Muhasibatliq Xidmetleri

Muhasibatliq Xidmetleri İstehsalat, xidmət və satış sahələri üzrə Mühasibat xidmətləri. Aylıq, rüblük, illik - Vergi, DSMF, Statistika, Məşğulluq və s. hesabatların hazırlanması.

09/02/2024

Nazirlər Kabineti 7 sahə üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi haqqında qərar imzaladı (SİYAHI)

Baş Nazir ƏIi Əsədovun imzaladığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli 69 nömrəli qərarı ilə Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin SİYAHISI təsdiqlənib. Qərara əsasən, Mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:

1. Sənaye
2. Kənd təsərrüfatı
3. İnformasiya və rabitə
4. Turizm
5. Tikinti
6. Nəqliyyat
7. Ticarət.

Qərarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

30/12/2021

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333) 3.4.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.4.10-3.4.13-cü maddələr əlavə edilsin:

“3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;

3.4.12. tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;

3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il

2022-Cİ İL ÜÇÜN İŞ VAXTI NORMASI VƏ İSTEHSALAT TƏQVİMİ TƏSDİQ EDİLİB.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Koll...
30/12/2021

2022-Cİ İL ÜÇÜN İŞ VAXTI NORMASI VƏ İSTEHSALAT TƏQVİMİ TƏSDİQ EDİLİB.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Startapın müəyyən olunması meyarları təsdiqləndi.Məlum olduğu kimi 2019-cu ildən etibarən Vergi Məcəlləsinə “Startap” an...
25/02/2021

Startapın müəyyən olunması meyarları təsdiqləndi.

Məlum olduğu kimi 2019-cu ildən etibarən Vergi Məcəlləsinə “Startap” anlayışı daxil edilmişdir. Eyni zamanda Vergi Məcəlləsi ilə “Startap” şəhadətnaməsi alanlar üçün vergi güzəştləri müəyyən olunur. Belə ki, “Startap” şəhadətnaməsi alanlar şəhadətnamə alandan sonra 3 il müddətinə gəlir/mənfəət vergisindən azad edilir. Sözügedən güzəşti əldə etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 29 yanvar 2021-ci il 20 saylı Qərarı ilə Startapın müəyyən olunması meyarlarını (bundan sonra “Meyarlar”) təsdiqlədi.

“Startap” şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər:

mikro və ya kiçik sahibkarlıq subyekti olmalı;
orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalı;
rezident vergi ödəyicisi olmalıdır.
Bundan əlavə ərizəçilərin təqdim edəcəyi məhsulla bağlı da aşağıdakı meyarlar müəyyən edilmişdir:

məhsul (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunmalı;
innovativ təşəbbüsə əsaslananmalı:
mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşmasına əsaslanmalıdır.
rəqabətqabiliyyətli olmalıdır;
qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması olmalıdır;
digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməlidir.
Əlavə olaraq nəzərinizə çatdıraq ki, Meyarlarda “Startap” şəhadətnaməsinin alınması qaydası, şəhadətnamə itirildikdə onun dublikatının verilməsi və eləcə də şəhadətnamənin ləğv edilməsi qaydaları da öz əksini tapıb. Qeyd edək ki, “Startap” şəhadətnaməsinin alınması üçün ərizəçi özü və ya təmsilçisi tərəfindən imzaladığı ərizəni elektron və ya yazılı formada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim etməlidir.

Meyarların təfsilatı ilə buradan tanış ola bilərsiniz:

https://nk.gov.az/az/document/5114/

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

05/02/2021

"İcbari Tibbi Siğorta" üzrə 1%-lik ödənişlərin rekvizitləri:

Ödənişi alan
"İcbari Tibbi Siğorta Üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxs

VÖEN: 1701911851
H.H: AZ04CTRE00000000000008838301

Ödəniş təsnifat kodu
124110 - Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
124210 - Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

Büdcə səviyyə kodu
7

Bank rekvizitləri
Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Xəzinədarlığı Agentliyi
210005
1401555071
CTREAZ22
AZ41NABZ01360100000000003944

23/01/2021

2021-ci il üçün AR Vergi Məcəlləsində dəyişikliklər...

AR Prezidenti AR Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Belə ki, 31.12.2020 tarixində təsdiqlənmiş AR Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən

164.1.51-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.52-ci və 164.1.53-cü maddələr əlavə edilsin:

“164.1.52. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə;

164.1.53. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə.”.

Bundan başqa, aşağıdakı dəyişikliklər edilib:

1. 150.1.9-cu maddəyə “torpaq” sözündən əvvəl “fiziki şəxslər tərəfindən” sözləri əlavə edilsin və həmin maddədən “106.1.16-cı,” sözləri çıxarılsın.

