Sıfır tullantı / Zero waste

Sıfır tullantı / Zero waste Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sıfır tullantı / Zero waste, Agsu.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar VIII Qrant Müsabiqəsinin qalibi olan "Kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin səhifəsidir.

Açılış tədbiri keçirildi."Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi...
05/12/2024

Açılış tədbiri keçirildi.

"Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin açılış tədbiri keçirilib.

Ağsu rayonu Gəgəli kəndində Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində baş tutan tədbirdə 50 nəfər - məktəb direktorları, müəllimlər, şagirdlər, bələdiyyə üzvləri, mədəniyyət işçiləri, layihə əməkdaşları iştirak edib.

Xatırladırıq ki, "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" qrant layihəsi Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin müəllimi Lalə Xəlilova tərəfindən icra olunur. Layihə çərçivəsində Sıfır tullantı məşğələsinin proqramının hazırlanması və çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kursunun planının hazırlanması və çap olunması, 350 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün video-məşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulub.

01/12/2024

Layihənin açılış mərasiminə dəvət edirik.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar VIII Qrant Müsabiqəsinin qalibi olan "Kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədi

"Kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin ...
01/12/2024

"Kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin məqsədi kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi, sıfır tullantı sahəsində əməli fəaliyyətin davamlılığının təmin edilməsidir. Layihənin əsas vəzifələri aşağıdakılardır:
1 – Layihənin planlaşdırılması
2 – Sıfır tullantı məşğələsinin proqramının hazırlanması
3 – Məktəbdənkənar məşğələlərin keçirilməsi
4 – Məktəblilər üçün tullantıdan incəsənətə kursunun planının hazırlanması
5 - Məktəblilər üçün tullantıdan incəsənətə kursunun keçirilməsi
6 – Açıq onlayn resurslar üçün video-məşğələnin hazırlanması
7 – Layihənin hesabatının hazırlanması

Ağsu rayonu Gəgəli kəndində iki məktəb var: Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi və Həqiqət Musayev adına...
01/12/2024

Ağsu rayonu Gəgəli kəndində iki məktəb var: Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi və Həqiqət Musayev adına ümumi orta məktəb. Kənddə Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd müəssisəsi evlərdən çıxan məişət tullantılarını daşıyır, çeşidləyir və utilizə edir. Bu yaxşı olsa da, məktəblilərin dükanlardan aldığı ərzaq və digər məhsulların paketlərini, qutularını yollara, təbiətə atdıqlarını müşahidə edirik. Məktəblilərlə iş aparılsa da, bu sistemli şəkildə və öyrədici yollarla olmamışdır. Bununla yanaşı, evlərdə valideynlər sifir tullantı biliklərinə malik olmadıqları üçün məktəblilər də eyni çətinliyi yaşayır. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bizi kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanmasına həvəsləndirir. Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın 2018-ci ildən başlatdığı "Sıfır tullantı hərəkatı" qlobal əhəmiyyət qazanıb. Türkiyədə son illərdə sıfır tullantı nəşrləri, informasiyaları artır, məktəblərdə tədris olunur və müəssisələr bu istiqamətdə sertifikatlar əldə edirlər. 2022-ci il noyabr ayının 11-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” sənədini imzalayıb. Məqsəd Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılmasıdır. Ümumiyyətlə, tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Həmin sənədi imzalamaqla Mehriban xanım Əliyeva Azərbaycanda sıfır tullantı yanaşmasının təbliğ olunması və qabaqcıl təcrübələrin paylaşılmasını vəd edir. Sıfır tullantıya nail olmağın yolu bu sahədə biliklərin əldə edilməsindən başlanır. Bunun üçün məktəbdənkənar məşğələlər, təlimlər yolu ilə məktəblilərin sıfır tullantı biliyinə yiyələnməsi mümkündür. Tullantıların incəsənətə tətbiqi sıfır tullantı sahəsində əmək qabiliyyətini də inkişaf etdirir. 30 mart dünyada Sıfır tullantı günü kimi qeyd edilir.

Gəgəlini tanıtmaqdan geri durma...
26/09/2024

Gəgəlini tanıtmaqdan geri durma...

