Baku Alpine Club

Baku Alpine Club Baku Alpine Club (BAC) was founded on 02.04.2018
(14)

Tufandağ yürüşümüzdən 😍🏔️🇦🇿 (4191 metr)
19/08/2024

Tufandağ yürüşümüzdən 😍🏔️🇦🇿 (4191 metr)

Şahdağ Azərbaycanın ikinci ən hündür massivinin ən hündür zirvəsidir (4243 m). Ən çox çıxılan və çoxlu maraqlı marşrutla...
05/07/2024

Şahdağ Azərbaycanın ikinci ən hündür massivinin ən hündür zirvəsidir (4243 m). Ən çox çıxılan və çoxlu maraqlı marşrutları olan zirvədir.
Azərbaycanın qar bəbiri (7x4000m) proqramına daxil olan zirvədir. Zirvəyə çıxmış bütün iştirakçılara sertifikat verilir!
TURUN PROQRAMI:
🚩Gün 1.
06:00 Bakıdan çıxış.
11:00 Xınalıq kəndinə çatma.
11:30 Şahyaylaq düşərgəsinə (2700m) yola düşürük. 4×4 nəqliyyatla (1-1.5 saat)
13:00 Yuxarı düşərgəyə (3100m) doğru yürüş. (piyada 2 saat)
15:00 Şahdağ düşərgəsinə çatırıq. Düşərgənin qurulması.
16:00 - 18:00 Yüngül hiking və Aklimatizasiya 30-50 dərəcəli otlu və daşlı yamaclarda hərəkət və sığorta növləri təlimi.
18:00-19:00 Şam yeməyi və brifinq
21:00 Yatmaq vaxtı.

🚩Gün 2.
04:00-də Şahdağ zirvəsinə(4243 m.) yürüşə başlıyırıq (5-6 saat).
10:00 Zirvə.
14:00 Düşərgəyə (3100m) geri dönmə çatma.
15:00 Düşərgənin yığılması
16:00 Xınalığa 4×4 dağ maşınları ilə eniş.
18:00 Xınalıqdan Bakıya qayıdış.

🚩LAZIMİ LƏVAZİMATLAR:
• Bel çantası (backpack) ( 50 LT- 70 LT)
• Yataq kisəsi
• Mat
• Yürüş çubuqları
• Tozluq
• Su keçirməz bot ( Waterproof)
• Su keçirməyən kurtka ( Gore-tex )
• Gün eynəyi
• Əlcək, papaq
• Dəyişiklik geyim ( İsti polar və s.)
• Corab 2 cüt ( Termo)
• Gündən qorunmağa krem
• Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
• Termos və su qabı
• Tur boyu yemək və su
• Alın fənəri
• Yağmurluq

🚩Turun qiymətinə daxildir:
• Zirvə sertifikatı
• Səyahət sığortası
• Dövlət Sərhəd xidmətinin icazəsi
• Şahdağ Milli Parka giriş icazəsi
• Fövqəladə Hallar nazirliyinin icazəsi
• Şahdağ Milli parka giriş biletləri
• Yürüş zamanı peşəkar 2 və ya 3 bələdçi (Alpinistlərin (iştirakçılarının) sayından asılı olaraq)
• Sadə dağ relyefində təhlükəsiz hərəkət etmə təlimi
• Bakı–Xınalıq–Bakı nəqliyyat
• 4×4 avtomobil (Xınalıq–Yarıdağ düşərgəsi–Xınalıq)
• Çadır
• Mat
• Primus, (qorelka), qaz balonu.
• Tur zamanı su və isti çay
• Fotossesiya
• Ehtiyac olsa xilasetmə xidməti və ilk yardım

