Xalqın Qəlbində Əbədiləşən Lider...
O, xalqın ən çətin günlərində ümid işığı oldu. Azərbaycanı bəla və böhranlardan xilas etdi. Heydər Əliyev üçün xalqına xidmət etmək ən ali vəzifə idi. Liderliyi ilə ölkəni parçalanmaq təhlükəsindən qoruyaraq sabitlik və inkişaf yoluna çıxardı.
O, yalnız bir dövlət xadimi deyil, həm də xalqın ruhunu, mədəniyyətini, milli kimliyini qoruyan böyük bir şəxsiyyət idi. Heydər Əliyev Azərbaycanın dünya miqyasında tanınması üçün yorulmadan çalışdı. Azərbaycanın ən çətin dönəmlərində qətiyyətli addımları ilə həm xalqını, həm də dövlətini qorumağı bacardı. Müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafının əsasını qoyan əfsanəvi lider olmağı bacardı.
Ümummilli Lider əbədiyyətə qovuşsa da, xalqın yaddaşında daim yaşayan bir zirvədir. Bu gün müstəqil Azərbaycan onun ideyalarının və irsinin parlaq təcəssümüdür.
8 Noyabr- Zəfər Günü qeyd olundu
Şəhid Əkbərov Aqil Fayəddin oğlunun doğum gününə həsr olunan tədbir keçirildi
Şəhid Qulamzadə Afərin Müqəddəs oğlunun doğum gününə həsr olunan tədbir keçirildi
"Yaşıl dünya-Mavi səma" layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin (kimsəsiz) uşaqları üçün təbiətə növbəti ekskursiya təşkil olunub.
Müqəddəs Qurban bayramı münasibətilə Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evində (kimsəsiz) uşaqlar üçün bayram süfrəsi açılıb
Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin (kimsəsiz) uşaqları üçün Şirvan Milli Parkınına ekskursiya təşkil olunub
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Cəsur Qəhrəmanlar" adlı kitabın təqdimat mərasimi keçirilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Cavid Lənkəranlının yaradıcılıq fəaliyyətinin 20 illiyi qeyd olunub.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Heydər Əliyev və gənclər siyasəti "İstedadlar mənəvi sərvətimizdir" layihəsinə start verildi.
Layihənin ilk qonağı gənc və istedadlı ifaçı Cavid Lənkəranlı olub.
İfaçının yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunan gecədə şəhid ailələri, qazilər, ziyalılar, Lənkəran ictimaiyyətinin nümayəndələri, sənət dostlarından Cavad Rəcəbov, Dana Dürdanə, İsrail Məmmədov, Rübail Əzimov iştirak ediblər.
Tədbirin açılışı Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin mədəni cəhətdən inkişafında xüsusi yeri olan belə layihələrin əsas mahiyyəti istedadlı gəncləri tanıtmaq, onlarda stimul yaratmaqdır.
Çıxış edənlər Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, bəstəkar Zəminə Taryelqızı, ifaçının sənət dostları, yaxınları Cavid Lənkəranlını yaradıcılıq fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib, ona yeni-yeni uğurlar arzuladılar.
Tədbir Cavid Lənkəranlının və tanınmış müğənnilərin ifasında biri-birindən gözəl mahnılarla tamaşaçılara xoş təəsürat və müsbət emosiyalar bəxş etdi.
Sonda gənc və istedadlı ifaçı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.