Vəkil Əlibaba Əliyev

Vəkil Əlibaba Əliyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Femida" Vəkil Bürosunun vəkili

ÇOXMƏNZİLLİ BİNALARDAN ƏMLAK ALAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!Məlum olduğu kimi bir çox hallarda çoxmənzilli binalardan alınan əm...
25/07/2024

ÇOXMƏNZİLLİ BİNALARDAN ƏMLAK ALAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

Məlum olduğu kimi bir çox hallarda çoxmənzilli binalardan alınan əmlakların müqavilədə nəzərdə tutulan sahəsi ilə çıxarışda (kupça) olan sahəsi arasında uyğunsuzluqlar olur. Vətəndaşların müqavilədə mənzilin ümumi sahəsi kimi ödənişini etdiyindən təxminən bir neçə kvadratmetr daha aşağı ölçü dövlət reyestrindən çxıarışda öz əksini tapır. Təbii olaraq bu hal vətəndaşlarda narazılıq yaradır.

Qanunvericiliyin tələblərinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin tikinti və şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Formalaşmış məhkəmə təcrübəsinə görə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

Bu məqsədlə bu cür hallarla üzləşən vətəndaşlara hüquqi yardım üçün büromuza dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, ilkin vətəndaş qəbulu və sənədlərin yoxlanılması tərəfimizdən ödənişsiz şəkildə həyata keçiriləcək. İş üzrə təhlil edilmiş sənədlərdə perspektiv olacağı halda isə nəticəyönümlü xidmət haqqı paketimizi sizə təqdim ediləcəkdir.

Əlavə məlumat və qəbula yazılmaq üçün +994772773267 nömrəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik.

Peşəkar vəkilə müraciət etmək niyə vacibdir?Bir dəfə tanış bir nəfər əlaqə saxlayaraq yaxınının məişət zorakılığına məru...
30/10/2023

Peşəkar vəkilə müraciət etmək niyə vacibdir?

Bir dəfə tanış bir nəfər əlaqə saxlayaraq yaxınının məişət zorakılığına məruz qalmasını və köməklik edə bilib-bilməyəcəyimi soruşdu. Dərhal təmənnasız olaraq işə qoşuldum. İlk görünən o idi ki, uzun illərdir (20 il) evli olan ailənin bir üzvü digərini amansızca döymüş və bunu da təhqiqatda adi və nadir bir hal kimi sırımağa çalışırdı. İşlə dərindən tanış olduqda bu hadisənin davamlı xarakterdə olduğunu müəyyən etdim. Çox zülmlə məişət zorakılığından mühafizə orderi alsaq da, şəxs aqressiyasını davam etdirərək arvadına şiddət göstərməyə davam etməyə cəhdlər edirdi. Sonuncu dəfə zorla evə girmək istədikdə çoxsaylı şikayətlərimizdən sonra polisin adekvat müdaxiləsi ilə şəxsi evdən və qadının həyatından uzaqlaşdıra bildik. Yanakı olaraq bütün digər hüquqi prosedurları davam etdirdik. Düzdür, şəxs açılmış cinayət işi üzrə amnistiyadan yararlanaraq məsuliyyətdən azad edilsə də, lakin apardığımız uğurlu hüquqi müdafiə fəaliyyəti nəticəsində təkcə əmlak mübahisəsi üzrə ərin qadına 70 minə yaxın borcu var. Maraqlı məqam odur ki, müdafiə etdiyimiz qadın da hüquqşünas idi və bir müddət sonra psixoloji-fiziki şiddətdən azad olduqdan sonra həyatda xeyli uğurlar qazandı. Həmin qadına öz fəaliyyətində uğurlar və bundan sonrakı həyatında sakit ömür arzu edirəm.
Bizim peşəkar fəaliyyətimiz nəinki qeyri-hüquqşünasları, bəzən öz həmkarlarımızı da zülmün caynağından xilas etməyə vəsilə olur. Vəkillik bu sarıdan ən müqəddəs peşələrdən biri olmaqla bərabər, həyat xilas edən həkimlər qədər cəmiyyət üçün zəruridir.