2. 218.4.5-ci maddəyə “həyata keçirən” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin. 3. 218-1.1.5.2-ci maddədən “106.1.16-cı,” sözləri çıxarılsın.

Mənbə: https://president.az/articles/

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə...
23/01/2021

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir

Məlum olduğu kimi, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün keçiriləcəkdir:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir.

İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir: 1-ci mərhələ mühasibat uçotu, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edəcəkdir.

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

İlkin olaraq sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçiriləcəkdir.

Sınaq imtahanı ödənişlidir, iştirak haqqı 40 AZN-dir.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcəkdir.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 2021-ci il 22 yanvar – 08 fevral tarixlərində DİM-in internet səhifəsində aparılacaqdır.

Namizədlər DİM-in rəsmi internet səhifəsində bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 21 fevral 2021-ci il tarixində keçiriləcəkdir.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır.

İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz).

İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir.

İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahanın hansı formada keçirilməsi barədə məlumat veriləcəkdir.

Mənbə: http://dim.gov.az/news/6156/?fbclid=IwAR0UqoMRZtVRVrw8lCbfvV8f-ZLIplXUoBIQ_jv5pBEr78EdRipkT_hkK8s

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir

18/12/2020

*İcbari tibbi sığorta xidmətləri daha bir il ƏDV-dən azad edilir.*
18 Dekabr 2020 14:01

Dəyişikliyə əsasən icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad ediləcək.

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Turkustan.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad edilir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

2019-CU İL ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASINDA YAŞAYIŞ MİNİMUMUNDA NƏZƏRDƏ TUTULMUŞ DƏYİŞİKLİK...Azərbaycanda 2019-cu il üçü...
27/10/2018

2019-CU İL ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASINDA YAŞAYIŞ MİNİMUMUNDA NƏZƏRDƏ TUTULMUŞ DƏYİŞİKLİK...

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği məlum olub.

Məlumata görə, bu barədə "2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

Məlumata görə, bu barədə "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 143 manat məbləğində müəyyən edilib.

"2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyənləşdirilmişdi.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında", " 2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

GƏLİR VERGİSİ ÜZRƏ GÜZƏŞTLƏR HAQQINDA2019-cu ildə muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar həyata keçiriləcək....
27/10/2018

GƏLİR VERGİSİ ÜZRƏ GÜZƏŞTLƏR HAQQINDA

2019-cu ildə muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar həyata keçiriləcək.

"Report" xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.

"2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir", - büdcə zərfində qeyd olunub.

Sənəddə göstərilir ki, islahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda, gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN DİQQƏTİNƏ...
27/10/2018

SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN DİQQƏTİNƏ...

27/10/2018

PEŞƏKAR MÜHASİB SERTİFİKATININ ƏLDƏ EDİLMƏSİNİN MÜDDƏTLƏRİ VƏ ARDICILLIĞI HAQQINDA...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 464 Nolu Qərarı.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə
hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilsin:
1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;
2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;
5. büdcə təşkilatları üzrə:
5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;
5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək.

Müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi planlaşdırılır.2019-cu ildə...
27/10/2018

Müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi planlaşdırılır.

2019-cu ildən etibarən hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 29 mln. manat və ya 15,9% çoxdur.

"Report" xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, həmin məbləğin 68,7%-i və ya 145 mln. manatı qeyri-neft sektorunun, 31,3%-i və ya 66 mln. manatı neft sektorunun payına düşür.

Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi neft sektoru üzrə 12 mln. manat və ya 22,2%, qeyri-neft sektoru üzrə 17 mln. manat və ya 13,3% çox proqnozlaşdırılır.

"Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar nəticəsində əsas vəsaitlərin balansa alınması, həmçinin Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsinin nəzərə alınmasıdır", - deyə büdcə zərfində qeyd olunub.

30/09/2018

SADƏLƏŞDİRİLMİŞ VERGİNİN LƏĞV EDİLMƏSİ PLANLAŞDIRILIR.

AR Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında" "Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılmasıilə bağlı aşağıdakı 1.2.4 nömrəli tədbir nəzərdə tutulmnuşdur:
Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır.

Belə ki, Dövlət Proqramında bu tədbirin yerinə yetirilməsi səbəbləri aşağıdakı kimi açıqlanır

5.1.2. Prioritet 1.2. Vergi sisteminin effektivliyinin artırılması

İtisadi subyektləri nağd ödənişlərə həvəsləndirən səbəblərdən biri iqtisadiyyatda vergidən yayınma motivlərinin hələ də qalmasıdır. Ona görə də ilk növbədə vergidən yayınma hallarının vergiyə cəlb olunma stimulları ilə aradan qaldırılması vacibdir. Vergidən yayınma motivlərinin vergiyə cəlb olunma motivləri ilə əvəzlənməsi iqtisadi dövriyyənin şəffaflaşmasına və leqallaşmasına, bununla da nağdsız hesablaşmaların genişlənməsinə, daha çevik və rahat elektron (rəqəmsal) ödənişlərə meylin güclənməsinə gətirib çıxaracaqdır.

