Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi

Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi Fəaliyyət göstərdiyi illər ərzində təxminən məktəbin 3000 nəfərdən artıq məzunu olmuşdur.
(26)

​C.Hacıyev adına 3 saylı onbirillik musiqi məktəbi 1955-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin müvafiq əmri əsasında yaradılmışdır. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “C.Hacıyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli 887 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədə

niyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilmişdir.

1.Məktəbdə 5 şöbə fəaliyyət göstərir:
-Fortepiano - şöbə müdiri Lalə Mahmudova
(Az.Dövlət Konservatoriyasının məzunu)
-xalq çalğı alətləri- şöbə müdiri Mirxalid Salayev
(Az.Dövlət Konservatoriyasının məzunu)
-nəzəriyyə-şöbə müdiri Məlahət Salayeva
(Az.Dövlət Konservatoriyasının məzunu)
-orkestr alətləri-şöbə müdiri Tofiq Əsgərov
(Az.Dövlət Konservatoriyasının məzunu)
-xor-şöbə müdiri Nigar Səmədova
(Az.Dövlət Konservatoriyasının məzunu)
-Məktəbin tədris işləri üzrə direktor müavini: Novruzova Solmaz Şamil qızı-1962-ci il sentyabr ayının 3-də Şuşa şəhərində anadan olmuşdur.1988-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.YAP-ın üzvüdür.Ailəlidir, 2 övladı var.2001-ci ildən bu məktəbdə çalışır.

2.Aşağıdakı ixtisaslar üzrə 310 nəfər şagird təhsil alır:
- xor
- xor dirijorluğu
-fortepiano
-skripka
-vokal
-klarnet
-truba
-saksafon
-trombon
-fleyta
-zərb aləti
-tar
-kamança
-qanun
-nağara
-balaban
-qarmon
-xanəndə
-estrada oxuma

