Azər İsmayılın bloqu

  • Home
  • Azər İsmayılın bloqu

Azər İsmayılın bloqu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azər İsmayılın bloqu, .
(12)

Əziz izləyicilər, bu səhifədə əsasən öz səyahət təcrübələrimi bölüşəcəm, həmçinin aşağı qiymətli səyahət, aviabilet, otel imkanları haqqında mütəmadi olaraq məlumatlar yazacam.

Rusiyanın Azimuth aviaşirkəti Mineralnıe Vodı şəhərindən Gəncəyə birbaşa reyslərə başlayır. Uçuşlar həftədə bir dəfə, cü...
26/06/2024

Rusiyanın Azimuth aviaşirkəti Mineralnıe Vodı şəhərindən Gəncəyə birbaşa reyslərə başlayır. Uçuşlar həftədə bir dəfə, cümə axşamı günləri Sukhoi Superjet 100 təyyarələri ilə ediləcək.

A4 6137 Mineralnıe Vodı-Gəncə reysində təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq, 12:30 enəcək.

A4 6138 Gəncə-Mineralnıe Vodı reysində təyyarə yerli vaxtla saat 13:50-də qalxacaq, 14:10-da enəcək.

Uçuşlar bir tərəfə 5500 RUB-dan (~110 AZN) başlayır.

Ən aşağı büdcəli tarifə 5 kq əl yükü daxildir.

Biletləri həm azimuth.aero, həm də aviakassalardan almaq olar.

DiQQƏT!Bu gündən etibarən Gürcüstana girişdə səyahət sığortası tələbi qüvvəyə minməli idi. Amma turizm administrasiyası ...
01/06/2024

DiQQƏT!

Bu gündən etibarən Gürcüstana girişdə səyahət sığortası tələbi qüvvəyə minməli idi. Amma turizm administrasiyası və sığorta şirkətləri ortaq məxrəcə gələ bilmədikləri üçün bu layihə 2025-i ilin sonuna kimi təxirə salınıb. Bu barədə Spurnik Gürcüstan xəbər saytı məlumat yayıb.

Hər bir halda bütün xarici səfərləriniz zamanı səyahət sığortası əldə etməyi tövsiyə edirəm✅️


Rus sülhməramlıları Xocalı hava limanından və ümumiyyətlə Qarabağdan gedirlər. Dünən həmin aeroportda bununla bağlı tədb...
16/05/2024

Rus sülhməramlıları Xocalı hava limanından və ümumiyyətlə Qarabağdan gedirlər. Dünən həmin aeroportda bununla bağlı tədbir də keçirilib. Beləliklə, Qarabağda 4 hava limanı olacaq.

Xocalı və ya Xankəndi hava limanı Xankəndi şəhərindən 10 km aralı yerləşir, 2012-ci ildə separatçı rejim tərəfindən 5 milyon dollar investisiya edilərək təmir edilib. Uçuş-eniş zolağı 2200 metr təşkil edir. Terminal binasında bütün zəruri avadanlıqlar var. Düşünürəm ki, ən qısa zamanda AZAL bu hava limanını təhvil alaraq təftiş edəcəkdir. Hazırda AZAL-ın təyyarə parkında ən kiçik ölçülü təyyarə Embraer 190-dır, onun enməsi və qalxması mümkündür, çünki eniş üçün 1244 metr, qalxış üçün 2100 metrlik zolaq lazımdır. Amma bu maksimuma yaxın olduğu üçün yəqin ki, zolağın uzunluğunu 3000 metrə kimi artıracaqlar. Bu halda AZAL-ın donanmasında olan bütün təyyarələr Xocalı hava limanına enə biləcək.