🚩Qeydiyyat və ödəniş üçün son tarix: 13 Avqust 2024
Qeyd: Turun sifarişi və ödənişi tur tarixindən ən azı 15 gün əvvəldən olunmalıdır. Şəxsiyyət vəsiqəsinin şəkli (pasportun) dövlət qürumlarından icazə almaq üçün vacibdir).
• Tura qoşulacaq şəxslər özləri ilə zəruri su və qida götürmələri xahiş olunur.
• İştirakçı sayı limitli olduğuna görə ilk ödəniş edənlər qeydə alınacaq.
• Hər hansı çatışmayan ləvazimatla bağlı bizə müraciət edin.
•🚩Hava şəraiti ilə əlaqədar olaraq tur təxirə salına və ya vaxtı dəyişdirilə bilər.
TURUN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 230 AZN

🚩Qeyd: Son qeydiyyat gününə ( 13 Avqust 2024) 1 gün qalmış turdan imtina edən şəxslərin ödənişi geri qaytarılmır. Son qeydiyyat gününə 3 qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 50 faizi geri qaytarılır.
Əlaqə üçün: (WhatsApp)📱+994 55 554 66 24
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

RAQDAN 4020m və ÇARUNDAĞ 4079m Azərbaycanın ən çətin zirvələrindən hesab olunurlar. Qeyd edək ki, bu tura yalnız bizimlə...
28/06/2024

RAQDAN 4020m və ÇARUNDAĞ 4079m Azərbaycanın ən çətin zirvələrindən hesab olunurlar. Qeyd edək ki, bu tura yalnız bizimlə birlikdə 4000+ zirvələrdə fəal şəkildə iştirak etmiş iştirakçıları qeydə alacağıq.

Turun tarixi: 8-11 Avqust ( 4gün)

Son qeydiyyat tarixi 20 İyul .

İştirakçı sayı limitlidir və yalnız ilkin ödəniş edən şəxslər qeydə alınacaq.

🚩Qeyd: Son qeydiyyat günündən sonra tura qoşulmaqdan imtina edən şəxslərin ödənişi geri qaytarılmır.

LAZIMİ LƏVAZİMATLAR:
• Bel çantası (backpack) ( 50 LT- 70 LT)
• Yataq kisəsi
• Mat (varsa götürün,yoxdursa bizə bildirin biz təşkil edək)
• Yürüş çubuqları
• Tozluq
• Su keçirməz bot ( Waterproof)
• Su keçirməyən kurtka ( Gore-tex )
•Su keçirməyən şalvar ( Gore-tex )
• Gün eynəyi
• Əlcək, papaq
• Dəyişiklik geyim ( İsti polar və s.)
• Corab 2 cüt ( Termo)
• Gündən qorunmağa krem spf 50+
• Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
• Termos və su qabı
• Qab-qaşıq, fincan.
• Tur boyu yemək və su
• Alın fənəri

Turun qiymətinə daxildir:
• Zirvə sertifikatı
• Dövlət Sərhəd xidmətinin icazəsi
• Şahdağ Milli Parka giriş icazəsi
• Fövqəladə Hallar nazirliyinin icazəsi
• Şahdağ Milli parka giriş biletləri
• Səyahət Sığortası
• Yürüş zamanı peşəkar 2 və ya 3 bələdçi (Alpinistlərin (iştirakçılarının) sayından asılı olaraq)
• Sadə dağ relyefində təhlükəsiz hərəkət etmə təlimi
• Bakı–Oğuz–Bakı nəqliyyat
• Yükləri daşımaq üçün atlar
• 2 və ya 3 nəfərlik çadırlarda yerləşmə.
• Mat
• Primus, (qorelka), qaz balonu.
• Fotossesiya
• Ehtiyac olsa xilasetmə xidməti və ilk yardım
•Yüklərin daşınması üçün atlar
Qeydiyyat və ətraflı məlumat üçün

