Shamanoutdoors.az

Shamanoutdoors.az Təbiətin gücün hiss edin!
(4)

Bələdçimiz Masud Agha İsmayıllı rayonunun Sulut kəndində yerli sakinlər üçün təşkil edilmiş dağ bələdçiliyi kursunda təl...
13/11/2023

Bələdçimiz Masud Agha İsmayıllı rayonunun Sulut kəndində yerli sakinlər üçün təşkil edilmiş dağ bələdçiliyi kursunda təlimçi kimi çıxış etmişdir.
Layihə rəhbəri turizm mütəxəssisi Fuad bəydir. Layihə Dövlət Turizm Agentliyi maliyyə dəstəti ilə baş tutmuşdur.

Hər kəsə bəllidir ki, İsmayıllı rayonunun zəngin turizm potensialı, tarixi abidələri və ən əsası, özünəməxsus tolerantlığı var. Bu dəfə rayonun Sulut kəndində

Sulut kəndi artıq peşəkar təlim keçmiş yerli bələdçiləri və evləri ilə qonaq qəbul etməyə hazırdır✅️🇦🇿 Xatırladaq ki Fua...
10/11/2023

Sulut kəndi artıq peşəkar təlim keçmiş yerli bələdçiləri və evləri ilə qonaq qəbul etməyə hazırdır✅️🇦🇿
Xatırladaq ki Fuad bəy tərəfindən təşil edilmiş ( ) və maliyyə dəstəyi ilə baş tutan proqramda komandamızın bələdçisi təlimçi kimi çıxış etmişdir.

Mağara ya Köhül — təbii və suni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri.Geomorfoloji te...
17/10/2023

Mağara ya Köhül — təbii və suni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri.
Geomorfoloji termin:
Mağara - (rus. пещера, ing. cave) yer qabı­ğının üst qatında boşluq, yer səthinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll ol­ması, həmçinin suffoziya, abra­ziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar - karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan iba­rət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimis­tik mağarasının uzunluğu ). Mağaraları speleologiya öyrənir.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Mağara

Karst mağaralarıBü cür mağaralar daha çoxdur. Karst mağaraları daha uzun və dərin olur. Bü cür mağaralar süxurların su i...
17/10/2023

Karst mağaraları
Bü cür mağaralar daha çoxdur. Karst mağaraları daha uzun və dərin olur. Bü cür mağaralar süxurların su ilə yuyulmasından əmələ gəlir. Ona görə də karst mağaralarına yalnız orada rast gəlmək olur
Əhəngdaşı və deməli mərmər saf distillə olunmuş su ilə çox p*s həll olunur. Suda həll olunmuş karbon qazı olduqda (təbii şəkildə suyun tərkibində həll olunmuş karbon qazı mövcud olur) isə, suyun həlledicilik qabiliyyəti bir neçə dəfə artsa da, əhəngdaşı istənilən halda ya zəif həll olur, ya da gips və ya düzla müqayisədə zəif həll olunur. Lakin, əhəngdaşınını yuyulması ilə yaranan mağaraların gips və duzun yuyulması ilə yaranan mağaralardan daha böyük olmasının səbəbi budur ki, gips və duzun yuyulması zamanı mağaralarların yaranması kimi, dağılması da sürətlə gedir.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Mağara

Azərbaycan Respublikası ərazisində bir çox təbii mağara aşkar edil­miş­dir ki, onlar Böyük və Kiçik Qafqazın dağətəyi və...
17/10/2023

Azərbaycan Respublikası ərazisində bir çox təbii mağara aşkar edil­miş­dir ki, onlar Böyük və Kiçik Qafqazın dağətəyi və yüksək dağlıq sahələrində, Talış dağlarında və Naxçıvan MR-də yerləşirlər. Ölçülərinə görə mağaralar o qədər böyük olmasalar da, mənşələrinə görə çox fərqlənərək karst, abrazion, erozion, denudasion və s. formalarla təmsil edilirlər. Mağaraların bir hissəsi ibtidai in­sanlara sığınacaq yeri kimi xidmət göstərmiş və yəqin ki, yerli əhalinin ge­netik yaddaşında saxlanaraq müqəddəs “pir” statusu olan sitayiş yerlərinə çev­ril­mişdir. Onlardan ümumdünya əhəmiyyəti qazanmış ən məşhurları Qarabağın Azıx və Naxçıvan diyarının Əshabi-Kəf mağara abidələridir.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Mağara