Şuşaya da getmək üçün bu aeroporta enmək daha əlverişlidir, çünki Füzuli hava limanından 70 km dağ yolları ilə getmək əvəzinə, Xankəndi hava limanından 23 km nisbətən düz yolda getmək vaxtı daha qısa tutur. Ehtimal edirəm ki, artıq gələn aya kimi bu hava limanına Bakıdan uçan ilk təyyarə enəcək, bəlkə elə 28 may günü. Bu arada, Xankəndi hava limanının hələ ki, IATA kodu yoxdur, XAN kodu isə boşdur :)

Azərbaycan Hava Yolları uçuş siniflərində dəyişiklik edib.Belə ki VIP Klub və Komfort klub sinifləri ləğv olunub. VIP Kl...
13/05/2024

Azərbaycan Hava Yolları uçuş siniflərində dəyişiklik edib.

Belə ki VIP Klub və Komfort klub sinifləri ləğv olunub.

VIP Klub biznes sinifi kimi, Komfort klub isə Premium ekonom sinifi kimi adlandırılır.

Premium ekonom sinifi hazırda yalnız Boeing 787 Dreamliner təyyarəsində mövcuddur.

Siniflər haqda ətraflı məlumat azal.az saytında var.

Anadolujet rebrendinq edilərək AJet oldu. Eyni zamanda Türk Hava Yolları-ndan ayrıldı, indi aviaşirkətin uçuşları ənənəv...
01/04/2024

Anadolujet rebrendinq edilərək AJet oldu. Eyni zamanda Türk Hava Yolları-ndan ayrıldı, indi aviaşirkətin uçuşları ənənəvi olaraq TK kodu ilə deyil, VF kodu ilə qeyd ediləcək. AJet 41 yerli, 52 beynəlxalq istiqamətə uçacaq. Hazırda Bakıdan İstanbul və Ankaraya uçur, 1 iyundan isə İzmirə də reys açılacaq. Baza tarifə 8 kq əl yükü daxildir. Biletlərə ajet.com saytından baxa bilərsiniz.

On gün öncə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev qeyd edib ki, 2023-cü ildə quru sərhədlər heç bir səbəb...
26/03/2024

On gün öncə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev qeyd edib ki, 2023-cü ildə quru sərhədlər heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Bu da ümumi daxili məhsulun həcminin dünya üzrə artımından üç dəfə daha az olmağına gətirib çıxarıb. Baş nazir Əli Əsədov isə qeyd edib ki, quru sərhədləri bağlı saxlamaq haqqında əmri o imzalayıb və bu onun baş nazir kimi səlahiyyətindədir.

Martın əvvəli isə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bəyan edib ki, Azərbaycanla sərhədin açılmasının tərəfdarıdır və sərhədin niyə bağlı qalmasının səbəbini bilmir.

Dünən bəzi xəbər saytları yazıb ki, deputat Siyavuş N. quru sərhədlərin açılmasını istəyənlərin narkotacirlərlə əlaqəsinin olduğunu iddia edib. Eyni zamanda deyib ki, quru sərhədlər yalnız yayda istirahətə getmək üçün lazımdır və sadə vətəndaşları bu narahat etmir. Açıqlama uzun olub, axırı yenə təhlükəsizlik filan məsələlərini önə çıxarıb.

Bunla bağlı fikrim budur ki, bütün sərhəd keçid məntəqələrində x-ray skanneri var, kəndlinin qonşu ölkədən ucuz aldığı malı çox diqqətlə izləyən gömrükçülər istənilən yükü izləyə və gələ biləcək təhlükəni yerindəcə müəyyən edə bilərlər. Xarici təhlükə isə təkcə Azərbaycan üçün yoxdur. Misal üçün, Rusiya Gürcüstanın yarısını işğal edib, amma Gürcüstan ilk fürsətdəcə sərhədlərini Rusiya ilə sərhədlərini açdı. Qonşu ölkələr təkcə yayda istirahət üçün deyil, eyni zamanda daha ucuz bazardır, eyni zamanda sərhədin o tərəfində yaşayan qohumlar, doğmalardır. Qazaxda, Balakəndə yaşayan insanlar Gürcüstandakı qohumlarını görmək üçün Bakıdan təyyarə ilə uçmalı deyillər. Tutaq ki, lap elə istirahətdir. 4 nəfərlik orta-statistik ailə Gürcüstana istirahətə getmək üçün niyə 1000 manat aviabiletə verməlidir? 100-150 manat benzinə xərcləməklə az da olsa xoşbəxt ola bilər axı. Belə nümunələr çoxdur, daha öncə də yazmışam.