12/06/2024

Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatı yaradılacaq
"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi üzrə işləri başladıb. Layihənin əsas məqsədi mədəni irsin öyrənilməsi, qorunması və təbliğində bələdiyyələrin dəstəyinin nümunəvi formatını yaratmaqdır. Layihə əməkdaşları ərazisində bir dünya əhəmiyyətli, bir ölkə əhəmiyyətli və bir yeni aşkar olunan tarix-mədəniyyət abidəsi olan bir şəhər (Şamaxı şəhəri), bir qəsəbə (Basqal qəsəbəsi) və bir kənd (Gəgəli kəndi) bələdiyyəsini pilot götürərək Türkiyə və beynəlxalq təcrübəni öyrənəcək, təlimat hazırlayacaq, təlimlər keçirəcək. Bu bələdiyyələrin seçilməsinin əsas səbəbi həmin bələdiyyələrin ərazisində yerli sakinlərin evlərinin, həyətlərinin altında tarixi-mədəni qalıqların olması və yerli sakinlərin onlarla necə davranacaqlarını bilməmələridir. Bələdiyyələr də vəzifələrinin nədən ibarət olmasından və hansı sənədləşmə işləri aparmalı olduqlarından xəbərsizdirlər. Belə təlimat, müqavilə və pasportlar indiyə qədər hazırlanmamış və onlara verilməmişdir. Layihə həm mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə yenilik gətirməklə birlikdə bələdiyyələrin prosesə inteqrasiyasını da gücləndirəcəkdir. Birinci mərhələdə yerli və beynəlxalq təcrübə, sənədlər, normativ aktlar, elmi biliklər layihə rəhbəri və ekspertlərlə birlikdə təhlil olunacaq. Beynəlxalq təcrübə üçün Ankara və İstanbulun bələdiyyə və mədəni irs təşkilatları ilə görüşlər keçiriləcək, onların qazandığı təcrübə araşdırmalara cəlb olunacaqdır. Sonra həm elmi bilikləri, həm də vəzifələri özündə əks etdirən təlimat kitabı hazırlanacaq. Nümunəvi mühafizə müqaviləsi, onlayn elmi pasportlar, hər bələdiyyə üçün ayrıca təkliflər paketi hazırlanacaq və layihələrin hazırlanmasında köməklik göstəriləcəkdir. Layihə bütün şəhər, qəsəbə və kənd bələdiyyələrinə mədəni irslə nümunəvi davranmağa imkan verəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təş...
08/06/2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib.