Lahıc yolu, İsmayıllı
17/10/2023

Lahıc yolu, İsmayıllı

Söhüb kəndi ətrafı. (Quba-2019)Foto: Məsud Ağa
17/10/2023

Söhüb kəndi ətrafı. (Quba-2019)

Foto: Məsud Ağa

Sərsurə kəndi, İsmayıllı
16/09/2023

Sərsurə kəndi, İsmayıllı


Sulut kəndində olan köhndə tikililər
06/09/2023

Sulut kəndində olan köhndə tikililər

🇦🇿 28 MAY Müstəqillik günü bayrağımızı da götürüb Xarıbülbül zirvəsinə (2783m) yürüyüş edirik ! 🇦🇿 II Qarabağ Vətən müha...
19/05/2023

🇦🇿 28 MAY Müstəqillik günü bayrağımızı da götürüb Xarıbülbül zirvəsinə (2783m) yürüyüş edirik !

🇦🇿 II Qarabağ Vətən müharibəsində şəhid olan əsgərlərimizin xatirəsinə təsis edilən zirvədir...

🌳Yolumuz Quba - Xınalıq kəndi - Xarıbülbül zirvəsi (2783m)

⚠️ Qoşulmaq və bu həyəcanı bizimlə bölüşmək istəyənlər! Direct və ya əlaqə nömrəmizlə əlavə məlumat ala bilərsiniz.

• Zirvələrdə görüşənədək! 🙋🏻‍♀️

📍Ağsu-Dilman şəlaləsi kadrlarımızı və turumuzu gözəlləşdirən iştirakçılarımızla 🫶🏻
30/04/2023

📍Ağsu-Dilman şəlaləsi
kadrlarımızı və turumuzu gözəlləşdirən iştirakçılarımızla 🫶🏻

• 7 may üçün bütün planlarınızı təxirə salıb, bizimlə cənub təbiətinə çıxmağın vaxtıdır deyirik! 🤩 Çünki bütün təbiətsev...
30/04/2023

• 7 may üçün bütün planlarınızı təxirə salıb, bizimlə cənub təbiətinə çıxmağın vaxtıdır deyirik! 🤩 Çünki bütün təbiətsevərlərin instagram postlarını bəziyəcək , həm də ruhunuzu oxşayacaq yürüyüşlə qarşınızdayıq ! 🤩

• Bir də bu ay təbiətdən zövqa alacağımız ən möhtəşəm aydır, unutmayaq !😁🫶🏻

____________________________________________
YÜRÜŞÜN PROQRAMI
06:30 - Toplanış ( Gənclik metrosunun Caspian shopping tərəfə olan çıxışı);
07:00 - Bakıdan çıxış;
10:30 - Yardımlı - Viləşçay su anbarına çatırıq;
12:00 - Xanməmməd şəlaləsinə çatırıq;
Nahar fəsiləsi və fotosesiyamızdan sonra gedirik üzü "Köhnə su dəyirmanına" , ordan "Albalı gölünə" gedib çay süfrəsi açırıq, yığışıb gedirik "Təkdam" şəlaləsinə. Şəlalədə də fotosesiyamızı edib, gedirik "Sirli kanyona" . Təbiətdən doyunca zövq alırıq. Kanyonun dadını çıxardıb həftəsonu planımızı tamamlayırıq 👍🏻
18:00 - Bakıya yola düşürük
21:00 - Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
____________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Çətinlik dərəcəsi: yürüş vərdişi olanlar üçün asan;
- Məsafə 6km
____________________________________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
____________________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 39 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi;
- Dağ bələdçisi;
- Nəqliyyat;
- Foto çəkiliş;
Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
____________________________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
+99450 660-36-86 (WhatsApp aktivdir)
____________________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

Bu dəfə bayram tətilindən istifadə edək deyib, Şamaxıya üz tuturuq. Bütün "Şamanları" yığıb tur aparırıq.😁 Özü də  Şamax...
19/04/2023

Bu dəfə bayram tətilindən istifadə edək deyib, Şamaxıya üz tuturuq. Bütün "Şamanları" yığıb tur aparırıq.😁 Özü də Şamaxı -Türbələr turu 🤩
Bir gündə 3 müxtəlif türbə 🤔 :
Diribaba ;
Yeddigünbəz;
Kələxana. - görməyə gedirik. Proqramla tanış olub, qeydiyyatdan keç ! Öz ölkəni bizimlə kəşf et! 😁