Uzun sözün qısası,

Ajet (Anadolujet) aviaşirkəti endirim kampaniyası edir. 1 avro + vergilər/xərclər. ✈️ Bakı-İstanbul-Bakı 194₼,✈️ Bakı-An...
22/03/2024

Ajet (Anadolujet) aviaşirkəti endirim kampaniyası edir. 1 avro + vergilər/xərclər.

✈️ Bakı-İstanbul-Bakı 194₼,
✈️ Bakı-Ankara-Bakı 250₼,

8 kq kabin baqajı daxildir.
Satış: 22-24 mart
Uçuş tarixləri: 31 mart-31 may aralığı.

Biletləri ajet.com saytından ala bilərsiniz.

Bakı hava limanı Novruza hazırdır🔥
18/03/2024

Bakı hava limanı Novruza hazırdır🔥

2024-cü ilin fevral ayında Bakı hava limanında sərnişin axını ötən ilin fevralı ilə müqayisədə 50% artıb. Bu haqda ötən ...
08/03/2024

2024-cü ilin fevral ayında Bakı hava limanında sərnişin axını ötən ilin fevralı ilə müqayisədə 50% artıb. Bu haqda ötən gün aeroportun mətbuat xidməti məlumat yayıb.

Bunun əsas səbəbi isə Azərbaycan Hava Yollarının yəqin ki, tarixində ilk dəfə fevral ayında da Avropa istiqamətində uçuşları davam etməsidir. Ötən illərdə adətən Avropa istiqamətində reyslər tələbatın azaldığı üçün fevral ayında dayandırılırdı.

Digər məlumata görə, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106% artaraq 25 min nəfər təşkil edib. Bunun səbəbi isə AZAL-ın tranzit sərnişinlərə əlverişli qiymətə bilet təklif edərək təyyarəni dolu saxlamasıdır. Misal üçün, Moskva-Bakı-London reysi ilə Bakı-London reysi bəzi tarixlərdə eyni qiymətədir. Bu istiqamətdə əsas rəqiblər olan THY və Pegasusdan müqayisədə aşağı qiymət, bələdçilərin həm də rus dilində danışmağı AZAL-ı daha cazibəli edir.



Bayram günlərinizdə istirahətinizi planlayın 🤗
01/02/2024

Bayram günlərinizdə istirahətinizi planlayın 🤗

AZAL 31 martdan etibarən Londona həftədə 6 dəfə uçacaq. Belə ki, aviaşirkət Hitrou hava limanı ilə bərabər, 31 martdan e...
02/01/2024

AZAL 31 martdan etibarən Londona həftədə 6 dəfə uçacaq. Belə ki, aviaşirkət Hitrou hava limanı ilə bərabər, 31 martdan etibarən həftədə üç dəfə, çərşənbə, cümə və bazar günləri Londonun Qetvik (LGW) aeroportuna da uçuşlara başlayacaq. Hitrouya Boeing 787 Dreamlines ilə edilirdisə, Qetvikə uçuşlar Airbus 320 təyyarəsi ilə planlaşdırılır.

Uçuş müddəti təxmini 6 saat təşkil edəcək.

Biletləri onlayn azal.az saytından ala bilərsiniz.



Əziz dostlar, Yeni İliniz Mübarək!Mənim sizə 10 müxtəlif arzum var.  Siz isə öz növbənizdə hansını öz dostunuza aid edir...
31/12/2023

Əziz dostlar,

Yeni İliniz Mübarək!

Mənim sizə 10 müxtəlif arzum var. Siz isə öz növbənizdə hansını öz dostunuza aid edirsinizsə dostunuzu və şəkilin nömrəsini şərhdə qeyd edin🥳

Story də edə bilərsiniz👑

Bayramınız mübarək! 2024 hamıya düşərli olsun🦖

Air Montenegro 3 iyundan etibarən Tivat-Bakı-Tivat marşrutu üzrə birbaşa reysə başlamağı planlayır. Uçuşlar həftədə iki ...
12/12/2023

Air Montenegro 3 iyundan etibarən Tivat-Bakı-Tivat marşrutu üzrə birbaşa reysə başlamağı planlayır. Uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə günü olacaq. Hazırda gediş-gəliş qiyməti 303 avrodur. Bu qiymətə 8 kq əl yükü və 23 kq baqaj daxildir. Uçuşlar Embraer 195 təyyarəsi ilə olacaq.

