17/09/2021
Bu həftədən etibarən daha 13 ölkənin vətəndaşının Azərbaycana girişi üçün yaşıl işıq yandı. Vətəndaşlarla bərabər həmin ölkədə yaşayış icazəsi olanlar və vətəndaşlığı olmayan şəxslər də Azərbaycana gələ bilər. Misal üçün, Maksim Ukrayna vətəndaşıdır, amma ABŞ-da yaşayır, green card-ı var. Baxmayaraq ki, Ukrayna vətəndaşlarının Azərbaycana girişinə icazə yoxdur, Maksimin ABŞ oturumu olduğu üçün Azərbaycana gələ bilər. Və ya adamın vətəndaşlığı yoxdur, Almaniyaya sığınıb və Almaniyadan oturum alıb. O da Azərbaycana gələ bilər. Beləliklə, hazırda tam dozalı vaksin sertifikatı və mənfi nəticəli PCR test arayışı təqdim etməklə aşağıdakı ölkə vətəndaşları Azərbaycana gələ bilərlər.
Asanviza-nın saytında müvafiq ölkə vətəndaşları viza ala bilərlər
🇹🇷 Türkiyə Respublikası;
🇷🇺 Rusiya Federasiyası;
🇺🇲 ABŞ;
🇬🇧 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
🇭🇺 Macarıstan Respublikası;
🇮🇱 İsrail Dövləti;
🇸🇩Birləşmiş Ərəb Əmirlikləri;
🇧🇭 Bəhreyn Krallığı;
🇶🇦 Qətər Krallığı;
🇩🇪 Almaniya Federativ Respublikası;
🇦🇹 Avstriya Respublikası;
🇧🇪 Belçika Krallığı;
🇨🇿 Çexiya Respublikası;
🇩🇰 Danimarka Krallığı;
🇨🇮 İrlandiya Respublikası;
🇪🇦 İspaniya Krallığı;
🇸🇪 İsveç Krallığı;
🇨🇭 İsvecrə Konfederasiyası;
🇨🇦 Kanada;
🇱🇺 Luksemburq Böyük Hersoqluğu;
🇲🇹 Malta Respublikası;
🇳🇱 Niderland Krallığı;
🇮🇩 Polşa Respublikası;
🇵🇹 Portuqaliya Respublikası;
🇷🇸 Serbiya Respublikası;
🇸🇬 Sinqapur Respublikası;
🇸🇰 Slovakiya Respublikası;
🇸🇮 Sloveniya Respublikası;
🇬🇷 Yunanıstan Respublikası;
🇨🇳 Çin Xalq Respublikası;
🇪🇪 Estoniya Respublikası;
🇫🇮 Finlandiya Respublikası;
🇫🇷 Fransa Respublikası;
🇭🇰 Honq-Konq (ÇXR);
🇭🇷 Xorvatiya Respublikası;
🇮🇸 İslandiya Respublikası;
🇮🇹 İtaliya Respublikası;
🇱🇻 Latviya Respublikası;
🇲🇾 Malayziya;
🇸🇦 Səudiyyə Ərəbistanı Krallığı;
🇯🇵 Yaponiya;
🇱🇹LitvaRespublikası.