Hörmətlə,@

Peşəkar vəkilə müraciət etmək niyə vacibdir?Bir dəfə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları aptekdə satıcı işləyən...
29/10/2023

Peşəkar vəkilə müraciət etmək niyə vacibdir?

Bir dəfə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları aptekdə satıcı işləyən şəxsə cərimə yazmışdı. İşi araşdırdıqda məlum oldu ki, Agentliyin əməkdaşları özlərini sığortlamaq üçün şəxsə vəzifəli şəxs olmasına yönəlik izahat yazdırmışdılar. Təbii ki, şəxsin sənədlərini təhlil etməyə başladıqda məlum oldu ki, onun əmək müqaviləsi üzrə vəzifə funksiyaları vəzifəli şəxs olmasına imkan vermir. Həmin qərardan məhkəməyə şikayət verdik və iş üzrə icraata xitam verilməklə cərimə ləğv edildi (3(103)-1571/2023 saylı iş) və qərar qüvvəyə mindi. Bəzən orqanların əməkdaşları şəxslərə cərimə yazmaqla bərabər həmin cərimənin qanuni olmasını da şəxslərə inandırırlar ki, şikayət edilməsin. Bəzi hallarda isə bu cərimələr qanunsuz olur. Çalışın bu cür hallarda peşəkar vəkillə məsləhətləşəsiz. Çünki sizin hansısa məsuliyyəti yazılı etiraf etməyiniz belə sizin məsuliyyət daşımağınız anlamına gəlmir.

Hörmətlə,

28/10/2023

Peşəkar vəkilə müraciət niyə vacibdir?

Bir dəfə tanış adamlardan birinin yaxını ona 2 il qabaq Əmək Müfəttişliyi tərəfindən inzibati cərimə yazıldığını və bu barədə məlumatı icra şöbəsindən aldığını bildirdi. Şəxsin e-sosial sistemində rəsmi vəzifəsi direktor kimi qeyd edilmişdi. Şəxs azərbaycanca heç bilmədiyindən və hüquqi baxımdan savadsız olduğundan, eləcə də bildirişə əsasən ilk baxışdan işə baxdıqda hər şey qanuni kimi görünsə də, şəxsin asan imzası nömrəsinin olmamasından irəli gələrək onun vəzifəli şəxs olması məndə müəyyən şübhələr yaratmışdı. Buna görə Dövlət Vergi Xidmətindən özünün hüquqi şəxsin həmin il ərzində qanuni təmsilçi olub-olmaması barədə məlumat əldə edilməsini istədim. Soğruya cavab gəldikdə məlum oldu ki, sən demə şəxs vergi sistemində qanuni təmsilçi kimi qeydiyyata alınmayıb. Dərhal həmin sorğunun cavabını məhkəməyə təqdim etdik və şəxsin vəzifəli şəxs olmasını qarşı tərəfdən sübut etməyini tələb etdik. Məlum oldu ki, şəxs işçi kimi direktor statusunda işə qəbul edilsə də, hüquqi olaraq qanuni təmsilçi olmasına və ya vəzifəli şəxs statusu daşımasına dair hər hansı təsdiqedici sənəd səlahiyyətli orqanda və inzibati iş materiallarında yoxdur. Nəticədə, işə xitam verildi, Əmək Müfəttişliyinin şikayəti isə təmin edilmədi (3(103)-988/2023 saylı iş) və qərar qüvvəyə mindi.

Bunları yazmaqda məqsədim odur ki, bəzən önəm yetirmədiyimiz kiçik bir məqam işin bütün hallarının alt-üst edilməsinə gətirib çıxara bilir. Vəkilə edilən yatırım gələcəyin təminatçısıdır.

Hörmətlə,

Məhkəmə proseslərində peşəkar vəkilin iştirakı nəyə görə vacibdir? Cavabdehin vəkili kimi 2021-ci ildə qoşulduğum iş üzr...
27/10/2023

Məhkəmə proseslərində peşəkar vəkilin iştirakı nəyə görə vacibdir?