Biletləri airmontenegro.com saytından ala bilərsiniz.

Qeyd edim ki, Monteneqroya gediş Azərbaycan vətəndaşları üçün vizasızdır.



Aviaşirkətlərin uçuş öncəsi təhlükəsizlik təlimatı sərnişinlər üçün adətən maraqsız olur. Bu proses  təyyarə bələçilərin...
11/12/2023

Aviaşirkətlərin uçuş öncəsi təhlükəsizlik təlimatı sərnişinlər üçün adətən maraqsız olur. Bu proses təyyarə bələçilərinin də əlavə 5-7 dəqiqələrini alır. Bunları önləmək və təlimatı daha maraqlı etmək üçün aviaşirlətlər xüsusi videoçarx hazırlayaraq təyyarənin monitorlarında nümayiş etdirirlər. Son dəfə Özbəkistan Hava Yollarının videoçarxı çox xoşuma gəlmişdi, öz tarixləri ilə maraqlı detalları bu çarxa əlavə etmişdilər. AZAL isə bu yaxınlarda öz təhlükəsizlik videosunu yenilədi. Video çox maraqlı alınıb, bəyəndim. Bundan öncəki video animasiya tipli olsa da yeni video qısa film kimi aktyorların iştirakı ilə çəkilib.

Videoya bu linkdən baxa bilərsiniz✈

https://youtu.be/hq1Q3t1xt84?si=FyIvU4ZA1__x83xr

Ötən həftə bir xəbər yayıldı, amma nədənsə geniş diqqətə alınmadı. Xəbər o idi ki,   daha dörd ədəd Stadler şirkətinə mə...
29/11/2023

Ötən həftə bir xəbər yayıldı, amma nədənsə geniş diqqətə alınmadı. Xəbər o idi ki, daha dörd ədəd Stadler şirkətinə məxsus qatarı ilin sonuna kimi qəbul edəcək və istismara verəcək. Bu müqavilə hələ 2019-cu ilin noyabr ayında bağlanmışdı və 6 elektrik, 4 dizel qatarları sifariş edilmişdi. Həmin zaman yayılan məlumata görə sifariş 2022-ci ildən etibarən çatdırılmalı idi, amma görünür pandemiya və Ukrayna müharibəsinə görə Belarusa qoyulan sanksiyalar sifarişi gecikdirdi. Ümid edirəm ki, ilin sonuna kimi istismara verilən qatarlardan biri dizellə çalışandır, çünki Balakən istiqamətinə də dəmir yolu səfərləri açılmalıdır. Artıq 4 ilə yaxındır ki, şimal-qərb zonasına dəmir yolu səfərləri dayandırılıb. Eyni zamanda Bakı-Sumqayıt xəttində də intensivlik artaraq sıxlığı aradan qaldıra bilər. Daha bir vacib məsələ isə Ağstafa-Gəncə-Bakı reysidir ki, bu reysin də səhər saatlarında çıxması üçün ayrı bir qatara ehtiyacı var. Ümid edirəm ki, qərb zonasının insanlarının bu istəyi tezliklə həllini tapar. Yaman pozitivəm bu səhər😀

24/11/2023

AZAL Black Friday endirimi edir.

73₼ -> Bakı-İstanbul,Trabzon, Ankara, İzmir, Tbilisi, Aktau, Samara, Kazan, Ufa və s.

