Azərbaycan Texniki Universiteti Debat Klubu

Azərbaycan Texniki Universiteti Debat Klubu Azərbaycan Texniki Universitetinin Debat Klubu
3-cü korpus 1-ci mərtəbə

DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) öz fəaliyyətinə 1998-ci ildən başlamışdır və 14 illik tarixi inkişaf yolu keçərək artıq Azərbaycanda gənc liderlərin yetişdirilməsinə öz tövhəsini verən bir qurum kimi çıxış edir. Təşkilatın missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Missiyası çərçivəsində

təşkilat tədbirlərin təşkili, korporativ sosial məsuliyyət layihələrinin icrası, dövlət və özəl qurumları tərəfindən verilənn sosial sifarişlərin həyata keçirilməsi, gənclər və təhsil siyasəti sahəsində 14 illik təcrübəyə yiyələnmişdir. Bu gün təşkilatın sosial xidmətlərindən yararlanan və təşəbbüsləri dəstəklənmiş şəxslərin sayı 22000-dən artıqdır. Təşkilatın fəaliyyəti Azərbaycanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə edərək, 8 regional nümayəndəlik / mərkəzlər vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005-ci və 2007-ci illərdə ilin ən fəal gənclər QHT-si kimi xüsusi diplomla təltif olun-muşdur, 2007-ci və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporassiyalar, dövlət qurumları və beynəlxlaq təşkilatlarla əməkdaşlıq etmişdir. Təşkilat “Beynəlxalq Debat Təhsil Assosiasiyası” ( IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Asosiyasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AMCHAM) təmsil olunan yeganə gənclər təşkilatıdır.

Yer planeti ekoloji fəlakətin astanasındadır. Dünya dövlətləri proseslərə təsiretmə qabiliyyətlərini artıq itiriblər. İn...
01/12/2021

Yer planeti ekoloji fəlakətin astanasındadır. Dünya dövlətləri proseslərə təsiretmə qabiliyyətlərini artıq itiriblər. İnsanlar arasında başlanan xaos vəziyyəti daha da idarəedilməz hala gətirib. İnsanlığın və böyük canlı aləmin sonunun artıq gəldiyini görürük. Mütəxəssislərin əksəriyyəti çıxış yolunun olmadığını bildiriblər. Yalnız kvartallar arasında hələ də son bir şansın olması barədə şaiyələr gəzir. Qeyri-rəsmi məlumatlara görə, 11-12 dekabr tarixlərində müxtəlif yerlərdən olan komandalar bir araya gələrək, sivilizasiyamızın ən böyük problemini son dəfə həll etməyə çalışacaqlar. İnsanlar bu komandalara son ümid kimi baxırlar. Bəs sizcə onlar planeti xilas edə biləcəklərmi?

18/11/2021
11/10/2021
Bu gün, klubumuzun çox özəl üzvlərindən biri, demək olar ki, əksər spikerlərimizin üzərində əməyi olan, bir çoxumuza deb...
06/07/2020

Bu gün, klubumuzun çox özəl üzvlərindən biri, demək olar ki, əksər spikerlərimizin üzərində əməyi olan, bir çoxumuza debatı öyrədən, şüarımız halını alan 'in yaradıcısı Ağarəhim Şavruqzadənin doğum günüdür. Debat-ailə, dəyər, dostluq kimi anlayışları bizə aşılayan Ağarəhimə klub adından təşəkkürlərimizi bildirir, yuxusuz gecələrinin halallığını istəyir, gələcək həyatında uğurlar arzulayırıq.
Doğum günün mübarək, Ağarəhim!

"Bakı Gənclər Debat Forumu- Payız 2019" layihəsi çərçivəsində klubumuzu Azərbaycan bölməsi üzrə təmsil edəcək komanda:"H...
13/12/2019

"Bakı Gənclər Debat Forumu- Payız 2019" layihəsi çərçivəsində klubumuzu Azərbaycan bölməsi üzrə təmsil edəcək komanda:
"HipoTenuz"
1. Almina İdrisli
2. Elmir Yusifzadə
3. Nurlan Abbasov
Komandanın məşqçisi: Samir Qulamzadə

Uğurlar, HipoTenuz!

Salam.Ötən həftə klubumuzun yeni üzvləri üçün ümumi təlimlər baş tutdu . Təlimdə dəstəyi üçün Anar Nuruzadəyə klubumuz a...
22/10/2019

Salam.
Ötən həftə klubumuzun yeni üzvləri üçün ümumi təlimlər baş tutdu . Təlimdə dəstəyi üçün Anar Nuruzadəyə klubumuz adından təşəkkür edirik .
Növbədə isə bizi spiker təlimləri və sezonun ilk turniri olan "Təcrübə turniri" gözləyir .

03/10/2019

30 sentyabrdan etibarən, bir sıra fakültələrə təqdimatlar baş tutmuşdur. Təqdimat əsnasında, debatçılarımız 1-ci kurslara debat haqqında məlumat verir, öz debat təcrübələrindən danışırlar.
Təqdimatlar bitdikdən sonra baş tutacaq ŞOU DEBAT üçün səbirsizlənirik

Mövsümün ilk idarə heyyəti iclası keçirildi. Təqdimat, təlimlər, gələcək planlar haqqında müzakirə edildi .
28/09/2019

Mövsümün ilk idarə heyyəti iclası keçirildi. Təqdimat, təlimlər, gələcək planlar haqqında müzakirə edildi .