Tel: +994 55 554 66 24
+994 55 222 73 97

23 İyun Bazardüzü yürüşümüzdən 🏔️😍🌄📸
24/06/2024

23 İyun Bazardüzü yürüşümüzdən 🏔️😍🌄
📸

9 Iyun Yarudağ (4116) yürüşümüzdən rəngarəng fotolar 🏔️😍📸
10/06/2024

9 Iyun Yarudağ (4116) yürüşümüzdən rəngarəng fotolar 🏔️😍

📸

03/06/2024

Cümhuriyyət Zirvəsi: Gün 2
Zirvə günü

01/06/2024

Son qeydiyyat 5 İyun

5 İyun Bazardüzü üçün son qeydiyyat tarixidir
31/05/2024

5 İyun Bazardüzü üçün son qeydiyyat tarixidir

28/05/2024

Tam 106 il əvvəl müstəqilliyimizin təməli qoyuldu 🇦🇿🏔️
Müstəqilliyimizin 100 illiyi şərəfinə isə Tufandağ massivində 3740 metr hündürlükdə yerləşən bu zirvəyə, “Cümhuriyyət” adı verildi. Həmin gündən etibarən hər il Müstəqillik günündə alpinistlərimiz bu zirvəyə yürüş edirlər.
Ənənəyə sadiq qalaraq bu il də, Baku Alpine Club olaraq, Cümhuriyyət zirvəsinə çətin hava şəraitinə baxmayaraq yürüş etməyi bacardıq.💪🏼🏔️🇦🇿
Bütün iştirakçılarımız əzm və iradə nümayiş etdirdilər və bu münasibətlə hər bir iştirakçımızı, təbrik edirik🥰
Müstəqilliyin Daimi Olsun Vətən 🇦🇿🇦🇿🇦🇿

Bələdçilərimiz .dadashov və


Bugün klubumuzun təsisçisi və bələdçisi Firuz Dadaşovun doğum günüdür 🏔️🥰Firuz Dadaçov 12 May 1987ci ildə Bakı şəhərində...
12/05/2024

Bugün klubumuzun təsisçisi və bələdçisi Firuz Dadaşovun doğum günüdür 🏔️🥰
Firuz Dadaçov 12 May 1987ci ildə Bakı şəhərində anadan olub və hazırda Azərbaycanın ən çox tanınan təcrübəli alpinistlərindəndir.
18 il alpinizm təcrübəsinə malikdir. 2006-cı ildən 2024-cü ilədək planetin müxtəlif dağ sistemlərində 80-ə yaxın ekspedisiyada iştirak edib.
2011-2014 illərdə Beynəlxalq Alpinizm Federasiyası (UİAA) tərəfindən keçirilən beynəlxalq yarışlarda buzadırmanma üzrə Dünya kubokunun müxtəlif mərhələlərində və Dünya çempionatlarında iştirak edib ( Fransa, İsveçrə, Rumıniya, Rusiya və Cənubi Koreya).

📍Ən əhəmiyyətli zirvə yürüşləri:

• Lenin zirvəsi (7136 m.) – Şimal divarı ilə, Arkin Y. Q. marşrutu ilə-Azərbaycandan ilk dəfə, 2011-ci il;

• Korjenevskaya zirvəsi (7105 m.), 2012-ci il;

• Kommunizm zirvəsi (7495 m.)- Keçmiş SSRİ-nin ən hündür zirvəsi, 2012-ci il;

• Xan Tenqri zirvəsi (7010 m.), 2013-cü il;

• Cənubi Uşba zirvəsi (4710 m.)- Azərbaycandan ilk dəfə, 2015-ci il;

• Şimali Uşba zirvəsi (4690 m.)- SSRİ dağıldıqdan sonra Azərbaycandan ilk dəfə, 2016-cı il;

• Elbrus zirvəsi (5642 m.), qış yürüşü, 2017-ci il;

• Dıx-tau zirvəsi (5205 m.), Azərbaycandan ilk dəfə, 2017-ci il.