Festivalı “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Festivala qatılan yerli və xarici qonaqları, kənd sakinlərini və turistləri salamlayıb. Əvvəlcə şəhidlərin əziz xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu rayon İcra hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyə Cümhuriyyəti Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliya Respublikasından professor Luici Skrinzi, Gürcüstan Respublikası Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev açılış nitqi ilə çıxış ediblər.
Festivalın açılış bədii hissəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festival haqqında geniş məlumat verib. Festivalın yaranma tarixindən və gələcək planlardan danışıb. "Alaca" milli geyimlərin təbliği müəssisəsinin qurucusu, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova milli geyimlərimiz haqqında məruzə edib. "Alaca" milli geyimlərini geyinmiş Ağdam rayonu “Nənə qızlar” ansamblının kollektivi maraqlı proqramla çıxış ediblər. Ağsu rayonunu təmsil edən Aşıq Amil Bicolunun "Çoban yaylağı" peşrovu ilə başlanan çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələ rayonu "Gülüstan" folklor kollektivi, Sumqayıt şəhər mədəniyyət mərkəzinin “Veteranlar” xalq xoru zəngin proqramla çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir ifaçısı Çətin Adıgözəlin mahnıları festivala ayrı rəngarənglik gətirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət və qeyri maddi-mədəni irs şöbəsinin Qeyri maddi-mədəni irs sektorunun müdiri Nuriyyə Məmmədova və Starteji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin strateji inkişaf sektorunun baş məsləhətçisi Şəfiqə Rəhimova sərgi-yarmarka ilə tanış olublar və festivalın bədii hissəsini izləyiblər. Nuriyyə Məmmədova festivalla bağlı təəssürat və düşüncələrini təşkilatçılarla bölüşüb.
Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Əvvəlcə H.Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev çıxış edib və məktəbin şagirdləri folklorla bağlı yerli bayatıları səsləndiriblər. Sonra Qusar Mədəniyyət Mərkəzinin “Mel” xalq folklor kollektivi, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq ansamblı, Saatlı Mədəniyyət Mərkəzinin "Adıgün" Axısqa türk xalq folklor kollektivi maraqlı proqramla çıxış edib. Zorx**a ustası Xəyyam Orucov milli oyunlarımızı, o cümlədən zorx**anı nümayiş etdirib. Ağdaşlı kəndirbaz Məhəmməd Paşayevin ailə kollektivi kəndirbazlıq nümunələri göstəriblər. Tonqal ətrafında oturma və musiqili proqramla festival davam edib.
Səhər tezdən bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıb və yerli sakinlərin binəsinə qədər uzun yol qət ediblər. Tərəkəmə obasında səhər yeməyindən sonra qrup yabanı qızılgüllərin yetişdiyi yamacları keçərək Tərəkəmə yurduna qayıdıblar. Marafon iştirakçıları sertifikatla mükafatladırılıblar.
İkinci gün Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Lahıc folklor qrupu, Tovuz rayonu “Misri” Aşıq ansamblı, Masallı Mədəniyyət Mərəkəzinin “Halay” xalq folklor kollektivi, Salyan Mədəniyyət Mərkəzinin"Cəngi" milli nəfəsli xalq kollektivi, Gəncə şəhəri “Xəmsə” nağara ansamblı maraqlı proqramla çıxış edib. Göygöl şəhərindən Əhəd İsmayılov kamança, Qobustan rayonundan Baxış Bünyatovun balaban ifası, Bakı şəhərindən Rasimə Əhmədovanın "Tərəkəmə" rəqsi maraqla qarşılanıb. Şamaxılı Aşıq Rza aşıq havalarını səsləndirib.
Festival boyunca paralel fəaliyyətlər davam edib. "Çardaq" art platforması üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və qonaqlar üçün ustad dərsləri də keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiriblər. Qonaqlar kənd evlərində yerləşib, yerli sakinlərlə ünsiyyət bağları qurublar. Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər.
Festivalın yekun hissəsində “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festivala Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinə, yerli və xarici qonaqlara minnətdarlıq edib. İştirakçılara ifaçı, təşkilatçı və iştirakçı sertifikatları verilib.
Festival iştirakçıları festivalın sonunda Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.




Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi ...

Günəşə doğru köç.. || Tərəkəmə qadın || Trailer
27/02/2023

Günəşə doğru köç.. || Tərəkəmə qadın || Trailer

Günəşə doğru köç: Tərəkəmə qadınİdeya müəllifi və məsləhətçiFariz XəlilliSsenari müəllifi Arzu HəsənliQuruluşçu rejissorNihad İsayevProdusserŞəhla XəlilliQur...

Azərbaycan xalqının əsrlər boyu formalaşan milli - mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan süfrə mədəniyyətinin kökl...
05/01/2022

Azərbaycan xalqının əsrlər boyu formalaşan milli - mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan süfrə mədəniyyətinin kökləri qədim zamanlardan başlamış, orta əsrlərdə inkişaf etmiş və bu gün də qorunub saxlanılmaqdadır. Əlbəttə, süfrə mədəniyyəti müxtəlif çeşidli yemək və təamlar, süfrə adətləri və ədəb-ərkan qaydaları ilə yanaşı, həm də rəngarəng qab-qacaq dəstləri ilə də ölçülür. Azərbaycan müstəqillik qazandıqdan sonra aparılan arxeoloji tədqiqatlar, arxeoloqların gəldiyi qənaət də bütün bunları deməyə əsas verir. Bu gün Albaniyanın Xınıslı yaşayış yeri kimi tanıdığımız qədim Şamaxı şəhərində sarayların qalıqları və qəbir abidələrindən aşkar edilən rəngarəng qızıl, gümüş, şüşə, saxsı qab nümunələri hələ antik və ilk orta əsrlərdə süfrələrimizin zənginliyini göstərir. Şirvanşahlar dövlətinin saraylarında, böyük ictimai binalarda zəngin süfrə mədəniyyəti məlumatları orta əsr tarix yazarları, təbiblər və şairlərin əsərlərindən görünür. Bu ənənə sonrakı dövrlərdə də davam edərək Şirvan bəylərbəyi olan və Avropada “Şirvanın kralı” kimi tanınan Abdulla xan Ustaclının ingilis səyyahı Antoni Cenkinsonu öz çadırında qonaq etməsi və yeməklərin yüzlərlə çeşidinin tarixə keçməsinə səbəb olub.

