Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzeyin fondunda 50 minә yaxin eksponat toplanmışdır.

Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun , milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan

Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:
- Xalq calğı alәtlәri daimi sәrgisi
- Niyazinin mənzil-muzeyi
- Vaqif Mustafazadәnin mənzil-muzeyi
- Qara Qarayevin mənzil-muzeyi
Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir.

Əziz gənclər,"İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyat...
22/01/2025

Əziz gənclər,

"İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Solo gənclik" tədbirinə dəvətlisiniz!

Növbəti tədbirimiz gənc pianoçu Ərtoğrul Balayevin iştirakı ilə baş tutacaq.

Tarix: 25 yanvar, saat 15:00

📍Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyi

🔗İştirak etmək üçün linkə keçid edin:https://chat.whatsapp.com/LDBXItLAJg2Kab4nSUTT03

18 yanvar 2025-ci il tarixində “İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkil...
21/01/2025

18 yanvar 2025-ci il tarixində “İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Solo gənclik” layihəsi çərçivəsində növbəti tədbir balaban ifaçıları Məhəmməd Bayramov və Mirnicat Yaqubov ilə baş tutub.

19/01/2025
17/01/2025

🎶 Əziz gənclər,

“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Solo gənclik” tədbirinə dəvətlisiniz!

Növbəti tədbirimiz gənc balaban ifaçıları Bayramov Məhəmməd və Yaqubov Mirnicatın iştirakı ilə baş tutacaq. 💚

🗓️ Tarix: 18 yanvar, saat 15:00
📍Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi

🔗 İştirak etmək üçün linkə keçid edə bilərsiniz: https://shorturl.at/dgSRU

“20 YANVAR - TARİXİMİZİN ŞƏRƏF VƏ   QƏHRƏMANLIQ SƏHİFƏSİ” YANVAR FACİƏSİNİN 35-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR     17 ...
17/01/2025

“20 YANVAR - TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ” YANVAR FACİƏSİNİN 35-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

17 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı anım tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir”mövzusunda çıxış etmişdir. Daha sonra “20 yanvar faciəsi və gerçəklər” sənədli filmi nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri İsmayıl Əkbərzadə (tar), Munir Məmmədov (kamança), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəna Zəkiyeva (f-no), şagirdlər - Respublika və Beynəlxalq müsabiqələr laureatları Mirnofəl Həsənov, Əli Fərəcov və Hazar Teymurzadənin (tar) ifalarında vətən şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı ilə davam etmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin musiqi alətləri kolleksiyasının təbliği məqsədilə NORM Sement Zavo...
15/01/2025

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin musiqi alətləri kolleksiyasının təbliği məqsədilə NORM Sement Zavodunun layihəsi olan “Azərbaycan milli musiqi alətləri” 2025-ci ilin təqvimi və planneri hazırlanmışdır. Təqvimdə və plannerdə muzeyin musiqi alətlərindən istifadə olunmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını daim zənginləşdirir. Muzeyimizin zəngin kolleksiyalarına...
14/01/2025

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını daim zənginləşdirir.
Muzeyimizin zəngin kolleksiyalarına 2025-ci ilin ilk materialları daxil olmuşdur. Hal-hazırda ABŞ-da yaşayan həmyerlimiz, görkəmli pianoçu, musiqişünas, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, professor, “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova tərəfindən fondumuza 102 ədəd yeni material - afişalar, proqramlar, disklər, bukletlər və s. təqdim edilmişdir.

11 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “...
13/01/2025

11 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “İRƏLİ” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində bəstəkar, pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Aydan Əliyeva ilə görüş keçirilmişdir.
Tədbirdən əvvəl gənc iştirakçılar görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə tanış olmuşlar.
Qara Qarayevin Ev Muzeyinnin müdiri Lətifə Məmmədova və Mədinə Səlimova giriş sözü ilə çıxış etmişlər. Tədbirdə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Aydan Əliyevanın muğam üzrə müəllimi olmuş Xalq artisti Gülyaz Məmmədova onun haqqında ürək sözləri ilə çıxış etmişlər.
Aydan Əliyeva təhsil illəri, əldə etdiyi nailiyyətləri haqqında danışmış, ona verilən sualları cavablandırmışdır. Bədii hissədə Aydan Əliyevanın (f-no), Xalq artisti Gülyaz Məmmədovanın ifalarında müəllif əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.

2024-cü ilin son iş günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hesabat iclası keçirilmişdir.
06/01/2025

2024-cü ilin son iş günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hesabat iclası keçirilmişdir.

