Leyla Əliyarova

  • Home
  • Leyla Əliyarova

Leyla Əliyarova Maldivies

07/02/2021

KOLLEKTİV PAŞİNYANLAR, NOOLDU, NİYƏ SUSURSUZ?

Sizcə, YAP-ın gənc fəalı Anar Şahmuradov doğru sual etmirmi?

- Fransadan olan bir qrup jurnalist və ictimai xadim Qarabağa gəlmək istəyərkən Laçında sülhməramlılar onları saxlayıb və buraxmayıblar. Səbəb olaraq onların Azərbaycana daxil olduqlarını və Azərbaycanda akkreditə olunmadıqlarını göstəriblər.

Hər məsələyə yerli-yersiz münasibət bildirən, palaz-palaz statuslar yazan və ya saatlarla youtube-də boşboğazlıq edən, bir sözlə Myanmadan batıb son günlərdə Rusiyadan çıxan Əli Kərimli nədənsə bu haqda susur.

Qeyri-vaxtı bir sviterin içində qalan Arayikin, yeri-yurdu bilinməyən Balasanyanın Qarabağda “ordu”, “dövlət” qurduqları iddiası ilə onları raskrutka edən Əli Kərimlinin bu məsələ haqqında susması olsun ki, onun siyasi maraqlarına sərf edir. Birdən danışar, ağaları qrantını kəsər. Lazımdırmı ona?! Görünür, adam bütün dünyanın qəbul etdiyi həqiqəti qəbul edə bilmir ki, Qarabağ Azərbaycandır!

07/02/2021

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”.

07/02/2021

ƏLİ KƏRİMLİ, QƏNİMƏT ZAHİD ÜÇÜN BRİTANİYA SƏFİRİ LİVİYALI DİPLOMATDAN NİYƏ ÜSTÜNDÜR?

YAP-ın gənc fəalı Sevinc Eyyubovadan Əli Kərimliyə sillə kimi suallar. Erməni vandalizmini danan AXCP-yə necə münasibət olmalıdır?

- AXCP sədri Əli Kərimli, onun mirzəsi Qənimət Zahid yenidən özlərini ifşa ediblər. Cəmiyyətimiz bir daha gördü ki, ötən gün ölkəmizdəki diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilat rəhbərlərinin işğaldan azad olunmuş torpaqlarımıza təşkil olunmuş səfəri zamanı nümayiş olunan erməni vandalizmi və barbarlığı "beşinci kolon"un cəbhə tör-töküntülərini heç də maraqlandırmayıb.

Xüsusilə də, səfər zamanı liviyali diplomat Əşrəf Adəmin Zəngilanda ermənilər tərəfindən tamamilə dağıdılmış və donuz saxlanmış məsciddə namaz qılması sosial şəbəkə istifadəçiləri və xalqımız tərəfindən böyük diqqətə səbəb olsa da, nədənsə Əli Kərimlinin, Qənimət Zahidin tükünü belə tərpətməyib.

Onlar nəinki bu məsələyə reaksiya verməyiblər, hətta erməni vandalizmi haqqında bir cümlə belə yazmayıblar. Əli Kərimli, Qənimət Zahid həmişəki kimi susdu. Amma əvəzində nədənsə Britaniya səfirinin postunu çox həvəslə paylaşdılar.

Sizcə Əli Kərimlinin, Qənimət Zahidin bu hərəkətinin səbəbi nədir? Onların müsəlman ölkənin diplomatına qarşı ayrı-seçkilik etmələrinə əsas nədir? Yaxşı, bunları kənara qoyuram, bəs, erməni vandalizminə dair niyə tənqidi status yoxdur? Ermənilərə sadiqliklərini bu cürmü isbatlayırlar?

Məncə bütün cəmiyyətimiz bu cür sualları onlara ünvanlamalı və ifşa etməlidir. Ermənidən çox ermənilik edənləri hər kəs əlinin tərsi ilə tarixin zibilliyinə atmalıdır...

07/02/2021
07/02/2021
06/02/2021

Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının "Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti" mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.
Məruzəçi: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.

06/02/2021

Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda sonuncu kursu keçirdi.
Məruzəçi: Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov.

06/02/2021

Çox təsirli mənzərədir. Liviyalı diplomat Zəngilandakı məsciddə namaz qılır. Bu məsciddə erməni işğalçıları vaxtilə donuz saxlayırdılar...

31/01/2021

ƏLİ KƏRİMLİ PAŞİNYAN QARŞISINDA RƏSULZADƏNİ NİYƏ MÜDAFİƏ ETMƏMİŞDİ?

Yəqin bu şəkli xatırladınız. Ermənistanın baş naziri Paşinyan Məmməd Əmin Rəsulzadəyə iftira ataraq haqqında yalanlar danışmışdı.

Həmin vaxt Azərbaycan ziyalıları, siyasiləri, YAP-ın deputatları Paşinyanın cavabını versələr də, özlərini ildə iki dəfə öldürüb Novxanıya yürüş edib, Rəsulzadənin büstü önündə beş saat yalan-palan danışan Cəmil Həsənli, Əli Kərimli və başqaları susdular. Onlar Paşinyandan niyə çəkindilər, qorxdular? Məgər, bu günə qədər Rəsulzadə irsini sümürən, siyasi oyun alətinə çevirən AXCP və Milli Şura deyilmi? Nə oldu axı ermənilər Rəsulzadəyə iftira atanda Əli Kərimlinin, Cəmil Həsənlinin səsi çıxmadı? Erməni lobbisinin pulu bu qədər şirin imiş? Erməni lobbisinin qrantları Rəsulzadədən bu qədərmi vacibdir?

Bir daha cəmiyyətimiz baxsın və görsün, Əli Kərimli, Cəmil Həsənli, AXCP, Milli Şura budur, onlar üçün Rəsulzadə dəyəri də, Azərbaycan xalqı da pul qazanmaq üçün bir vasitədir...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Leyla Əliyarova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share