Yeni sezonun başlaması ilə birlikdə klubumuz da fəaliyyətinə qaldığı yerdən davam edir . Bu səbəbdən klubumuz ilk iclası...
25/09/2019

Yeni sezonun başlaması ilə birlikdə klubumuz da fəaliyyətinə qaldığı yerdən davam edir . Bu səbəbdən klubumuz ilk iclası ilə birlikdə yeni mövsümə start verdi, yeni idarə heyəti təyin olundu və ən əsası da sədr seçkiləri baş tutdu. Beləliklə, AzTU Debat Klubunun son 1 ildir ki, sədrlik vəzifəsini öz üstünə götürmüş Kəmalə Hacıyeva sədrlik fəaliyyətinin bitməsi ilə əlaqədar olaraq estafeti Fatimə Tağıyevaya təhvil verdi. İndiyə qədər olan bütün əziyyətləri üçün Kəmalə Hacıyevaya təşəkkür edir, gələcək həyatında uğurlar arzulayır, Fatimə Tağıyevanı isə bu münasibətlə təbrik edir və fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq .

Azərbaycan Texniki Universtetinin Debat Klubunun təşkilatçılığı və DVC-nin dəstəyiylə bakalavr və magistr tələbələrini ə...
26/01/2019

Azərbaycan Texniki Universtetinin Debat Klubunun təşkilatçılığı və DVC-nin dəstəyiylə bakalavr və magistr tələbələrini əhatə edəcək "Technical premiere" adlı açıq mix turnirimizə bütün debatçıları gözləyirik.
Turnir 16-17 fevral tarixlərində Azərbaycan Turizm və Menecment Universtetinin Azadlıq korpusunda, Azərbaycan bölməsi üzrə KPD formatında reallaşacaq.
Turnirdə iştirak haqqı 15AZN (1 komanda üçün)
Sözün əsl mənasında Debatın qala gecəsində ən yaxşı filmin və aktyorların kim olduğunu öyrənmək vaxtı çatıb.

8-9 dekabr tarixlərin də " Qış Kuboku" adı altında keçirilən turnirimiz sona çatdı."Ölkədəki nüfus artımı ölkənin sosial...
21/12/2018

8-9 dekabr tarixlərin də " Qış Kuboku" adı altında keçirilən turnirimiz sona çatdı.
"Ölkədəki nüfus artımı ölkənin sosial-iqtisadi rifah səviyyəsinə mənfi təsir göstərir" mövzusunda aparılan debatda final mərhələsinə "Camaatın uşaqları" və "DiapaZON" komandaları vəsiqə qazandı qalib tərəf isə "Camaatın uşaqları" komandası oldu . Onları təbrik edir və uğurlarının davamını diləyirik ❄
Turnirdə iştirak edən komandalarımıza həmçinin qonaq universitetlərin hakim və komandalarına təşəkkürümüzü bildiririk !!! Əsas məqsədimiz olan "Öyrənməyi öyrənmək" prinsipinə əməl etdik və bir çox debatçının debat anlayışna yeni nələrsə qatmağı bacardıq⚜

Turnirdən yadda qalan şəkilləri və ən yaxşı natiqləri sizə təqdim edirik⚜1. Almina İdrisli 2. İlham Əhədov 3. Rasim Qədi...
21/12/2018

Turnirdən yadda qalan şəkilləri və ən yaxşı natiqləri sizə təqdim edirik⚜
1. Almina İdrisli
2. İlham Əhədov
3. Rasim Qədirli
4. Nurlan Hüseynov
5. Fatimə Tağıyeva
6. Elmir Yusifzadə
7. Səbinə Qarayeva və Nigar Hacıyeva
8. Mehman Həsənov
9. Şərqiyyə İbrahimzadə
10. Nurəli Bəşirov

2018 Payız Bakı Gənclər Debat forumunda  universitetimizi  iki komanda təmsil edirdi - HipoTenuz və πR² .  Hər iki koman...
28/11/2018

2018 Payız Bakı Gənclər Debat forumunda universitetimizi iki komanda təmsil edirdi - HipoTenuz və πR² . Hər iki komanda turnirdə klubumuzu layiqincə təmsil etdi və müəyyən uğurlara imza atdı. Hər iki komandamızı və həmişə yanımızda olan AzTU Debat ailəsinin fərdləri olan auditoriyamızı təbrik edirik.

Uzun müddətdir həyəcanla gözlədiyimiz, bütün həvəs və gücümüzlə hazırlaşdığımız BGDF-ə, artıq,  son bir həftə. Həmişə ol...
16/11/2018

Uzun müddətdir həyəcanla gözlədiyimiz, bütün həvəs və gücümüzlə hazırlaşdığımız BGDF-ə, artıq, son bir həftə. Həmişə olduğu kimi bu dəfə də bütün gücümüzlə AzTU Debat klubu üçün. Sadəcə bir fərqlə daha böyük naliyyətlərə👑

Address

H. Cavid Prospekti 25, Bakı, Azərbaycan
Baku
AZ1073

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Texniki Universiteti Debat Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Texniki Universiteti Debat Klubu:

Videos

Share