3.Əldə olunmuş nailiyyətlər:
​Şagirdlərimiz Respublikada keçirilən müsabiqə və festivallarda yaxından iştirak edir və uğurlu nəticələr əldə edirlər.Q.Qarayev adına gənc pianoçuların Bakı müsabiqəsi ,fortepiano ansamblı və müşayiət müsabiqəsi,Respublika uşaq xor müsabiqəsi,nəfəs alətlərinin Respublika müsabiqəsi,”Gənc ifaçılar təhlil və ifa edir” Respublika müsabiqəsi,nəzəri fənlər üzrə şəhər olimpiadası,”Uşaqların musiqi dünyası I Bakı festivalı” ,Y.Haydnın anadan olmasının 280-ci il dönümünə həsr olunmuş festival,H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan mədəniyyəti mövzusunda Respublika bilik müsabiqəsi”,”Üzeyir Hacıbəylinin Milli Lad Sistemi gənc musiqiçilərin tədris repertuarında “ I Respublika festivalı və s.bu kimi müsabiqə və festivallarda şagirdlərimiz laureat adını qazanmışlar.
​Nəzəri fənlərin təkmilləşdirilməsi məqdəsi ilə şöbədə solfecio fənni üzrə iş dəftərləri tərtib olunmuş , pedaqoji şurada təsdiq olunmuş, bütün siniflərdə tətbiq edilmiş və nümunələr Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə təqdim edilmişdir.Mütəmadi olaraq məktəbdaxili nəzəriyyə olimpiadaları keçirilir.
Şagirdlərin texniki hazırlığının yüksəldilməsi məqsədi ilə sentyabr ayının sonunda “Ev tapşırığı- etüdlər” adlı dinləyiş keçirilir.Konsertmeysterlərin işinin təkmilləşdirilməsi məqsədi ilə gənc konsertmeysterlərin konsertləri təşkil edilir.Bütün şöbələr üzrə açıq dərslər və sinif konsertləri keçirilir , müxtəlif mövzulu metodik mühazirələr oxunur,ayrı-ayrı şöbələr üzrə müəllim və şagirdlərin konsertləri təşkil edilir.
​2008-ci ildən məktəbdə Səbail rayon Yeni Azərbaycan Partiyasının “Musiqiçilər” adlı ilk ərazi təşkilatı fəaliyyət göstərir.Hal-hazırda təşkilatın 50-dən artıq üzvü var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il 15 may tarixli 298 saylı Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılmış və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulmuşdur.Bütün bunları nəzərə alaraq xor ixtisasının inkişafı məqsədi ilə məktəbdə aşağı sinif şagirdlərindən ibarət “Cırtdan” xoru , oğlanlardan ibarət “Atəşgah” xoru ,yuxarı sinif şagirdlərindən ibarət “Renessans” xoru , “Çinar” müəllimlər xoru yaradılmış, eyni zamanda məktəb üzrə birləşmiş xor təşkil edilmişdir.
​2014-cü ildə məktəbimizdə ilk dəfə olaraq L.Boruxzonun Ş.Perronun nağılları əsasında görkəmli avstriya bəstəkarı Yozef Haydnın fortepino sonatalarnın musiqisinə yazılmış “Biz sizi sevirik ,maestro Haydn” adlı zarafat-opera tamaşaya qoyuldu.2014-cü ildə “Renessans” xoru “Ü.Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalının laureat diplomuna layiq görülüb. Səbail rayon İcra hakimiyyəti tərəfindən fortepiano ixtisası üzrə Salamzadə Məryəm “İlin ən fəal şagirdi” seçilmiş və mükafatlandırılmışdır.
​Məktəbimizin xor kollektivi dəfələrlə Respublika uşaq xor müsabiqələrinin laureatı olmuş ,ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş VIII Respublika xor müsabiqəsinin “Qran-Pri “ mükafatına layiq görülmüşdür.Xor müəllimləri Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə Moskva şəhərində fəaliyyət göstərən “Vesna” xor məktəbində təcrübə keçmiş ,Latviyanın Riqa şəhərində keçirilən VIII Ümumdünya xor olimpiadasında iştirak etmişlər.Məktəbin “Renessans” xoru “Gül bayramı”nda ,Bəstəkarlar İttifaqında keçirilən “Uşaq musiqisinə və onların müsiqi estetik tərbiyəsinə “ həsr olunmuş elmi-praktik konfranslarda ,UNİCEF –in “Uşaqlar naminə birləşək”aksiyasında ,”İslam sivilizasiyası uşaqların gözü ilə”,”Dünyanın mədəniyyət rəngləri” ,Heydər Əliyev Mərkəzində III Ümumdünya Mədəniyyətlərarası dialoq çərçıvəsində keçirilən forumda və s.bu kimi dövlət və beynəlxalq səviyyəli tədbirlərdə çıxış etmişdir.
​Hazırki dövrdə Cənab Prezidentimiz İlham Əliyevin dəstəyi ilə Respublikamızda musiqi təhsili müasir Beynəlxalq standartlara və tələblərə uyğun qurulur.İstedadlı uşaqlara dövlət qayğısının göstərilməsi musiqi incəsənətimizin yüksəlişinə və dünyəvi təbliğinə,yeni bədii və elmi dəyərlərin yaranmasına,musiqi təhsilinin kompleks və hərtərəfli inkişafına xidmət edir. Azərbayanda müasir musiqi təhsilinin yaranması və mühüm nailiyyətlər qazanması məhz musiqi məktəblərini yaranması,fəaliyyəti və təkmilləşməsi sayəsində mümkün olmuşdur.
​Ümummilli lider H.Əliyev söyləyirdi ki, “Uşaqlar daim qayğı ilə əhatə olmalıdır,onları insan cəmiyyətinin ən fəal üzvü etmək lazımdır,çünki onlar bizim sevincimiz ,xoşbəxtliyimiz ,gələcəyimizdir”.H.Əliyev uşaqların təhsilinə onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışmışdır.”Əgər bir dövlət öz gələcəyini işıqlı,parlaq görmək istəyirsə gərək uşaqlara xüsusi diqqət ayırsın.Bu H.Əliyev siyaətinin əsas yollarından biri olmuşdur.İndi də bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc istedadlar Azərbaycanı dünyada təmsil edirlər. Bu baxımdan uşaq musiqi məktəblərinin fəaliyyəti diqqətə layiqdir.
-Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsi İlizarova Kristina laureat III dərəcəli diplom –IV Respublika xor müsabiqəsi- fəxri fərman
– fortepianoda müşayiət müsabiqəsi – 3 fəxri fərman, 1 diplom – Nəfəs alətlərinin Respublika müsabiqəsi – Qüdrətli Ülkər (fleyta) həvəsləndirici mükafat –V Respublika xor müsabiqəsi – Laureat- II dərəcəli diplom –Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsində Yusifli Gülarə və İlizarova Kristina (diplom)
– “Gənc ifaçılar təhlil və ifa edir” adlı Republika müsabiqəsində laureat – Ağababayeva Ceyran (f-no) III dərəcəli diplom.
- Nəzəriyyə olimpiadası (diplom) -2008 – “ Uşaqların musiqi dünyası” adlı I Bakı festivalında fəxri fərman (nəfəs alətləri və xor)
- Gənc pianoçuların Q.Qarayev adına Respublika müsabiqəsində Məmmədzadə Arzu və Abbaslı Nəzrin (diplom) – VI Respublika xor müsabiqəsi – laureat- 2009 – II dərəcəli diplom – Nəfəs alətlərinin II Respublika müsabiqəsi Əliyev Rəsul (fleyta)- diplom, Bağırov Rauf (fleyta)- laureat- II dərəcəli diplom , Məmmədov Sabir (klarnet)- laureat ıı dərəcəli diplom
– VII Respublika xor müsabiqəsi- I dərəcəli diplom-2011 – “İlin müəllimi” müsabiqəsinin qalibi – Əsgərov Tofiq (şöbə müdiri-nəfəs alətləri) 2011
-Gənc pianoçuların II Respublika müsabiqəsi- Qobadi Fidan-tərifnamə 2012
- İ.Haydn adına festivalin qalibi-2012 Qobadi Fidan fortepiano – 2012-ci il “İdman ili “ ilə əlaqədar “mini futbol” və “kəndirdartma” yarışlarında - diplom - Səbail komandası. H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan mədəniyyəti mövzusunda Respublika bilik müsabiqəsi”, ”Üzeyir Hacıbəylinin Milli Lad Sistemi gənc musiqiçilərin tədris repertuarında“ I Respublika festivalı və s.bu kimi müsabiqə və festivallarda şagirdlərimiz laureat adını qazanmışlar. Məktəbimizin xor kollektivi dəfələrlə Respublika uşaq xor müsabiqələrinin laureatı olmuş ,ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş VIII Respublika xor müsabiqəsinin “Qran-Pri “ mükafatına layiq görülmüşdür.
2014-cü ildə məktəbimizdə ilk dəfə olaraq L.Boruxzonun Ş.Perronun nağılları əsasında görkəmli avstriya bəstəkarı Yozef Haydnın fortepino sonatalarnın musiqisinə yazılmış”Biz sizi sevirik ,maestro Haydn” adlı zarafat-opera tamaşaya qoyuldu.Bu tamaşada şagirdlərimiz nağıl obrazlarını böyük məharətlə canlandırdılar. Məktəbin qarmon ixtisası üzrə müəllimi İrzaquliyeva Sonya Sadıq qızı, 2009-cu ildə “ Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür. Məktəbin müəllimləri hər il müxtəlif ixtisaslar üzrə Mədəniyyət işçilərinin İxtisasartırma kurslarına göndərilir.
​Məktəb, 2009-cu ildən Salyan rayon Q.Əsgərov adına uşaq incəsnət məktəbi və Bərdə rayon 4 № li uşaq incəsənət məktəbi ilə hamilik iş aparır. Bakı şəhərində yerləşən musiqi məktəbləri, C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi, N.Hikmət adına uşaq kitabxanası , A.Şaiq adına uşaq kitabxanası, 91№ li, 49№ li, 163№ li, 51№ li orta ümumtəhsil məktəbləri və 157№ li uşaq bağçası ilə əməkdaşlıq edir. Hər tədris ilində müxtəlif səpkili tədbirlər keçirilir.Tədrisin səviyyəsini yüksəltmək , düzgün metodiki iş aparmaq, yeniliklər tətbiq etmək, yeni iş metodlarından istifadə etmək məqsədilə məktəbdə metodiki kabinə yaradılmışdır. Nəfəs və simli alətlərin tədrisinə daha ciddi nəzarət olunur.
2001-2002-ci tədris ilində nəzəri fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə ilk dəfə məktəbdaxili nəzəriyyə olimpiadası keçirilmiş, qaliblərin mükafatlandırılması və şagirdlərin konserti görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilmişdir.2012-ci ildə görkəmli bəstəkar Cövdət Hacıyevin 95 illik yubileyi ilə əlaqədar məktəbdə fortepiano ifaçılarının məktəbdaxili müsabiqəsi keçirilmişdir. Musiqi ədəbiyyatı fənni üzrə biliklərinin mükəmməllişdirilməsi, tədris proqramı üzrə musiqi materiallarının professional şəkildə mənimsənilməsi məqsədi ilə musiqi nömrələri 2010-2011-ci tədris ilindən şagirdlərə CD disklər vasitəsi ilə çatdırılır.2013-cü ildən başlayaraq bu proses DVD disklər vasitəsi ilə həyata keçirilir.
`​Məktəbin qəzalı vəziyyətdə olması ilə əlaqədar 2010-cu ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış və 2012-ci ilin sonunda başa çatdırılmışdır.2013-cü il yanvar ayının 25-də məktəbin binasının açılış mərasimi keçirilmişdir.Mədəniyyət və Turizm Nazirliyinin 16.09.2014-cü il tarixli 109 N-li əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir.
​2015-ci ildə ən yadda qalan hadisə doğma vətənimizin ev sahibliyi etdiyi “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi oldu.Oyunların bağlanış mərasimində çıxış edərək tarixi anları yaşamaq məktəbin şagirdlərinə də nəsib oldu.Məktəbin xor kollektivi “Bakı – 2015”Birinci Avropa oyunlarının bağlanış mərasimində Azərbaycanın Dövlət himnini və “Çal- oyna” xalq mahnısını ifa etmişdir.Ü.Hacıbəyli və M.Maqomayevin 130 illik yubileyi ilə əlaqədar festivalda çıxışına görə “Renessans” xoru diploma layiq görülmüşdür. Məktəbin 60 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizim Nazirliyi tərəfindən kollektivə diplom və fəxri fərmanlar təltif edilmişdir. Mədəniyyət İdarəsi tərəfindən Salayev Mirxalid Paşa oğlu “İlin ən fəal müəllimi” adına layiq görülmüşdür. Səbail rayon İcra hakimiyyəti tərəfindən fortepiano ixtisası üzrə III sinif şagirdi Həbibli Ayan “İlin ən fəal şagirdi” seçilmiş və mükafatlandırılmışdır.
