Keyfiyyət Assosiasiyası

Keyfiyyət Assosiasiyası Keyfiyyət Assosiasiyası Keyfiyyət Mütəxəssislərinin Peşəkar İctimai Birliyidir.

Beynəlxalq standartlar üzrə Təlimlər, Məsləhət və Audit xidmətləri təklif edirik.

ISO/IEC 17065:2012 Standartı üzrə təlim keçirilib 16,17 Yanvar 2025 tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ...
20/01/2025

ISO/IEC 17065:2012 Standartı üzrə təlim keçirilib

16,17 Yanvar 2025 tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO/IEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi, Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara olan tələblər” beynəlxalq standartı üzrə təlim keçirilib.

Onlayn formatda keçirilən təlimdə “Azintelecom MMC”, “Kənd Təsərrufatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-Laboratoriya Ekspertiza və Sertifikatlasdirma Mərkəzi”, “Azərbaycan Risk Peşəkarları Assosiasiyası”, “İNCERT MMC” və “Esila Trading MMC” nin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO Beynəlxalq Standartlaşdırma Təşkilatı, IAF- Beynəlxalq Akkreditasiya Forumu, akkreditasiya və sertifikatlaşdırma anlayışları, ISO ISO/IEC 17065:2012 standartına əsasən müəssisənin sertifikatlaşdırma və tətbiq səhəsi, ISO/IEC 17065:2012 standartına maddələri və tələbləri, proses, məhsul və xidmətlərin sertifikatlaşdırılmasının beynəlxalq aspektləri, məhsul, xidmət və proseslərin sertifikatlaşdırılması zamanı tərəfsizliyin təmin edilməsi, struktura dair tələblər, resurslara dair tələblər, prosesə dair tələblər, sertifikatlaşdırmanın dayandırılması, ləğvi və ya sertifikata xitam verilməsi və sairə mövzular üzrə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

“ HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda təlim keçirilib10 yanvar 2025-ci il tarixində “Keyfiyyət ...
13/01/2025

“ HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda təlim keçirilib

10 yanvar 2025-ci il tarixində “Keyfiyyət Assosiasiyası”İctimai Birliyi tərəfindən
“HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda təlim keçirilib.

Təlimdə ölkəmizin qida sektorunda fəaliyyət göstərən müxtəlif müəssisələrinin əməkdaşları, eləcə də halal standartlar və onların təbiqi ilə maraqlanan şəxslər iştirak ediblər.

Təlim zamanı halal - haram məsələləri, halal qida, halal standartların tətbiqi, xammalın qəbulu, halal standartların tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə, halal sertifikatlaşdırma prosesi və onun mərhələləri, toyuq əti istehsalında halallığı təminetmə, heyvan və ev quşları üçün kəsim qabağı şərtlər, kəsimin şərtləri, elektriklə keyləşdirmə, mexaniki və pnevmatik keyləşdirmə kimi mövzulara toxunulub, həmçinin iştirakçılara halal standartların tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Tələsin! Bilik və bacarıqlarınızı artırmaq üçün Yanvar ayı boyunca onlayn şəkildə keçiriləcək təlimlərə qeydiyyat başlad...
07/01/2025

Tələsin!

Bilik və bacarıqlarınızı artırmaq üçün Yanvar ayı boyunca onlayn şəkildə keçiriləcək təlimlərə qeydiyyat başladı.

Sizdə məqsədlərinizə çatmaq üçün bir addım atın.

✅ Uyğunluğun qiymətləndirilməsi - Məhsul, proses və xidmətləri sertifikatlaşdıran orqanlara tələblər
✅ İnformasiya texnologiyaları - Xidmətlərin idarə edilməsi - Hissə 1. Xidmətlərin idarə edilməsinə dair tələblər
✅ Təhlükəsizlik və dayanıqlı - Biznesin davamlılığını idarəetmə sistemləri tələbələr
✅ İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və məxfiliyin qorunması - İnformasiya təhükəsizliyini idarəetmə sistemləri - Tələblər ( Lead İmplementer ) təlimləri keçiriləcəkdir.

