MUXAS Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Hər ikisi Azərbaycan xalqının entogenezində iştirak edən ulu tayfaların adlarıdır. “Mux”–“maq”dan yaranıb: maq-mağ-muğ-mux. Maqma, maqiya, maqnit, mat, matka, materik, materiya, material, Maday, Midiya, mətn, bətn və s. sözlər eyni kökdən törəmişdir, odun
müxtəlif məzmunlarını ifadə edir. Maqların bəşər sivilizasiyasının bağlanğıcında durduğu elm aləminə məlumdur. Oğuz rayonunun Muxas kəndində yaşayanlar da məhz həmin maqların bu günkü nəsilləridir. “As” (az) tayfasının adı Kül Tiqin və Tonyukuk abidələrində (Ə.Rəcəbov, Y. Məmmədov, “Orxan-Yenisey abidələri”, “Bakı, Yazıçı”, 1993) çəkilir. “As” (az) “Avesta” da (B. Şəfirzadə, adı çəkilən əsəri, səh. 261)”g ü n ə ş i n h ə r ə k ə t q ü v v ə s i”, Ə. Fə r z ə l i d ə (Adı çəkilən əsəri səh. 86) “ 0 d”, M. Seyidovda (Adı çəkilən əsəri, səh.19) “i ş ı q, G ü n ə ş” anlamlarındadır. Muxas “o d n i ş a n l ı, m a q l a r-a z l a r o ğ u z l a r - A z ə r b a y c a n l ı l a r” deməkdir. Kənddə memarlıq abidələrindən məşhur Muxas Qülləsi (IX əsr) və Məscid (XIX əsr) var. Kəndin əhalisi (1108 nəfər) heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur. Muxasda orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, poçt, 160 yerlik elektron ATS, feldşer-mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var. Oğuz-Muxas marşrutu fəaliyyət göstərir . Kəndin dəniz səviyyəsindən yüksəkliyi 754 metrdir.