🤩🫠💚

Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hün...
04/05/2024

Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Tarixi tam olaraq araşdırılmasa da kənddə olan qəbirstanlıqlardan aydın olur ki, kəndin tarixi qədimdir. Kənddə fərqli tarixləri özündə birləşdirən 12 qəbirstanlıq vardır. Kəndin ən qədim məskəni Ute məhəlləsində yerləşən, 10 hektar ərazini əhatə edən dərinliyi 30, uzunluğu isə 40 sm olan daş oyuqlar hələ orta əsrlərdə buranın yaşayış məskəni olduğunu sübut edir. Kəndin mərkəzi yüksəkliyi 550 metrdir.
Əhalinin əsas məşğuliyyəti arıçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıqdır.

🇬🇧 For English, please, scroll down ⬇️

Marşrut növü: Bir günlük (hiking)
Uzunluğu: Gediş–gəliş 7 km
Müddəti: 5-6 saat
Başlanğıc yüksəkliyi: 350 m
Son yüksəkliyi: 757 m
Çətinlik dərəcəsi: Asan
Yaş: 7+

✅ Turun proqramı:
06:40 - 12:00 Bakı - Astara
12:00 - 15:00 Dustaqxana şəlaləsi
15:00 - 16:00 Ballıqaya
16:00 -17:00 Çay fasiləsi
17:00 - 18:00 Sım şəlaləsi
18:00 - 19:00 Avtobusa geri dönüş
19:00 - 23:00 Sım kəndi - Astara - Bakı

✅ Son qeydiyyat tarixi: 11 may 18:00
✅ Tur tarixi: 12 may

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

🇬🇧 English version

Necessary equipment:
- Backpack (20-35 l)
- Hiking shoes
- Walking pants and jacket (preferably waterproof)
- hat
- water and food (sandwich, etc.)

It is advisable to have the following:
- hiking poles
- flask
(equipment can be rented as a request.)

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).
(+994) 77-304-34-54 (call and WhatsApp)


iqəqalıb

Heydər və Atatürk zirvələrinə hazırlıq təlimi11-12 may 2024- cü il tarixlərində planlaşdırdığımız Heydər və Atatürk zirv...
01/05/2024

Heydər və Atatürk zirvələrinə hazırlıq təlimi
11-12 may 2024- cü il tarixlərində planlaşdırdığımız Heydər və Atatürk zirvələrinə qeydiyyatımız tamamlandı. Qeydiyyatdan keçmiş iştirakçıların zirvəyə hazırlığını təmin etmək üçün 6 may 2024 - cü il tarixində axşam saat 19:00-da zirvəyə hazırlıq təqdimatımız olacaq. Toplantımızda iştirakçıların ləvazimatlarının yoxlanışı, lazım olan ləvəzimatlar, götürüləcək olan qidalar və digər hazırlıq mərhələlərindən danışacağıq.

Qələbin şəlalələri, Lerik rayonunun Qələbin kəndi yaxınlığında Davaradibi çayının üzərinə 20-30 m yüksəklikdən axan şəla...
26/04/2024

Qələbin şəlalələri, Lerik rayonunun Qələbin kəndi yaxınlığında Davaradibi çayının üzərinə 20-30 m yüksəklikdən axan şəlalədir. Aşağı və Yuxarı Qələbin şəlalələri ilin bütün fəsillərinə bol suludur. Şəlalə sıx meşələrin içində yerləşir. Yolu Qələbin kəndinə yaxın və asandır.

🇬🇧 For English, please, scroll down ⬇️

Məsafə: 6 km
Başlanğıc hündürlük: 626 m
Bitmə nöqtəsi hündürlüyü: 620 m
Max hündürlük: 620 m
Çətinlik dərəcəsi: Asan

✅ Turun proqramı:
06:30 - Toplanış (Nizami m/s Xarici İşlər nazirliyinin yanı)
07:00 - 10:00 Bakı – Lerik – Piran kəndi
10:00 - 11:00 – Yolsuzluq maşınları ilə Qələbin kəndinə hərəkət
12:00 - 17:00 – Aşağı və yuxarı Qələbin şəlalələrinə yürüş
14:00 - 15:00 Nahar fasiləsi
17:00 - 18:00 - Kənd evində çay fasiləsi
18:00 - 21:00 – Bakıya qayıdış

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

Son qeydiyyat tarixi: 4 May 18:00
Tur tarixi: 5 May

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).

Cümhuriyyət zirvəsi - Azərbaycan Respublikasının Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsind...
23/04/2024

Cümhuriyyət zirvəsi - Azərbaycan Respublikasının Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr yüksəklikdə, Tufandağın sağ yan silsiləsində yerləşən zirvədir. 2018-ci ilin may ayında Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar qeyd olunan yüksəkliyə “Cümhuriyyət zirvəsi” adı verilibdir.

