Elshan Travel Blogger

Elshan Travel Blogger Travel Researcher

🇸🇦 Səudiyyə Ərəbistanı vizası.☘️ Artıq evdən çıxmadan, 10 dəqiqəyə, çoxgirişli və 1 illik viza almaq mümkündür.🍀 Əvvəlcə...
03/01/2024

🇸🇦 Səudiyyə Ərəbistanı vizası.

☘️ Artıq evdən çıxmadan, 10 dəqiqəyə, çoxgirişli və 1 illik viza almaq mümkündür.

🍀 Əvvəlcə “visa.visitsaudi.com” səhifəsinə daxil olaraq ad və soyadımızı yazaraq qeydiyyatdan keçirik.

🍃 Qeydiyyatımız təsdiqlənir.

✉️ Sonra elektron ünvanımızı və kodumuzu yazaraq şəxsi profilimizə daxil oluruq.

📃 Burada iki viza növü təklif olunur. “Individual” və “group”. Biz “Apply for individual” hissəsini seçərək davam edirik.

❌ Yxarıda “Are you applying on behalf of someone else”-yəni “Başqasının adından müraciət edirsiniz” sualına “no” cavabını veririk.

👨🏻‍🎓Personal Picture hissəsində əvvəlcədən hazırladığımız şəkilimizi (200 x 200, ölçüsü 5 ilə 100 Kb arasında olmalıdır) yerləşdirməliyik.

🏝️Sonra suallarl aşağıdakı kimi cavablayırıq.

🔹Country of nationality: Azerbaijan
🔹First name or given name: Ad
🔹Father name or middle name: Ata adı.
🔹Last name or family name: Soyad
🔹Gender: cinsiyyət (kişi, qadın)
🔹Marital status: ailə vəziyyəti (evli, subay və s.)
🔹Date of birth: doğum tarixi
🔹Country of birth: anadan olduğunuz ölkə
🔹Profession: ixtisasınız.

🏝️ Sonra “Current Residence Address” (yaşayış ünvanınız) hissəsi ilə davam edirik. Aşağıdakı kimi (özümüzə uyğun) doldururuq.

🔹Country-Azerbaijan
🔹City-Baku
🔹Zip code-AZ 1122
🔹Address-Ünvan

🏝️ Növbəti mərhələyə keçirik. Suallarl aşağıdakı kimi cavablayırıq.

🔹Passport type-Regular passport
🔹Passport no-Passport nömrəmizi yazırıq.
🔹Passport issue place (country or city)-Azerbaijan yazırıq.
🔹Passport issue date-Pasportun verilmə tarixi
🔹Passport expiry date- Pasportun son istifadə tarixi
🔹Expected date of arrival- Gözlənilən gəliş tarixi
🔹Expected date of departure- Gözlənilən gediş tarixi

🏝️Növbəti mərhələyə keçirik.

🕋 Additional Purpose of Visit- Ziyarətin Əlavə Məqsədi
🔹Burada “Leisure” seçirik.

🏝️Növbəti mərhələyə keçirik.

📞 Communication Preference Əlaqə vasitələri.

📩 Do you want to receive the visa on a email other than your original email?
(Siz vizanı orijinal e-poçtunuzdan başqa e-poçtda almaq istəyirsiniz?)-no seçirik.

📱Do you want to receive the visa on a phone number other than your original phone number?
(Siz vizanı orijinal telefon nömrənizdən başqa telefon nömrəsi ilə almaq istəyirsiniz?)-no seçirik.

🏨 Növbəti mərhələyə keçirik- Residence Address in Saudi Arabia- Səudiyyə Ərəbistanında yaşayış ünvanı.

🔹Burada “COMMERCIAL ACCOMMODATION” seçirik.
🔹Name of Hotel: Əvvəlcədən bronlaşdırdığımız hotelin adını yazırıq.
Primart contact number-Hotelin telefon nömrəsini yazırıq.
🔹Email: Hotelin electron ünvanını yazırıq.

🧑‍⚕️ Növbəti mərhələyə keçirik- Tibbi sığorta
🔹Burada “BY CHECKING THIS BOX I AGREE TO THE INSURANCE COVERAGE LISTED ABOVE WITH A FEE OF (180.00 SAR)” və “next” seçərək davam edirik.

📜Növbəti mərhələyə keçirik- “I HAVE READ AND AGREE ALL THE ABOVE TERMS AND CONDITIONS” və “next” seçirik.

📎 Application Summary-Xülasə.
Burada daxil etdiyimiz məlumatların doğruluğunu yoxlayırıq. Hərşey doğrudursa təsdiqləyirik (EREBY DECLARE THAT THE DETAILS FURNISHED ABOVE ARE TRUE AND CORRECT TO THE BEST OF MY KNOWLEDGE AND BELIEF, AND I WILL NOT BE ABLE TO EDIT THE APPLICATION DETAILS ONCE I CLICK ON THE PAYMENT) və ödəniş hissəsinə keçirik (agree and complete payment).

💰 Burada kart mlumatlarımızı daxil edərək 120 avro ödəniş edirik və bir neçə dəqiqə ərzində viza ödəniş qəbzi hazır şəkildə elektron ünvanımıza göndərilir.

🔹 Bu cür insan 100 ildə bir dəfə gəlir, qədrini bilək.♦️Bu ayın əvvəllərində “Turizm işçiləri günü” peşə bayramı münasib...
17/10/2023

🔹 Bu cür insan 100 ildə bir dəfə gəlir, qədrini bilək.

♦️Bu ayın əvvəllərində “Turizm işçiləri günü” peşə bayramı münasibətilə Azərbaycan turizm sənayesinin bir sıra nümayəndələrinin Fəxri Fərmanla təltif olundular.

🔹 Siyahıda olanları tanımıram, ancaq onu bilirəm ki, Azərbaycan turizm sənayesininə ən faydalı işlər görən əsas adamlardan biri yanımdakı cavan oğlandır. Babek Musa-Zadeh

🔹 İllər öncə Facebook-da ərsəyə gətirdiyi 70k üzvü olan qrup ölkəmizdə ən intellektual, mədəni, faydalı müzakirələrin aparıldığı yerlərdəndir.

🩵 Qrupda Papua Yeni Qvineyaya necə getməyin yolları, Tanzaniyanın Aruşa şəhərində ən ucuz PCR test mərkəzinin harda olduğu, istənilən ölkənin viza məsələləri, sərfəli səyahət etməyin yolları, birsözlə Turizm haqqında ağıla gələbiləcək bütün mövzular müzakirə olunur.

👋🏽 Həm də hamı getdiyi yerlər haqqında maraqlı şəkillər paylaşır, faydalı mətnlər yazır.

📍Qrupun linki: Gəzəyənlər

Address

Baku
1122

Telephone

+994508400163

Website

Alerts

Be the first to know and let us send you an email when Elshan Travel Blogger posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elshan Travel Blogger:

Videos

Share

Nearby travel agencies


Other Tourist Information Centers in Baku

Show All

You may also like