Titul və mükafatları:
Alpinizm üzrə 1-ci dərəcə
Alpinizm üzrə Metodist - Təlimatçı

Firuz Dadaşovu klubumuz adından təbrik edir və daha da çox uğurlu zirvə yürüşləri diləyirik 💪🏼🏔️🧗‍♂️

Bugün Qazaxıstan turumuzun iştirakçıları ilə Kaindy gölünə hiking etdik😍🏔️☘️
21/03/2024

Bugün Qazaxıstan turumuzun iştirakçıları ilə Kaindy gölünə hiking etdik😍🏔️☘️

🌺Dəyərli izləyicilərimiz sizi, Norvuz bayramı münasibətilə təbrik edirik! ☘️🍃Artıq bizi salamlayan bahar fəsli öz gəlişi...
19/03/2024

🌺Dəyərli izləyicilərimiz sizi, Norvuz bayramı münasibətilə təbrik edirik! ☘️🍃
Artıq bizi salamlayan bahar fəsli öz gəlişi ilə sizə, təravət, sevinc, bol enerji gətirsin. 🥰
Bahar fəsli dağlara sezonun başlaması deməkdir 😍
Yeni sezonda daha çox, zirvələr fəth etməniz diləyilə.
🌷Bayamınız Mübarək 🌸

Buzadırmanma təlimimizdən rəngarəng fotolar🥰Təlim, bu sahədə 17 ildən çox təcrübə toplamış və öz sözünü demiş peşəkar al...
24/02/2024

Buzadırmanma təlimimizdən rəngarəng fotolar🥰
Təlim, bu sahədə 17 ildən çox təcrübə toplamış və öz sözünü demiş peşəkar alpinist və instruktor Firuz Dadaşov (.dadashov )tərəfindən keçirilib.
Bütün iştirakçılarımız uğurla buza dırmandılar.
Təlimlərimizə marağı olam hər kəs qoşula bilər🥰
Özünüzü bu işin peşəkarlarına həvalə edin !

Fotolara görə təşəkkürlər

Avropanın ən yüksək nöqtəsi Elbrus zirvəsinə (5642 m) yürüş. Yüksək dağlarda təcrübəsi olmayan lakin motivasiyalı istəni...
12/02/2024

Avropanın ən yüksək nöqtəsi Elbrus zirvəsinə (5642 m) yürüş. Yüksək dağlarda təcrübəsi olmayan lakin motivasiyalı istənilən insan bu zirvəyə çıxa bilər. Zirvəyə yürüşün uğurlu olması- yaxşı hava, düzgün akklimitizasiya planı, düzgün qurulmuş dırmanma taktikası, seçilmiş geyim və avadanliqlardan asılıdır.
Zirvəyə uğurla çıxmış bütün iştirakçılara sertifikat verilir.

Turun proqramı
Gün 1. Nalçikə gəliş və ya minivodı (10:00-14:00 gəlişi planlaşdırın) Bələdçi sizi qarşılayır. Azauya transfer. Şəxsi ləvazimatların yoxlanılması ehtiyac yaranarsa kirayəsi. Otelde yerləşmə.
Gün 2. 3000-3500 metrə qədər aklimitizasiya çıxışı( trekinq) istiqamətini bələdçi seçir.
Gün 3. Azauda oteli tərk etmə. Oteldə Elbrusa qalxan zaman ehtiyac olmayan əşyalarınızı qoya bilərsiniz. Qondol liftində (kanat yolu) qədər Qara-başıya (3800 metr) qədər qalxırıq və priyutda yerləşmə. Priyut 11-ə (4100m 1.5-2 saata) qədər aklimitizasiya çıxışı və ya daha yuxarı 4400 metrə qədər 3-4 saata gəzinti. Çıxış zamanı qar-buz təlimləri – (cramponlarla hərəkət, yıxılan zaman müxtəlif istiqamətlərdə buz baltası ilə özünü saxlama və s. Başqa təlimlər).
Gün 4. Pastuxova (464800 metr) qayalarına qədər aklimitizasiya çıxışı. Düşəndən sonra iştirakçıların ehvalından asılı olaraq yenidən qar-buz təlimləri.
Gün 5. İstirahət günü və qar-buz təlimləri. Zirvəyə hazırlıq.
Gün 6. Zirvəyə dırmanış günü. Səhər tezdən saat 3-də çıxış. Və ya səhər saat 4-də Ratrakla Patuxova (4800m) qayalarına ve ya daha yuxarı 5000 metrə qədər qalxmaq. Ratrak qiymətə daxil deyildir. Ratrakla bağlı bütün suallar zirvə günündən bir gün öncə yerində müzakirə olunur. Zirvəyə cixmaq və düşmək təxmini 8-12 saat vaxt aparır. Əgər qrupu saat 13:00 priyuta düşməyi çatdırırsa elə həmin gün kanatla Azauya düşmək olar. (Kanat yolu təxmini saat 14:00-a qədər işləyir). Oteldə gecələmək.
Gün 7-8. Hava şəraiti p*s olarsa ehtiyat günləri. Və ya Azauya düşmıək oteldə asudə boş vaxtları, istirahət.
Gün 9. Oteldə səhər yeməyi və Nalçikə transfer