​2016-cı ildə tar ixtisası üzrə V sinif şagirdi Hacılı Sənan Suduz oğlu- Q.Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilə” III Respublika elmi ifaçılıq müsabiqəsində iştirak etmiş və diploma layiq görülmüşdür. Məktəbin xor kollektivi BMT – nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxışına görə sertifikatla təltif olunmuşdur. 2016 – cı ildə Bəstəkar Ədilə Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət müsabiqəsində müşayiət nominasiyası üzrə VII sinif şagirdləri Məmmədzadə Leyla fəxri fərmanla , Qiyasova Zeynəb diplomla, Müəllimlər Quliyeva Sevda Kazım qızı diplomla və Orucova Hülya Eldəniz qızı diploma layiq görülmşdür.
​2017-ci ildə keçirilən “Testene Art” I Beynəlxalq festival-müsabiqəsində “Renessans” xoru və məktəbin estrada oxuma ixtisası üzrə IV sinif şagirdi Məmmədov Emin I yerə, tar ixtisası üzrə VIII sinif şagirdi Hacılı Sənan II yerə, vokal ixtisası üzrə V sinif şagirdi Tahirli Firuzə III yerə layiq görülmüşdür. 2017-ci il IX Respublika xor müsabiqəsində “Renessans” xoru I yer “Cırtdan” xoru isə Fəxri fərmanla təltif olunmuşdur. Həmin ildə keçirilən Vokal və estrada oxuma üzrə Respublika müsabiqəsində məktəbin estrada oxuma ixtisası üzrə IV sinif şagirdi Məmmədov Emin və vokal ixtisası üzrə V sinif şagirdi Tahirli Firuzə III yerə layiq görülmüşdür. 2017-ci il 13- cü “Türk dünyası” səs yarışmasında estrada oxuma ixtisası üzrə IV sinif şagirdi Məmmədov Emin III yerə layiq görülmüşdür.
​2018- ildə Q.Qarayevin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində zərb aləti ixtisası üzrə XI sinif şagirdi Hüseynov Vaqif fəxri fərmanla təltif olunmuşdur. MşMaqomayev adına vokalçıların “Bakı müsabiqəsi”ndə vokal ixtisası üzrə V sinif şagirdi Məmmədov Emin I yerə layiq görülmüşdür. “Tetene Art” II Beynəlxalq festival-müsabiqədə:
-“Divizi” xoru I yer
-Məmmədov Məhəmməd (estrada oxuma) I yer
-Seidova Nigar (estrada oxuma) I yer
- Hüseynov Vaqif (zərb aləti) II yer
-Tahirli Firuzə ( vokal) II yer
-Nəbiyev Fuad ( estrada oxuma) II yer
- Abdullayev Bəylər( kamança) II yer
-Fərəcov Emil (fleyta) III yer
-İsayeva Turanə ( estrada oxuma) III yer
​2019-cu ildə “ Uşaq və Gənclər arasında xalq çalğı alətləri ifaçılarının Iv respublika müsabiqəsi” ndə X sinif şagirdi Hacılı Sənan (tar) I yerin qalibi olmuşdur.Vokal ixtisası üzrə X sinif şagirdi Məmmədov Emin “ Zima” Beynəlxal mahnı festivalında uğurla çıxış etmişdir. Məmmədov Emin (vokal) , İbrahimli Humay ( fortepiano), Məmmədli Aylin ( fortepiano). Abdullayeva Ləman ( fortepiano) “ Testene Art” III Beynəlxal İncəsənət festival-müsabiqəsinin və “ İnternational Art Olympia” müsabiqəsinin laureatı olmuşlar.Musiqili Teatrda Prezident təqaüdçüsü Atilla Məmmədovun “ Ey vətən” adlı solo konserti keçirilmişdir.
2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının açılış mərasimində məktəbin “Renessans” xoru dünya şöhrətli müğənni Sami Yusufla bir səhnəni paylaşmışdır.Ümumiyyətlə məktəbin bütün xor kollektivləri Beynəlxalq tədbirlərdə çıxış etməklə yanaşı həm də müxtəlif telekanallarda yayımlanan uşaq verlişlərində çıxışlar edirlər. Həmin ildə Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə “Pişik Filofeyin sərgüzəştləri” adlı müzikl səhnələşdirilmişdir.
​2020-ci ildə Məmmədov Atilla ( vokal) Rusiyanın “Vo ves qolos” televiziya mahnı müsabiqəsinin diplomuna layiq görülmüşdür. A.Məmmədov və Nigar Seyidova “Azərbaycan vokalçıları” festivalının qalibi olmuşdlar.Estrada oxuma üzrə Nurdan Hüseynzadə “Zima” Beynəlxalq mahnı festivalının diplomuna layiq görülmüşdür.Zərb aləti ixtisası üzrə Tofiq Şükürov Barselona Musiqi Akademiyasının keçirdiyi “ Sodrujestvo” Beynəlxalq müsabiqəsinin lareatı olmuşdur. Məktəbin “Renessans” və “Çinar” xorları “WORLD HARMONY” III Beynəlxalq Klassik musiqi və folklor ifaçılarının müsabiqəsinin laureatı olmuşlar. Qələbənin 75 illiyinə həsr olunmuş “Qələbəyə doğru” I onlayn müsabiqədə:
-Atilla Məmmədov (vokal) I yer
- Sənan Hacılı (tar) I yer
-Burda Aleksey ( estrada oxuma) I yer
-Nurdan Hüseynzad ( estrada oxuma) III yer
-Rəşad Mədətov (tar) diplom
-Xalıq Zabut (tar) diplom
2020-ci ildə məktəbin skripka ixtisası üzrə müəllimi Hülya Orucova və Prezident təqaüdçüsü Atilla Məmmədov “FLORİDA KEYS” Beynəlxalq musiqi yarışmasının I dərəcəli diplomlarına layiq görülmüşlər.Məlum pandemiya dövründə də müxtəlif səpkili onlayn tədbirlər, konfranslar təşkil edilir.
​2021-ci ildə məktəbin vokal ixtisası üzrə müəllimi Mahir Tağızadə moskva şəhərində keçirilən Müslüm Maqomayev adına vokalçıların Beynəlxalq müsabiqəsində diploma layiq görülmüşdür.

