Nature Discovery Azerbaijan

  • Home
  • Nature Discovery Azerbaijan

Nature Discovery Azerbaijan Nature Discovery Azerbaijan - Azərbaycanın təbiət gözəlliklərini bizimlə kəşf edin !
(22)

"Nature Discovery Azerbaijan"nın məqsədi Azərbaycanın mövcud təbiət gözəlliklərini araşdırmaq, təbliğ etmək və aktiv turizm üçün əlverişli olan bölgələrə mütəmadi ekoturlar təşkil etməkdən ibarətdir.

06/05/2024

🇦🇿11-12 May Heydər və Atatürk zirvəsi 🇦🇿

“Gur-Gur” şəlaləsi, “Mixtökən” silsiləsi
“Heydər Əliyev” (3751 m), “Atatürk” (3756 m) zirvələrinə 2 günlük yürüş!

GÜN 1:
* 08:00 – 10:30: Quba rayonuna gediş
* 10:30 – 12:00: Qrız kəndinə qalxış (4×4 maşınlarla)
* 12:00 - 13:00: Kənd evində nahar və çay fasiləsi
* 13:00 – 15:00: “Gur-Gur” şəlaləsinə yürüyüş
* 16:00 – 18:00: Sərbəst vaxt (Yüksəkliyə uyğunlaşma yürüyüşü və təlimatlandırma)
* 19:00 – 20:00: Kənd evində axşam yeməyi və çay fasiləsi
* 21:00 - Kənd evində gecələmə.
GÜN 2:
* 04:30: Yuxudan oyanma və səhər yeməyi
* 05:00 – 06:00: Çantaların və yürüyüş ləvazimatlarının hazırlanması
* 06:00 - Qrız kəndindən “Mıxtökən” silsiləsinə gediş (4×4 maşınlarla)
* 07:00 - 16:00: Zirvələrin tamamlanması
* 16:00 – 17:00: Qrız kəndinə qayıdış (4×4 maşınlarla)
* 17:00 – 19:00: Kənd evində çay fasiləsi
* 19:00 – 21:30: Qrız kəndindən Bakıya qayıdış.

14 nəfərlik qrupda bir nəfər üçün qiymət
170 AZN təşkil edir.

Ödənişə daxildir:

1. Milli parka giriş ödənişləri
2. FHN, DSX, Şahdağ Milli Parkından icazələrin alınması
3. Nəqliyyat (Sprinter və dağ maşınları
4. Qidalanma (2 dəfə,şam və səhər)
5. Kənd evində gecələmək
6. Peşəkar dağ bələdçisi (7 nəfər üçün 1 bələdçi)
7. Foto çəkiliş

Əlavə qeydlər:

1. Qrup rəhbəri hava şərtləri, ictimai hadisələr və hər cür mənfilik qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
2. Qrupun yürüş sürəti və digər səbəblərə görə proqramın vaxtında gecikmələr ola bilər.
3. Müvafiq qurumlardan icazənin alınması üçün qeydiyyatda şəxsiyyət vəsiqəsinin sürəti tələb olunacaqdır.

Qeyd: Portal ilə qeydiyyat olduğu üçün ödənişlər öncədən alınır və qaytarılma mümkün deyildir.

Bron üçün :

+994 55 480 44 74 (Nurlan)
+994 50 714 34 35 (Mina)

03/05/2024

Bəs siz rəfiqənizlə hansı tura getmək istəyirsiniz?😀

Fikrimcə 5 may nisəqala kanyonu p*s olmaz🤓

02/05/2024

Mistik Nisəqala kanyonuna 5 mayda yenidən üz tuturuq.🌿

5 May - “Zövqverici Nisəqala yürüşü”, Nisəqala kəndi, Yardımlı 💚⛰️

Ölkəmizin cənubu möcüzəvi yerlər qalareyası kimidir. Bu ecazkar məkanlardan biri də Yardımlının Nisəqala kəndi ərazisində yerləşən kanyondur. Pestəşər silsiləsinin yaratdığı bu kanyon 12 möhtəşəm şəlaləyə sahibdir.