Tarixlər 9 gün/8 gecə
Qiymət 8 nəfərdən ibarət qrup olarsa , 1 nəfər üçün 850 USD.
Turun bələdçisi: Firuz Dadaşov .dadashov (texniki və 7000m+zirvə təcrübəli)
+994 55 222 73 97

Avropanın və Böyük Qafqazın, ən hündür zirvəsi olan Elbrus dağı vulkanik mənşəlidir. Qərb zirvəsinin hündürlüyü 5642 met...
19/01/2024

Avropanın və Böyük Qafqazın, ən hündür zirvəsi olan Elbrus dağı vulkanik mənşəlidir. Qərb zirvəsinin hündürlüyü 5642 metr, şərq zirvəsinin hündürlüyü 5621 metrdir.
22-30 İyun bu əzəmətli dağa yürüşümüz olacaq.

📍Turun Proqramı
Elbrus Cənub marşrutu, Qərb və Şərq zirvələri
22 İyun:Gün1- Bakı-Minvod-Azau (2350m) transfer
Oteldə Yerləşmə Azau
23 İyun:Gün2- Azau-Qarabaşı 3850m Konteynerlərdə yerləşmə. Priyut 11, (4250m) aklim yürüşü və 3850m geri dönüş.
24 İyun:Gün3- Pastuxov Qayaları (4800m) aklim yürüşü və 3850m geri dönüş.
25 İyun:Gün4-tam İstirahət günü
26 İyun:Gün5-Gecə 02:00 qalxmaq və 03:00 Start ( Qar Maşını ilə 5100m qalxırıq) 10:00 Qərb Zirvəsi və 12:00 Şərq zirvəsi, geri 3800m dönüş
27 İyun: Gün6-Rezerv Gün
28 İyun: Gün7: Qarabaşı-Azau yola düşmə və oteldə yerləşmə.
29 İyun:Gün8: Hiking Pri Elbrus Milli parkına ( Qız Hörükləri Şəlaləsi və Rəsədxana) və Çeget Bazarında alış-veriş.
30 İyun:Gün9- Geri dönüş

📍Qiymətə Daxildir
-Professional Bələdçi
-Minvod-Azau-Minvod Transfer( Komfortlu Mikroavtobus)
-Oteldə gecələmə (3gecə)
-AZAU-QARABAŞI-AZAU KANAT XƏTTİ
-Konteynerdə Gecələmə 5 Gecə
-Qidalanma Konteynerdə ( 3 dəfə qidalanma 5 dəfə çay)
-Qar Maşını 5100ə qədər

📍Qiymətə Daxil Deyil
-Təyyarə bileti
-Azau-da qidalanma ( Səhər, günorta, axşam)
-Dağ maşını ilə dağdan enmə
-Zirvəyə ikinci cəhd

Turun bir nəfər üçün qiyməti: 850 USD
Tura qoşulmaq və ətraflı məlumat əldə etmək üçün WhatsApp nömrəmizə yazın
+994 55 554 66 24

❄️Qış gəldi və Qaranohur gölü donub möcüzəvi bir mənzərə yaratdı😍Siz də, bu qış nağılını turumuza qoşularaq yaşayın👌🥰🚩Tu...
07/01/2024