183₼ -> Bakı-Berlin, Praqa, Vyana, Moskva, St. Peterburq

Endirimli biletləri yalnız AZAL mobil tətbiqi ilə almaq olar. Tətbiqin linkləri:

Android üçün: https://bit.ly/AZALApp
IOS üçün: https://bit.ly/AZAL-IOS

AZAL əməkdaşlarının uniformasını yeniləyib. Yeni geyimlərin dizayneri məşhur Rüfət İsmayıldır.Geyimin rəngləri, AZAL-ın ...
07/11/2023

AZAL əməkdaşlarının uniformasını yeniləyib. Yeni geyimlərin dizayneri məşhur Rüfət İsmayıldır.

Geyimin rəngləri, AZAL-ın livyerasına uyğunlaşdırılması çox gözəl alınıb.

Diqqətimi cəlb edən məqam təyyarə bələdçiləri xanımların ətəklə bərabər şalvar da geyinməsinə şəraitin yaradılmasıdır. Düşünürəm ki, bu çox xoş hadisədir. Səhv etmirəmsə, daha öncə belə forma yox idi.

Yeni geyim tərzi haqqında fikirlərinizi şərhə yaza bilərsiniz.

Azərbaycan Hava Yolları öz donanmasına daha üç təyyarə əlavə edib. Budəfəki anlaşma təyyarə alışı deyil, lizinqidir. Avi...
02/11/2023

Azərbaycan Hava Yolları öz donanmasına daha üç təyyarə əlavə edib. Budəfəki anlaşma təyyarə alışı deyil, lizinqidir. Aviaşirkətdən verilən məlumata görə müqavilə qısamüddətlidir, bu isə o deməkdir ki lizinq wet-lease-dir və 24 aya kimi qüvvədə ola bilər. Təyyarələr texniki heyətlə birlikdə təqdim olunub. Yəni, təyyarə ilə bərabər təyyarəni kirayə verən şirkətin kapitan, pilot, bələdçiləri də həmin şirkət tərəfindən qarşılanacaq. AZAL isə yanacağı, aeroport xərclərini, vergiləri və digər xərcləri qarşılayacaq, eyni zamanda uçuş kodu AZAL-a məxsus olacaq. 

Təyyarələrin hər üçü 180 nəfərlik tam ekonom sinif Airbus 320-dir. Təyyarələr ağ rəngdədir, AZAL-ın istifadəsində olmağını göstərən isə üzərində olan AZƏRBAYCAN yazısı və bayrağıdır. 

Texniki heyətin lizinq şirkəti tərəfindən təqdim olunmasına baxmayaraq hər uçuşda bir nəfər AZAL bələdçidi olacaq.

Təyyarələr 1 noyabrdan etibarən uçuşlarda istifadə olunur və əsasən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda sərnişinlərə xidmət edəcək.

Maraqlı məlumat da odur ki, bu Azərbaycan aviasiya tarixində ilk belə müqavilədir.

Daha bir əfsanənin sonuna gəldik. Buta Airways fəaliyyətini dayandıraraq AZAL-a birləşdi. Əslində AZAL-dan çox da ayrı d...
29/10/2023

Daha bir əfsanənin sonuna gəldik. Buta Airways fəaliyyətini dayandıraraq AZAL-a birləşdi. Əslində AZAL-dan çox da ayrı deyildi, sadəcə brend və qiymət siyasəti fərqli idi.

Buta 6 il fəaliyyət göstərdi. Ən aşağı qiymətə olan bileti 29 avro idi, amma pandemiya və sonrakı dövrdə qlobal qiymət artımı Buta-ya da təsirsiz ötüşmədi. Artıq 29 avroluq biletlərin sayı azaldı və bəzən bayram günlərində qiymətlər 300-400 avro ətrafında olurdu, AZAL-dan daha baha. Bu isə Buta-nın yaradılma məntiqinə zidd idi, brendi nüfuzdan salırdı.

Mən Buta ilə Sofia, İstanbul, Tbilisi, İzmir şəhərlərinə uçmuşam, təyyarələri yeni və səliqəli olduğu üçün xoşuma gəlirdi.

Buta-nın 8 ədəd Embraer 190 təyyarəsi AZAL-ın gövdə dizaynına uyğun rənglənərək AZAL-ın tərkibinə veriləcək, ardıq səhv etmirəmsə 5 təyyarə rənglənib. Bununla da AZAL-ın donanması yenilənərək cavanlaşacaq.

