Ağdaş Şəhəri

  • Home
  • Ağdaş Şəhəri

Ağdaş Şəhəri Aran iqtisadi – coğrafi rayonununda, ölkənin mərkəzində yerləşir. Azərbaycanda yayı isti, qışı mülayim iqlimli düz, ovalıq və düzənlik yerlərə aran deyilir.

Kür – Araz ovalıqları aranda yerləşir. Bu zonada əsas pambıqçılıq rayonları və qışlaqlar var. Aran mənfi relyef forması bildirən coğrafi termini dilimizdə “düz yer”, “qışlaq sahəsi” mənalarındadır. II əsrdən məlum olan təmiz türk mənşəli aran sözü “isti yer” deməkdir. Bir çox mənbələrdə aran adlı qədim türk elinin adı çəkilir. Tarixdən məlumdur ki, erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşa

mış qıpçaqların içərisində aran adlı tayfa da olub. Bunlar həmin dövrlərdən etibarən Azərbaycana köç ediblər. XI əsr tədqiqatçısı Mahmud Kaşğarinin lüğətində aran sözü “tövlə, pəyə, mal – qara həyəti, heyvan saxlanan yer” kimi izah olunub. Bu sözü Qafqaz Albaniyasının digər adı olan Arran toponimi ilə də əlaqələndirənlər var.

Şirvanın qədim, gözəl guşələrindən olsa da bura üçün “Aranın mərkəzi” deyirlər.
• Arayış
Bakı – Ağdaş arası məsafə 249 km-dir. Şirvan düzünün şimal-qərbində, Acınohur dağlarının cənubunda, Aran iqtisadi – coğrafi rayonununda, ölkənin mərkəzində yerləşir. Əsasən düzənlikdən ibarət ərazinin şimal hissəsində hündürlüyü 700 metrə çatan Bozdağ silsiləsi var. Boz – çəmən torpaqları yayılıb. Yarımsəhra və quru çöl landşafta sahibdir. Bakı – Tiflis dəmiryolu, Yuxarı Şirvan və Baş Şirvan kanalları, Bakı – Tiflis – Ceyhan, Bakı – Supsa neft kəmərləri buradan keçir. Mülayim, isti yarımsəhra, quru çöl iqlimi var. Rayonu iki yerə bölən Türyançayın üzərində 1958-ci ildə su qovşağı yaradılıb. Ərazinin 10% tuqay meşəsi ilə örtülüb. Türyançay Dövlət Təbiət Qoruğunun böyük hissəsi rayon ərazisinə düşür.

• Turizm

Ağdaşa gəzməyə gəlmiş qonaqlar üçün cazibəli obyektlərdən danışmaq əbəs olardı. Yol kənarındakı məşhur pirin ya-nında demək olar bütün maşınlar saxlayır, yolçular enib dua edir və nəzir verirlər. Rayonda turizm infrastrukturu yoxdur. Bununla belə bəzi obyektləri mütləq xatırlamaq lazımdır.

• Türyançay
Kür çayının sol qolu olan Türyançay Baş Qafqaz silsiləsinin cənub yamacından, 3680 metr hündürlükdən başlayaraq süni kanal vasitəsilə Kürə tökülür. 180 km-lik çayın adı ilk dəfə XV əsrə aid olan mənbədə çəkilir. Hidronimin tərkibindəki türyan komponentinin qədim türk dillərində “sürətli, iti, cəld, kəskin, şiddətli hərəkət” mənasında işlənən türgin sözündən yaranması güman edilir. Toponim sürətlə axan çay mənasındadır. Ağdaş, Ucar, Zərdab rayonları ərazisindən keçir.

• Tarixi abidələr

Bunlardan ən mühümü və salamat qalmışı XVIII əsrə aid karvansaray və Göyçayla sərhəddə, Ərəb və Kükəl kəndləri arasındakı XVIII əsrə aid Surxay qalasının qalıqlarını göstərmək olar. Ağdaşda çox sayda ziyarətgah və pirlər mövcuddur: “Üveys – əl Qərani”, “Ərəbocağı”, “Hacı Bulud” bunlardan ən məşhurlarıdır.

• Ağ qızıl

Pambığa verilən addır. Abşeronun “qara qızıl”ı, Aranın “ağ qızıl”ı məşhurdur. Ağdaşda pambıqtəmizləmə zavodu var. 1883 – cü ildə Bakı – Tiflis dəmiryolu çəkildikdən sonra burada emal müəssisələri quruldu və texniki bitkilər becərilməyə və dünya bazarına çıxarılmağa başlandı. 1883 – cü ildə pambığın ilkin emalı və qablaşdırılması üçün buraya koton – çin dəzgahı və press alətləri gətirilincə Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrildi. XX əsrin əvvəllərində “Qafqaz” qəzeti yazırdı:

“Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir”. 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Sosialist quruculuğu illərində beşillik planlarda yüksək öhdəlikləri artıqlamasıyla yerinə yetirən Ağdaşlıların qürurlandığı illər geridə qaldı təəssüf ki. SSRİ dağıldıqdan sonra istehsalatdadkı durğunluq buraya da təsir etdi və “ağ qızıl” əvvəlki dəyərini itirdi.



• Tarixi
Azərbaycan türklərinin mifoloji əcdadı Oğuz xan ən əski zamanlarda Şirvanda yurdyuva qurub. Onun soyunun və boylarının adlarına bu yerlərin hər addımında rastlanır. Şirvanda milli xarakter, milli folklorun bütün zənginliyi özünü daha çox büruzə verir. Antik yunan müəllifi Strabon (e.ə. I əsr) Türyançayın orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərindən yazırdı. Orta əsrlərdə Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1929-cu ildə ləğv edilmiş Ərəş qəzasının yerində 1930 –cu ildə Ağdaş rayonu yaradıldı. Rayon mərkəzi 1900 – cü ildən şəhər statusu alıb. Azərbaycandakı ilk təhsil ocaqlarından biri də 1882 – ci ildə Ağdaşda açılan “rus-tatar” məktəbi idi.

• Toponim

“Ağ” və “daş” sözlərindən ibarətdir. Burada “daş” ifadəsi “dış” kimi də izah edilir. “Dış” çöl, bayır deməkdir. Ağımtıl, boz çöl, bayır mənalı ifadədir. Daş ifadəsi “Kitabi – Dədə Qorqud” dastanlarında da “bayır, çöl” mənasında işlənib. Ağ sözü isə bütün yer adlarında rəng mənasını bildirir. XIX əsrin sonu XX əsrin əvvəllərində texniki bitkilərin əkilib – becərilməsi və dünya bazarına çıxarılmasına başlayınca ərazi pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilir. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. Rayonun iqtisadiyyatında pambıqçılıq əsas yer tutur.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ağdaş Şəhəri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share