Çətinlik dərəcəsi: Orta
Uzunluğu: 10 km (gediş-gəliş)
Müddəti: 5 saat

Tur planı:
06:00 Gənclik metrosu çıxışı
06:15 Yardımlıya yola düşmə
10:30 Nisəqala kəndinə çatma
11:30 Nisəqalanın “Cıdır düzü”nə yürüş
14:00 Kəndə geri dönüş
14:30 Kənd evində dadlı nahar və samovar çayı
15:30 Kanyona yürüş
19:00 Bakıya geridönüş
22:30 Bakıya çatma

Tur qiymətinə daxildir:
•Bakı-Yardımlı (Nisəqala kəndi)-Bakı nəqliyyat
•Dağ maşını
•Dağ bələdçiləri
•Cənub milli mətbəxi - Aş, toyuq ləvəngi,turşu assorti, kompot, təndir çörəyi
•Çay süfrəsi

Tur qiyməti - 50 ₼

Bron üçün: +994 50 714 34 35 (Mina)

May ayına sizin üçün təbiət qoynuna möcüzəli və unudulmaz səyahət turları hazırlamışıq.🪻💚Yayın bir addımlığında, yazın ə...
30/04/2024

May ayına sizin üçün təbiət qoynuna möcüzəli və unudulmaz səyahət turları hazırlamışıq.🪻💚

Yayın bir addımlığında, yazın ən gözəl vaxtlarında səyahət macəralarını, əyləncəli anları, açıq səma altındakı yürüyüş həzzini birgə yaşayaq.🌊

Bu dəfəki səfərlərimizdə enerjimizi daha da yüksək tutacaq yeni tərəfdaşımız var. Yaşıl təbiəti öz məkanlarında əks etdirən yorğunluğumuzu bizə unutduracaq.💛

Çantalarınızı hazır saxlayın, yola çıxmaq zamanıdır.

May ayı üzrə olacaq turları sizə təqdim edirik:

•5 May - Nisəqala kanyonu, Yardımlı (yeyib-içmək daxil)

•9 May - Şahdili turu

•11-12 May - Heydər və Atatürk zirvəsi (3751m,3756m)

•18 May - Bibihoni şəlaləsi, Lerik

•19 May - Şuşa turu (ekskursiya)

•25-26 May - Kəpəz zirvəsi (Göygöl)(3066m)

•1 İyun - Lavanda bağları, Qəbələ

Əyləncə dolu may ayını bizimlə keçirmək və tur detalları üçün :

070 794 91 91 (Nurlan)
050 714 34 35 (Mina)

29/04/2024

19 May - Şuşa turu🇦🇿

Gedirik könlümüzü xoş etməyə💚

Azərbaycanın mədəniyyət paytaxtı,qədim Şuşaya ekskursiya 🇦🇿

• Qiymət: 58 ₼ (1 nəfər üçün)

• Səhər Yemeyi 1 dəfə
• ⁠Bələdçi
•Komfortlu avtobus

• ⁠Gəzintilərimiz:
Molla Pənah Vaqifin Muzey - Məqbərə Kompleksi, Cıdır düzü, Şuşa qalası, Gəncə qapıları, İsa bulağı, Yuxarı Gövhər Ağa məscidi, Üzeyir Hacıbəylinin heykəli, əsərlərini yazdığı tut bağı, Xurşidbanu Natəvanın ev muzeyi, Natəvan bulağı, Güllələnmiş büstlər.

• Qeydiyyat üçün tələb olunur: Əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin ön tərəf şəkli.

• Qeydlər:
- Yaşından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Şuşaya səfər edə bilər.
- Qeydiyyatdan keçdiyiniz halda heç bir halda qeydiyyat ləğv olunmur və dəyişdirilmir !

• Səhər 05:40-da toplanış / 06:00 -da yola düşmək
• Axşam 22:00 Bakıya çatırıq.