4.Məktəbin məzunlarından hal-hazırda məktəbdə müəllim kimi çalışırlar
1.Salayev Mirxalid-tar
2.Həsənova Hökümə-fortepiano
3.Bağıyeva Yeganə-fortepiano
4.Fərəcova Vüsalə-nəzəriyyə
5.Cəfərova Aytən-xor
6.Abdullayeva Lalə-nəzəriyyə
7.Ağamalıyeva Nigar-nəzəriyyə
8.Prostinskiy Aleksey-truba
9.Yüzbəyova Lalə-skripka
10.İbrahimova Fidan-fortepiano
11.Məmmədova Səadət-fortepiano
12.Orucova Səbinə-fortepiano
13.Məmmədyarova Nigar-fortepiano
14.Quliyeva Fəridə-fortepiano
​Fəaliyyət göstərdiyi illər ərzində məktəbin 3000-dən artıq məzunu olmuşdur.Bu məzunlar yalnız Respublikamızda deyil Amerika Birləşmiş Ştatları,İsrail,Almaniya ,Rusiya Federasiyası,Türkiyə və s. bu kimi ölkələrdə müəllim və musiqiçi kimi fəaliyyət göstərirlər.
- Eyyub Yaqubov- Respublikanın Əməkdar artisiti – Bakı – Boris Quslitser – IV Zaqafqaziya müsabiqəsinin laureatı (fortepiano) Avstriya
– Sofiya Biktimir musiqi müəllimləri assosiasiyasının direktoru- ABŞ –Koliforniya ştatı - Xomutetskaya Vera-musiqi müəllimi- Astraxan – Basoviç Leonid- musiqiçi ABŞ –Basoviç Vladimir -dosent-İsrail -Cəfərova Ofeliya-fortepiano müəllimi Rusiya Federasiyası – İlyas Abdulin –musiqiçi - Rusiya Federasiyası – Nataliya Aleksandrova- musiqiçi- İsrail – Qurbanlı Nina- musiqi müəllimi – Almaniya – Qordeyçuk Aleksandr- musiqiçi Rusiya Federasiyası – Vadim Saxorov-nəfəs alətləri müsabiqəsinin laueratı – Moskva