YÜRÜŞÜN PROQRAMI
06:30 - Gənclik metrosunda toplaşma(Caspian shopping tərəf çıxış)
07:00 - Bakıdan çıxış
09:00 - Diribaba türbəsi
11:00 - Yeddigünbəz türbələri
12:30 - Kələxana türbələri
13:30 - Sərbəst vaxt, çay və nahar fasiləsi
18:30 - Bakıya qayıdırıq
20:30 - Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
__________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: 6 km
- Çətinlik dərəcəsi: Asan (hər kəs rahatlıqla qoşula bilər😍)

____________________________________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
____________________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 30 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi
- Dağ bələdçisi
- Nəqliyyat
- Foto çəkiliş
Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
_______________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır!

Bu dəfə də həftəsonu Şamaxıya üz tutaq dedik. Yığaq bütün "Şamanları" tur aparaq 😁 Adı da olsun -Şamaxı -Türbələr turu 🤩...
19/04/2023

Bu dəfə də həftəsonu Şamaxıya üz tutaq dedik. Yığaq bütün "Şamanları" tur aparaq 😁 Adı da olsun -Şamaxı -Türbələr turu 🤩
Maraqlı tarixi məkanlarımızla birlikdə tanış olaq 😍
Bir gündə 3 müxtəlif türbə 🤔 :
Diribaba;
Yeddigünbəz;
Kələxana. - görməyə gedirik. Proqramla tanış olub, qeydiyyatdan keçin.Həftəsonunuza biraz tarix qatın! 😁

YÜRÜŞÜN PROQRAMI
06:30 - Gənclik metrosunda toplaşma(Caspian shopping tərəf çıxış)
07:00 - Bakıdan çıxış
09:00 - Diribaba türbəsi
11:00 - Yeddigünbəz türbələri
12:30 - Kələxana türbələri
13:30 - Sərbəst vaxt, çay və nahar fasiləsi
18:30 - Bakıya qayıdırıq
20:30 - Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
__________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: 6 km
- Çətinlik dərəcəsi: Asan (hər kəs rahatlıqla qoşula bilər😍)

____________________________________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
____________________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 30 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi
- Dağ bələdçisi
- Nəqliyyat
- Foto çəkiliş
Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
_______________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır!

Göygöl milli parkı
18/04/2023

Göygöl milli parkı

Bahar bayramınız mübarək olsun!
20/03/2023

Bahar bayramınız mübarək olsun!

Qobustanın üç müxtəlif yerinə tur təşkil edirik. Bu turda siz Nərmankənd mağaraları, Diribaba türbəsi, Sündü mağaraları ...
15/03/2023

Qobustanın üç müxtəlif yerinə tur təşkil edirik. Bu turda siz Nərmankənd mağaraları, Diribaba türbəsi, Sündü mağaraları və şəlalələrini görəcəksiniz.
Sündü kəndi Qobustan "Marsında" özünə məxsus cənnəti olan bir məkandır. Lap səhrada Oazisi xatırladır, xüsusi ilə də yayda.
Kənddə X əsrə aid məscid, kənd ətrafında isə ilk insanların sığınacağı olan mağaralar və şəlalələr var.
__________________________________________
YÜRÜŞÜN PROQRAMI
06:30 - Gənclik metrosunda toplaşma(Caspian shopping tərəf çıxış)
07:00 - Bakıdan çıxış
09:00 - Nərmankənd mağaraları
10:10 - Diribaba Türbəsi
11:10 - Sündü kəndi
11:30 - Sündü mağaraları
13:00 - Təndirdəhnə şəlaləsi
13:30 - Sərbəst vaxt, çay və nahar fasiləsi
18:30 - Bakıya qayıdırıq
20:30 - Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
__________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: 9 km
- Çətinlik dərəcəsi: yürüş vərdişi olanlar üçün asan
____________________________________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
____________________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 35 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi
- Dağ bələdçisi
- Nəqliyyat
- Foto çəkiliş
Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
____________________________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
+994 50 660 36 86
_______________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır

22 yanvar 2023-cü il tarixdə Niyaldağ zirvəsinə yürüş edəcəyik.Niyaldağ zirvəsi Lahıc qəsəbəsi ətrafında yerləşir. Hündü...
19/01/2023