Cavabdehin vəkili kimi 2021-ci ildə qoşulduğum iş üzrə telefon danışığının səsyazısı əsasında əleyhimizə qərar çıxarıldı. Apellyasiyanı da uduzsaq da, Ali Məhkəmə əslində rayon və apellyasiya məhkəməsindəki ilkin mövqeyimizə uyğun qərar çıxardı və yekunda 2(103)-6356/2023 saylı iş üzrə iddia tam şəkildə rədd edildi. Əgər vəkil kimi zamanında işə qoşularaq iddia müddətinin tətbiqi barədə ərizə verməklə yanaşı əks mövqedə də qarşı tərəfin sübutlarını taktiki olaraq inkar edərək şifahi müqavilə üzrə iddiaçının tələbetmə anını dolayı yolla iddiaçının özünə etiraf etdirməsə idik, o halda iddia tam şəkildə təmin ediləcəkdi. Lakin 2021-ci ildən qurduğumuz düzgün peşəkar hüquqi yardım taktikasına uyğun səsyazısı ilə borc sübut edilsə belə iş üzrə qərar xeyrimizə çıxarıldı.

Bu ilin əvvəlində cavabdehin vəkili kimi qoşulduğum iş üzrə Bakı Kommersiya Məhkəməsi tam ədalətli və nəzəri əsaslı bir qərar çıxardı. İşin əsas məğzı ondan ibarət idi ki, iddiaçı əvvəllər mövcud olmuş borcu şəxsi möhlət vermək adı ilə öz ofisinə dəvət etmiş, ona yeni tarixə müqavilə və üzləşmə aktı imzalatmışdı. Biz isə həmin məbləğin əvvəlki dövrə aid olduğunu və yeni borcun olmadığını əvvəldən bilirdik. Bu iş üzrə telefon danışığı üzrə olan səsyazılarla sübut etdik ki, əslində iddianın əsasını təşkil edən müqavilə bağlanmamış hesab edilməlidir. Məhz birinci instansiya da sırf səsyazısı əsasında müqavilənin bağlanmamasına görə iddianı rədd etdi və həmin qərar yuxarı instansiyada da (2-2(103)-762/2023) qüvvədə saxlanıldı və qüvvəyə mindi.

Bu ilin əvvəlində apellyasiya instansiyasında iddiaçının vəkili kimi qoşulduğumuz və bizdən qabaq iddia rədd edilmiş əmək mübahisəsi üzrə cavabdehin etirazında olan bir cümlə ilə (digər sübutlarla birgə) tam şəkildə sübut etdik ki, müddətsiz əmək müqaviləsi əmək qanunvericiliyinin prinsipləri pozulmaqla müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Təmsil etdiyimiz şəxsin bütün səhifələrdə imzası olmasına baxmayaraq qərar apellyasiyada ləğv edildi, iddia təmin edildi və həmin qərar Ali Məhkəmədə də 2(102)-3036/2023 saylı iş üzrə qüvvədə qaldı.

Bütün bunları yazmaqda məqsədim onu çatdırmaqdır ki, bəzən bir yazılı cümləmiz, işlətdiyimiz hər hansı bir şifahi ifadə bizim əleyhimizə qərar çıxarılması ilə nəticələnə bilər. Çalışın hüquqlarınızı yalnız peşəkar vəkillərə həvalə edin. Vəkilə çəkilən xərcə qənaət etmək, gələcək daha böyük itkilərin müjdəçisidir.

Hörmətlə

19/01/2023

Kommersiya subyektləri tərəfindən 𝙢𝙚𝙙𝙞𝙖𝙨𝙞𝙮𝙖 𝙥𝙧𝙤𝙨𝙚𝙨𝙞 nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi hansı məhkəmədə baxılmalıdır ⁉️

Mülki-Prosessual Məcəllənin (bundan sonra: MPM) 25.2-ci maddəsinə əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında işlərə ümumi məhkəmələr tərəfindən baxılır. MPM-in 26.2-ci maddəsində bu qaydadan bəzi istisnalar müəyyən edilmiş və siyahı qapalı dairə (numerus clausus) şəklində təsbitini tapmışdır. Lakin həmin normada mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi nəzərdə tutulmadığından hər iki tərəfin kommersiya subyekti olduğu halda barışıq sazişinin təsdiq edilməsi üçün hansı məhkəməyə müraciət edilməli olması təcrübədə müraciətçilər arasında çaşqınlıq yaradır.