5.Yarandığı gündən məktəbə rəhbərlik etmiş direktorlar.
1.Abdullayev Azər 2.Rəsulov Ağarəsul Məmməd oğlu 3. Orucova Məhin Əli qızı

Məhin Əli qızı Orucova 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1984-cü ildə Ü.Hacıbəyli adına Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1989-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını xor dirijorluğu ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1981-ci ildə Naxçıvan şəhər 2 nömrəli Uşaq bağçasında musiqi rəhbəri kimi başlamış, sonralar isə Babək şəhər Uşaq Musiqi Məktəbində (1981-1982), Naxçıvan şəhər Uşaq İncəsənət Məktəbində (1983-1984), Naxçıvan Orta İxtisas Musiqi Məktəbində (1986-1999) müəllim, şöbə müdiri, eyni zamanda Naxçıvan Dövlət Universitetində müəllim, Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbində (1999-2001) müəllim vəzifəsində çalışmışdır. 2001-ci ildən Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinə rəhbərlik edir.
İşlədiyi illər ərzində Məhin Orucova öz vəzifə borcunun öhdəsindən ləyaqətlə gəlmiş, daima yüksək peşəkarlıq nümayiş etdirmiş, çalışqanlığı, işgüzarlığı, təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənmişdir. O, məktəbdə təlim-tərbiyə prosesinin təşkili, istedadlı uşaqların üzə çıxarılması sahəsində əhəmiyyətli işlər görmüşdür. M.Orucova gənc nəslin təlim-tərbiyəsi sahəsində səylə çalışaraq, uşaq və yeniyetmələrin mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün formalaşması üçün bilik və bacarığını əsirgəməmişdir. M.Orucovanın rəhbərlik etdiyi illər ərzində bu təhsil ocağı paytaxtın qabaqcıl musiqi təhsili müəssisəsinə çevrilmişdir. O, 2001-ci ildə məktəbə direktor təyin edilərkən burada cəmi 10 ixtisas üzrə təlim aparılırdısa, hazırda 19 ixtisas üzrə 322 şagird təhsil alır. Son illər məktəbin şagirdləri bir çox respublika və şəhər miqyaslı müsabiqə, baxış və festivallarda iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin xor kollektivi dəfələrlə müxtəlif dövlət səviyyəli tədbirlərdə uğurla iştirak etmiş, Respublika müsabiqələrinin laureatı olmuş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Diplom və Fəxri Fərmanları ilə təltif edilmişdir. Bir xormeyster kimi Məhin Orucova yaradıcılıqla da məşğul olur. O, “Azərbaycan xalq mahnılarının xor işləmələri” xor məcmuəsinin və “Uşaq xoru və onunla işin mahiyyəti” adlı metodiki vəsaitin müəllifidir. “Azərbaycan xalq mahnılarının xor işləmələri” adlı kitabdakı işləmələr uşaq musiqi və incəsənət məktəblərinin xor fənni proqramına daxil edilmişdir.Həmin xor proqramı Məhin Orucova tərəfindən tərtib edilmişdir. 2012-ci ildə Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə əlaqədar “ Qadınlarla aparılan ideoloji və təşkilati fəaliyyətinə görə” YAP Səbail rayon təşkilatının fəxri fərmanına layiq görülmüşdür.2013-cü ildə ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin müsabiqəsində “Qran-Pri“ mükafatına layiq görülmüşdür.M.Orucova Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə Moskva şəhərində fəaliyyət göstərən “Vesna” xor məktəbində təcrübə keçmiş , Latviyanın Riqa şəhərində keçirilən VIII Ümumdünya xor olimpiadasında iştirak etmişdir. Məhin xanım Orucova 2013-cü il 17-24 oktyabr tarixlərində , Belarusiyanın Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Respublikası Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən Universitetin və Minsk şəhəri Y.E.Qlebov adına 10 nömrəli uşaq musiqi məktəbinin tədris prosesi ilə tanış olmuş, təcrübə keçmiş və sonda M.Orucovaya Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial-mədəni sferanın idarə olunması /menecment/” ixtisası üzrə ixtisasartırma şəhadətnaməsi və əlavə təhsil fakultəsinin sertifikatı təqdim olunmuşdur . 2004-cü ildə “VEKTOR” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış ziyalıları” Beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq Diplomu ilə təltif olunmuşdur.
2002-​2015-ci illərdə Uşaq musiqi və incəsənət məktəblərinin direktorlar şurasının katibi olmuşdur. Bakı şəhərində fəaliyyət göstərən və bölgələrdəki Uşaq musiqi məktəblərində M.Orucova xor fənni üzrə ustad dərsləri təşkil edir. 2015- ci ildə M.Orucovanı rəhbərlik etdiyi xor kollektivi Bakıda keçirilən Avropa oyunlarının bağlanış mərasimində “ Çal oyna” mahnısını ifa etmişdir.
​2016-cı ildə M.Orucova Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində və Siyəzən şəhər uşaq incəsənət məktəbində xor ixtisası üzrə açıq dərslər keçirilmiş,müəllimlərə metodik köməklik göstərmiş və ona təşəkkürnamə təqdim edilmişdir. Həmin ildə Mədəniyyətlərarası Sivilizasiyalar Aliyansının VII Qlobal Forumunda fəal iştirakına görə Beynəlxalq sertifikatla təltif olunmuşdur.
​2017-ci ildən İtaliya Beynəlxalq Mədəniyyət Assosasiyaının, Testene Art Avropa festival-müsabiqə komitəsinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Testene Art Baku” Beynəlxalq İncəsənət festival müsabiqəsinin təşkilatçısıdır. Həmin ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə verdiyi dəyərli tövhəyə görə təşkilat komitəsi tərəfindən təşəkkürnamə təqdim olunmuşdur.
​2018-ci ildə M.Orucovanın rəhbərliyi ilə ilk dəfə xormeysterlərin I Bakı konfransı keçirilmişdir. Həmin ildə ABŞ-ın Nyu-York şəhərində “Florida Keys” Beynəlxalq Musiqi yarışmasının “ Carnegie Hall- da keçirilən Qala konsertində təşkilat komitəsi tərəfindən diplom təqdim edilmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Respublikanın Əməkdar Müəllimi” fəxri adına layiq görülmüşdür.
​2019-cu ildə Riqa və Stokholm şəhərlərində keçirilən “Baltiyskaya Rapsodiya” I Beynəlxalq festival-müsabiqənin münsiflər heyətinin üzvü olmuş və sertifikat təqdim olunmuşdur.2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində fəal iştirakına görə Beynəlxalq sertifikatla təltif olunmuşdur.2019-cu ildə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin xor müəllimləri üçün ustad dərsləri keçirdiyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi – Metodiki və İxtisasartıma Mərkəzinin diplomuna layiq görülmüşdür. 2019-cu ildə Qış parkında M.Orucova Bakı şəhər Uşaq musiqi və İncəsənət məktəblərinin 1000 nəfərlik xor kolllektivlərinin iştirakı ilə flaşmob təşkil etmişdir.
​2020 –ci ildə “World Harmony” III Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvü olaraq Beynəxalq sertifikat təqdim edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür “ Musiqiçilər” YAP Səbail rayon ərazi təşkilatının sədridir. 29 saylı Səbail seçki dairəsi üzrə 9 saylı seçki mətəqəsinin sədridir . Ailəlidir. 2 övladı var.