Azərbaycan xalqının əsrlər boyu formalaşan milli - mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan süfrə mədəniyyətinin kökləri qədim zamanlardan başlamış, orta əsrlərdə inkişaf etmiş və bu gün də qorunub saxlanılmaqdadır. Əlbəttə, süfrə mədəniyyəti müxtəlif ....

31/03/2021
03/09/2020

Ağsunun Xan sarayı axtarılır - REPORTAJ

1735-ci ildə Nadir şahın Şamaxıdan Ağsuya köçürdüyü şəhərə virtual tur. Orta Əsr Ağsu şəhəri və ya Yeni Şamaxı.  Virtual...
08/06/2020

1735-ci ildə Nadir şahın Şamaxıdan Ağsuya köçürdüyü şəhərə virtual tur. Orta Əsr Ağsu şəhəri və ya Yeni Şamaxı. Virtual turun bələdçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Yayımçı isə tarixçi fotoqraf İradə Qədirova və Şamaxı TV-dir. Xoş izləmələr!

14/05/2020

Bir yurdun səsi: Gəgəli folkloru

Virtual turun bələdçisi "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru F...
09/05/2020

Virtual turun bələdçisi "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olub. O, Bakı-Şamaxı-Ağsu-Fitdağ-Bakı marşurutu ilə virtual gəzinti təşkil edib. Yol üzərində yerləşən tarixi Pir-Mərəzə qəsəbəsinə aid Diri Baba türbəsi haqqında məlumat verən bələdçi Bakı və Şamaxı arasında karvanların və yolçuların dincəldiyi bu məkanın mağaralar önündə qurulmuş sufi xanəgahı olduğunu qeyd edib. Adam Oleari həm Diri Baba xanəgahının, həm də Pirsaat xanəgahının qravür rəsmlərini çəkib. Sovet dövründə özülünə qədər dağıdılan Pirsaat xanəgahının Seyid İbrahim türbəsinin yerində yeni bina tikilib. Şamaxı şəhərinin min illik bir dövrdə Azərbaycan Respublikası hüdudlarında paytaxt kimi mövqeyini saxladığını, xüsusilə Şirvanşahlar dövləti dövründə dünyanın əsas mədəni mərkəzlərindən biri kimi tanındığı qeyd edilib. Burada virtual olaraq şəhərin qala divarları, Cümə məscidi, Şahi-Xəndan türbəsi, Yeddi Günbəz türbələr kompleksi və Gülüstan qalasına baxış keçirilib. Şamaxının XVIII əsrin birinci yarısında tənəzzül etdiyini və yerini əvvəlcə Ağsu (Yeni Şamaxı), sonra isə Fitdağ şəhərinə verdiyi bildirilib. "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid olan Orta əsr Ağsu şəhəri, Şıxməzid xanəgahı və Şeyx Dursun türbəsi haqqında geniş məlumat verilib. Nadir şahdan Mustafa x**a qədər bu bölgəni idarə edənlər Ağsu şəhərində oturublar. Şıxməzid xanəgahının xəlvəti şeyxi İzzəddin Türkmaniyə aid olduğu buradakı Narlı pirdən anlaşılır. Şeyx Dursun türbəsinin qarşısından 2018-ci ildə iri tikili qalıqlarının aşkar edildiyi bildirilib. Fitdağ şəhərinin yolunun üzərindəki Sulut buzx**ası və Hərəm qalasının Mustafa xan tərəfindən tikildiyi qeyd edilib. Hər iki tikili Mustafa xanın sarayına xidmət edib. Hərəm qalası iki hissədən Mustafa xanın ailəsinin yaşadığı saraydan və xidmətçilərin yaşadığı, fəaliyyət göstərdiyi iri binadan ibarətdir. Fitdağ şəhərinin 1805-1824-cü illərdə paytaxt funksiyasını yerinə yetirdiyini, ətrafındakı Mücü, Sulut, Basqal, Kürdivan, Xankəndi, Tağlabiyan kimi kəndlərin bu şəhəri təmin edən sənət mərkəzləri halına gəldiyini bildirib. https://www.youtube.com/watch?v=BhCY87qWlU0

Address

Agsu
0600

Alerts

Be the first to know and let us send you an email when Sıfır tullantı / Zero waste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sıfır tullantı / Zero waste:

Videos

Share