Buta-nın uçduğu istiqamətlərə uçuşlar J28 kodu ilə davam edəcək. Bu haqda yazmışdım.

Aviasiyamız üçün xeyirli olsun ✈

✈ Gəncə-İstanbul-Gəncə 74€✈ Bakı-İzmir-Bakı 91€✈ Bakı-Dalaman-Bakı 91€Pegasus Hava Yolları yaz-yay mövsümü üçün biletlər...
18/10/2023

✈ Gəncə-İstanbul-Gəncə 74€
✈ Bakı-İzmir-Bakı 91€
✈ Bakı-Dalaman-Bakı 91€

Pegasus Hava Yolları yaz-yay mövsümü üçün biletləri endirimli şəkildə satışa çıxarıb. Kampaniyadan ancaq Bol-Bol üzvləri istifadə edə bilər.

Satış: 18-19 okytabr
Uçuş: 31 mart - 26 okyabr 2024

Biletləri flypgs.com saytından almaq olar.

✈ Azərbaycan Hava Yolları Avropa şəhərinə olan uçuşlara endirim elan edir. 299€ - Berlin🇩🇪, Cenevrə🇨🇭, Praqa🇨🇿, Vyana🇦🇹3...
17/10/2023

✈ Azərbaycan Hava Yolları Avropa şəhərinə olan uçuşlara endirim elan edir.

299€ - Berlin🇩🇪, Cenevrə🇨🇭, Praqa🇨🇿, Vyana🇦🇹

399€ - London🇬🇧, Paris🇫🇷, Barselona🇪🇦, Milan🇮🇹

Satış tarixi 17-26 oktyabr
Uçuş aralığı 15 yanvar-11 mart 2024.

Qiymət gediş-gəliş üçün nəzərdə tutulub.

Biletləri yaxın saatlarda azal.az saytından ala bilərsiniz.

Qatar Airways-dən endirimli aksiya! Bakıdan aşağıdakı istiqamətlərə endirimli bilet ala bilərsiniz.Bankok - 1421₼Phuket ...
15/09/2023

Qatar Airways-dən endirimli aksiya!

Bakıdan aşağıdakı istiqamətlərə endirimli bilet ala bilərsiniz.

Bankok - 1421₼
Phuket - 1513₼
Colombo - 1243₼
Qoa - 1323₼
Kuala Lumpur - 1442₼
Maskat - 1061₼
Maldivlər - 1260₼

Endirim tətbiq olunan siyahı daha böyükdür, veb-sayta baca biləsiniz.

Qiymətlər gediş-gəliş bileti üçün göstərilib. Baqaj daxildir.

Satış müddəti 21sentyabra kimi, səyahət müddəti 12sentyabr -31mart 2024 aralığıdır.

Biletləri qatarairways.com və aviakassalardan almaq olar.

Dünən Gəncədən İstanbula ucuz bilet almayanlar üçün bu gün AZAL-da yaxşı kampaniya var. Özü də Tbilisi və Dubaya da.✈ Qi...
14/09/2023

Dünən Gəncədən İstanbula ucuz bilet almayanlar üçün bu gün AZAL-da yaxşı kampaniya var. Özü də Tbilisi və Dubaya da.
✈ Qiymətə əl baqajı və qidalanma da daxildir.

Gürcüstanın Georgian Wings aviaşirkəti 6 sentyabrdan etibarən Tbilisi-Bakı-Tbilisi reysinə başlayır. Uçuşlar həftədə üç ...
30/08/2023

Gürcüstanın Georgian Wings aviaşirkəti 6 sentyabrdan etibarən Tbilisi-Bakı-Tbilisi reysinə başlayır. Uçuşlar həftədə üç dəfə, ATR-72 təyyarəsi ilə olacaq. Bir tərəfə qiymət 273 laridən (~178₼) başlayır. Bu qiymətə 5kq əl yükü daxildir.