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya;
💬 və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧 [email protected]
🔗 www.aqa.az
☎ (+994 12) 480 28 47
📞 (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

-1

Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları üçün ISO 37001 standartı üzrə təlim keçirilibKeyfiyyət Assosiasiyası tə...
19/12/2024

Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları üçün ISO 37001 standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) “ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemi” standartı üzrə məlumatlandırma təlimi keçirilib. Təlimdə AKİA-nın struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Davamı: https://lnkd.in/duwJghSf

Aqrar Kredit və İnkişaf Agentliyi

TƏBİB-in struktur bölmələrinin əməkdaşları üçün ISO 9001:2015 standartı üzrə təlim keçirilib“Keyfiyyət Assosiasiyası” İc...
15/12/2024

TƏBİB-in struktur bölmələrinin əməkdaşları üçün ISO 9001:2015 standartı üzrə təlim keçirilib

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda təlim keçirilib.

Təlimdə TƏBİB-in struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Davamı: https://lnkd.in/epyw4BJ9

TƏBİB

Keyfiyyət Assosiasiyası tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümum...
09/12/2024

Keyfiyyət Assosiasiyası tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə “Metak MMC”, “A+CO ASC", “Capian Testing Services MMC” , Foriella MMC”, “Zəhmət Ruzi MMC” və Azərbaycan Su Ehtiyatları Agentliyi Mərkəzi labaratoriyasının əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası, standartın əvvəlki və yeni versiyaları arasındakı fərqlər, ISO/IEC 17025:2017 standartının strukturu, risk və imkanlar, metodların seçilməsi, verifikasiya və validasiya, nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi, daxili audit, düzəldici fəaliyyətlər və rəhbərlik tərəfindən təhlilin aparılması barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya;
💬 və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧 [email protected]
🔗 www.aqa.az
☎ (+994 12) 480 28 47
📞 (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

Səhiyyə sektoru üçün çox vacib standart Keyfiyyət Assosiasiyası tərəfindən azərbaycan dilində işlənib hazırlanmışdır “Ke...
06/12/2024

Səhiyyə sektoru üçün çox vacib standart Keyfiyyət Assosiasiyası tərəfindən azərbaycan dilində işlənib hazırlanmışdır

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli QƏRARI ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası” na əsasən dövlət standartlarının hazırlanması işinə töhfə vermək məqsədilə “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartı azərbaycan dilində işlənib hazırlanmışdır.

Davamı:

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartı azərbaycan dilində işlənib hazırlanmışdır.

Qeydiyyatdan keçməyə tələsin! ISO 14001:2015 "Ətraf Mühiti İdarəetmə Sistemləri - Tələblər və tətbiq üzrə Rəhbərlik" təl...
02/12/2024

Qeydiyyatdan keçməyə tələsin!

ISO 14001:2015 "Ətraf Mühiti İdarəetmə Sistemləri - Tələblər və tətbiq üzrə Rəhbərlik" təlimimiz baş tutacaq 🙂

Təlim 21-22 Dekabr tarixlərində keçiriləcək!

Ətraf mühit sahəsində artan və dərinləşən problemlər dünya bazarlarında fəaliyyət göstərən şirkətlərdən bu sahədə beynəlxalq standartların tətbiqini zəruri etmişdir. ISO 14001:2015 Standartı ən geniş istifadə olunan standart olmaqla müəssisə və təşkilatlardan ətraf mühit mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməsini gərəkdirir.

Təlimimizə qatılaraq Siz:
✅ Ətraf mühiti idarəetmə sistemi və onun tətbiqi sahəsinin müəyyən edilməsi;
✅ Ətraf mühit üzrə siyasət, təşkilatı vəzifə, məsuliyyət və səlahiyyətlər;
✅ Risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər;
✅ Fəaliyyətin planlaşdırılması;
✅ Resurslar və sənədləşdirilmiş informasiyanın idarə edilməsi;
✅ Fəaliyyətin idarə edilməsi;
✅ Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə;
✅ Uyğunsuzluq, düzəldici fəaliyyət və davamlı yaxşılaşdırma üzrə nəzəri və praktiki biliklər öyrənəcəksiniz!

