Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK

  • Home
  • Azerbaijan
  • Baku
  • Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK, Gencler meydanı 3, Baku.

DİİXİ Həmkarlar İttifaqı öz ətrafında dövlət qulluqçularını, hüquq-mühafizə və müdafiə sistemində çalışan mülki işçiləri, bir sıra banklar və xidmət sahələrində çalışan həmkarlar ittifaqı üzvlərini birləşdirir.

19/01/2025
Dekabr  ayının 20-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəf...
24/12/2024

Dekabr ayının 20-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən miili birliyimizin təməli olan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilmişdir. Turnirdə DİİXİ Hİ Respublika Komitəsinin xidməti sahəsinə daxil olan nazirlik, dövlət komitələri, banklar və digər Mərkəzi orqanların Birləşmiş və ilk həmkarlar ittifaqı təşkilatlarının komandaları, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Respublika Komitəsinin aparat işçiləri də daxil olmaqla 34 komanda iştirak etmişdir.
Turniri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Hikmət Osmanov bütün iştirakçıları Konfederasiyanın rəhbərliyi adından salamlayaraq onlara uğurlar arzuladı və qeyd etdi ki, bu oyunlar intellektual potensialın, dünyagörüşün artırılması, intellektual bilik və bacarıqların təbliği, üzvlər arasında komanda ruhunun yüksəldilməsi, müxtəlif təşkilatlarda çalışan üzvlərin bir-birilə ünsiyyət qurması, həmçinin həmkarlar üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilir.
İntellektual oyun müxtəlif mövzularda iki turdan ibarət olmaqla çox yüksək səviyyədə, müəyyən olunmuş reqlamentə uyğun keçirilmiş, verilən suallar geniş təxəyyül, ümumi inkişaf, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarına əsaslanan əyləncə xarakterli olmuşdur. Yüksək səviyyədə keçirilmiş turnirdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin komandası yüksək nəticə göstərərək I yeri, İqtisadiyyat Nazirliyinin komandası II yeri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası isə III yeri tutmuşdur.

Dekabr ayının 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən tədbirdə AHİK sədri, cənab Sahib Məmmə...
24/12/2024

Dekabr ayının 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən tədbirdə AHİK sədri, cənab Sahib Məmmədov Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən, 34 komandanın qatıldığı turnirin qalib komandalarını təbrik etmiş, belə oyunların həmkar üzvləri ilə yaxından ünsiyyət qurulması üçün keçirilməsinin vacibliyini vurğulamış, hamıya iştirakına görə təşəkkür etmişdir. Sədr AHİK-in yeni strategiyası, bu sahədə görülmüş və planlaşdırılan işlər, qısa müddət ərzində həmkarlar ittifaqlarında işin yenidən qurulması məqsədilə daha təkmil və müasir metodları tətbiq etməklə köklü dəyişikliklərlə strukturun təkmilləşdirilməsi, möhkəm intizam, vəzifəyə məsuliyyətlə yanaşma, həmkar üzvlərinin müraciətlərinin operativ həll edilməsi, yollayışların verilməsində yeni qaydaların tətbiqi üçün Kurort Turizm İnformasiya Mərkəzində operativ məlumat xidmətinin təşkil edildiyi barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Qalib komandaya kubok, Fəxri Fərman, təltiflər və 3 qalib komandanın hər iştirakçısına pul mükafatları təqdim etmişdir.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 19 dekabr 2024-cü il tarixində “N...
24/12/2024

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 19 dekabr 2024-cü il tarixində “Naxçıvan Hərbi Kollecinin Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağı”na həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev, Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi sədrinin Təşkilati İşlər üzrə sədr müavini Şəhriyar Əzizbəyli çıxış etmişdir.
Tədbirlə əlaqədar videoçarx nümayiş olunub.
Sonda qonaqlarla xatirə şəkli çəkilib və Kərim Rzayev Naxçıvan Hərbi Kollecinin Xatirə kitabına ürək sözlərini qeyd etmişdir.

24/12/2024

Möhtərəm cənab Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, misilsiz qələbələr bəxş etdiyiniz xalqımızın rifahı, dünyada böyük söz sahibinə çevirdiyiniz dövlətimizin daha da güclənməsi naminə ali missiyanızda uğurlar arzulayırıq!