22 yanvar 2023-cü il tarixdə Niyaldağ zirvəsinə yürüş edəcəyik.
Niyaldağ zirvəsi Lahıc qəsəbəsi ətrafında yerləşir. Hündürlüyü 2053 metrdir. Uzun müddət meşə cığırı ilə yürüdükdən sonra yayda çobanların məskunlaşdıqları yaylaqların olduğu və buz kimi bulaq sularının başlandığı açıq dağlıq əraziyə çatırıq. Meşə cığırını izləyən zaman Girdiman qalasının qalıqlarını da görmək mümkündür.
_______________________________
Turun proqramı:
06:30 Gənclik metrosu önündə toplanış
07:00 Lahıc qəsəbəsinə yola düşürük
10:00 Zirvə istiqamətində yürüşə başlayırıq
13:00 Zirvəyə çatırıq
13:00 - 14:00 Zirvədə sərbəst vaxt və nahar fasiləsi
14:00 - Lahıca qayıdırıq
16:00-17:00 Çay süfrəsi
18:00 Bakıya yola düşürük
21:00 Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
_______________________________
LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi və kremi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
_______________________________
QİDALANMA:
* Özünüzlə su ehtiyatı götürün, bundan başqa çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, termosla qaynar su götürməyiniz arzuolunandır.
_______________________________
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 39 AZN
_______________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi
- Dağ bələdçisi
- Nəqliyyat
_______________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə məlumat verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

- MƏLUMATQaranohur gölü İsmayıllı rayonun Talıstan kəndindən təxminən 6 km məsafədə, dəniz səviyyəsindən 1520 metr yüksə...
24/10/2022

- MƏLUMAT
Qaranohur gölü İsmayıllı rayonun Talıstan kəndindən təxminən 6 km məsafədə, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə, sıx meşəliklə əhatə olunmuş dağlıq bir ərazidə yerləşir.
Onun füsünkar gözəlliyi insanı valeh edir. Bura hər fəsildə gəlməyin öz yeri var. Çünki Qaranohur gölü bizi hər zaman təəccübləndirir.
________________________________________________
YÜRÜŞÜN PROQRAMI
06:30 - Toplanış ( Gənclik metrosunun Caspian shopping tərəfə olan çıxışı)
07:00 - Bakıdan çıxış
10:30 - Talıstan kəndi
14:00 - Qaranohur gölü
14:30 - Sərbəst vaxt, çay və nahar fasiləsi
19:00 - Bakıya qayıdırıq
22:00 - Bakıya çatırıq
Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər
_______________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: 12 km
- Çətinlik dərəcəsi: Çətin (yürüş vərdişləri olan üçün orta)
__________________________________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
____________________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 37 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi
- Dağ bələdçisi
- Nəqliyyat
- Foto çəkiliş
- Milli parka giriş bileti
_______________________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
_______________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

••• Heeey eşitməkdik,görmədik deməyin 🤩 Növbəti həftəsonunu indidən rezerv edin 🥳Nəhayət, avqustun 20-21 -i bütün şamanl...
10/08/2022

••• Heeey eşitməkdik,görmədik deməyin 🤩 Növbəti həftəsonunu indidən rezerv edin 🥳
Nəhayət, avqustun 20-21 -i bütün şamanları toplayıb, gedirik Şamaxıda kamp qurmağa. 🏕
Özü də nə kamp...🤩
• Həm əyləncə, həm istirahət , yeni tanışlıqlar, və s. Hamısını meşənin içində, gölün kənarında 2 gün ərzində .az -la yaşamağa nə deyirsiz? Hələ Şamaxıda görməli olduğunuz yerlərə də vaxtımız qalacaq 🤩

photo:

Kamp proqramı:
________________
1ci gün
08:00-Bakıdan çıxış;
11:00-Qaladərəsinə çatmaq;
11:30-çadırların qurulması;
13:30 - 14:30 nahar yeməyi;
15:00 - 17:00 asudə vaxt;
17:30-20:00 - əyləncəli oyunlar;
20:00 - 21:00 - şam yeməyi;
21:00 - 23:20 - oyunlara davam (Mafiya gecəsi)
23:30- Yatmaq zamanı ki,səhər tezdən dura bilək 😁
________________
2ci gün:
08:00 oyanmaq;
08:30 -09:30 səhər yeməyi;
10:00 -11:00 çadırları toparlamaq;
11:30 -13:00 Xalıt şəlaləsinə yürüş;
13:30 -14:30 nahar yeməyi;
15:00 - ərazidən çıxış;
16:00 - 17:00 Rəsədxana;
17:00 -18:00 Nərman kənd mağaraları.
18:00 - 21:00 - Bakıya qayıdış.
Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər
_______________

