Azərbaycanın ən iri şirkətlərdən biri – Gəmiqaya Holdinq hazırda nəinki Azərbaycanın, ümumilikdə dünyanın məşhur brendlərindən birinə çevrilməkdədir. Holdinq öz adını Naxçıvanın Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya zirvəsindən alıb. Min illər boyu Gəmiqaya yaylaqları Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edib. İndi isə Gəmiqaya Holdinqi də bu məkanın iqtisadiyyatında
ən önəmli oyunçulardan biridir. Başı qarla, ağ buludlarla örtülü olan Gəmiqaya zirvəsi uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Gəmiqaya Holdinqi də Azərbaycan iqtisadiyyatında əminliklə öz kursu ilə üzən, daim irəliyə doğru yol tutan nəhəng şirkətlər qrupudur. Gəmiqaya Holdinqin əsasını təşkil edən təşkilatlar öz fəaliyyətinə yenidən qurma və inşaat, bərpa və tikinti işləri sahəsində müxtəlif layihələrin icrası ilə başlayıb. Lakin zaman keçdikcə, fəaliyyət sferasını genişləndirərək sənaye, dağ-mədən, turizm və qida sektorlarına da baş vurmaqla artıq şirkətlər qrupuna çevrilib. Hazırda öz uğurlu fəaliyyəti, sonsuz nailiyyətləri ilə Gəmiqaya Holdinq mərkəzi Naxçıvan şəhəri olan bir beynəlxalq təşkilat adını qazanıb. Gəmiqaya Holdinq həm lokal, həm də beynəlxalq aləmdə fəaliyyətinə davam etməkdədir. Gəmiqaya Holdinqin fəaliyyətində prioritet istiqamət - səviyyəli xidmət təklif etməklə keyfiyyətli mal istehsal etmək, xaricə bağlılığı azaldaraq yerli resurslardan istifadəni artırmaqdır.
İnsan qaynaqlarına daim sərmayə yatıran Gəmiqaya Holdinq öz işçilərinin peşə və fərdi inkişafına kömək etmək məqsədilə onlar üün mütəmadi olaraq treninqlər təşkil edir. Gəmiqaya Holdinqin portfelində Biləv Su Elektrik Stansiyası Layihəsi Naxçıvan-Sədərək Beynəlxalq Quru Yol Layihəsi, Naxçıvan şəhərinin Su və Kanalizasiya Şəbəkəsinin Yenilənmə layihəsi və digər uğurlu, səs-küy salan proyektlər var. Hazırda holdinqə daxil olan qurumlar tikinti materialları, metal və mebel sənaye sahələrində, mərmər və plastik materialları, qida və mədənçilik sənayesi sketorunda ən aparıcı şirkətlər kimi çıxış edir. Bundan əlavə, Gəmiqaya Holdinq məktəb, ekoloji stansiya, tibb mərkəzləri, yaşayış binaları, su kanalı və idman komplekslərinin tikinti layihələrini icra edib.
Şirkətlər qrupunun əsas dəyərləri – gördüyü hər bir işdə yüksək keyfiyyətə nail olmaq, etibarlı partnyor adını qorumaq, müasir, yeniliyə açıq işçilərdən ibarət komanda ilə irəliyə getmək, ətraf mühitə qayğı göstərməkdən ibarətdir. Vizyonumuz
Sosial həyatda şəffaflıq, iqtisadi həyatda fərdi rifah və sabitliyə yardım edərək, ticarət və sənaye platformalarında məhsuldar və davamlı investisiyaların həyata keçirilməsi. Missiyamız
İstehlakçı üçün pərakəndə bazarlarda təqdim olunan məhsul və xidmətlərimizdə ən müasir texnologiyaya söykənən məhsullar təqdim etmək. Texnologiyanın inkişafının verdiyi imkanları dəyərləndirmək, onları işimizdə tətbiq etmək, bu amalların reallaşdırılması üçün zəruri olan addımları atmaq.