❄️Qış gəldi və Qaranohur gölü donub möcüzəvi bir mənzərə yaratdı😍Siz də, bu qış nağılını turumuza qoşularaq yaşayın👌🥰
🚩Turun detalları
Tarix: 21.01.2024
Çətinlik dərəcəsi: Orta Çətin
Yürüş müddəti: 2.5 saat
Tur proqramı
06:00 – Toplanırıq – Gənclik metrosu
07:00- (Market fasiləsi - 15 dəq)
10:00 Talıstan Forest parka çatıb yürüşə başlayırıq
12:30 – Qaranohur gölünə çatırıq
13:30 – Çay fasiləsi (özünüzlə atışdırmalıq yüngül yemək götürə bilərsiniz)
14:00dan-15:30-dək asudə vaxt ,fotosessiya.
15:00 Qaranohur gölünü tərk edirik.
17 :00 Axşam yeməyi üçün kənd evinə yola düşürük
19:00 Bakıya yola düşürük
22:00 Bakıya Çatırıq
Qeyd: iştikakçıların fiziki hazırlığına əsasən turun proqramında dəyişiklik ola bilər.

🚩Qiymət: 50 AZN
Turun qiymətinə daxildir
•Komfortlu Nəqliyyat
•Səyahət sığortası
•Milli parka giriş bileti
•Fotosessiya
•Göl ətrafında çay
•Kənd evində axşam yeməyi

🔴 İştirakçıda olmaldır: Qış yürüşü üçün su keçirməyən gödəkcə, şalvar, yürüş botları, yürüş çubuğu, 20-30lt həcmində bel çantası, əlcək, günəş eynəyi, şəxsi dərman vasitələri.

🔴Qeydiyyat üçün Tel:+994 55 554 66 24 Vüsalə X.

🚩Qeyd tura 3 gün qalmış turdan imtina edənlərin ödənişinin 50 faizi qaytarılmayacaq.

🚩Tura 24 saat qalmış tura gəlməkdən imtina edənlərin ödənişi qaytarılmır

31/12/2023

2023-cü il bizim üçün çox uğurlu bir il oldu. Bunu sizə, dəyərli izləyicilərimizə və iştirakçılarımıza borcluyuq. 2023-cü ildə zirvələrə ən çox tur edən klub olduq və sizin zirvə sevincinizə səbəb olmaq bizi ayrıca qürurlandırdı😍 Sizin güvəninizi qazanmaq bizim ən böyük uğurmuzdur. ⛰️ Bizi seçmə səbəbi kimi , bizə ən çox bildirdikləriniz: “ sizinlə təhlükəsizdir”, “ sizinlə zirvəyə qalxmaq ehtimalı yüksəkdir” “ siz iştirakçılara zirvəyə qalxmaq üçün son ana qədər dəstək olursuz” “sizin bələdçilər peşəkarlardır” 🥰Bütün bu xoş geridönüşlərinizi eşitmək bizi, klubumuzun bələdçilərini ayrıca xoşbəxt edir.⛰️❤️ Yeni mövsümdə, daha çox dağ sevənləri zirvəyə qaldırmaq diləyi ilə 🥰
Yeni iliniz mübarək dəyərli dostlar ⛰️

#2024

Yeni ilin ilk Turu 🤌🏼⛰️Astara Şəlalələri ilə məşhurdur 🙂Bu dəfə isə biz, onlardan ikisini bir turda, görməyə gedirik.Dus...
29/12/2023

Yeni ilin ilk Turu 🤌🏼⛰️
Astara Şəlalələri ilə məşhurdur 🙂
Bu dəfə isə biz, onlardan ikisini bir turda, görməyə gedirik.
Dustaqxana və Sim Şəlaləsi.
Dustaqxana Şəlaləsi adını yanında yerləşən qədim dustaqxanadan almışdır. Burada keçmişdə dustaqları saxlayırdılar.