YÜRÜŞ BARƏDƏ MƏLUMAT:

- Çətinlik dərəcəsi: Orta-Asan
- Məsafə : 7 km
_______________
Görəcəyimiz yerlər:
- Xalıt şəlaləsi;
- Yaşıl göl;
- Rəsədxana;
- Nərimankənd mağaraları.
_______________
LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr);
- Rahat geyim, su və külək keçirməyən gödəkçə;
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı;
- Gün eynəyi;
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.);
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.);
_______________
QİDALANMA:
* Özünüzlə yemək və su ehtiyatı götürün, bundan başqa çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, termosla qaynar su götürməniz arzuolunandır.

.az - team- indən Ağsu inciləri 😁 📍 Dilman şəlaləsi
08/08/2022

.az - team- indən Ağsu inciləri 😁
📍 Dilman şəlaləsi

- 🔸- MƏLUMAT: Bu həftəsonu Sım kəndi ərazisində yerləşəm Dusdaqxana, Aşağı Şirhal şəlaləsinə və Ballı Qayaya yürüşümüz o...
03/08/2022

- 🔸- MƏLUMAT:
Bu həftəsonu Sım kəndi ərazisində yerləşəm Dusdaqxana, Aşağı Şirhal şəlaləsinə və Ballı Qayaya yürüşümüz olacaq. 🤩
Qeyd etmək istərdik ki, Sım sözü talış dilində “sıldırım”, “hündür” mənasındasır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur 😌
_________________________________________
🔸YÜRÜŞÜN PROQRAMI :
06:15 - Toplanış ( Gənclik metrosunun Caspian shopping tərəfə olan çıxışı);
06:30 - Bakıdan çıxış;
11:00 - Sım kəndi;
11:30 - Kənddən şəlaləyə doğru yürüşə başlama;
13:00 - Şəlaləyə çatma;
13:30 - Sərbəst vaxt, çay və nahar fasiləsi;
16:00 - Geri qayıtma;
17:30 - Bakıya yola düşmə;
22:00 - Bakıya çatırıq.
⚠️Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər.
_________________________________________
🔸YÜRÜŞ BARƏDƏ MƏLUMAT:
- Ümumi məsafə: 7 km ;
- Ümumi vaxt: 6 saat ;
- Çətinlik dərəcəsi: Orta ;
- Yürüşə başlanılan nöqtənin hündürlüyü təxminən 500 m ;
- Qalxacağımız ən hündür nöqtə təxminən 1000 m.
__________________________________________
🔸LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr);
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə;
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı;
- Gün eynəyi;
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.);
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.).
____________________________________________
🔸TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 39 AZN
____________________________________________
🔸QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi;
- Dağ bələdçisi;
- Nəqliyyat;
- Foto çəkiliş.
_______________________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir)
+99450 660-36-86 (WhatsApp aktivdir)
_______________________________________
*Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
⚠️ Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

Qrız kəndi
13/07/2022

Qrız kəndi

"Macəra dolu Amerika"-deyimini rahat şəkildə - Macəra dolu .az - la əvəz edə bilərsiz 😁 • Yenə turumuzun sürpriz qonağı ...
28/06/2022

"Macəra dolu Amerika"-deyimini rahat şəkildə - Macəra dolu .az - la əvəz edə bilərsiz 😁
• Yenə turumuzun sürpriz qonağı var idi 🤩
• Daha bir macəra, təbiət, sevgi, hiking, istirahət dolu həftəsonundan kiçik kadrlar 🤩📸
•• Əmbil gölündə 4 fəsil üçün foto çəkdirənlər kim, pinterest style fotoları olanlar kim,
göl ətrafı hiking edənlər kim,
Nicat kababları ilə orqanik bəslənənlər kim,
matını sərib təbiətdə yuxuya gedən kim,
Hamak-da kitab oxuyan kim...