24/04/2024

Bəs sizin “kruqda” vəziyyət necədir?

23/04/2024

2 Yeni Şad Xəbər 💚🌿💛

Təbiət gəzintilərində beynimizi dincəltsək də fiziki yorğunluğumuz enerjimizi aşağı salırdı.
Yaşıl təbiəti öz məkanlarında əks etdirən yeni tərəfdaşımız bu problemi həll etdi! 🥰

Biz də sizə ikinci şad xəbəri açıqlamaq qərarına gəldik:
Belə ki, ikinci Şuşa turuna olan istəkləri nəzərə alaraq may ayında yenidən doğma Şuşaya üz tutacağıq 😍

Artıq turlarımızda - in drip bag qəhvələri ilə enerji depolayıb yorğunluğu unudacağıq 🥳

22/04/2024

Görünüşü gözünüzü, səsi qulağınızı, burda olmaq isə könlünüzü oxşayacaq 🎉

Hündürlüyü 61 metr olan möhtəşəm Şi-Çır şəlaləsinə bizimlə gedirsinizmi?🌊

🗓️ 28 Aprel, Şi-Çır şəlaləsi, Astara (təqvimdən kənar + bonus)

📹: Bu gözəl kadrlar üçün təşəkkür edirik.🙏🏻

06:30- Toplanış(Gənclik metrosu McDonaldsla üzbəüz avtodayanacaq)
06:30-10:30 – Bakı – Astara - Diqo
11:00- 12:00 – Diqo kəndi – Rıja kəndi (dağ maşını ilə)
12:00- 14:00 – Şi çır şəlaləsi
14:00-15:00- Nahar fasiləsi
15:00 - 18:00 - Şi çır şəlaləsi -Diqo kəndi ( geri dönüş )
18:00 -19:00 – Çay süfrəsi
19:00- 23:00 - Astara - Bakı
GƏRƏKLİ LƏVAZİMATLAR
- Bel çantası
- Təbiətdə yerimək üçün ayaqqabı (uzunboğaz olması məsləhətdir)
- Əlavə geyim
-Gün eynəyi
- Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)

Turun 1 nəfər üçün qiyməti 50 AZN

QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Komfortlu nəqliyyat vasitəsi
- Dağ bələdçisi
- Çay süfrəsi
- Dağ maşını
- Fotoçəkiliş
Qeyd:Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.

Möhtəşəm şəlaləyə getmək və tur detalları üçün :

‪ 070 794 91 91‬ (Nurlan)
050 714 34 35 (Mina )

20/04/2024

Problemlərimizi unutduracaq tək yer təbiətdir.💚

Bəs sizcə necə?

15/04/2024

Gedirik nağıllardakı kəndə🌿

🗓️20 Aprel

- Sım və Dustaqxana şəlaləsi, Ballı qaya

Çətinlik dərəcəsi : Orta-Asan
Uzunluğu : 9 km

06:30 - Toplanış(20 Yanvar - Bravo)
06:45 - 10:30 - Bakı - Astara
11:00 - 13:30 - Sım kəndi - Sım şəlaləsi
13:30 - 14:30 Sım şəlaləsi - Ballı qaya - Dustaqxana şəlaləsi
15:30 -17:00 - Kənd evində yemək süfrəsi və çay
17:00 - 22:00 - Astara - Bakı

GƏRƏKLİ LƏVAZİMATLAR
- Bel çantası
- Təbiətdə yerimək üçün ayaqqabı (uzunboğaz olması məsləhətdir)
- Əlavə geyim

-Gün eynəyi
- Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)

Tur qiyməti: 55 AZN

QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Komfortlu nəqliyyat vasitəsi (Bakı - Astara - Bakı)
- Dağ bələdçiləri
• Ləzzətli cənub ⁠yeməkləri və çay süfrəsi

Qeyd:Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur

10/04/2024

Bayram Hədiyyəniz Bizdən 🤩🎉

1 qalib 2 hədiyyə bilet ✨
(Hədiyyə üçün instagram səhifəsinə keçid edin)

🗓️13 Aprel Möhtəşəm Şah dili turu. (Əyləncə və piknik)

Şərtlər:
• Rəydə dostunu tag et və postu storydə paylaş.
Qalib ol, sən və tag etdiyin dostun tura bilet qazanın ☺️

Bu qədər sadə! 🤩

Qalib 12 Apreldə səhifəmizdə paylaşılacaq.

