Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, M. Ə. Rəsulzadə küçəsi 7, Xirdalan.

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə Abşeron Rayon İcra...
23/01/2025

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova və İŞ-nın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan səhərində Şəhidlər Abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və vətənimizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni oxunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısınün müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron Rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov və digərləri bildiriblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsi idi. Ona görə də Sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törədib və paytaxtımıza, o cümlədən respublikanın bir neçə ərazilərinə qoşun yeridərək əliyalən, azadlıq istəyən, günahsız soydaşlarımızı qətlə yetirib. Sovet rəhbərliyi silah, qətliam gücünə xalqımızı susdurmağa çalışıb və bununla da xalqımızın azadlıq istəyini boğmağa səy göstərib. Lakin xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya bəyan etdi. O məşum gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqımızın istiqlal mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər...

Əziz xalqımız , hörmətli abşeronlular! Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın  adından başda şəhid ailəl...
01/01/2025

Əziz xalqımız , hörmətli abşeronlular!
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın adından başda şəhid ailələri , qazilər olmaqla hər birinizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmyərlik Günü və Yeni il münasibəti ilə təbrik edirik.
Qoy 2025 -ci il dövlətimizə , xalqımıza tükənməz uğur gətirsin ! Qüdrətli Azərbaycanımız daha da çiçəklənsin və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazansın!
2025 - ci il hər birimiz üçün sağlamlıq, xoşbəxtlik və uğur dolu günlərin başlanğıcı olsun!
Yeni iliniz mübarək!!!

Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın təşkilatçılığı ilə 3 Dekabr  Beynəlxalq Əlilliyi olan Şəxslər Gün...
03/12/2024

Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ,YAP Abşeron rayon təşkilatının sədri Abas Əliyev , Millət vəkili Vüqar İsgəndərov , Əlil Təşkilatlar İttifaqının sədri Davud Rəhimli , Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və İŞ-nın üzvləri , şəhid ailələri , qazilər , əlilliyi olan şəxslər , idarə və təşkilat rəhbərləri iştirak ediblər.
3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar təşkil olunmuş tədbir , ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib , dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Çıxışlar zamanı cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlilliyi olan şəxslərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan , onların sosial problemlərinin həlli yollarından danışılıb .

Bədii hissədə İstedadlı Əllillər İctimai Birliyinin sədri Qubad Qasımovun təşkilatçılığı ilə ictimai birliyin ansamblının , əlilliyi olan şəxslərin və digər sevilən müğənnilərin təqdimatında musiqili proqram nümayiş olunub.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrli...
14/11/2024

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
sədrlik edir.

COP-29 BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdi. Azərbaycan bu ilin 11, 22 noyabr tarixlərində Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edir. Bu konfrans iqlim dəyişikliklərinin təsirlərini aradan qaldırmaq məqsədilə hər il keçirilən rəsmi göruşdür. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından ev sahibliyi etməsi üçün dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisidir. Bundan əlavə Azərbaycanın Cop 29 konfransına ev sahibliyi etməsini 2024-cü ilin ən mühüm hadisəsi kimi qiymətləndirmək olar. Konfransın ölkəmizdə keçirilməsi ölkəmizin iqtisadi, siyasi və turizm həyatına müsbət təsirlərini göstərməsi də qaçılmazdır. Bu tədbirlərinin məqsədi , "Paris sazişi"nin tələbi olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. COP-29 konfransı iqlim dəyişikliyinin aradan qaldırılmasına xidmət edən təxirəsalınmaz tədbirdir. Hər il keçirilən COP-29 konfransında ətraf mühitin çirklənməsi, iqlim dəyişməsi nəticəsində ekoloji problemlərin yaranması və bu problemlərin, fəsadların aradan qaldırılması istiqamətində çağırışlar edilir.
Dünyamızı bu problemərdən xilas etmək üçün prinsipial mövqeyimizi birgə sərgiləməklə uğur qazana bilərik. Bundan əlavə COP-29 tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın milli mədəniyyətinin, təbiətinin zənginliyini beynəlxaq ictimaiyyətə nümayiş etdirmək üçün əhəmiyyətli imkanlar yaradır.

Aidə Səfərova
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi

Qalib,suveren xalqımızın şanlı bayrağı Azərbaycan hər yerində DALĞALANIR! Azərbaycan Respublikasının Dövlət bayrağı 1918...
10/11/2024

Qalib,suveren xalqımızın şanlı bayrağı Azərbaycan hər yerində DALĞALANIR!

