17/08/2019
Uçuşunuz gecikib, ləğv olunub və ya alternativ istiqamət təklif olunub? Əgər belədirsə, siz hava yolu şirkətindən 700 avroya qədər təzminat ala bilərsiniz! Lakin hava yolu şirkətləri təəssüflər olsun ki, haqqınız olan təzminatı ödəməyə meylli deyillər. Bu səbəbdən də biz varıq və sizə kömək etməyə hazırıq! Unutmayın ki, təzminat prosesi uğurlu bitərsə servis ödənişi olaraq 40% təzminatdan avtomatik çıxılacaq və uğursuz olacağı təqdirdə belə sizdən heç bir ödəniş tələb olunmayacaq. İlk öncə təzminat prosesi ilə tanış olaq.
1) Uçuş probleminizin təzminat müraciətinə keçərli olub-olmaması yoxlanılır və əgər keçərli olarsa sizə məbləğ bildirilir. Bunun üçün uçuş detallarınızı təqdim edirsiniz və ümumi baxışdan keçərliliyi bizim tərəfdən yoxlanılır və sizə dərhal məlumat verilir.
2) Müraciətinizlə artıq biz məşğul oluruq, hava yolu şirkəti ilə bütün sənədləşmə və əlaqələr biz tərəfdən aparılır.
3) Sizə təzminatınızı bank vasitəsilə ödəyirik.