17/12/2024
27 noyabr  2024-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komi...
29/11/2024

27 noyabr 2024-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayn yığıncağı keçirilmişdir.
Yığıncaqda Respublika Komitəsinin üzvləri və həmkarlar ittifaqı təşkilatlarının sədrləri, Mərkəzi Təftiş Komissiyasının üzvləri iştirak etmişdir.
Yığıncağa Respublika Komitəsinin sədri H.S.Osmanov sədrlik etmişdir.
Gündəliyə uyğun olaraq aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Təşkilati məsələlər.
2. Sahə həmkarlar ittifaqlarının fəaliyyətinin yendən qurulması sahəsində vəzifələr və Respublika Komitəsinin gördüyü işlər barədə;
3. Həmkarlar ittifaqı üzvlərinə yollayışların verilməsində yeniliklər.

Təşkilati məsələ ilə əlaqədar Respublika Komitəsinin sədri H.S.Osmanov məlumat verərək həmkarlar ittifaqı ilə müxtəlif səbəblərdən əlaqəsi kəsilən həmkar üzvlərinin Respublika Komitəsinin və Rəyasət Heyətinin üzvlüyündən azad edilməsini təklif edərək məsələni səsə qoydu və müvafiq qərar qəbul edildi.
II məsələ ilə əlaqədar Respublika Komitəsinin sədri H.S.Osmanov AHİK-in yeni strategiyası, strukturun təkmilləşdirilməsi, “Həmkarlar ittifaqları haqqında” qanuna, sahə həmkarlar ittifaqlarının Nizamnamələrinə təklif olunmuş dəyişikliklər, yeni təlimatların və normativ hüquqi sənədlərin hazırlanması üzərində ciddi işlər aparıldığı, həmkarlar ittifaqlarının fəaliyyətində aşkarlığa nail olmaq, şəffaflığın tətbiq edilməsi, sui-istifadə hallarına yol verilməməsi, həmkar üzvlərinin müraciətlərinin operativ həll edilməsi, yollayışların verilməsində yeni qaydaların tətbiqi üçün Kurort Turizm Mərkəzində operativ məlumat xidmətinin təşkil edildiyi, həmçinin Respublika Komitəsi və üzv təşkilatların il ərzində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
III məsələ ilə əlaqədar Respublika Komitəsinin baş texniki əmək müfəttişi V.Nağıyev yollayışların bölüşdürülməsi və uçotunda yeni qaydalar haqqında iclas iştirakçılarına məlumat verərək bidirmişdir ki, Respublika Komitəsinə plan üzrə verilən yollayışlar təlabatı ödəmədikdə və yaxud yollayışların başlama tarixi vətəndaşları qane etmədikdə onlar Kurort Turizm Mərkəzinə müraciət edə, təşkilatlara göndərilmiş plakatları isə idarə, təşkilat və müəssisələrdə oxunan yerlərə vurmaqla hər bir kəs sərbəst şəkildə orda göstərilmiş telefon nömrələri ilə Mərkəzlə əlaqə saxlaya bilərlər.

DİİXİ  Hİ Respublika  Komitəsi Rəyasət Heyətinin 26 saylı  27 noyabr 2024-cü tarixli iclası    Noyabr   ayının 27-də  Dİ...
29/11/2024

DİİXİ Hİ Respublika Komitəsi Rəyasət Heyətinin 26 saylı 27 noyabr 2024-cü tarixli iclası
Noyabr ayının 27-də DİİXİ Hİ Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
Respublika Komitəsinin sədri cənab H.S.Osmanov iclasa sədrlik etmişdir.
İclasda bir neçə həmkarlar ittifaqı sədr və fəallarının yubileyləri münasibətilə təltif olunması, bir sıra həmkarlar ittifaqı təşkilatlarına yeni seçilmiş sədrlərin təsdiqi, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilk həmkarlar ittifaqı təşkilatının DİİXİ Hİ Respublika Komitəsinin tərkibinə qəbul olunması barədə müraciəti, iki ilk həmkarlar ittifaqı təşkilatının ləşv olunması, DİİXİ Hİ Respublika Komitəsinin və aparatının 2025-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi, 2024 - 2025-cü tədris ili üçün həmkarlar üzvlərinin ali məktəblərdə “əla” və “yaxşı” qiymətlərlə oxuyan tələbə övladlarına DİİXİ Hİ Respublika Komitəsi tərəfindən verilən təqaüdün davam etdirilməsi, 8 şəhid ailələsinin himayəyə götürülməsi ilə əlaqədar Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin müraciətinə baxılması, bir neçə həmkarlar ittifaqı təşkilatının maliyyə-təsərrüfat fəaliyyətlərinin araşdırılmasının nəticələri barədə təqdim edilmiş arayış həmin təşkilatların sədr, mühasib və xəzinədarlarının iştirakı ilə geniş müzakirə olunmuş, maliyyə sənədləşmələrinin, mədaxil və maxaric orderlərinin tərtibində, ümumiyyətlə, xərc maddələri üzrə vəsaitin düzgün bölüşdürülməsində, xərclənmiş vəsaitin mühasibatlıqda sənədləşdirilməsində, maliyyə intizamına riayət olunmasında bir sıra nöqsanlara yol verildiyi sədrlərin diqqətinə çatdırılmış, yol verilən catışmazlıqların tezliklə aradan qaldırılması üçün sədr,mühasib və xəzinədarlara ciddi xəbərdarlıq edilmiş və işlərində qısa müddətdə dönüş yaratmaq üçün tövsiyyələr verilərək müfaviq qərar qəbul edilmişdir.