Yanvarın 27- də “Nəzəriyyə “ şöbəsinin iclası keçirilmiş, 1- ci yarımilin yekunları müzakirə edilmiş , 2- ci yarımillik ...
27/01/2024

Yanvarın 27- də “Nəzəriyyə “ şöbəsinin iclası keçirilmiş, 1- ci yarımilin yekunları müzakirə edilmiş , 2- ci yarımillik iş planı müzakirə edilmişdir.🎹🎹🎹🎹🎹

💐💐💐💐💐
25/01/2024

💐💐💐💐💐

Yanvarın 25-də Fortepiano şöbəsinin müdiri Lalə xanım Mahmudovanın anadan olmasının 60 illik yubileyi münasibətilə sürpr...
25/01/2024

Yanvarın 25-də Fortepiano şöbəsinin müdiri Lalə xanım Mahmudovanın anadan olmasının 60 illik yubileyi münasibətilə sürpriz-təbrik təşkil edilmişdir. Bu münasibətlə məktəbin direktoru Məhin xanım Orucova L.Mahmudovanı Fəxri fərmanla təltif etmişdir. Həmkarlar Təşkilatının sədri Zenfira xanım İsmayılovanın təbrikindən sonra şagirdlər adından Gülnur Əhmədzadə
“Müəllim” şeiri söyləmiş, sonra isə kollektivin təbrikini özündə əks etdirən videorolik təqdim olunmuşdur. Şöbənin müəllimlərinin ifasında musiqi parçası səsləndirilmişdir. Sonda isə L.Mahmudova təbrikə görə kollektivə təşəkkürünü bildirmişdir.💐🎹💐🎹💐🎹

Yanvarın 25-də məktəbimizdə fortepiano şöbəsinin müəllimi Aygün Vəliyevanın “Texnikanın inkişafı” mövzusunda metodiki mü...
25/01/2024

Yanvarın 25-də məktəbimizdə fortepiano şöbəsinin müəllimi Aygün Vəliyevanın “Texnikanın inkişafı” mövzusunda metodiki mühazirəsi dinlənilmişdir.🎹🎹🎹

Yanvarın 24-də məktəbimizin fortepiano şöbəsinin I yarımillik hesabat konserti keçirilib.🌷👏🏼🎹🎼🎺
24/01/2024

Yanvarın 24-də məktəbimizin fortepiano şöbəsinin I yarımillik hesabat konserti keçirilib.🌷👏🏼🎹🎼🎺

Yanvarın 20-də məktəbimizin vokal ixtisası üzrə V sinif  şagirdi Qərib Atilla, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə ə...
21/01/2024

Yanvarın 20-də məktəbimizin vokal ixtisası üzrə V sinif şagirdi Qərib Atilla, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə keçirilən “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecədə M.Maqomayevin “Odlar yurdu” əsəri ilə çıxış etmişdir.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🎼🎹

Yanvarın 19-da ödənişli şöbənin fortepiano ixtisası üzrə müəllimi Zərifə Həmidovanın sinfində açıq dərs keçirilmişdir.🎹🎼
19/01/2024

Yanvarın 19-da ödənişli şöbənin fortepiano ixtisası üzrə müəllimi Zərifə Həmidovanın sinfində açıq dərs keçirilmişdir.🎹🎼

Yanvarın 19-da məktəbimizdə “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla...
19/01/2024

Yanvarın 19-da məktəbimizdə “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra faciəyə həsr olunmuş videorolik nümayiş etdirilmiş, şagirdlərin ifasında şeir və musiqi nömrələri səsləndirilmişdir. Tədbirin təşkilinə görə nəzəriyyə şöbəsinin müəllimləri Nigar Ağamalıyeva və Sevil Musayevaya təşəkkür edirik.