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdu. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdi. Qeyd etmək lazımdır ki, ulu öndərin 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı mühüm əhəmiyyət daşımışdır. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir. Məhz bu amili nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı sərəncam ölkə başçısı tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmışdı. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdu. Bayraq Meydanının açılış mərasimində “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”,– deyən dövlət başçısı əlavə etmişdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır.
Xüsusi qeyd edilməlidir ki, dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmişdir və hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür.
Fəxrlə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb. Ulu öndər deyib ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Qarabağda dalğalanır.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, 2020-ci ildə sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.
Müqəddəs bayrağımız şərəf və ləyaqətimiz, qürurumuz və güvənc yerimizdir. Dövlət bayrağımız suverenliyimizin rəmzidir.
Qürurla deyə bilərik ki, Qalib, suveren Azərbaycanın ay ulduzu, üç rəngli bayrağı dünyada və ölkəmizin hər bir guşəsində ən yüksək zirvələrdə dalğalanır.

Zamin Zeynal,
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini

44 gün - Azərbaycan , o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür.8 noyabr isə əsrlərə...
09/11/2024

44 gün - Azərbaycan , o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür.
8 noyabr isə əsrlərə cavab olan şanlı savaşımızın Zəfər adlı möhürüdür.

Xalqımızın tarixinin şanlı səhifəsi olan Zəfər günü Abşeron rayonunda böyük coşqu və qürur hissi ilə keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri , şəhid ailələri , qazilər , Abşeron ictimayətinin nümayəndələri tərəfindən əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.Daha sonra Xırdalan Şəhidlər xiyabanı ziyarət edilib , vətənin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhuna dualar oxunub. Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi də ziyarət olunub. Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Əvvəlcə burada tədbir iştirakçıları Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.

Tədbirdə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub. Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

8 noyabr Şuşa şəhəri günüdürAzərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qə...
09/11/2024

8 noyabr Şuşa şəhəri günüdür

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.

Şanlı qələbə tariximizə çevrilən 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilərək Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

44 gün ərzində ordumuz bir an belə dayanmadan, durmadan, ruh yüksəkliyi ilə, qələbəyə inamla irəliləyirdi. Bu haqq savaşında özləri, orduları haqqında mif yaradan ermənilərə Azərbaycan əsgəri-Azərbaycanın igid övladları kişilik dərsi verdi. Yaratdıqları mifi darmadağın edərək onların kim olduqlarını özlərinə sübut etdi. Ermənistan ordusunun 11 min nəfər əsgəri fərarilik edərək silahı qoyub geri qaçdı. Ermənilər və bütün dünya bir nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallaşdı.

Tanklarla, zirehli texnikalarla silahlanan və əlverişli mövqelərdə yerləşən Ermənistan ordusunun əsgər və zabitləri Azərbaycanın igid oğulları qarşısında duruş gətirə bilməyərək dayandıqları mövqeləri tərk edib canlarını qurtarmağa çalışdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim qələbəmiz mümkün olmayacaq.”

Bəli, Şuşa azad edildi. Biz qələbə çaldıq. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və öz adını Azərbaycanın tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu.

Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik göstərməsi, qələbənin təmin edilməsində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad olunması və 8 noyabr tarixinin əhəmiyyəti haqqında deyirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizin şanlı Qələbəmizin, Zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıq masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik”. O gün Azərbaycan xalqının ən sevincli günü idi. O günü 30 ilə yaxın idi ki, ümidlə, inamla gözləyirdik.

2023-cü ilin sentyabr ayının 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 3 il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Dövlət suverenliyimiz tam bərpa olundu.

Azadlığına qovuşmuş qədim Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid, vətənpərvər Azərbaycan oğullarının Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır.

Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa-Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Hal-hazırda Şuşanın tarixi siması saxlanılmaqla burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda qəhrəmanlıq rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz tam haqlı olaraq Şuşanı sülhün rəmzi kimi qiymətləndirə bilərik”.

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağac əkilib.Millət vəkili Nigar Məmmədovanın təşəbbüsü və Ekol...
31/10/2024

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağac əkilib.

Millət vəkili Nigar Məmmədovanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Millət vəkili Nigar Məmmədova, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şurananın sədri, Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, İctimai Şurananın Katibi, QHT sədri Aidə Səfərova, ictimai şuranın fəal üzvü, "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatının üzvləri, habelə, qazilər və həssas əhali qruplarından olan digər şəxslərin iştirak etdikləri ağacəkmə aksiyasıbda 50-dən artıq ağac əkilib.