21.11.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının yaranması ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Kəılb...
22/11/2024

21.11.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının yaranması ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Kəılbəcər rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, DİİXİ Hİ Kəlbəcər rayon Komitəsi və digər idarə və müəssisələr iştirak etdi. Eyni zamanda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, DİİXİ Hİ Kəlbəcər rayon Komitəsinin sədri Əli Bağırov və digərləri Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü ilə əlaqədar çıxış etilər. Ağacəkmə aksiyası keçirildi və fəxri fərmanlar təqdim olundu.

İşğal altında olan ərazilərimizin azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlayan və noyabr ayının 10-da...
16/11/2024

İşğal altında olan ərazilərimizin azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlayan və noyabr ayının 10-da böyük Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanmış Sumqayıt şəhərindən olan qazilər Sumqayıt Apellyasiya Məhkəməsi İlk Həmkarlar İttifaqı Təşkilatının sədri və üzvləri tərəfindən ziyarət olunmuşlar.
Görüş zamanı qəhrəman ordumuzun döyüşlərdə göstərdiyi şücaətdən, şanlı qəhrəmanlıq salnaməsindən söhbət açılmış, qazilərimizi sağlamlıqları bahasına əldə etdikləri Zəfər münasibətilə təbrik etmişlər.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin övladının 9 yaşı tamam olurMüzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cə...
09/11/2024

Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin övladının 9 yaşı tamam olur

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn vətən oğullarının ailələri, onların övladları hər zaman diqqət və qayğı ilə əhatə olunurlar. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Quliyev Bəhruz Firuz oğlunun övladı Mədinənin 9 yaşı tamam olub.
ŞİH-nin əməkdaşı, ADİİXİHİ Naftalan şəhər Komitəsinin sədri balamızı doğum günündə təbrik edib, şəhər rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər.
Ailə üzvləri hər zaman dövlətin qayğısı ilə əhatə olunduqları üçün minnətdarlıqlarını ifadə ediblər.

DİİXİHİ tərəfindən himayəyə götürülmüş şəhid ailələri daima rayon komitəsinin diqqət mərkəzindədir. Abşeron rayon komitə...
09/11/2024

DİİXİHİ tərəfindən himayəyə götürülmüş şəhid ailələri daima rayon komitəsinin diqqət mərkəzindədir. Abşeron rayon komitəsi 07 noyabr 2024 cü il tarixdə Zəfər günü ilə əlaqədar şəhid mayor Həsənov Elmir Mircəmil oğlunun və şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun ailələri ilə görüşmüş, bayram münasibəti ilə onları təbrik etmişdir.

8 noyabr Zəfər Günü münasibəti ilə Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli I və II Qarabağ Müharibəsi iştirakçısı o...
09/11/2024

8 noyabr Zəfər Günü münasibəti ilə Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli I və II Qarabağ Müharibəsi iştirakçısı olmuş dövlət qulluqçularına Şuşa Rayon Komitəsi adından təşəkkür etmiş və onlara hədiyyələr təqdim etmişdir. Həmçinin, komitə adından 1 qazimizə maddi yardım göstərilmişdir.

Address

Gencler Meydanı 3
Baku
AZ1005

Telephone

+994124920959

Alerts

Be the first to know and let us send you an email when Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK:

Videos

Share