Tarix: 14 Yanvar 2024
Çətinlik dərəcəsi: ASAN
Yürüş müddəti: 2,5 saat
Tur proqramı
06:00 – Toplanırıq Gənclik mt.s
10:00– Sım kəndinə çatırıq və yürüşə başlayırıq.
11:30 – Dustaqxana Şəlaləsinə çatırıq.
12:00 – Balliqaya Çatıb biraz dincəlib çay içirik.
14:00dan Sim Şəlaləsinə Çatırıq.
16 :00 Kənd evində Talış mətbəxini dadırıq.
19:00 Bakıya yola düşürük.
00:00 Bakıya Çatırıq
Qeyd iştikakçıların fiziki hazırlığına əsasən turun proqramında dəyişiklik ola bilər.

Turun qiymətinə daxildir:
Komfortlu Nəqliyyat
Səyahət sığortası
Foto çəkiliş
Kənd evində axşam yeməyi və samovar çayı

Turun 1 nəfər üçün qiyməti: 50 AZN
Qeyd: Tura 3 gün qalmış turdan imtina edənlərin ödənişinin 50 faizi qaytarılmayacaq.
Tura 24 saat qalmış tura gəlməkdən imtina edənlərin ödənişi qaytarılmır

Qeydiyyat üçün tel: +994 55 554 66 24

Kirayədə olan məhsullarımızı sizə təqdim edirik. 🏔️⛺️Ətraflı məlumat üçün WhatsApp nömrələrimizə yaza bilərsiniz.+994 55...
20/12/2023

Kirayədə olan məhsullarımızı sizə təqdim edirik. 🏔️⛺️
Ətraflı məlumat üçün WhatsApp nömrələrimizə yaza bilərsiniz.
+994 55 554 66 24
+994 55 222 73 97

Əziz Dostlar 11 Dekabr Beynəlxalq Dağlar Günü kimi qeyd olunur🏔️🥰 Dağları sevən hər kəsi təbrik edirik 😊Daima zirvələr s...
11/12/2023

Əziz Dostlar 11 Dekabr Beynəlxalq Dağlar Günü kimi qeyd olunur🏔️🥰 Dağları sevən hər kəsi təbrik edirik 😊Daima zirvələr sizə açıq olsun.
Bizi izləyənlər arasında kimlər bizimlə dağlarda olub ? 🏔️🏔️🏔️

📸

Bügün Kəpəz və Nizami zirvəsinə cəmisi 2 saat 30 dəqiqə qalxıb 1 saat 30 dəqiqəyə enən enerji dolu iştirakçılarımız ⛰️🇦🇿...
10/12/2023

Bügün Kəpəz və Nizami zirvəsinə cəmisi 2 saat 30 dəqiqə qalxıb 1 saat 30 dəqiqəyə enən enerji dolu iştirakçılarımız ⛰️🇦🇿😍
📸

Kuzun və Laza kəndləri, Qusar rayonunda yerləşir. Laza kəndi Şahdağ ilə Qızılqaya platosu arasında, dəniz səviyyəsindən ...
07/12/2023

Kuzun və Laza kəndləri, Qusar rayonunda yerləşir.
Laza kəndi Şahdağ ilə Qızılqaya platosu arasında, dəniz səviyyəsindən 1600m yüksəklikdə yerləşir.

Kuzun kəndi isə, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir. Hər iki kəndin, əhalisi ləzgilərdir.

Turun Proqramı
06:15- Yola düşürük.
10:00 - Kuzun kəndinə çatırıq və yürüşə başlayırıq.
13:00 - Laza kəndinə çatırıq və şəlalər ətrafında 30 dəqiqə asudə vaxt
14:00 - Kənd evində nahar və samovar çayı
16:30- Bakıya yola düşürük
21:30 Bakıya çatırıq

Yürüşün müddəti: 8km
Çətinlik dərəcəsi: Orta-Asan

📍Turun bir nəfər üçün qiyməti: 55 Azn

📍Qiymətə daxildir
Komfortlu nəqliyyat (sprinter)
Səyahət siğortası
foto çəkiliş
Kənd evində nahar və samovar çayı

