Trekking – kiçik qruplar şəklində bir nöqtədən digər nöqtəyə çatmaq üçün rahat addımlarla edilən idman yürüyüşüdür. Azərbaycan dilində bu söz daha çox təbiətə yürüyüş, dağ yürüyüşü mənalarını ifadə edir.
İlin hər fəslində trekking etmək mümkündür, ancaq hava şəraiti, uzunluğuna və çətinlik dərəcəsinə görə lazımi hazırlıqlar tələb edir. Trekking üçün zaman məhdudiyyəti yoxdur – daha çox bir neçə s
aatlıq və ya günlük planlaşdırılan yürüyüşlər bəzi hallarda hətta həftələri, ayları və illəri əhatə edə bilir.
Əvvəllər təbiətsevərlərin, təbiət gözəliklərilə vəhdətdə olmaq və bununla mənəvi rahatlıq tapmaq üçün gerçəkləşdirdikləri fərdi və ya qrup halında yürüyüşləri günümüzdə alternativ turizm forması alaraq səyahət formaları arasında özünəməxsus yer tutur. Bu gün trekking şəhərin və işin stressindən qurtulmaq istəyənlərin həftəsonları yaxın məsafələrə və ya müəyyən olunmuş müddətə uzunməsafəli turlar şəklində professional bələdçilərlə bərabər həyata keçirdikləri səyahət formasıdır. Təbiətə edilən yürüşlərin insanın fiziki və mənəvi sağlamlığı üzərində göstərdiyi güclü təsirlərin olduğunu mütəxəssilər də qəbul edir. Başqa səyahət növləri ilə müqayisədə daha az maliyyəyə başa gələn trekkinq marşrutları çox vaxt əksəriyyət tərəfindən az bilinən maraqlı yerlərdən və gözəl mənzərələr qarşısından keçir və bu səyahət növü zamanı bir-birindən maraqlı tanışlıqlar və dostluq münasibətləri yaranır. Bunlardan biri rahat bel çantasıdır. Əksər yürüyüşçülər uzunmüddətli səyahətlər zamanı bir çox gərəkli əşyaları özləri ilə daşımalı olurlar. Yaxşı çanta sizə 9-18 kq ağırlığında geyim, avadanlıq və digər əşyalarınızı daşımağa yardım edəcək.
Ən əhəmiyyətli səyahət detalından biri də yürüyüş üçün nəzərdə tutulmuş keyfiyyətli və rahat ayaqqabıdır. Uzun məsafələri qət etdiyiniz zaman doğru seçilmiş ayaqqabı sizə ağrıdan uzaq, daha əyləncəli və uğurlu səyahət vəd edir. Bununla yanaşı, isti geyim, təcili-yardım qutusu, ehtiyat qida və su da yürüyüşçülər üçün çox vacib detallardır. Necə başlamalı? – trekkinq ekspertləri məsləhət görürlər ki, yürüyüşə yeni başlayanlar bu sahədə kifayət qədər təcrübəli şəxslərin bələdçiliyi ilə ilk səyahətlərini etsinlər. Onların dəstəyi ilə gənc trekkerlər uzunməsafəli yerləri uğurla qət etmək üçün nəzərdə tutulmuş xüsusi fiziki və psixoloji hazırlıqların kifayət etmədiyi zaman daha inamla hərəkət edirlər.