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya;
💬 və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧 [email protected]
🔗 www.aqa.az
☎ (+994 12) 480 28 47
📞 (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

Qeydiyyatdan keçməyə tələsin! 13-14 Dekabr tarixində ISO 45001:2018 PEŞƏ SAĞLAMLIĞI VƏ TƏHLÜKƏSİZLİNİ İDARƏETMƏ SİSTEMLƏ...
26/11/2024

Qeydiyyatdan keçməyə tələsin!

13-14 Dekabr tarixində ISO 45001:2018 PEŞƏ SAĞLAMLIĞI VƏ TƏHLÜKƏSİZLİNİ İDARƏETMƏ SİSTEMLƏRİ- TƏLƏBLƏR VƏ TƏTBİQ ÜZRƏ RƏHBƏRLİK: "GİRİŞ" təlimimiz olacaq 🙂

İştirakçılar:
▪️ PST idarəetmə sistemi tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
▪️ Sətəm mütəxəssisləri;
▪️ Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
▪️ Bu sahədə işləməyə başlayanlar.

Təlimdə tədris olunacaq:
✅ ISO 45001:2018 standartı haqqında ümumi məlumat əldə etmək
✅ ISO 45001:2018 standartının tələblərini öyrənmək
✅ ISO 45001:2018 beynəlxalq standartı müəssisədə tətbiqi üçün lazımı bilik və bacarıqlara yiyələnmək
✅ ISO 45001:2018 beynəlxalq standartı müəssisədə tətbiqi üçün lazımı bilik və bacarıqlara yiyələnmək
✅ Əməyin mühafizəsi üzrə normativ və standartlar barədə məlumat
✅ Müəssisədə əməyin mühafizəsinə dair işin təşkil edilməsi
✅ Təhlükəli və zərərli istehsalat amilləri və onlardan müdafiə tədbirləri

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲Birbaşa 055 220 79 03 ( Whatsapp aktivdir ) nömrəmiz ilə əlaqə saxlaya,
💬və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧[email protected]
📎www.aqa.az
☎️(+994 12 ) 480 28 47
📞( +994 55 ) 220 79 03 ( Aktiv Whatsapp lı )

Qeydiyyatdan keçməyə tələsin! Şənbə və Bazar gunu olmaqla 2-3 Noyabr tarixlərində ISO 17025:2017 "Sınaq və Kalibrləmə La...
21/10/2024

Qeydiyyatdan keçməyə tələsin!

Şənbə və Bazar gunu olmaqla 2-3 Noyabr tarixlərində ISO 17025:2017 "Sınaq və Kalibrləmə Laboratoriyalarının Səriştəliliyinə dair Ümumi Tələblər" Təlimimiz baş tutacaq 🙂

Təlimdə tədris olunacaq:
✅ ISO/IEC 17025 standartı;
✅ Resurslara (işçi heyət, məkan, avadanlıq və s.) olan tələblər;
✅ Metodların seçilməsi, verifikasiyası və validasiyası;
✅ Nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi;
✅ Nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi.
✅ Qərəzsizlik (Tərəfsizlik/Obyektivlik)
✅ Laboratoriyanın fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi
✅ Metodların seçilməsi verifikasiyası və validasiyası
✅ Ölçmə qeyri –müəyyəliyinin qiymətləndirilməsi .və s.

📌 Daha detallı linkdə: https://lnkd.in/dPYeVX9m
📌 Təlimin sonunda 2 dildə SERTİFİKAT veriləcək.
📌 Təlim interaktiv formada test tapşırıqlarının həlli və qrup işlərini əhatə etməklə təşkil olunacaq!

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya; https://lnkd.in/eZm2bW85
💬 və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧 [email protected]
🔗 www.aqa.az
☎ (+994 12) 480 28 47
📞 (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

Keyfiyyət Assosiasiyası tərəfindən “Keyfiyyət Nəzarətçisi Yetişdirmə Proqramı” çərçivəsində “Tikintidə keyfiyyətə nəzarə...
18/10/2024

Keyfiyyət Assosiasiyası tərəfindən “Keyfiyyət Nəzarətçisi Yetişdirmə Proqramı” çərçivəsində “Tikintidə keyfiyyətə nəzarət təlimi” keçirilib.