Gələ dəfəki Əmbil gölü hikingini qaçırtmayın 💫 Çünki izah edilməz, yaşanır 😁

photos crdt:

Və budur, bu həftəsonu yenə öz ölkəmizi qarış-qarış kəşf etməyə doğru ! 🤩Hazırlaşın,həftəsonuna möhtəşəm mənzərəli, 4 fə...
22/06/2022

Və budur, bu həftəsonu yenə öz ölkəmizi qarış-qarış kəşf etməyə doğru ! 🤩
Hazırlaşın,həftəsonuna möhtəşəm mənzərəli, 4 fəsildə də gedilməli olan Əmbil gölünə yürüyüşə çıxırıq. 🥳 4 fəsil şəkillərinizə start verə bilərsiz, məsələn 😁🤔

- MƏLUMAT:
Əmbil Gölü Şabran rayonun Zeyvə kəndindən təxminən 5 km məsafədə, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, sıx meşəliklə əhatə olunmuş dağlıq bir ərazidə yerləşir.
Onun füsünkar gözəlliyi bura hər fəsildə gəlməyə məcbur edir.
________________________________________________
YÜRÜŞÜN PROQRAMI:
07:00 - Toplanış ( Gənclik metrosunun Caspian shopping tərəfə olan çıxışı);
07:30 - Bakıdan çıxış;
10:30 - Zeyvə kəndi;
12:00 - Əmbil gölü
14:00 - Sərbəst vaxt, çay və nahar fasiləsi;
18:00 - Bakıya qayıdırıq;
21:00 - Bakıya çatırıq;
⚠️Qeyd: Yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec və ya tez ola bilər.
_______________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: 10 km
- Çətinlik dərəcəsi: yürüş vərdişi olanlar üçün asan.
__________________________________________
LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr);
- Rahat geyim, suya və küləyə davamlı gödəkçə;
- Rahat və suya davamlı bot və ya idman ayaqqabısı;
- Gün eynəyi;
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.);
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.).
____________________________________________
💸 TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 35 AZN
____________________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Çay süfrəsi;
- Dağ bələdçisi;
- Nəqliyyat;
- Foto çəkiliş.
_______________________________________
☎️ QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+99455 318-37-59 (WhatsApp aktivdir);
+99450 660-36-86 (WhatsApp aktivdir).
_______________________________________
*❗️Ödəniş öncədən E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsi qəbul olunur
* ❗️Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

• .az -la Öz ölkəni kəşf et !   • Ağsu-Dilman teamindən bir parça 😁(tam team deyil, kadr arxası team member-lərimiz də v...
22/06/2022

• .az -la Öz ölkəni kəşf et !


• Ağsu-Dilman teamindən bir parça 😁

(tam team deyil, kadr arxası team member-lərimiz də var, sizi də unutmadıq🧡)

• Ötən həftəsonu Ağsu-Dilman şəlaləsi turunda daha sakit, möhtəşəm cığır yürüyüşündən sonra daha istirahətyönümlü gün ke...
22/06/2022

• Ötən həftəsonu Ağsu-Dilman şəlaləsi turunda daha sakit, möhtəşəm cığır yürüyüşündən sonra daha istirahətyönümlü gün keçirtdik. Əlbəttə ki, bu yerdə -un kabablarını da unuda bilmərik 🫠

••• Baxırıq ki, heç bir tur bir-birini təkrar etmir 😁
Həm iştirakçılar, həm getdiyimiz yerin enerjisi , fərqliliyin ən böyük amilləridir!

👉🏻 Bu həftəsonu hansı enerji ilə, hansı fərqliliyi yaşayacayıqqsa, hamıya sürprizdir 😁 Bəs siz həftəsonunu hələ də hara gedim deyə düşünürsüz? Siz düşünün, biz gedirik 😁
Ama çox düşünüb bir yer tapmasaz , burdayıq 🫡

22/06/2022

O gün yenə şəlalədə çay içirdik 😂

• Shaman-larla Dilman şəlaləsində lavandalı çay keyfi☕️🌳

Address

Z. Aliyeva 59\26
Baku

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+994506603686

Website

Alerts

Be the first to know and let us send you an email when Shamanoutdoors.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shamanoutdoors.az:

Videos

Share

5 Seasons Azerbaijan

Human expressed the time in different partitions. He divided the changeability of the nature into seasons. Everyone knows the standard 4 seasons shaped people's plans, vision of life ... There is also beyond the standard season, this is the 5th Season. This season is actually a person's own world, a different season in which he wants to live all over the seasons.

As the 5 Season page we plan to introduce you virtual and lively with rich nature of Azerbaijan and other countries in all seasons. On this page, you will be able to see the various photos from most remote places, different hiking including the extreme situations, the people of our country and their various traditions, and also you will get the opportunity to become their real participant.

Follow us, Stay with us, Experience 5th Season inside 4 Seasons ..

Nearby travel agencies



You may also like