Georgian Wings bu ildən etibarən Tbilisi-Batumi reysi ilə fəaliyyətə başlayıb. Aviaşirkətin balansında iki ədəd ATR-72 təyyarəsi var.

Biletləri https://georgianwings.com/ saytından ala bilərsiniz.

AZAL 2024-cü ilin aprel-avqust ayları üçün Buta-nın uçduğu istiqamətlərə biletləri satışa çıxarıb.Bakı-Tbilisi 109₼Bakı-...
27/08/2023

AZAL 2024-cü ilin aprel-avqust ayları üçün Buta-nın uçduğu istiqamətlərə biletləri satışa çıxarıb.

Bakı-Tbilisi 109₼
Bakı-İstanbul (Sabiha) 128₼
Bakı-İzmir 137₼
Bakı-Ankara 146₼
Bakı-Aktau 90₼
Bakı-Kazan 146₼
Bakı-Ufa 146₼

Qiymətə 10kq əl yükü daxildir.
Biletləri azal.az saytından ala bilərsiniz.

Artıq Azərbaycan vətəndaşları da Səudiyyə Ərəbistanına elektron viza alaraq səfər edə bilərlər. Bunun üçün www.visitsaud...
07/08/2023

Artıq Azərbaycan vətəndaşları da Səudiyyə Ərəbistanına elektron viza alaraq səfər edə bilərlər. Bunun üçün www.visitsaudi.com saytından istifadə etmək lazımdır.

Viza təyinatı: Turistik, Ümrə
Viza rüsumu: 535 SAR (~143USD)
Qalma müddəti: 1 il ərzində 90 gün
Giriş sayı: Multi
Viza rüsumuna tibbi sığorta və əməliyyat xərci də daxildir.

Bakıdan Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə AZAL, Flynas və Flyadeal aviaşirkətləri uçur.

Buta Airways ləğv olunur. Detallı bloq.Uzun zamandır gözlənilən hadisə baş verdi – Buta Airways brendi ləğv olunur. 28 i...
01/08/2023

Buta Airways ləğv olunur. Detallı bloq.
Uzun zamandır gözlənilən hadisə baş verdi – Buta Airways brendi ləğv olunur. 28 iyulda Azərbaycan Hava Yolları Buta və AZAL-ın oktyabr ayından birləşdirilməsi haqqında rəsmi məlumat yaydı. Rəsmi məlumatı yəqin ki, hamınız oxumusunuz. Mən isə rəsmi məlumatda yer almayan yeniliklər haqqında detallı məlumatları bölüşəcəyəm.

28 oktyabrdan etibarən Buta ləğv olunacaq, AZAL-ın ekonom sinifində üç yeni tarif olacaq:

✈ Buta budget (10 kq əl yükü)

✈ Economy classic (10 kq əl yükü və 23 kq baqaj)

✈ Economy plus (10 kq əl yükü və 32 kq baqaj)

Bu tariflərdə qaytarılma və dəyişmə qaydaları da fərqlidir.

👍Müsbət tərəfləri

🧳Ən ucuz tarifdə (Buta budget) 10 kq əl yükü pulsuzdur

🍽 Bütün tariflərdə isti yemək veriləcək

✈ Buta-nın bütün istiqamətlərinə uçuşlar davam edəcək

💺Standart yer seçimi pulsuzdur

🔖Hava limanında uçuşa qeydiyyat pulsuzdur

👎Mənfi tərəfləri

📈 Daha 29 avroluq biletlər yoxdur, 49 avrodan 1 saatlıq qısa istiqamətlər, 69 avrodan 2 saatlıq istiqamətlər başlayır

📈 Əlavə baqaj (23 kq) bir tərəfə üçün 60 avrodan başlayır

☝Digər detallar

Köhnə Buta reysləri J28 kodu ilə başlayacaq. Uçuşlar əsasən Embraer 190, sərnişin sıxlığından asılı olaraq isə Airbus 320 təyyarəsi ilə də ediləcək. Bu reyslərdə də biznes sinifi olmayacaq, ucuşlar Bakı aeroportunun ikinci terminalından ediləcək.