Tur detalları:

Şahdili burnu —Azərbaycanın materikdə yerləşən, xəritədə görünüş olaraq qartalın dimdiyini xatırladan ən ucqar şərq nöqtəsinə ekskursiya edirik 🌊

• 9:00 -Toplanış Gənclik metro stansiyasının yaxınlığı.
• 11:00 - Yarımadaya çatıb 2km yürüyüş edirik.
• 13:00 - Piknik ərazisində asudə vaxtımızı dəyərləndiririk.
•14:00 - Velosiped təlimi

Tur qiyməti: 25 ₼

Qiymətə daxildir:
• Nəqliyyat
• Bələdçi
• Parka giriş bileti
• Foto çəkiliş
• Samovar çayı
• velosiped təlimi

Bayramı bizimlə keçirmək və tur detalları üçün :
055 480 44 74 (Nurlan)
050 714 34 35 (Mina)

14/11/2023

Bir cənub kəndində payız🍁🍂
19 Noyabr
Astara

24/10/2023

11-12 Noyabrda günəş Kəpəzdən doğacaq.
NDA -nın 7 yaşını zirvədə qeyd edirik.

10/09/2023

17 Sentyabr Azərbaycanın qədim yaşayış məskənlərindən olan öz tarixi abu havasını hələ də qoruyub saxlayan Qalaaltı qəsəbəsində yerləşən Çıraqqalaya yürüşümüz planlanır.

04/09/2023
05/07/2023

🌿☘️Yay meşə yürüşlərinin əvəzolunmazı yabanı meşə meyvələridir.Qarşınıza çıxdısa o gün sizin şanslı gününüzdür😍.
Bu dəfə bizim üçün məhsuldar bir yürüş oldu🙂
📽️ .mutallibova

01/07/2023

Özümüzlə baş-başa qaldığımız, həyatımızın axarını,ritmini dəyişən dağlar💚
📽️ .mutallibova

29/06/2023

Bu gün Lerik rayonu Vizəzəmin kəndi, Tokiəxil şəlaləsinə enerjili komandayla hikingimiz baş tutdu.
Yayın istisində buz kimi şəlalə suyunda yeniləndik və növbəti səfərlər üçün artıq hazırıq
Bütün komanda üzvlərinə səfərimizə rəng qatdıqları üçün təşəkkür edirik💚
📽️
🇦🇿

Komandamızla birlikdə növbəti uzun məsafəli hikingimiz baş tutdu.Bu dəfə İsmayıllının Köhnədaxar-Qırxbulaq-Qaranohur göl...
04/05/2023

Komandamızla birlikdə növbəti uzun məsafəli hikingimiz baş tutdu.Bu dəfə İsmayıllının Köhnədaxar-Qırxbulaq-Qaranohur gölü- Talıstan kəndləri arasındakı məsafəni keçdik.Keçilən hiking trail standart, vərdiş edilən yürüşlərdən fərqli və çətin idi.Müxtəlif relyeflərdə yol getdik və bu trailin öhdəsindən gəldik.Artıq rayonlar arası keçidlərə hazırıq.Yeni traillərimiz olacaq.Bəs siz necə hələ də hikingə fotosesiya üçünmü gedirsiniz?
📸 Elbey Musto

Çıraqqala,Qalaaltı09.04.23
10/04/2023

Çıraqqala,Qalaaltı
09.04.23

21/03/2023

Dəyərli səhifə izləyiciləri.Hər birinizi Bahar bayramı münasibəti ilə təbrik edirəm.Həyatınız həmişə bahar kimi təravətli,çiçəkli💐və rəngarəng olsun🍀.
Biz də, sizin həyatınıza rəng qatmaq üçün bahar yürüşlərimizin proqramını elan edirik💚.Bu yaz və yay daha maraqlı olacaq😀