“YENİ İLDƏ YENİ ARZULARLA”     5 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan...
06/01/2025

“YENİ İLDƏ YENİ ARZULARLA”

5 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində “Yeni ildə yeni arzularla” adlı konsertlə Klassik Musiqi Həvəskarları Klubunda musiqili görüşlərə start verildi.
Konsertdən əvvəl Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etdi. Daha sonra musiqişünas, vokalçı Sevinc İbrahimova, Respublika və Beynəlxalq müsabiqələr laureatı, hal-hazırda təhsilini Estoniya Respublikasında davam etdirən gənc pianoçu Şirin Əmiraslanovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edildi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Ak...
31/12/2024

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirdə giriş sözü ilə çıxış etmişdir.
Tədbir iştirakçıları dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qara Qarayev Ev Muzeyinin müdiri Lətifə Məmmədova “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda çıxış etmişdir.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın magistr tələbələri Nərgiz Sadıqova, Fatimə Hüseynova və Afət Mehdiyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Sonda Züleyxa Abdulla həmrəylik gününün əhəmiyyətindən danışmış, belə tarixi günlərin qeyd olunmasının vətənpərvərliyimizin, həmrəyliyimizin bariz nümunəsi olduğunu söyləmişdir. O, ifa etdiyi Q.Qarayevin prelüdlərini görkəmli bəstəkarın və vətən şəhidlərin ruhuna ithaf etdiyini söylədi.

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günü q...
23/12/2024

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günü qeyd olunur.

Möhtərəm Prezident Cənab İlham Əliyev!
Sizin tükənməz fəaliyyətiniz dövlətimizə və xalqımıza fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadiyyat, mədəniyyət, idman sahəsində böyük nailiyyətlər qazanmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, xalqımızın rifahı durmadan yüksəlmişdir. Bu gün müasir, güclü Azərbaycan sülh və tərəqqi yolu ilə inamla irəlilədiyini bütün dünyaya göstərir.
Sizin rəhbərliyinizlə milli mədəniyyətimizin qorunması, inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyiniz məqsədyönlü fəaliyyət sayəsində bu gün Azərbaycan mədəniyyəti milli özünəməxsusluğunu qoruyaraq inkişaf edir və öz zənginliyi ilə dünya mədəniyyətini zənginləşdirir.
Hörmətli Cənab Prezident! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün kollektivi Sizə möhkəm cansağlığı, doğma Vətənin rifahı naminə yeni şanlı işlər görmək üçün tükənməz enerji və çoxşaxəli dövlət fəaliyyətinizdə uğurlar arzulayır!

21 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “...
23/12/2024

21 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Tədbirdən əvvəl gənc iştirakçılar görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə tanış olmuşlar. Daha sonra gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışovanın ifasında rəngarəng konsert proqramı təqdim olunmuşdur.

21 dekabr  2024-cü il tarixində  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, musiqişünas, Beynəlxalq müsabiq...
22/12/2024

21 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, musiqişünas, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, professor, “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova ilə görüş keçirilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.

Muzeyin şöbə müdiri Xanım Abdinova hazırda Birləşmiş Ştatlarda yaşayan pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın həyat və yaradıcılıq yolu, milli musiqimizin təbliği yolunda göstərdiyi xidmətlər barədə məlumat vermişdir.
Daha sonra Nərgiz Əliyarova yaradıcılıq fəaliyyəti, planları haqqında məlumat vermiş, şəxsi arxivindən bir sıra materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyini bildirmişdir. Tədbirdə Nərgiz Əliyarovanın görkəmli bəstəkar A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Monoloq” və K. Debüssinin “Golliwog's Cakewalk” əsərlərinin ifaları olan videokliplərinin ilk təqdimatı keçirilmişdir.

Nərgiz xanımın Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi ifaları böyük coşqu ilə qarşılanmışdır.

Görüşdə jurnalistlər Afət İslam, Tamella Məmmədzadə, xaricdə yaşayan həmyerlilərimiz – akademik, professor İ.V.Robert (Rusiya), müğənni və aktyor Tərlan Şahbazi (Polşa) Nərgiz xanıma ürək sözləri, xoş arzuları ilə çıxış etmişlər.

Bütün çıxışlar Nərgiz Əliyarovanın yaradıcılıq yolundan bəhs edən slayd-şou ilə müşayiət olunmuşdur.

Address

Neftçilər Prospekti, 49
Baku

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+994124988184

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi:

Videos

Share