18/01/2024
Məktəbimizdə 2023/2024- cü tədris ilinin 1- ci yarısı üçün bütün fənlər üzrə akademik sorğulara start verilmişdir. Şagir...
17/01/2024

Məktəbimizdə 2023/2024- cü tədris ilinin 1- ci yarısı üçün bütün fənlər üzrə akademik sorğulara start verilmişdir. Şagirdlərimizə uğurlar arzu edirik🎹

Məktəbimizdə 2023/2024-cü tədris ilinin 1-ci yarısı üçün bütün fənlər üzrə akademik sorğulara start verilmişdir. Şagirdl...
16/01/2024

Məktəbimizdə 2023/2024-cü tədris ilinin 1-ci yarısı üçün bütün fənlər üzrə akademik sorğulara start verilmişdir. Şagirdlərimizə uğurlar arzu edirik🎹

15/01/2024
15/01/2024
12/01/2024

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini,

Yanvarın 10-da məktəbimizin "Divizi" xorunun üzvləri (bədii rəhbər Aytən Cəfərova) Azərbaycan Dövlət Akademik Filarmoniy...
11/01/2024

Yanvarın 10-da məktəbimizin "Divizi" xorunun üzvləri (bədii rəhbər Aytən Cəfərova) Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Dövlət Simfonik orkestrinin artisti Nərgiz Manaflının ("Dirvysoul" kimi tanınan) təşkil etdiyi "Daha bir yeni il" adlı konsertində çıxış edib.👏🏼🌷👏🏼

Yanvarın 8-də məktəbimizin fortepiano şöbəsinin müəllimi Abidə Rəsulovanın açıq dərsi keçirilmişdir. 🎹🎼
08/01/2024

Yanvarın 8-də məktəbimizin fortepiano şöbəsinin müəllimi Abidə Rəsulovanın açıq dərsi keçirilmişdir. 🎹🎼

Dekabrın 29-da məktəbimizdə “Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramına həsr olunmuş konsert keçir...
29/12/2023

Dekabrın 29-da məktəbimizdə “Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramına həsr olunmuş konsert keçirilmişdir.🎄⛄️☃️❄️

Bu müsabiqəyə qatılmaq isyəyənlər 0124911993 və 0124914956 nömrələrilə  əlaqə saxlaya bilər.
29/12/2023

Bu müsabiqəyə qatılmaq isyəyənlər 0124911993 və 0124914956 nömrələrilə əlaqə saxlaya bilər.

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Musiqi aləmində” jurnalının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının...
28/12/2023

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Musiqi aləmində” jurnalının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yibileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində məktəbimizin kollektivinə “İrsimizin tədqiqi və təbliği” ictimai birliyinin sədri Səadət xanım Təhmirazqızı tərəfindən sertifikat təqdim edilmiş və məktəbimizin “Renessans” xoru Firəngiz Əlizadənin “Zəfər marşı” ilə çıxış etmişdir.💐

Dekabrın 24 -də məktəbimizin “Renessans” xoru və məzunumuz Prezident təqaüdçüsü Atilla Məmmədli Mədəniyyət kanalının “Sə...
24/12/2023

Dekabrın 24 -də məktəbimizin “Renessans” xoru və məzunumuz Prezident təqaüdçüsü Atilla Məmmədli Mədəniyyət kanalının “Səhər çağı”verilişinin qonağı oldu. Kollektivimizin ifasında bəstəkar Sevda Rəhimovanın “O,can Azərbaycandır” və Zümrüd Tağıyevanın “Ey Vətən” mahnıları səsləndi🎼🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

24/12/2023
Dekabrın 24-də məktəbimizin fortepiano şöbəsinin müəllimləri Səadət Həsənova və Səbinə Şahverdiyevanın Ümummilli Lider H...
24/12/2023

Dekabrın 24-də məktəbimizin fortepiano şöbəsinin müəllimləri Səadət Həsənova və Səbinə Şahverdiyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sinif konserti keçirilmişdir. 👏🏼👏🏼👏🏼

Address

Səbail Rayonu Q. Əlizadə Küçəsi 5
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994124911993

Alerts

Be the first to know and let us send you an email when Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi:

Videos

Share

Nearby travel agencies


Other Baku travel agencies

Show All

You may also like