Avqustun 8-də dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd olunur.  Bu bayramın meydana çıxmasında iki cəsu...
08/08/2022

Avqustun 8-də dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd olunur.
Bu bayramın meydana çıxmasında iki cəsur isveçrəli – həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq. Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək zirvəsini – Monblan zirvəsini fəth etmişlər. Bu zirvə dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşir. Həmin vaxta qədər Monblan zirvəsini fəth etmək cəhdləri çox olsa da, buna ilk nail olanlar məhz həmin insanlar olmuşlar. O gündən dünya alpinistləri Alp dağlarının ən yüksək zirvəsinin fəth olunmasını öz bayramları kimi qeyd edirlər.
Biz də öz növbəmizdə dağ sevdalılarını bu gün münasibəti ilə təbrik edirik.Dağçı yoldaşlarımıza daim zirvələrdə açıq hava arzu edirik.Dağçılıqla məşğul olan insanların həyatı iki hissədən ibarət olur.Dağçılıqdan əvvəlki və sonrakı dövr.Belə bir misal var insanı yolda tanıyarlar.Biz deyirik ki, yolda tanımadığın insanı mütləq dağda tanıyacaqsan.Ona görə dağ dostluqları möhkəm və dəyərli olur.
Dağlar bizim evimizdir.Dağlarda görüşək əziz dağçılar!

05/08/2022

3-4 avqust 2022-ci il tarixində NDA team olaraq Böyük Qafqaz sıra dağlarının şərq silsiləsindəki Yatuxdərə və Şahnabad çaylarının üstündəki ŞE–41°12'13 ŞU-47°51'35 coğrafi koordinatlarda yerləşən hündürlüyü 3857m olan “Olimpiya” zirvəsinə uğurlu yürüşümüz baş tutmuşdur.Zirvə sevincimizi sizlərlə bölüşürük.
Dağlarda görüşək!

Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir.B...
11/12/2021

Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir.
BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.
İnsanlar nə edirlər?
Beynəlxalq Dağ Günü və həmin gün ətrafında müxtəlif tədbirlər həyata keçirirlər
Bu tədbirlərin əsas məqsədi ümumi əhali və mütəxəssislər arasında dağlar və dağlıq rayonlarının rolu haqqında məlumatlandırılma və biliklərinin artırılmasdır.
Tədbirlər xüsusi nümunələr, kitab sərgiləri, simpoziumlar, şagirdlər və tələbələr üçün dağ mövzusunda mühazirələr, seminarlar keçirilir və mətbuatda bu haqda məlumatlar yayırlar.
Dekabrın 11-də və ya ətraf günlərdə dağçılıq və bu sahədə araşdırma aparan ictimai birliklər mühazirə və sosial tədbirlər həyata keçirirlər.
İctimai Həyat
Beynəlxalq Dağ günü qlobal müşahidədir və ictimai bayram (tətil) deyil.
Rəmzləri :
Beynəlxalq Dağ Günü rəmzi üç bərabərtərəfli üçbucaqdan, bir xəyali üfüqi xətt və hər tərəfdən bir istiqəmətdə yuxarı yönəldilmiş iki xətdən ibarətdir. Bu qara üçbucaqlar dağları təmsil edir. Sol üçbucağın üstündə olan mavi rəngli “almaz” formalı fiqur buz və qarı, Orta üçbucağın mərkəzində olan narıncı rəngli dairə dağ resuslarını, Sağ üçbucağın sağ aşağı tərəfində olan yaşıl üçbücaq isə dağlarda yetişən bitkiləri təmsil edir.
© Gənc Dağçılar

Əziz dağçılar bayramınız mübarək.Daima dağlarımızın keşiyində duraq.Təbiətmizi qoruyaq.

Address


Telephone

+994554804474

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Discovery Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature Discovery Azerbaijan:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share