Görünən odur ki, minimum qiymətlərin qalxmasını əsaslandırmaq üçün tarifi bir qədər zənginləşdiriblər. Ümumiyyətlə isə 29 avroluq biletlərin sayı çox deyildi. Ümid edirəm ki, 49 avroluq biletlərin sayı çox olacaq.







Əksər təyyarələrin bort nömrəsi ilə bərabər adı da olur. Aviaşirkətlər təyyarələrinə adətən şəhər/yer adları, yazıçı/şai...
27/07/2023

Əksər təyyarələrin bort nömrəsi ilə bərabər adı da olur. Aviaşirkətlər təyyarələrinə adətən şəhər/yer adları, yazıçı/şair adları və s. verirlər. Türkiyənin Pegasus aviaşirkəti isə təyyarələrinə qız övladlarının adını verir. Ad seçimini isə müxtəlif üsullarla edirlər. Son illərdə Pegasus-da çalışan işçilərin qız övladlarının adını verməyə başlayıblar. Düşünürəm ki, çox incə və gözəl yanaşmadır.

Dostlar, postumu paylaşın ki, daha çox izləyiciyə çatsın❤

Pegasus aviaşirkəti 75000 oturacağa endirimli bilet təklif edir. Kampaniya✈ İstanbul-Bakı-İstanbul, ✈ İzmir-Bakı-İzmir, ...
20/07/2023

Pegasus aviaşirkəti 75000 oturacağa endirimli bilet təklif edir. Kampaniya

✈ İstanbul-Bakı-İstanbul,
✈ İzmir-Bakı-İzmir,
✈ İstanbul-Gəncə-İstanbul

reyslərinə də şamil edilir.

Bir tərəfə 9 avro + vergilər ödəməklə bilet əldə etmək olar.

✅ Biletlər 20-21 iyulda alınmalıdır.
✅ Uçuş tarixləri isə 19 sentyabrdan 31 dekabra kimi olmalıdır.
✅ Bu təklif Bol-Bol loyallıq proqramının üzvləri üçün keçərlidir. Proqrama elə indi də daxil ola bilərsiniz, ödənişsizdir.

10/07/2023

Artıq iki gündür ki, Azərbaycan və BƏƏ vətəndaşları qarşılıqlı şəkildə vizasız səyahət edə bilirlər. Wizz Air tələbatı nəzərə alaraq avqust ayından Əbu Dabi-Bakı-Əbu Dabi reyslərinin sayını həftədə 10 dəfəyə, sentyabr ayından isə 13 dəfəyə qaldıracaq. Biletlərin qiyməti 39.99€-dan başlayır.

Həmişə qeyd edirdim ki, Azərbaycana aşağı büdcəli aviaşirkətlərin dəvətini stimullaşdırmaq üçün onların uçacaqları ölkədən və ya Azərbaycandan vizasız rejim olmalıdır. Yəni şərtlərdən biri budur. Və Wizz Air-in reyslərinin sayını artırması buna sübutdur. Avropa Birliyi ölkələrinin vətəndaşları Azərbaycana vizasız gəlməlidir. Bu baş versə aviaşirkətlərə də maraqlı olacaq.

Address


Alerts

Be the first to know and let us send you an email when Azər İsmayılın bloqu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azər İsmayılın bloqu:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

Haqqımda

Hamını salamlayıram!

Azər İsmayıl - Səyahət bloggeri, Yazarı

2014-cü ildə ilk Avropa səfərimdən sonra qərara gəldim ki, səyahət haqqında təəssuratlarımı dostlarımla bölüşməliyəm və beləliklə www.azikiss.me bloqunu açdım. Ondan sonra isə hər səfərim haqqında yazmağa, çəkdiyim videoları paylaşmağa başladım. Əsas məqsədim minimum büdcə ilə maksimum istirahət və səyahətin yollarını bölüşməkdir. Yazıları bəyənsəniz paylaşmağı unutmayın, nə qədər çox adam xarici ölkəni görsə bir o qədər cəmiyyətimiz dünyagörüşlü və düzənli olar.

Oxuyun-Paylaşın-Peşəkarlaşın