Yeni formalaşan Abşeron RİH yanında İctimai Şuranın ilk iclası keçirilib05 Oktyabr 2024-cü il tarixində keçirilən seçkil...
28/10/2024

Yeni formalaşan Abşeron RİH yanında İctimai Şuranın ilk iclası keçirilib

05 Oktyabr 2024-cü il tarixində keçirilən seçkilər nəticəsində yenidən formalaşan Abşeron RİH yanında İctimai Şuranın ilk iclası keçirilib. Əvvəlcə qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilər keçirilmiş və səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən 8 nəfər namizəd içərisindən 7-i gizli səsvermə yolu ilə seçilmişdir.
05 Oktyabr 2024-cü il tarixində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçilən üzvlərin siyahısı:

İsmayılova Xatirə Yolçu qızı - "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin üzvü
Nuriyeva Zülfiyyə Səfər qızı - "Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri
Qasımov Qubad İmamqulu oğlu - “İstedadlı Əlillər " İctimai Birliyinin sədri
İsgəndərov Eyşan Məhəmməd oğlu - “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri
Zeynalov Zamin Maarif oğlu - “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin rəhbəri
Səfərova Aidə Nəsib qızı - “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyinin sədri
Əliyev Elşən Musaxan oğlu - “Azərbaycan Respublikası Əfqənıstan Veteranları” İctimai Birliyinin Abşeron rayon təşkilatının sədri

24 oktyabr 2024-cü ildə baş tutan ilk iclasda isə gündəlikdə duran məsələlərə baxılıb. Belə ki, 5 oktyabr tarixində reallaşan seçkilərdə yeni üzv olmuş namizədlər səsvermə yolu ilə İctimai Şuranın sədri, sədr müavini, katibini yekdilliklə səs verərək seçiblər. İştirakçılar yekdil səslə Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılovaya yenidən etimad göstərərək sədr seçiblər. Zamin Zeynal Şuranın sədr müavini, Aidə Səfərova isə katib seçilib.
Yeni seçilmiş İctimai Şura üzvülərini təbrik edir, ictimai fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edir, möhkəm cansağlığı, çətin və şərəfli iş...
22/07/2024

22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edir, möhkəm cansağlığı, çətin və şərəfli işlərində uğurlar arzulayırıq

Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif İslamabadda mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.Bu gün iki öl...
11/07/2024

Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif İslamabadda mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.

Bu gün iki ölkə arasında ticarət, hava əlaqəsi, turizm, ədliyyə, elmi və texnologiya, informasiya və kommunikasiya texnologiyaları, mineral ehtiyatlar və geologiya kimi sahələrdə əməkdaşlıq üzrə sazişlər imzalanıb.

Abşeron rayonunda 28 May Müstəqillik Günü qeyd edilibAbşeron Rayon İcra Hakimiyyətinin, Abşeron RİH yanında İctimai Şura...
28/05/2024

Abşeron rayonunda 28 May Müstəqillik Günü qeyd edilib

Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Şəfəq qəsəbəsində yerləşən Aşağı Güzdək 2 saylı tam orta məktəbdə baş tutan tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aydın Rəhimov, şəhid ailələri, müharibə iştirakçıları və adıçəkilən məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Öncə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib və dövlət himni oxunub.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Müstəqillik Gününün xalqımızın tarixində çox böyük əhəmiyyətə malik olduğu vurğulanaraq qeyd edilib ki, cümhuriyyətimizə qarşı çıxan və onun süqut etməsi üçün çalışan millətlərdən biri də ermənilər olub. Bu baxımdan 44 günlük Vətən Müharibəsində qazanılan qələbə ilə nəinki 30 illik vətən həsərtinə son qoyuldu, o cümlədən başımıza gətirilən çoxəsrlərlik müsibətlərin qisası alındı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyi, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ideyaların ən yüksək səviyyədə inkişaf etdirildiyi vurğulanıb.

Tədbirin sonunda məktəbin müəllim və şagird kollektivinin 28 May Müstəqillik Günümüzün tarixi, Vətən Müharibəsindəki Zəfərimiz və şəhidlərimizlə bağlı hazırladıqları əbədi-bədii kompozisiyalar təqdim edilib.



İctimai Şura silsilə tədbirlər keçirib!Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl ...
21/05/2024

İctimai Şura silsilə tədbirlər keçirib!

Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda silsilə tədbirlər keçirilib.

Xırdalan şəhər 24 saylı körpələr evi uşaq bağçasında keçirilmiş "Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və bağçanın müdiri Leyla Bayramova çıxış edərək mövzunun əhəmiyyətini və onun təbliğinin vacibliyini vurğulayıblar.