🇬🇧 For English, please, scroll down ⬇️

💫Fəaliyyət növü: Zirvə yürüşü
Zirvə yüksəkliyi: 3740 m
Düşərgə yüksəkliyi ( Şahyaylaq): 2700 m
Yürüşə başlama nöqtəsi – 2700 m
Məsafə: 10 km (Gediş-dönüş)

Turun programı:
Gün 1
07:00 - Toplanış (Nizami m/st Xarici İşlər nazirliyinin yanı)
07:30 - Bakıdan Quba rayonuna yola düşürük.
08:00 - 13:00 Bakı – Quba – Xınalıq yolu
13:00 Xınalıq kəndinə çatmaq
13:00 - 17:00 – Şahyaylaq düşərgəyə yetişmək və çadırların qurulması
17:00 - Sərbəst vaxt (yüksəkliyə uyğunlaşma yürüşü)
22:00 - Yatma vaxtı

Gün 2
04:00-Oyanma
05:00-06:00-Səhər yeməyi
06:00-15:30-Düşərgə-Cümhuriyyət zirvəsi-Düşərgə
18:00-22:00- Xınalıq-Quba-Bakı

Son qeydiyyat tarixi: 9 may 2024
Tur tarixi: 25-26 may

🏔Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə➕ yaza bilərsiniz.

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

Cumhuriyyet summit is a peak located in the Gusar region of the Republic of Azerbaijan, in the mountains of the Great Caucasus, at an altitude of 3740 meters above sea level, on the right side of the Tufandag. In May 2018, in connection with the 100th anniversary of our Republic, the summit was named “Summit of the Republic.”

Şah dili - Abşeron yarımadasının Xəzər dənizilə birləşən ən ucqar nöqtəsidir. Açıq dənizə yönələn füsunkar mənzərə Xəzər...
22/04/2024

Şah dili - Abşeron yarımadasının Xəzər dənizilə birləşən ən ucqar nöqtəsidir. Açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz görünmür. Şah dili həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərəli təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur. Bu əraziyi çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” də deyirlər. Amma ətrafda yaşayan əhali bu yerləri Şah dili adlandırır.

🇬🇧 For English, please, scroll down ⬇️

⏳ Son qeydiyyat tarixi: 27 aprel 2024 18:00
📆Turun tarixi: 28 aprel

✅ Turun Programı :
07:40 Toplanış Nizami m/st, Xarici İşlər nazirliyinin yanı
08:00 Yola düşmə
09:30 Parka çatırıq
10:00 Yürüşə başlayırıq
14:00 “Şah Dilinə” çatırıq
15:00 Avtobuslara doğru yola düşürük
17:00 Bakıya qayıdırıq
18:00 Bakıdayıq

🏔Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

For more information, please contact us via DM or given numbers (Whatsapp is also possible).
Contact:
(+994) 77-304-34-54 (call and Whatsapp)


Şahdağ zirvəsi - Azərbaycan Respublikasının ikinci yüksək nöqtəsi, yüksəkliyi 4243 metrdir. Böyük Qafqaz dağlarının yan ...
17/04/2024

Şahdağ zirvəsi - Azərbaycan Respublikasının ikinci yüksək nöqtəsi, yüksəkliyi 4243 metrdir. Böyük Qafqaz dağlarının yan silsiləsinin zirvələrindən biri olan Şahdağ Rusiya ilə sərhədə yaxın Qusar rayonu ərazisində yerləşir.

🇬🇧For Englis, please, scroll down ⬇️

⏳ Son qeydiyyat tarixi: 3 iyul 2024
📆Turun tarixi: 19-20-21 iyul
🏔️Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕ yaza bilərsiniz

Əlaqə:
(+994) 77 304 34 54 (zəng və whatsapp)

🇬🇧 English version

Shahdag peak is the second highest point of the Republic of Azerbaijan, its height is 4243 meters. Shahdag, one of the peaks of the side range of the Great Caucasus Mountains, is located in the territory of Gusar district near the border with Russia.

⏳ Registration deadline: July 3, 2024
📆 Tour date: July 19-20-21

For more information, please contact us via DM or given numbers ( Whatsapp is also possible)

Contact:
(+994) 77-304-34-54 (call and whatsapp)

“Zirvədə mən də varam” lahiyəsi çərçivəsində 3-cü təlim. 🤗Bir çox insan təbiət yürüşlərinin p*k nöqtəsi olan yüksək dağ ...
16/04/2024

“Zirvədə mən də varam” lahiyəsi çərçivəsində 3-cü təlim. 🤗

Bir çox insan təbiət yürüşlərinin p*k nöqtəsi olan yüksək dağ zirvələrinə getməyi arzulayır. Zirvələrə getməyi düşünən bir çox insan necə hazırlaşacağını bilmir. Yaşadığı problemlərin önündə doğru ləvazimat seçə bilməməsi gəlir. Bu dəfəki dərsimizdə Dağçılıqda ləvazimatlarından danışacağıq.