Bu xarakterli tələblər ümumən iki hissəyə bölünə bilər:

➡️Birinci halda barışıq sazişinin tərəfi olan sahibkarlıq subyekti yalnız bir, yəni məhz barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

➡️İkinci halda isə, barışıq sazişinin tərəfi olan sahibkarlıq subyekti barışıq sazişinin təsdiq edilməsi tələbi (əsas tələb) ilə yanaşı, bundan irəli gələn digər tələblər (əlavə tələb) də öz ərizəsində qeyd edə bilər.

↗️İkinci halla bağlı bu zamana kimi Ali Məhkəmənin az sayda qərarı mövcud idi ki, həmin qərarlarda formalaşdırılan hüquqi mövqeyə görə bu xarakterli işlər kommersiya yönlü əlavə tələblərin olmasına görə və digər hallara əsasən (subyekt tərkibi, predmet, mübahisənin xarakteri) kommersiya məhkəməsində baxılmalı və aidiyyət üzrə həmin məhkəməyə müraciət edilməlidir.

↗️Birinci halla bağlı isə iş üzrə əlavə tələb olmadan ərizələr bəzi hallarda aidiyyət üzrə ümumi məhkəmələrə verilirdi. Çünki MPM-in 26.2-ci maddəsi bu qəbildən olan işlərə dair hər hansı istisna müəyyən etmir.

Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və çaşqınlıq yaradan hallara son qoyulması üçün tərəfimizdən Ali Məhkəməyə müraciət edildi və Ali Məhkəmənin şikayətimiz əsasında verdiyi qərarına əsasən əlavə tələb olub-olmamasından asılı olmayaraq, kommersiya subyektlərinin mediasiya prosesi nəticəsində bağladığı barışıq sazişlərinin təsdiq edilməsinin müstəsna olaraq kommersiya məhkəmələr tərəfindən baxılmalı olması mövqeyi nümayiş etdirildi. Əsaslandırma isə bu yöndə oldu:

“MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir. “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2-ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra – 25 iyul 2021-ci il tarixdə əlavə olunmuşdur. İşlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır.”.”

🔆Nəticə olaraq, kommersiya subyektləri arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi xüsusi icraat qaydasında 𝗸𝗼𝗺𝗺𝗲𝗿𝘀𝗶𝘆𝗮 məhkəmələri tərəfindən baxılmalıdır❗️❗️❗️

🔍Qeyd edilən uyğunsuzluğun birdəfəlik aradan qaldırılması məqsədilə MPM-in 26.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi daha məqsədəmüvafiqdir:

“26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35, 40-2 və 40-7-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”.

Address

Nərimanov Rayonu, İ. Həsənoğlu Küçəsi, 4
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994555896939

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Əlibaba Əliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Əlibaba Əliyev:

Share

Vəkil ƏLİBABA ƏLİYEV

Əliyev Əlibaba Ərzuman oğlu 04.09.1994-cü ildə İsmayıllı rayonunda anadan olub. Orta təhsilini İsmayıllı rayon 5 saylı orta məktəbdə alıb. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olub. 2016-ci ildə fərqlənmə diplomu ilə akademiyadan məzun olub.

O, 2015-ci ildə Almaniyanın Keel Universiteti və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən “Mülki hüquq” üzrə tədris kursunu tamamlayıb.

2017-2018-ci illərdə Avropa Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qeyri-formal təhsil standartlarına əsaslanan, insan haqları üzrə təlimçilərin yetişdirilməsi məqsədilə təşkil edilən təlimçilər üçün təlim kursuna qatılıb. 1 il müddətində Bakı və Strazburq şəhərlərində keçirilən təlimlərdə iştirak edib və müvafiq sahə üzrə təlimçi statusu əldə edib.

Əlibaba Əliyev yerli və beynəlxalq miqyaslı təlim, kurs və konfranslarda iştirak edərək qeyri-formal təhsilini davam etdirir. 2015-2017-ci illərdə Əlibaba Əliyev “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın Hüquq jurnalının akademik redaktoru olub, bir sıra elmi-akademik konfranslarda və tədbirlərdə çıxış edib.