Təlimin keçirilməsində məqsəd Azərbaycan Respublikasının qanunları, mövcud standartlar və normativ texniki sənədlər əsasında layihələndirmə dövründə sənədləşdirmə prosesi, layihələrin dövlət qurumlarında təsdiqlənməsi prosesi ardıcıllığı, tikinti zamanı sənədləşdirmənin həyata keçirilməsi, tikinti başa çatdıqdan sonra istismara qəbul prosesi və sairə məsələlər barədə geniş məlumat verilməsi, həmçinin işçirakçıların nəzəri biliklər qazanmasına və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaq idi.

Davamı: https://lnkd.in/dvt5HStK

14 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik i...
16/10/2024

14 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya standartlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib. “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib.

Davamı: https://lnkd.in/eg7ntKjH

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilib. AZHAB Forumu İqtisadiyyat Nazirliyi, Dövlət Tur...
14/10/2024

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilib.

AZHAB Forumu İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Caspian Event Organisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə baş tutub.

Tədbirdə Dünyanın müxtəlif regionlarından, o cümlədən 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.

Davamı: https://lnkd.in/ebHuXbic

Növbəti ISO 9001:2015 "Keyfiyyəti İdarəetmə Sistemi Tələblər" təlimimizə qeydiyyat başladı 🙂 Tələsin!12-13 Oktyabr tarix...
09/10/2024

Növbəti ISO 9001:2015 "Keyfiyyəti İdarəetmə Sistemi Tələblər" təlimimizə qeydiyyat başladı 🙂 Tələsin!

12-13 Oktyabr tarixlərində keçiriləcək bu təlimimizdə Keyfiyyəti İdarəetmə Strukturunun necə qurulmasını və idarə edilməsini öyrənəcəksiniz.

Kimlər iştirak edə bilər :
▪️ KİS tətbiq olunan şirkətlərin rəhbərləri, rəhbər işçiləri və mütəxəssisləri;
▪️ Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
▪️ Bu sahədə işləməyə başlayanlar,

Təlimimizə qatılaraq Siz:
✅ ISO 9001:2015 standartının əsas prinsipləri;
✅ İdarəetmə sisteminin daha effektiv təşkil edilməsi;
✅ Liderlik və Müştəriyə yönəlmə;
✅ Keyfiyyət siyasəti, təşkilati rollar, məsuliyyət və səlahiyyətlər;
✅ Keyfiyyəti idarəetmə sistemində planlaşdırma və risklərin idarə edilməsi;
✅ Departamentlər arası münasibət və istehsalın dəstəklənməsi;
✅ Məhsul və xidmətlərin layihələndirilməsi və işlənməsi;
✅ Ümumi fəaliyyətin idarə edilməsi və nəzarət;
✅ Performansın qiymətləndirilməsi (Müştəri məmnuniyyəti, Daxili audit, Rəhbərlik tərəfindən təhlil);
✅ Optimallaşdırma (düzəldici) tədbirlərin təşkilini öyrənəcəksiniz.

📌SERTİFİKAT ( 2 dildə )
📌Təlim interaktiv formada real biznes hallarının müzakirəsi, test tapşırıqlarının həlli və qrup işlərini əhatə etməklə təşkil olunacaq!

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya;
https://lnkd.in/eZm2bW85
📩[email protected]
📎www.aqa.az
☎️ (+994 12) 480 28 47
📞(+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

Enerji resurslarından düzgün və səmərəli istifadə etmək məqsədiylə şirkət və qürumlar ISO 50001 Enerji İdarəetmə Sistemi...
12/09/2024

Enerji resurslarından düzgün və səmərəli istifadə etmək məqsədiylə şirkət və qürumlar ISO 50001 Enerji İdarəetmə Sistemi təlimat və tələblərinə uyğun hərəkət etməkdədirlər. ISO 50001 Enerji İdarəetmə Sisteminin tətbiq edilməsiylə şirkətlər sadəcə enerji xərclərinə illik 10% və daha çox miqdarda qənaət edəbilərlər.

