Lənkəran Regional Turizm İdarəsi

Lənkəran Regional Turizm İdarəsi Lənkəran Regional Turizm İdarəsi Cənub bölgəsi üzrə 13 rayonu əhatə edir. 1.1. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

in Lənkəran Regional Turizm İdarəsi yaradılımışdır ilə yaradılmışdır. (https://e-qanun.az/framework/53461) İdarə fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Agentliyin yerli struktur qurumudur. Lənkəran Regional Turizm İdarəsi Şirvan şəhərini, həmçinin Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Neftçala, Salyan, İmişli rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7.

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində peşə təhsilində dövlət-özəl əməkdaşlı...
28/01/2025

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfrans təşkil olundu. Konfransda Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov, bölgədə fəaliyyət göstərən dövlət qurumları, həmçinin peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak etdilər. Konfransda dövlət qurumlarının, biznes sektorunun, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin iştirakı ilə peşə təhsilinin regionun iqtisadi inkişafındakı strateji əhəmiyyəti müzakirə olundu. Dövlət qurumlarının və sahibkarların mövzu ilə bağlı panel müzakirələri aparıldı.

24/01/2025
Lənkəran Regional Turizm İdarəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərək şəhi...
20/01/2025

Lənkəran Regional Turizm İdarəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Şəhidlərimizin əziz xatirəsini qürurla anırıq!
20/01/2025

Şəhidlərimizin əziz xatirəsini qürurla anırıq!

Lənkəran RTİ əməkdaşları tərəfindən Neftçala rayonuna səfər edilərək, Neftçala RİH əməkdaşları ilə birgə rayonun Həsənab...
14/01/2025

Lənkəran RTİ əməkdaşları tərəfindən Neftçala rayonuna səfər edilərək, Neftçala RİH əməkdaşları ilə birgə rayonun Həsənabad qəsəbəsi yaxınlığında yerləşən dəniz sahili ərazilərin turizm baxımından istifadə imkanlarının ilkin araşdırılması aparılmışdır.

Yerləşmə müəssisələrində turistlərə təqdim olunan  xidmət səviyyəsinin normativ tələblərə uyğun olması ilə bağlı Lənkəra...
10/01/2025

Yerləşmə müəssisələrində turistlərə təqdim olunan xidmət səviyyəsinin normativ tələblərə uyğun olması ilə bağlı Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən monitorinqlər yanvar ayı ərzində də davam etdirilmişdir.

Yanvar ayında Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən bölgədə fəaliyyət göstərən yerləşmə müəssisələr...
10/01/2025

Yanvar ayında Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən bölgədə fəaliyyət göstərən yerləşmə müəssisələrində qalan turistlərə bölgənin zəngin turizm potensialını təbliğ etmək üçün yeni çap materialları verilmişdir.

Hörmətli Lənkəranlılar və şəhərimizin qonaqları!Lənkəran şəhərinin turizm potensialı, eləcə də yerli və xarici turistlər...
08/01/2025

Hörmətli Lənkəranlılar və şəhərimizin qonaqları!
Lənkəran şəhərinin turizm potensialı, eləcə də yerli və xarici turistlərin artmaqda olan marağını və məlumat əldə etmə ehtiyaclarını nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhəri, Qala xiyabanı ünvanında (Borani restoranın qarşısı) Lənkəran Turizm İnformasiya Məntəqəsi quraşdırılıb.
Turizm İnformasiya Məntəqəsi həftənin 5 günü saat 09:30-dan 17:30-a kimi fəaliyyət göstərəcək. Burada Lənkəran və Cənub bölgəsinə daxil olan turistik destinasiyaların müxtəlif çap materialları və bölgəmizin turizm potensialı haqqında geniş məlumat əldə edə bilərsiniz.

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binas...
02/01/2025

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.

01/01/2025
Bayram günlərində regiona gələn turistlərin sayının artmasını nəzərə alaraq Lənkəran RTİ-nin sifarişi ilə hazırlanan yen...
29/12/2024

Bayram günlərində regiona gələn turistlərin sayının artmasını nəzərə alaraq Lənkəran RTİ-nin sifarişi ilə hazırlanan yeni çap məhsulları yerləşmə və turizm müəssisələrinə təqdim olundu.

Cənub bölgəsində termal-mineral, balneoloji və süfrə sularının təbii mənbələrinin monitorinqi üzrə işlər artıq başlamışd...
28/12/2024

Cənub bölgəsində termal-mineral, balneoloji və süfrə sularının təbii mənbələrinin monitorinqi üzrə işlər artıq başlamışdır. Bununla bağlı dekabr ayında Lənkəran RTİ-nin əməkdaşları Geoloji Kəşfiyyat Agentliyinin nümayəndələri ilə birgə Yardımlı, Lerik, Cəlilabad, Astara, Masallı rayonları və Lənkəran şəhərinə sahə səfərləri edərək termal su mənbələrində ilkin monitorinqlər aparmışlar.

Artıq qış mövsümünün gəlməsinə baxmayaraq xarici turistlərin Cənub bölgəsinə marağı azalmır. Bu gün Almaniyadan olan tur...
28/12/2024

Artıq qış mövsümünün gəlməsinə baxmayaraq xarici turistlərin Cənub bölgəsinə marağı azalmır. Bu gün Almaniyadan olan turistlər Lənkəran RTİ-nin ofisində bölgənin turistik məkanları haqqında məlumatlar verildi, yerli bələdçilərlə əlaqələndirmədə dəstəy göstərildi. Göstərilən diqqətə və dəstəyə görə qonaqlar öz təşəkkürünü bildirdilər.

Dekabr ayında qarşıda bayram günlərinin gəlməsi ilə əlaqədar turist sayında artım olacağını nəzərə alaraq, Lənkəran Regi...
27/12/2024

Dekabr ayında qarşıda bayram günlərinin gəlməsi ilə əlaqədar turist sayında artım olacağını nəzərə alaraq, Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən bölgədə fəaliyyət göstərən yerləşmə müəssisələrinin monitorinqi davam etdirilmişdir.

Address

Qala Xiyabani 11
Lankaran
AZ-4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994772705171

Website

https://tourism.gov.az/

Alerts

Be the first to know and let us send you an email when Lənkəran Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lənkəran Regional Turizm İdarəsi:

Videos

Share