Məmmədli kənd 10 saylı körpələr evi uşaq bağçasında keçirilmiş eyniadlı tədbirdə çıxış edən İctimai Şuranın sədri Xatirə İsmayılova, Məmmədli kənd İcra nümayəndəsi Elmar Abasov və bağçanın müdiri Vəfa Rəsulova mövzu ilə bağlı fikirlərini bildiriblər.

Xatirə İsmayılova bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması baxımından çox mühüm əhəmiyyətə malikdir. Dünyanın ən mötəbər tədbirlərdən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi dövlətimizin daha da artan beynəlxalq nüfuzunun və yaşıl dünyanın inkişafı üçün göstərdiyi səylərin miqyasını göstərir.

Hər iki tədbirdə körpələr mövzu ilə əlaqədar bədii səhnəciklər nümayiş etdiriblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova “H...
02/05/2024

Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Xatirə xanımı təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.

24/04/2024

Abşeron rayon Mehdiabad qəsəbə sakini,
1 ci Qarabağ Müharibəsi qazisi Etibar Ağakişiyevin oğlu Vətən Müharibəsi şəhidi Nurlan Ağakişiyevin əziz xatirəsi yad olunub. Space TV " Qarabağ Azərbaycandır!" verilişinin çəkiliş qrupu, rayon ziyalıları, şəhid valideynləri, qazilər, İctimai Şura üzvlərindən Nuranə Gülər, Elçin Quliyev və Mehdiabad 3 saylı məktəbin müəllim və şagirdləri ilə şəhidin ailəsini ziyarət edilib.

Ramazan Bayramınız mübarək olsun!🌙
11/04/2024

Ramazan Bayramınız mübarək olsun!🌙

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçm...
01/04/2024

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı da əldə edilmişdir.Tarixi saxtalaşdıraraq öz mənafelərinə uyğun qondarma tarix yaratmaqla öz çirkin məqsədlərini həyata keçirən güclər bilməli idilər ki, əsl həqiqəti gizlətmək olmaz. Həqiqət günəş kimidir və bir gün yenə də bu dünyaya doğacaq.
1813-1828 - ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının , tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Xalqımızın milli faciənin davamı kimi soyqırım siyasəti yürüdüldü. “ Böyük Ermənistan” ideyası ortaya atıldı və bu ideyannın toxumunu cücərtmək üçün türk qanına ehtiyac olduğu təbliğ olunmağa başlandı .”Torpaqlarımızı zəbt etmək , xalqımızı öz qanında boğmaq “-bu idi qarşıya qoyulan məqsəd.
Birinci dünya müharibəsində Rusiyada baş verən çevrilişlərdən yenə də öz mənafeyi üçün istifadə edən daşnaklar Stepan Şaumyanın başçılığı ilə bolşevik bayrağı altında mart ayının 31 - dən aprelin 3-nə qədər Bakıda , Naxçıvanda , Qubada , Şamaxıda , Lənkəranda və s yerlərdə böyük qətliyamlar həyata keçirərək 25 mindən artıq azərbaycanlını amansızlıqla qətlə yetirildi.Bu yer üzünün ən böyük qətliyamı idi.
Üstü basdırılmağa çalışılan bu vəhşət yalnız azadlğımızı və müstəqilliyimizi qazandıqdan sonra gün üzünə çıxdı.
Tarix boyu gördük ki, gizlənilən həqiqət ,dünyanın kor olduğu ədalət yeri gəldikdə öz gücümüzlə bərpa olunur. Bu isə bizim bir millət kimi əzmimizin , iradənizin və vətənpərliyimizin təzahürüdür.
Allah şəhidlərimizə rəhmət eləsin !

Xatirə ismayılova.

Xırdalan şəhər 1 nömrəli  tam orta  məktəbdə Abşeron İcra  Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə  İsmayılovan...
01/04/2024

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə Abşeron İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılovanın iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırım Gününə aid "Tarixin qan yaddaşı' adlı tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyaya baxılıb. İctimai Şuranın sədri Xatirə İsmayılova toplantıda çıxış edərək gənc nəslin vətənpərvərlik tərbiyəsindən və tarixi faktların, o cümlədən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların şagirdlərimizə doğru şəkildə öyrədilməsinin əhəmiyyətindən bəhs edib.



Address

M. Ə. Rəsulzadə Küçəsi 7
Xirdalan
AZ0101

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502852106

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura:

Videos

Share