ISO 50001 Enerji İdarəetmə sisteminin tətbiqində sadəcə təşkilatlar deyil hökümətlər də maraqlıdır ki, Türkiyə, Almaniya, Çin, Braziliya vs. kimi ölkələr öz qanunvericiliklərində ISO 50001-in tətbiq edilməsini tənzimləyiblər.
COP29-a ev sahibliyi edəcək Azərbaycan Respublikası da qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal ölkələrdən biri olaraq enerji resurslarından səmərəli istifadə edilməsini öz qanunvericiliyində tənzimləyən ölkələr arasındadır.

Azərbaycan Respublikası Prezidentinin 9 İyul 2021-ci ildə imzaladığı № 359-VIQ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanununun 6. maddəsində məcburi enerji auditi şərt və tələblərinə yer verilməkdədir. Bununla yanaşı sözügedən qanunun 7.3 maddəsində ISO 50001 sisteminin tətbiq edildiyi müəssisələrə məcburi enerji auditinin şamil olunmadığı da qeyd edilmişdir. Yəni akkreditasiya edilmiş qurum tərəfindən enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektləri məcburi enerji auditindən azad olacaqlar.

“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib 2024-cü il avqust ayının 29-da “Bakı KOB E...
30/08/2024

“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib

2024-cü il avqust ayının 29-da “Bakı KOB Evi”ndə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində dövlət və özəl qurumların rəhbər və əməkdaşları, iş adamları, mütəxəssislər, təhsil və elmi ictimaiyyətin nümayəndələri iştirak edib.

Davamı: https://lnkd.in/ehMeE3b6

"Tikintidə Keyfiyyətə Nəzarət" təlimimizə qeydiyyat başladı.Təlimdə tədris olunacaq:✅ Tikintidə keyfiyyətə nəzarət təlim...
22/08/2024

"Tikintidə Keyfiyyətə Nəzarət" təlimimizə qeydiyyat başladı.

Təlimdə tədris olunacaq:
✅ Tikintidə keyfiyyətə nəzarət təlimi tikinti prosesinin layihələndirmə prosesindən başlayaraq obyektin istismara verilməsi dövrünü əhatə edəcək.
✅ Bu təlim, layihələndirmə zamanı qarşılaşacağınız texniki sualların cavablandırılmasını və digər tələblərin, tikintinin aparılması dövründə icra sənədlərin hazırlanmasını, təcrübədə yerinə yetirilməsinin formaları haqqında mövcud qanun, standart və normativ sənədlərə əsasən biliklərinizin təkmilləşməsinə xidmət edir.
✅ Eyni zamanda tikinti işlərinin keyfiyətinin yoxlanılması, iş planının oxunması və yerinə yetirilən işlərin həcmlərinin uyğunluğunun təyin edlməsində biliklərin təkmilləşməsinə əsaslanır.

📌 Təcrübəyə əsaslanan bu təlim, bildiklərinizi təkmilləşdirə biləcək və tikinti prosesi zamanı keyfiyyətə nəzarət sistemində çalışan hərkəs üçün faydalı olacaqdır.
📌 Təlimin sonunda 2 dildə SERTİFİKAT veriləcək.
📌 Təlim interaktiv formada test tapşırıqlarının həlli və qrup işlərini əhatə etməklə təşkil olunacaq!

Ətraflı Məlumat və Qeydiyyat üçün
📲 Birbaşa 055 220 79 03 (Whatsapp aktivdir) nömrəmiz ilə əlaqə saxlaya; https://lnkd.in/eZm2bW85
💬 və ya Rəy bölməsinə mail adresinizi qeyd edə bilərsiniz!
📧 [email protected]
🔗 www.aqa.az
☎ (+994 12) 480 28 47
📞 (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)

Azərenerji ASC-də ISO 45001 üzrə təlim keçirilibKeyfiyyət Assosiasiyası tərəfindən “Azərenerji” ASC-də müəssisənin əməkd...
16/08/2024

Azərenerji ASC-də ISO 45001 üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən “Azərenerji” ASC-də müəssisənin əməkdaşları üçün “ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” beynəlxalq standartı mövzusunda təlim keçirilib.

