14/03/2023
Demək olar ki İstanbuldan sonra bizim xalqın 2ci sevərək getdiyi şəhər Dubaydı.
Bəlkə də yeganə şəhərdiki hər dəfəsində gedəndə təzə nəsə görürsən,ya yeni marağlı bina inşa edilir,ya da əyləncə mərkəzi açılır.Hər şey turist üçün,ya da özləri üçün,kim bilir?)Bir sözlə Dubay əsl turistik yerdi,baxmayaraq ki həmişə istidi)
Dubay (ərəb. دبيّ, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubayın inzibati mərkəzi.
Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir.
Dubay Yaxın-Şərqin ən isti şəhərlərindən biridir. Bu şəhərə nadir hallarda yağış və ya qar yağır. Bu şəhərdə demək olar ki, həmişə temperatur +20 dərəcədən çox olur.
Görməli yerləri:
Bürc Xəlifə — stalaqmitə bənzər göydələn. 2008-ci ildən dünyada mövcud olan ən yüksək bina. Göydələn rəsmi olaraq 4 yanvar 2010-cu il tarixində açılıb. Onun hündürlüyü 828 metr, 163 mərtəbədir.
Bürc Əl Ərəb — yelkənlər formasında, dünyanın ən lüks mehmanxanalarından biri .
Dubay Fəvvarəsi(en) — Bürc Xəlifə yanında yerləşən musiqili fəvvarə. Dünyanın ən böyük və ən yüksək fəvvarələrindən biri. Hündürlüyü 150 metrə qədər çatır.
Dünya adaları — Birləşmiş Ərəb Əmirlikləri sahillərində tikilən Yer kürəsi qitələri şəklində arxipelaq.
"Dubayın gözü"(en) — Dünyanın ən böyük panorama çarxı.