Kish kendi

Kish kendi Münbit torpaqlara malik kənd ərazisində əkin-biçin işləri, adətən, həyətyanı sahələrdə bağçılıq və bostançılıqla aparılır.

Kiş kəndi Azərbaycan Respublikasının şimal-qərb zonasında yerləşən Şəki çoğrafi rayonunun qədim kəndlərindən biridir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay (Kiş çayı- Çox güman ki, indiki Kiş çayı o

vaxtlar "Ağ su" adlanırmış. Mənbələrdə koordinatları o qədər də konkret göstərilməmiş "Ağ su dərəsi", yəni "Ağ su" adlı çayın mənbəyi". N.Şaminin və Ş.Ə.Yəzdinin "Zəfərnamə"lərindən) daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir.Burada, əsasən, dəmyə əkinçiliyi olduğundan təkcə həyətyanı bağlarda və həyatyanı sahələrin suvarılmasında çayın suyundan istifadə edilir. Qış və yay vaxtlarında suyu azalan çay yaz aylarında əriyən buzların hesabına gurlaşıb ətrafa və kəndə xeyli ziyan verir. Təbii ehtiyatlar baxımından tikinti materialları ilə zəngindir.Bura əsasən daş, çınqıl və meşə materyalları aiddir. Kənd gətirmə konusu landşaftına və meşə örtüyünə malikdir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir.
[redaktə]
Tarixi

Address


Telephone

123456

Website

Alerts

Be the first to know and let us send you an email when Kish kendi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share