Davamı: https://lnkd.in/e8F-Fsri

Address

Babək Prospekti 64d
Baku
AZ1142

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+994124802847

Alerts

Be the first to know and let us send you an email when Keyfiyyət Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Keyfiyyət Assosiasiyası:

Videos

Share

KEYFIYYƏT ASSOSIASIYASI İCTIMAI BIRLIYI

Haqqımızda Keyfiyyət Assosiasiyası (KA) 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə nazirliyində qeydiyyatdan keçmiş, özünü idarəedən, ictimai-faydalı məqsədlər daşıyan, qeyri-hökumət təşkilatıdır. KA-nın yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların rəqabət qabiliyyətliliyinin artırılması üçün hüquqi və fiziki şəxslərin fəaliyyətini birləşdirməkdən ibarətdir. KA-nın əsas missiyası Azərbaycanda məhsulların və xidmətlərin keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılmasında maraqlı olan hüquqi və fiziki şəxslərin fəaliyyətini birləşdirmək və keyfiyyət və idarəetmə sahəsindəki dünya təcrübəsinin ölkəmizin işgüzar dairələri və ictimaiyyəti arasında tədqiqatlar, tədbirlər, məsləhətlər, təlimlər və maarifləndirmə yolu ilə təbliğ edilməsidir. Fəaliyyət istiqamətlərimiz Azərbaycanın keyfiyyət sahəsində milli siyasətinin formalaşdırılması və onun həyata keçirilməsinə yardım edilməsi; Keyfiyyət məsələləri üzrə qanunvericilik və normativ aktların ekspertizası; Beynəlxalq sertifikatlara layiq görülən və keyfiyyət, idaraetmə, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində təcrübəyə malik yerli və xarici müəssisələrin görüşlərinin təşkil edilməsi; Keyfiyyət və idarəetmə sahəsində məlumatların toplanması, hazırlanması və nəşrlər vasitəsilə yayılması; Beynəlxalq standart və digər normativ sənədlərin tərcüməsi; Təlimlərin və seminarların keçirilməsi yolu ilə keyfiyyət, idarəetmə və s. sahələrdə mütəxəssislərin hazırlanması; Müasir keyfiyyəti idarəetmə sistemlərinin yaradılması və tətbiqi üzrə müəssisələrə kömək göstərilməsi; Keyfiyyət sahəsində elmi işlərin təşkili və maliyyələşdirilməsi; Keyfiyyəti idarəetmə sahəsində çalışan mütəxəssislərin qeydiyyatının aparılması; Keyfiyyət sahəsində xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq; İstehlakçılar, istehsalçılar, maliyyə və ticarət strukturlarında ümummilli keyfiyyət hərəkatının təbliğatı; Benchmarkinqin təşkili və məlumatlar bazasının hazırlanması; Xarici müəssisələrə və ölkələrə təcrübə mübadiləsi məqsədilə səfərlərin təşkili; Mütəxəssislərin sertifikatlaşdırılması. KA-nın üzv olduğu və əməkdaşlıq etdiyi qurumlar Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Təşkilatı (APQO) Asiya Keyfiyyət Şəbəkəsi (ANQ) Amerika Keyfiyyət Cəmiyyəti (ASQ) Personalın Sertifikatlaşdırılması üzrə Beynəlxalq Assosiasiya (IPC) Avropa Keyfiyyət Təşkilatı (EOQ) Ukrayna Keyfiyyət Assosiasiyası (UAK) Türkiyə Keyfiyyət Dərnəyi (KALDER) Çin və Şanxay Keyfiyyət Assosiasiyaları (CAQ, SAQ) Koreya Standartlar Assosiasiyası (KSA) Ümumrusiya Keyfiyyət Təşkilatı (ВОК) İran Keyfiyyət Menecerləri Cəmiyyəti (ISQM) Qlobal Bençmarkinq Şəbəkəsi (GBN) Beynəlxalq Keyfiyyət Akademiyası (IAQ) Kalite Sistem Qrupu (Türkiyə)