📍Lazımı Ləvazimatlar
Su keçirməyən yürüş botları
20-30 litr həcmində bel çantası
Yürüş çubuğu
Su keçirməyən isti gödəkçə və şalvar.
İsti papaq,əkcək, 2 cüt corab
Şəxsi dərman ləvazimatları

Qeydiyyat üçün WhatsApp nömrəmizə yazın
+994 55 554 66 24

Kuzun-Laza yürüşümüzdən 😍🏔️📸
15/11/2023

Kuzun-Laza yürüşümüzdən 😍🏔️
📸

8 Noyabr bələdçimiz Vüsalə Abdullayeva Zəfər Günü münasibətilə Zəfər zirvəsinə yürüş edib. Zəfərin Mübarək Olsun Vətən 🇦...
09/11/2023

8 Noyabr bələdçimiz Vüsalə Abdullayeva Zəfər Günü münasibətilə Zəfər zirvəsinə yürüş edib.
Zəfərin Mübarək Olsun Vətən 🇦🇿🏔️

Azərbaycan Alpinizm tarixində, böyük izlər qoyan Rasim Cəfərov dünən 82 yaşında aramızdan ayrıldı. Cəfərov Rasim Paşa oğ...
04/11/2023

Azərbaycan Alpinizm tarixində, böyük izlər qoyan Rasim Cəfərov dünən 82 yaşında aramızdan ayrıldı.

Cəfərov Rasim Paşa oğlu 1941-ci ilin dekabrın 2-də anadan olub. Neft-Kimya institutunda oxuyarkan o, institutun nəzdində fəaliyyət göstərən alpinizm üzrə seksiyada məşq etməyə başlayıb. Seksiya “Burevestnik” könüllü idman cəmiyyətinin nəzdində idi. Heç kimə sirr deyil ki, idmançının fiziki hazırlığı və peşəkarlığı, eyni zamanda məşğul olduğu idman növünün maraq dərəcəsi məhz təlimatçıdan və məşqçidən irəli gəlir. Bu baxımdan Rasim Cəfərovun bəxti gətirdi. Onun ilk təlimatçıları Konstantin Dubov və Aleksandr Voskresenski idilər. Alpinizmdən az da olsa anlayışı olanlar bu şəxslərin kim olduğunu gözəl bilirlər. Bəlkə də elə məhz Dubov tələbəsinin taleyinə böyük təsir etdi və hazırda Rasim Cəfərov Azərbaycan alpinizminin etibarlı dayağıdır, öz silahdaşları ilə birgə bu idman növünün canlı tarixidir.
Rasim Cəfərova Allahdan rəhmət diləyir, ailəsinə baş sağlığı veririk.🏔️

Qaranohur Gölü ⛺️🍁😍📸
01/11/2023

Qaranohur Gölü ⛺️🍁😍
📸

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Baku Alpine Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baku Alpine Club:

Videos

Share

Category

Baku Alpine Club

Baku Alpine Club (BAC) was founded by professional mountaineers with more than 15 years of experience. AAC is preparing alpinists, conducts sports training and expeditions (sport and commercial) in the Caucasus and other mountain regions of the world.

Baku Alpine Club (BAC) 15 ildən artıq təcrübəyə malik peşəkar alpinistlər tərəfindən yaradılmışdır. AAC alpinistlərin yetişməsində bilavasitə iştirak edir, Qafqazda və planetin digər dağ bölgələrində təlim-məşq toplanışı keçirir və ekspedisiyalar (idman və kommersiya xarakterli) təşkil edir.

Baku Alpine Club (BAC) был создан профессиональными альпинистами с более чем 15-летним опытом успешных восхождений различной категории трудности. AAC занимается подготовкой альпинистов, проводит альпинистские сборы и экспедиции (спортивные и коммерческие) на Кавказе и других горных регионах планеты.


Other Travel Agencies in Baku

Show All

You may also like