Təlimin mövzusu:
- Dağçılıqda ləvazimat seçimi
-Ləvazimatların istifadə qaydası
- Ləvazimatlara qulluq

Təlimçi: Babək Orabanlı

Son qeydiyyat tarixi: 19 aprel 19:00
Təlimin tarixi: 20 aprel

ℹ️ Təlim ödənişsizdir.
Qeydiyyat və ətraflı məlumat üçün ➕ ata bilərsiniz

CampSiz Sündüdə 🤩
14/04/2024

CampSiz Sündüdə 🤩

İcarə məhsullar üçün bizə müraciət edə bilərsiniz. 😊Xüsusi qeyd: CampSiz.az ilə tura qoşulan hər kəsə icarə qiymətlərind...
13/04/2024

İcarə məhsullar üçün bizə müraciət edə bilərsiniz. 😊
Xüsusi qeyd: CampSiz.az ilə tura qoşulan hər kəsə icarə qiymətlərində endirimlər olunacaq. 🤗

Yürüşlərinizin daha komfortlu və təhlükəsiz keçməsi üçün düzgün geyim və ləvazimatlar ən önəmli vasitələrdir.

Şamaxının dağ-meşə ərazisində Qaleybuğurd, Keçmədin və Qaladərəsi kəndlərində səyahət edəciyik. Səyahət zamanı Qaladərəs...
12/04/2024

Şamaxının dağ-meşə ərazisində Qaleybuğurd, Keçmədin və Qaladərəsi kəndlərində səyahət edəciyik. Səyahət zamanı Qaladərəsi kəndində meşə-dağ massivinin içində gizli olan Xalıt şəlaləsinə, Buğurd qalasına və Yaşıl gölə yürüş edəciyik.

Marşrut növü: Bir günlük (hiking)
Çətinlik dərəcəsi: asan
Uzunluğu: Gediş–gəliş 8 km
Müddəti: 7-8 saat
Başlanğıc yüksəkliyi: 850 m
Son yüksəkliyi: 1050m

🇬🇧 For English, please, scroll down ⬇️

✅ Turun proqramı:
06:30 Toplaşma( Nizami m/st Xarici İşlər nazirliyinin yanı)
07:00 Bakı - Şamaxı - Qaleybuğurd kəndi
10:30-15:00 Qaleybuğurd kəndi - Buğurd qalası - Xalıt şəlaləsi
15:00-17:00 İstirahət və nahar fasiləsi
17:00-18:00 Xalıt şəlaləsi - Yaşıl göl
18:00-19:00 Qaladərəsi - Qaleybuğurd kəndi
19:00-20:30 Qaleybuğurd kəndi - Şamaxı- Bakı

✅ Tur qiymətinə daxildir:
- Nəqliyyat (Bakı-Qaleybuğurd-Bakı)
- Milli park
- Dağ bələdçisi
- Fotoçəkiliş

❎ Tur qiymətinə daxil deyil:
- Qidalanma
- Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim (Ehtiyac olunan ləvazimatlar əvvəlcədən əlaqə saxlanaraq bizdən kiralana bilər.)

Son qeydiyyat tarixi: 20 Aprel 19:00
Tur tarixi: 21 Aprel

🏔Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə➕ yaza bilərsiniz.

Əlaqə:
(+994) 77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

We will hike to the villages of Galeybugurd, Kechmadin and Galadaresi in the mountain forest area of Shamakhi. During the trip, we will march to Khalit waterfall, Bugurd castle and Green lake hidden in the forest-mountain massif in the village of Galadaresi.

For more information, please contact us via DM or the given numbers.
(+994) 77-304-34-54 (call and WhatsApp)

Çıraqqala yürüşü 😍
07/04/2024

Çıraqqala yürüşü 😍

Qobustan rayonunun 95-km şərqində yerləşən Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir (təxminən 5000 ...
05/04/2024

Qobustan rayonunun 95-km şərqində yerləşən Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir (təxminən 5000 il əvvəl). Kənd ərazisində 920-ci ilə aid Sündü məscidi, mağaralar və şəlalələr yerləşir.

For English 🇬🇧 please scroll down ⬇️

✅ Turun programı:
06:30 – Toplanma yeri (Nizami m/s Xarici İşlər nazirliyinin yanı)
07:00 - 10:00 – Bakı – Qobustan – Sündü kəndi
11:00 – Sündü kəndində,Şəlalə və mağaralara yürüşə başlayırıq
13:30 – Şəlaləyə çatırıq.Asudə vaxt
14:30 – Kəndə geri dönürük.
16:00 – Sündü kəndi-Bakı
18:30 – Bakıya çatırıq

⏳ Son qeydiyyat tarixi: 13 aprel 2024
📆Turun tarixi: 14 aprel

Qeydiyyat və ətraflı məlumat üçün rəy bölməsinə ➕yaza bilərsiniz.

Əlaqə:
(+994)77-304-34-54 (zəng və whatsapp)

🇬🇧 English version

Sundu village, situated 95 km east of Gobustan, is one of Azerbaijan’s oldest settlements, dating back 5,000 years. The village boasts several notable attractions, including the Sundu mosque, ancient caves, and stunning waterfalls that have been around since 920.

For more information, please contact us via DM or the given numbers.

( +994 ) 77-304-34-54 ( call and whatsApp )

Address

Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00

Telephone

+994773043454

Alerts

Be the first to know and let us send you an email when CampSİZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CampSİZ:

Videos

Share