Son dövrlərdə rəqəmsal ödənişlərin genişləndirilməsinə hədəflənmiş bir sıra hüquqi aktlar qəbul edilmiş, islahatlar aparılmışdır. Çevik və səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) yaradılmışdır. Hazırda vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi AVİS vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektlərinin qeydiyyatı sadələşdirilmiş rejimdə, "bir pəncərə" prinsipi ilə aparılır. Bu, biznes mühitini xeyli yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını zəiflətmişdir.

Bununla belə, vergi sistemində aparılmış vacib islahatlara baxmayaraq vergidən yayınmaya səbəb olan inzibati və iqtisadi motivlərin bir daha araşdırılması, sahibkarlıq subyektlərinin mövcud vergi yükünün, vergilərin hesablanması qaydalarının beynəlxalq təcrübəyə uyğun təhlil edilərək qiymətləndirilməsi və bu sahədə islahatların davam etdirilməsi vacibdir

AR Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə də vergi islahatlarının davam etdirilməsi və səmərəli vergi sisteminin təşviq edilməsi nəzərdə tutulmuşdur. İslahatlar vergilərin sadələşdirilməsi, iqtisadiyyatda vergi yükünün optimallaşdırılması, vergiyə cəlbi stimullaşdıran vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi uçotunun və hesabatlığının sadələşdirilməsi kimi tədbirləri əhatə edir. Bu tədbirlərin effektiv icrası qeyri-rəsmi iqtisadi dövriyyənin azalması, qeyri-nağd ödənişlərin ən müasir formalarının, rəqəmsal ödənişlərin geniş miqyasda tətbiqi üçün əlverişli mühit yarada bilər.

Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Lakin sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır.

Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 - 4,3%, 2015 - 2,4%, 2014 - 2,2%, 2013 - 1,8%)3. Sadələşdirilmiş vergi daxilolmalarında illər üzrə artım müşahidə edilmişdir. (Diaqram 5). Lakin bu artım iqtisadiyyatda ümumi iqtisadi dövriyyənin nominal artım tempinə uyğundur.

Nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar. Əksər dünya ölkələrində olduğu kimi, ƏDV vergi daxilolmalarında başlıca paya malikdir. ƏDV sistemində vergidən yayınma "imkanları" nisbətən daha məhduddur (Diaqram 6). ƏDVnin bütün iqtisadi subyektlərə tətbiqi nağdsız hesablaşmalara da şərait yaradır.

ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər.

Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bununla yanaşı nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı qanunvericiliyə əlavələrin edilməsi nəzərdən keçirilə bilər. Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.

Tədbir 1.2.1. Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması

Ədalətli vergi səviyyəsi qiymətləndiriləcək, uğurlu beynəlxalq təcrübəyə uyğun olaraq vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır.

Bu istiqamət üzrə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.3), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

Tədbir 1.2.2. Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi

Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün aparıcı ölkələrin təcrübələri nəzərdən keçiriləcəkdir. Vergiyə cəlbi stimullaşdıran, vergi uçotunun və hesabatlığının aparılması üzrə məsləhət xidmətlərinin geniş miqyasda və effektiv tətbiqini nəzərdə tutan vergi inzibatçılığı daha da gücləndiriləcəkdir.

Bu istiqamət üzrə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə (strateji hədəf 4, tədbir 4.1.2), "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.2), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

Tədbir 1.2.3. Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması

E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcəkdir.

Bu istiqamət üzrə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə (strateji hədəf 4, tədbir 4.1.2), "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.2), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

Tədbir 1.2.4. Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması

Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır.

Tədbir 1.2.5. "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi

Bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.

Dövlət proqramına əsasən 1.2.1 nömrəli "Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Dövlət proqramına əsasən 1.2.2 nömrəli "Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Dövlət proqramına əsasən 1.2.3 nömrəli "Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliy olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Dövlət proqramına əsasən 1.2.4 nömrəli "Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçı isə AR Maliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Dövlət proqramına əsasən 1.2.5 nömrəli "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi" tədbirinin əsas icraçısı AR Maliyyə Nazirliyi, digər icraçı isə AR Vergilər Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Address

Baku
AZ1130

Telephone

+994505569288

Website

Alerts

Be the first to know and let us send you an email when Muhasibatliq Xidmetleri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Muhasibatliq Xidmetleri:

Share